Məhkəmə qərarları › İş №2-1(112)-13839/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13839/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13839/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İQ-58/4 saylı xx.xx.2024-cii il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, cvabdehin üzərinə iddiaçının xx.xx.2024-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Azad Kəşmir vilayətinin Sudhinoti rayonunu Monq kəndində doğulduğunu, dini etiqadına görə müsəlman (sünni) olduğunu. İslamabad şəhərində 10 illik orta təhsilini 1997-ci ildə bitirdikdən sonra Ravalpindidə 1997- 1999-cu illərdə “College of Commerce” adlı kollecdə kommersiya təhsili aldığını, daha sonra 1999-2002-ci illərdə Lahor şəhərində “University of Punjab” da kommersiya üzrə bakalavr təhsili, 2002-2005-ci illərdə Peşəvar şəhərində “X2” də Maliyyə və biznes idarəçili üzrəmagistr təhsili və 2010- 2015-ci illərdə İngiltərənin Lomdon şəhərində Dublin University nin filialında Biznes idarəçiliyi üzrə magistr təhsili aldığını bildirmişdir.Əmək fəaliyyəti barədə məlumat verərkən ərizəçi 2006-cı ilin 3 ayı ərzində təlimçi kimi İslamabad şəhərində “X3” şirkətində təcrübə keçdiyini, 2007-2008-ci illərdə Ravalpindi şəhərində “Shalimar Hoteld” də Xərclərə nəzarətçi vəzifəsində işlədiyini, 2008-2010- cu illərdə eyni şəhərdə paltar satışı ilə məşğul olduğunu, 2015-2024-cü illərdə Faisalabad şəhərində “X3” şirkətində təcrübə keçdiyini, 2007-2008-ci illərdə Ravalpindi şəhərində “Shalimar Hoteld” də Xərclərlə nəzarətçi vəzifəsində işlədiyini, 2008-2010-cu illərdə eyni şəhərdə paltar satışı ilə məşğul olduğunu, 2015-2024-cü illərdə Faisalabad şəhərində özünün “GARMA İNTL” paltar istehsalı şirkətini işlətdiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, arvadının və 2 oğlunun onunla birlikdə Azərbaycan Respublikasına gəldiklərini, atasının vəfat etdiyini, anasının, bacısı və 3 qardaşının Pakistanda, 1 qardaşının Londonda və 1 qardaşının Dubayda qaldıqlarını qeyd etmişdir. İddiaçı “UKPN” X7 National Party adlı partiyaya 2005-ci ildən qoşulduğunu,təhlükəsizlik orqanları (İSİ) tərəfindən təhdidlərlə üzləşdiyini, onun fəaliyyətini dayandırmaqla bağlı dəfələrlə hədələndiyini, 2016-cı illərdə yerli parlamentə seçkilərdə namizədliyini geri çəkməyə məcbur edildiyini qeyd etmişdir.Üzvii olduğu təşkilatın məqsədinin Kəşmirin dinc yolla Pakistanın nəzarətində n azad olaraq Hindistanın nəzarətində olan Cəmmu-Kəşmir ştatı ilə birləşdirib vahid müstəqil azad Kəşmir dövlətinin yaradılması olduğunu bildirmişdir.İddiaçı sonda ona qarşı bu təhdidlərdən qurtulmaq üçün İslamabad şəhərində BMT QAK ofisinə sığınacaq üçün müraciət etdiyini və onların tövsiyəsi ilə Azərbaycana gəldiyini bildirmişdir. Pakistan höküməti ilə ixtilafının səbəbini izah edərkən iddiaçı öz narazılığını Kəşmirin mineral resurslara sahib olmasına baxmayaraq,bu var-dövlətin Pakistan höküməti tərəfindən talandığını və əvəzində isə kəşmirlilərin yoxsulluq içində yaşadığı ilə əsaslandırmışdır. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024cü il tarixli İQ-58/4 nömrəli qərar qəbul edilmişdir. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1 -ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. İddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının vəkili məktub göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli-ci il tarixli qərarı mübahisələndirir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinə əməl edilməsin qənaətinə gəlir. Məhkəmə cavabdehin nümayədəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 4 sentyabr 2024-ci il tarixli, İQ- 58/4 nömrəli qərarının surətindən görünür ki, “Pakistan Respublikasının vətəndaşı, hazırda Bakı şəhəri, Qanunsuz miqrantların saxlanılması mərkəzində müvəqqəti yaşayan, 10 mart 1981-ci il təvəllüdlü İddiaçı (Pasport: № AD6173045) ailə üzvləri (arvadı – 30 oktyabr 1988-ci il təvəllüdlü Najma Waheed, oğlanları – 9 mart 2016-cı il təvəllüdlü Abdul Moiz və 10 mart 2017-ci il təvəllüdlü Maiz Waheed) ilə birlikdə 30 avqust 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin ksero sürətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvləri ilə müsahibə keçirilmişdir. İddiaçı və arvadının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar İddiaçı “UKPNP” qoşulduğu 2005-ci ildən 2024-cü ildə Azərbaycana gələnə kimi Pakistanın müxtəlif yerlərində yaşamasına baxmayaraq bu dövrdə aktiv siyasi fəaliyyətlə məşğul olmuşdur. Bu isə onların qeyd etdiklər ciddi təhdid olunma halı ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərizəçi Pakistanın hüquq-mühafizə orqanları (Polis, “İSİ”) tərəfindən ciddi təqib olunduğunu iddia etsə də, 2005-2024-cü illərdə onun aktiv siyasi fəaliyyətlə çəşğul olmasına bu orqanlar tərəfindən heç bir ciddi maneənin olmaması şübhə doğurur. Həmçinin mənşə ölkəsi üzrə məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Pakistan hökümətinə qarşı xüsusi fəaliyyəti ilə seçilən şəxlər Pakistanda sərbəst şəkildə siyasi fəaliyyətlə məşğul ola bilmirlər. Bundan əlavə ərizəçinin Pakistan hökümətinə qarşı fəaliyyəti ilə bağlı onun həbs ediləcəyi barədə əmrin surətini təqdim etməsinə baxmayaraq, onun Azərbaycana gələnədək nə səbəbdən həbs edilmədiyi də sual doğurur. İddiaçı və arvadının müsahibə zamanı bildirdiklərindən məlum olur ki, ərizəçi heç vaxt Polis, İSİ tərəfindən saxlanılaraq sorğu-suala cəlb edilməmiş, hər hansı bir müddətə azadlıqdan məhrum edilməmiş, sərbəst şəkildə ölkəni tərk edə bilmiş, 2010-2015-ci illərdə İngiltərədə təhsil almış, BƏƏ-də səfərdə olmuş, 2015-2024-cü illərdə özünün də qeyd etdiyi kimi uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, şəxsi şirkətini işlətmiş və nəhayət, maneəsiz olaraq ailəsi ilə birlikdə xx.xx.2024-cü il tarixdə Azərbaycana gəlmiş. Ərizəçi və arvadı Pakistanda heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. Mənşə ölkəsi üzrə məlumatlar araşdırılarkən “UKPNP” adlı təşkilatın Hindistan Cəmmu-Kəşmir ştatı və Pakistanın nəzarətində olan Azad Kəşmir vilayətinin birləşdirilərək vahid sosialist X6 yaratmaq istədiyi, Pakistan hökümətinə qarşı dinc yollarla mübarizə apardığı müəyyən edilmişdir “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azerbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər •Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “‘Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası'nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. İraq Respublikasının vətəndaşı X1çqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.” İddiaçı hazırda həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdikləri izahatlarından məlum olmuşdur ki, vətəndaşı olduğu və daimi yaşadıqları ölkədə aktiv siyasi fəaliyyətlə məşqul olmuş. İrqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. İddiaçının problemi ilə bağlı söylədikləri mənşə ölkəsi barədə məlumatlarla təsdiqini tapsa da, onun ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. İddiaçının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar