Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1385/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı prezident təqaüdünün təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuşdur. O, orta təhsilini bitirdikdən sonra 1985-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olmuşdur. 1990-cı ildə həmin X7 və Ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Daha sonra təhsilini davam etdirmiş və xx.xx.2010-cu il tarixdə ona pedaqoqika üzrə fəlsəfə doktoru “təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası)” ixtisası üzrə elmi dərəcəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə isə ona “Dosent” elmi adı verilmişdir. Ona məxsus olan əmək kitabçasından görünür ki, xx.xx.1985-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif tədris müəssisələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına uyğun olaraq fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, təqaüdün təyin edilməsindən imtina edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 24 il 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi ona məxsus əmək kitabçasının surətindən, iş stajının 25 ildən çox olması öz təsdiqini tapır. Göründüyü kimi, qanunvericiliklə tələb edilən sənədlərin surətini cavabdehə təqdim etsə də, cavabdeh əsassız olaraq Prezident təqaüdünün təyin edilməsindən imtina etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçı xx.xx.2022-ci il tarixdə yasa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı T.İ. İsmayılova 06 may 2022-ci il tarixdə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı “DOST” mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi filialı tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 24 il 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021 -ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. T.X2 təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 24 il 4 gün olmaqla Qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-cı il tarixli klT-l2115514 nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1989- cu il tarixədək Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsində işləmişdir. Lakin qeyd olunan dövrlərdə olan sosial sığorta stajı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olmadığından elmi fəaliyyətə daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sosial sığorta stajı kimi təsdiqlənmədiyindən, İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 may 2022-ci il tarixli, **********9 nömrəli “Prezident təqaüdünün təyin edilməsindən imtina olunması haqqında” imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 24 il 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 06 aprel 2010-cu il tarixli (protokol № 15 – k) qərarı ilə İddiaçı pedoqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 may 2013-cü il tarixli (protokol № 15 – k) qərarı ilə İddiaçı təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədris metodikası) ixtisası üzrə dosent elmi adı verilmişdir. İşdə olan TB-İ seriyalı, 085856 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1985-ci ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş və 1990-cı ildə həmin X7 və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komisisyasının 30 iyun 1990-cı il tarixli qərarı ilə ona rus dili və ədəbiyatı müəllimi ixtisası verilmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdə Tovuz rayon Pioner Evinə dərnək rəhbəri təyin edilmiş, xx.xx.1989-cu il tarixdə öz ərizəsinə əsasən pionerlər evinin dərnək rəhbəri vəzifəsinddən azad edilmiş, xx.xx.1990-cı ildə Lenin rayonu 96 nömrəli məktəbə müvəqqəti rus dili müəllimi təyin edilmiş, xx.xx.1990-cı ildə Lenin rayonu 96 nömrəli məktəbin müəllimi, analıq məzuniyyətində olan R.Məmmədovanı əvəz edən müvəqəti rus dili müəllimi vəzifəsindən azad edilmiş,xx.xx.1991-ci il tarixdə Azərbaycan EPTM üzrə Azərbaycan dilinin tədrisi metodikası şöbəsinə laborant vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü ildə həmin şöbəyə böyük lobarant vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə Azərbaycan dilinin tədrisi metodikası şöbəsinin laborantı, 04 fevral 1998-ci il tarixdən Ali və Orta ixtisas təhsili şöbəsinə elmi işçi vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə Ali və Orta ixtisas təhsili şöbəsinin elmi işçisi azərbaycan dilinin tədrisi və metodikası şöbəsinə elmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdən Azərbaycan dilinin tədrisi metodikası şöbəsinə elmi işçi vəzifəsinə keçirilmiş hesab edilmiş, xx.xx.2000-ci il tarixdə Azərbaycan Rspublikası Təhsil Nazirinin 706 nömrəli əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2000-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmiş, xx.xx.2001-ci il tarixdə Təhsil Problemləri İnstitutunun əlavə təhsil şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə əlavə təhsil şöbəsinin kiçik elmi işçi vəzifəsindən direktorun məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə Təhsil Problemləri İnstitutunda Struktur dəyişikliyi ilə əlaqədar direktorun məsləhətçisi, direktorun köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilərək müsabiqə olanadək X3 təhsil kurikulumu şöbəsinə aparıcı elmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdə Struktur dəyişikliyi ilə əlaqədar müsabiqə olunanadək EPTM-də Ümumi orta təhsil şöbəsinə böyük elmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə Elmi Şuranın 10 oktyabr 2011-ci il tarixli iclasının (protokol No 4) qərarı, gizli səsvermə nəticələrinə əsasən yenidən öz vəzifəsinə seçilmiş hesab edilmiş, xx.xx.2011-ci ildə tam orta və ümumi orta təhsilin nəzəri problemləri şöbəsində aparıcı elmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə gizli səsvermənin nəticələrinə əsasən öz vəzifəsinə keçirilmiş hesab edilmiş, xx.xx.2014cü il tarixdə İnstitutun strukturunun yeni redaksiyasının təsdiq olunması ilə əlaqədar müsabiqə olunanadək ümumi təhsilin və məktəbdən kənar təhsilin kurikrulumu şöbəsinə aparıcı elmi işçi təyin edilmiş, xx.xx.2014-cü il tarixdə ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015ci il tarixdə Bakı Slavyan Universiteti Folklor Araşdırmaları EPH-yə 1 (bir) il müddətinə 0.5 ştat vahidi kiçik elmi işçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən ərizəsi nəzərə alınmaqla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 30 dekabr 2012-ci il tarixli, 10-10-128/12 nömrəli cavab məktubundan görünür ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dərnək rəhbəri vəzifəsi təhsil prosesinin iştirakçıları (Maddə 31) kateqoriyasına aidir və Təhsil Qanununun 31-ci maddəsinin 31.0.2-ci bəndinə əsasən təhsilverənlər (pedoqoji işçilər) sırasında daxil edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, elmi fəaliyyət elmi araşdırmalarla bağlı fəaliyyət növü olduğundan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsil sistemində elmi araşdırmaları özündə ehtiva edən 25-ci maddəsi ilə tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 25.1-ci bəndinə uyğun olaraq təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tableiyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat instituları, mərkəzilər, kafedralar, laboratoriyalar və s.) aparılır. Qeyd olunan səbələrdən İddiaçı xx.xx.1985-ci il taixdən xx.xx.1989-cu il tarixədək Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsində işlədiyi müddət elmi deyil, pedoqoji fəaliyyət sahəsinə aiddir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Prezident təqaüdünün təyin edilməsindən imtina olunması haqqında” 17 may 2022-ci il tarixli, **********9 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən təqdim etdiyi elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssələrində sığorta stajının 24 il 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olmasına istinad etmiş, məhkəməyə təqdim etdikləri etiraz ərizəsində isə iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Tovuz rayon Pioner Evində dərnək rəhbəri vəzifəsində işlədiyi dövrdəki fəaliyyəti elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olmadığından elmi fəaliyyətə daxil edilmədiyinə istinad edilmişdir. Məhkəmə cavabdehin sözügedən dəlilləri ilə bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanının:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Fərmanın tələblərindən göründüyü kimi, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının Azərbaycan Prespublikası Prezidentinin təaqüdünü almaq hüququ təsbit edilmişdir. Fərmanda elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində elmi fəaliyyətlə məşğul olan müddəası nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən cavabdehin dəlillərinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq sonuncu tərəfindən 30 dekabr 2022-ci il tarixli, 10-10-128/12 nömrəli məktubla daxil olmuş cavab məktubundan müəyyən edilmişdir ki, Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsi pedaqoji fəaliyyət sahəsinə aiddir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsində göstərilmişdir ki: 31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqaları; 31.0.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndistexniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri; ... Göründüyü kimi, dərnək rəhbəri vəzifəsi qanunvericiliyin normalarına əsasən təhsil müəssisində təhsil prosesinin iştirakçısı kimi təsbit edilməklə pedaqoji fəaliyyət sahəsinə aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinasında və etirazında göstərdiyi dəlillər əsassız olmaqla iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına əsas olmuşdur. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təsis edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva