Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1386/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qzının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən X4 İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixli, **********138460 №-li qərarının ləğv edilməsi, hesablanmış mənfəət vergisinin, mənfəət vergisinin hesablanmasına dair maliyyə sanksiyasının, hesablanmış ƏDV-nin və hesablanmış ƏDVyə dair tətbiq edilmiş maliyyə sanksiyasının, hesablanmış əmlak vergisinin şəxsi-hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İdarənin xx.xx.2018-ci il tarixli, **********158365 saylı qərarı ilə "İddiaçı" MMC üzrə Vergilər Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüynün yoxlanılması məqsədi ilə iyun 2015-ci il tarixdən may 2018-ci il tarixinə olan müddətdə fəaliyyətinin növbəti səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının aparılmasınadək cəmiyyətdə X7ydasında xx.xx.2018-ci il tarixdən vergi yoxlaması aparılmışdır. VN-nin aparılması ilə əlaqədar olaraq müəssisəyə aid maliyyəuçot sənədləri, noutbuk, kompüter sistem blokları götrülmüşdür. Səyyat vergi yoxlamasının aparılması ilə əlaqədar olaraq xx.xx.2018-ci il tarixli qərara əsasən xx.xx.2018-ci il tarixli protokol əsasında cəmiyyətə məxsus mühasibatlıq sənədləri götrülmüşdür. Aparılmış yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasına dair **********10067 nömrəli akt tərtib edilmişdir. Yoxlama aktında göstərilmişdir ki, yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2020-ci il (faktiki xx.xx.2020-ci il) tarixli, **********10067 nömrəli akta və xx.xx.2020-ci (faktiki xx.xx.2020-ci) il tarixli, **********63800 nömrəli sənədə əsasən İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən X4 xx.xx.2020-ci il tarixli, **********138460 №-li qərarı ilə İddiaçı MMC vergi qanunvericiliyinin pozmasına görə məsuliyyətə cəlb edilmişdir. İddiaçı MMC cavabdeh İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən X4 xx.xx.2020-ci il tarixli, **********138460 №-li qərarı ilə ona görə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir ki, yoxlama dövründə ƏDV-ni 410.618,50 manat azaltmış, 4.630,89 manat artıq hesablama aparmışdır. ƏDV-ni azaltmasına görə vergi məbləğinin 50 faizi miqdarında 18.062,68 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama dövründə mənfəət vergisini 239.832,32 manat azaltmış, azaldılmış mənfəət vergi məbləğinin 50 faizi miqdarında 38.585,56 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama dövründə əmlak vergisi 447,90 manat azaldılmış, azaldılmış vergi məbləğinin 50 faizi miqdarında 223,95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İdarə tərəfindən İddiaçı MMC-də növbəti səyyar vergi yoxlamasının aparılması ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələbləri, yoxlamanın aparılması qaydalarına, yoxlamanın aparılma müddətləri və İddiaçı MMC-nin qanunla qorunan hüquqları pozulmuşdur. Faktiki olaraq yoxlamanın nəticələrinə dair tərtib edilmiş xx.xx.2020-ci il aparılan yoxlamanın nəticələrinə dair tərtib edilimiş xx.xx.2020-ci il tarixli, **********10067 nömrəli səyyar vergi yoxlama aktı Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələblərinin pozulması ilə hazırlanmış, qanun pozuntusu hallarına vergi orqanı tərəfindən əhəmiyyət verilmədən, vergilərin hesablanmasında və tələb edilməsinə dair tələblər nəzərə alınmadan İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən xx.xx.2020-ci il tarixli, **********138460 №-li qərar qəbul edilmişdir. İdarə tərəfindən aparılan yoxlama zamanı VM-nin tələbləri pozulmuşdur. Cavabdeh İdarənin inzibati qərarı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə aparılması başa çatdırılmadığından, yoxlama başa çatdıqdan 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Belə ki, vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən vergi orqanı qanunla müəyyən edilmiş müddətdə yoxlamanı başa çatdırmalı idi. Yoxlamanın aparılması aşağıda qeyd olunan qərarlar əsasında aparılmış, uzadılmış, dayandırılmış, bərpa edilmişdir: xx xxxxxx 2018-ci il tarixdə başlanmış, xx.xx.2018-ci il tarixli, **********164192 №-li qərarla 30 iş günü; xx.xx.2018-ci il tarixli, **********168037 №-li qərarla 30 iş günü müddətinə artırılmışdır. xx xxxxxx 2018-ci il tarixli, **********172138 №-li qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət etmək və ya ekspertiza keçrilməsi halına baxmaq məqsədilə xx.xx.2019-cu il tarixədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixli, **********174672 №-li qərarla vergi yoxlaması bərpa edilmişdir. xx.xx.2019-cu il tarixli, **********174807 №-li qərarı ilə mütəxəssis dəvət etmək və ya ekspertiza keçrilməsi halına baxmaq məqsədilə xx.xx.2019-cu il tarixinədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixli, **********177042 №-li qərarla səyyar vergi yoxlaması bərpa edilmişdir. xx.xx.2019-cu il tarixli, **********177064 №-li qərarla səyyar vergi yoxlaması xx.xx.2019-cü il tarixədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixli, **********176127 №-li qərarla səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərara əlavə edilmişdir. xx.xx.2019-cu il tarixli, **********179311 №-li qərarla səyyar vergi yoxlaması bərpa edilmişdir. xx.xx.2019-cu il tarixli, **********179367 №-li qərarla səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixdə əlavə vergi yoxlaması keçrilməsi barədə **********199331 №-li qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, **********181524 №-li qərarla səyyar vergi yoxlaması bərpa edilmişdir. xx.xx.2019-cu il tarixli, **********181531 №-li qərarla səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixli, **********181971 №-li qərarla səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərara əlavə edilmişdir. xx.xx.2019-cu il tarixli, **********183401 №-li qərarla səyyar vergi yoxlaması bərpa edilmişdir. xx.xx.2019-cu il tarixli qərarla səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixli, **********1854464 №-li qərarla səyyar vergi yoxlaması bərpa edilmişdir. xx.xx.2019-cu il tarixli, **********185489 №-li qərarla səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixli, **********187300 №-li qərarla səyyar vergi yoxlaması bərpa edilmişdir. xx.xx.2019-cu il tarixli, **********187342 №-li qərarla səyyar vergi yoxlamas xx.xx.2019-cu il tarixədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixli, **********188831 №-li qərarla səyyar vergi yoxlaması bərpa edilmişdir. xx.xx.2019-cu il, tarixli **********188838 №-li qərarla səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixli, **********192739 №-li, xx.xx.2020-ci il tarixli, **********196258 №-li qərarla əlavə vergi yoxlaması keçrilmişdir. xx.xx.2020-ci il tarixli, **********196258 №-lı qərarla əlavə vergi yoxlaması keçrilməsi haqqında qərara xx.xx.2020-ci il tarixli, **********199585 №-li qərarla səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərara əlavə edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılmasına dair qərarlardan göründüyü kimi yoxlamanın dayandırılması qərarları vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət etmək və ya ekspertiza keçrilməsi halına baxılması məqsədləri ilə dayandırılmışdır. Faktiki olaraq yoxlamanın aparılması müddətində mütəxəssis dəvət edilməmiş, xx.xx.2018-ci il tarixdə **********171392 №-li qərarla ekspertiza təyin edilmiş, ekspertizanın keçrilməsi üçün Azərbaycan Respublikası Sənaye Ticarət Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət edilməsi qərarda qeyd edilmişdir. Lakin qərar əsasında ekspertiza keçrilməmiş və rəy alınmamışdır. xx.xx.2020-ci il tarixli, **********196258 №-li qərarla əlavə vergi yoxlaması keçrilmə müddəti 30 iş günü müəyyən edilmişdir. Həmin tarixdən sonra vergi yoxlamasının nəticələrinə dair aktın tərtib edilmə tarixinədək səyyar vergi yoxlamasının müddətinin uzadılmasına dair qərar qəbul edilməmişdir. xx xxxxxx 2020-ci il tarixdən iş günlərini hesabladıqda xx xxxxxx 2020-ci il tarixdə qərarla yoxlamanın aparılması müddəti tamamlanmışdır. Həmin müddətdən sonra səyyar vergi yoxlamasının aparılması müddətinin uzadılmasına dair qərar qəbul edilməmiş və yaxud edilmişsə vergi ödəyicisinin nümayəndəsinə təqdim edilməmişdir. Vergi yoxlama aktında xx.xx.2020-ci il tarixli, **********199031 №-li qərarla yoxlamanın 30 gün müddətində artırılması qeyd edilsə də həmin qərarla tanış edilməmişlər və qərar onlara təqdim edilməyib. İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının aparılması üçün sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrində KY181258365 yoxlama kodu ilə qeydiyyatdan keçrilmişdir. Reyestr çıxarışı tanış olunmaları üçün təqdim edilmişdir. Reyestr çıxarışında yoxlamanın müddəti başlama, sona çatma tarixi müəyyən edilmişdir. Yoxlamanın başlama tarixi xx.xx.2018-ci il, qurtarma tarixi xx.xx.2018-ci il tarixləri müəyyənləşdirilmişdir. Həmin reyestr çıxarışında yoxlama dövrü xx.xx.2015xx.xx.2018-ci il tarixlər qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi və səyyar vergi yoxlama aktından göründüyü kimi yoxlamanın aparılması xx.xx.2018-ci il tarixdə başlanmış, xx.xx.2010-ci il tarixdə başa çatmışdır. Yoxlamanın aparılması müddətinin artırılması, dayandırılması barədə reyestrdə yerləşdirilməsi üçün məlumatlar verilməmişdir. Qanunsuz olaraq yoxlama müddətləri artırılmış, qanunsuz olaraq dayandırılmışdır. Yoxlama müddətinin artırılması, yoxlamanın dayandırılmasının sahibkarlıq sahəsində yoxlamalann vahid məlumat reyestrində qeydiyyata alınması üçün məlumat verilməmişdir. İdarənin İddiaçı MMC-də aparılmış növbəti səyyar vergi yoxlamasına diqqətsiz yanaşmasının nəticəsidir, yoxlama aparıldığı müddət ərzində qanunların tələblərinə əməl edilməmiş və yoxlamanın nəticəsinə dair tərtib edilmiş akta baxıb qərar qəbul edərəkən səyyar vergi yoxlamasına dair akt xx.xx.2020-ci il tarixdə tərtib edildiyi halda qərarda aktın tərtib edilməsi xx.xx.2020-ci il qeyd edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********138460 №-li qərarda qeyd edilmişdir ki, vergi ödəyicisinin rəhbəri səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********10067 nömrəli səyyar vergi yoxlaması aktına etiraz edərək akt imzalamaqdan imtina etmişdir. İddiaçı MMC-də aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş akta İdarənin rəisi vəzifəsini müvaqqəti icra edən X12 tərəfindən vergi ödəyicisinin iştirakı olmadan baxılmış və xx.xx.2020-ci il tarixdə **********138460 №-li qərar qəbul edilmişdir. Həmin qərarda vergi ödəyicisinin rəhbərinin səyyar vergi yoxlama aktına etiraz edərək imzalamaqdan imtina edilməsi qeyd edilmişdir. Faktiki olaraq səyyar vergi yoxlama aktının bir nüsxəsi vergi ödəyicisinə VM-nin 39.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə, rəhbərinə imzalanması, tanış olmasıüçün təqdim edilməmiş, poçt vasitəsilə ilə yaşadığı ünvanına və elektron poçt ünvanına göndərilmişdir. İddiaçı MMC-də aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə akt əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********138460 №-li qərar müəssisəsinin fəaliyyətinə dair mühasibat, maliyyə sənədlərinə, müəssisədən götürülmüş 2 ədəd noutbuk, 3 ədəd kompüter sistem bloklarının yaddaşlarında olan məlumatlata uyğun deyil. İddiaçı MMC-yə vergilərin hesablanması və tələb edilməsi mənbəsi bəlli olmayan, düzgün olmayan məlumatlar əsasında hesablanmışdır. Aparılan yoxlama zamanı İddiaçı MMC-nin mənfəət vergisi, ƏDV-ni və əmlak vergisini hesabatlarda azaltmasına dair X16 İdarəsiniin Ticarət sahəsi üzrə şöbəsinin baş dövlət vergi müfəttişi X1 gəldiyi nəticə vergi ödəyicisinin fəaliyyətində və fəaliyyəti nəticəsində hesablanmış vergi hesabatlarına uyğun deyil. Qeyd olunan vergilərin azaldılmasında dair gəlinmiş nəticə cəmiyyətin faktiki fəaliyyətini əks etdirmir. Vergi orqanı tərəfindən yoxlama zamanı əmlakın inventarizasiyası keçirilməmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV və mənfəət vergisinə dair hesabatlar cəmiyyətə mədaxil olunmuş və məxaric olunmuş malların gündəlik mədaxil-məxaric sənədlərinə əsasən aparılmış, hesablanmış və hesabatlar verilmişdir. Cəmiyyətə mədaxil olunmuş malların hesabatları ilə məxaric olunmuş malların hesabatlarında yoxlama zamanı aşkar edilməmiş fərqə, qiymət fərqinə görə inventarizasiya aparılmadığı halda cəmiyyətin mal qalığı və faktiki mədaxil olunmuş malların dəyəri müəyyənləşdirilməmişdir. Vergi yoxlama aktının əlavə dəyər vergisinin hesablanmasına dair hissəsində vergi orqanına təqdim edilmiş vergi bəyannamələri ilə cəmiyyət tərəfindən təqdim edilmiş və Məhkəmə Ekspertizasının göndərdiyi müəssisənin daxili mühasibat uçotu sənədlərinin müqayisəli tədqiqi nəticəsində ƏDV-nin 593007.01 manat azaldılması və 4902.4 manat ƏDV-nin artıq hesablanması, Cəmiyyətin mal dövriyyəsinin 7913907.56 manat (ƏDV-siz) təşkil etdiyi halda dövriyyə üzrə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində dövriyyənin 5658420.93 manat (ƏDV-siz) göstərilməsi qeyd edilmişdir. Vergi yoxlama aktı ilə 2225486.63 manata dövriyyənin hansı sənədlər əsasında artırılması, hansı qaiməfakturalar əsasında yarandığı qeyd edilməmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-nin ödədiyi vergi məbləğindən daha çox vergi tutulan dövriyyəsinin olmasında dair mötəbər məlumatlar, həmin məlumatları təsdiq edən sübutlar yoxlama aktında qeyd edilməmişdir. İddiaçı MMC-də aparılan növbəti səyyar vergi yoxlamasının xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək süründürməçiliklə aparılması və qanunsuz üsul və metodlarla uzadılması nəticəsində vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi və öhdəliklərin yaranması müddəti ötürülmüşdür. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-cu il tarixli, **********158365 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı MMC-də iyun 2015-ci ildən may 2018-ci ilədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması ilə aşağıda qeyd edilən tədiyyələr üzrə kənarlaşmalar aşkar edilmişdir: ƏDV üzrə: İddiaçı xx.xx.2009-cı il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərək, qeydiyyatında dair bildiriş almış və bildiriş xx.xx.2009-cu il tarixdən qüvvəyə minmişdir. Yoxlama zamanı vergi orqanı tərəfindən qəbul edilmiş “X13 tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********8927 saylı Qərarın icrası ilə bağlı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2018-ci il tarixli, **********9047 saylı qərarla müəssisənin mühasibatlığından elektron daşıyıcılar və digər müəyyən uçot sənədləri götürülmüşdür. X13 tədbirləri zamanı əldə olunmuş elektron daşıyıcılarla bağlı xx.xx.2018-ci il tarixli, **********77880 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (bundan sonra Mərkəz) müraciət edilmiş, Mərkəz tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 18296 saylı arayışla 2 ədəd noutbuk, 3 ədəd kompyuter sistem bloklarından müəssisənin real fəaliyyəti barədə məlumatların əldə olunduğu bildirilmişdir. Mərkəz tərəfindən təqdim olunmuş daxili mühasibat uçot sənədləri və vergi ödəyicisinin qismən təqdim etdiyi bəyannamələr müqayisəli şəkildə yoxlanılarkən müəssisənin “TEKA” markalı məişət texnikası, avadanlıqları, aksessuarları, dondurma və dondurulmuş qida məhsullarının satışı nəticəsində yaranmış dövriyyəsinin 7913907,56 manat təşkil etməsinə baxmayaraq təqdim edilmiş bəyannamədə cəmi dövriyyənin 5658420,93 manat göstərildiyi aşkar edilmişdir. Nəticədə yayındırılmış 2255486,63 manat (7913907,56 - 5658420,93) dövriyyədən 410618,50 manat ƏDV-nin azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: Uçotunu hesablama metodu aparan vergi ödəyicisi yoxlamaya gəlir və xərclərini təsdiq edən sənədləri təqdim etmədiyindən müəssisənin qeyd olunan dövr üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi 2015-ci-2017-ci illər ərzində əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər xx xxxxx 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin mənfəəti aşağıdakı kimi hesablanmışdır: 2015-ci il mənfəət vergisi üzrə: Yoxlama ilə müəssisənin 2016-cı il üzrə gəliri 1092520.47 manat olduğu müəyyən olunmuşdu. Vergi ödəyicisinə 2015-ci il üzrə (401646,83 x 20% = 80329,37) 80329,27 manat mənfəət vergisi hesablanmışdır. 2015-ci il mənfəət vergisi üzrə: 502665,19 manat Vergi ödəyicisinə 2016-cı il üzrə (502665,19 x 20% = 100533,04) 100533,04 manat mənfəət vergisi hesablanmışdır. 2017-ci il mənfəət vergisi üzrə: 468683,18 manat. Vergi ödəyicisinə 2017-ci il üzrə (468683,18 x 20% = 93736,64) 93736,64 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə yoxlama ilə 2015-2017-ci illər üzrə ümumilikdə vergi ödəyicisi tərəfindən bəyan edilmiş 34765,73 manat nəzərə alınmaqla 239833,32 manat (80329,37+100533,04+93736,64 – 34765,73) əlavə mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 38585,56 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmlak vergisi üzrə: 2015-2017-ci illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş əmlak vergisi bəyannamələrinə əsasən 447,90 manat kənarlaşma aşkar edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i həcmində, yəni 223,95 manat maliyyə sankasiyası tətbiq edilmişdir. İşin hüquqi hallarına gəldikdə iddiaçı iddia ərizəsində səyyar vergi yoxlamasının vergi qanunvericiliyi ilə müəyyən edilmiş yoxlamanın keçirilməsi müddəti haqqında müddəaların tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etmişdir. İddiaçının qeyd edilən mövqeyinə münasibət bildirilir ki, səyyar vergi yoxlamasının keçirilməsi müddəti 30 günlük müddətdə məhdudlaşmır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə əsasən səyyar vergi yoxlamasının müddətinin 90 günədək artırılması, Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlamanın 9 aydan çox olmamaqla dayandırılması, Məcəllənin 39.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması aktının aktın tərtib olunduğu tarixdən 5 gündən gec olmayaraq aktın göndərilməsi, Məcəllənin 39.5-ci maddəsinə əsasən aktla razılaşmayan vergi ödəyicisinin aktın verildiyi gündən 30 gün müddətində aktla razılaşmaması barəsində yazılı etirazını təqdim etməsi, Məcəllənin 39.6-cı maddəsinə əsasən 15 gündən gec olmayan müddətdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə vergi orqanı tərəfindən baxması, Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən 10 gün müddətində yekun qərar, o cümlədən əlavə vergi yoxlaması tədbirləri barədə qərar qəbul etməsi müddətləri də səyyar vergi yoxlamasının müddətini təşkil edir. Odur ki, vergi yoxlamasının müddətinin ötürülməsi ilə bağlı iddiaçının arqumenti öz təsdiqini tapmır. İddiaçı həmçinin bildirir ki, səyyar vergi yoxlamasının nəticələsinin rəsmiləşdirilməsi nəsələsində ödəyicinin iştirakı təmin edilməməklə onun hüquqları pozulmuşdur. Bildirilir ki, vergi ödəyicisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********187200 saylı məktubda 30 gün müddətində yoxlamanı həyata keçirən vergi orqanına aktı imzalamamasının səbəblərini izah etməsi, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını bildirməsi təklif olunmuş və xx.xx.2020-ci il tarixli, **********260900 saylı məktubla isə vergi yoxlaması aktına vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə xx.xx.2020-ci il tarixdə, saat 11:00-da İdarədə baxılacağı barədə məlumat verilmişdir. Başqa sözlə vergi ödəyicisinə öz mövqeyini və aktla razılaşmamasının səbəblərini bildirməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərait yaradılmış, lakin vergi ödəyicisi həmin hüququndan istifadə etməmişdir. İddia ərizəsində öz əksini tapan digər bir məsələ isə vergi ödəyicisinin məsuliyyətə cəlb etmə müddətinin ötməsi ilə yekun qərar qəbul edilərək, ödəyiciyə maliyyə sansksiyasının tətbiq edilməsi ilə bağlı haldır. Qeyd edilən halla bağlı bildirilmişdir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarda əks olunduğu kimi azaldılmış məbləğlər üzrə maliyyə sansksiyası yalnız 2017-ci ilin mənfəət vergisi və 2017ci il üzrə ƏDV ilə bağlı tətbiq edilmiş, yəni məsuliyyətə cəlb etmə müddətinin ötürülmədiyi vergi dövrünə aid tədiyyələr üzrə hesablanmışdır. Odur ki, iddiaçının istinad etdiyi hal əsassız olmaqla, işin faktiki hallarını doğru əks etdirmir. Yuxarıda qeyd edilənlər iddianın əsassız olduğunu və vergi ödəyicisi tərəfindən vergidən yayınma faktının mövcud olduğunu təsdiq edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, təşkilatihüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X2r. - Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında (VÖEN) ********** №-li, xx.xx.2019-cü il tarixli şəhadətnamədən görünür ki, "İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi xx.xx.2005-ci ildə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 31/5 ünvanıdır. - İddiaçı nizamnaməsindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edilən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazə (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. - **********158365 nömrəli, xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərardan görünür ki, İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə iyun 2015 - may 2018 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətdə yoxlama dövrü xx.xx.2015-xx.xx.2018cu illər, yoxlama müddəti xx.xx.2018-xx.xx.2018-ci ili əhatə edən Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən növbəti səyyar vergi yoxlamasının keçirilməsi qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən qəbul edilmiş qərarlara əsasən müəssisədə yoxlamaların keçirilməsi ilə bağlı müddətlər müxtəlif vaxtlarda dayandırılmış və uzadılmışdır. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin dövlət vergi müfəttişləri və İddiaçı MMC-nin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilmiş sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, İddiaçı MMC-dən üzərində sənədlərin miqdarı yazılmış 4 yeşik mühasibat sənədləri, 2 ədəd SP prosessor, 1 ədəd Samsung, 1 ədəd Acer notbukları götürülmüşdür. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin dövlət vergi müfəttişləri və İddiaçı MMC-nin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilmiş sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, "İddiaçı" MMC-dən təhcizatçılarla bağlanmış müqavilələr, dövlət qeydiyyatı barədə sənədlər, invoyslar, ödəmə sənədləri, YGB-ləri, icarə və müştərilərlə bağlanmış müqavilər, əmək müqavilələri, qaimələr xx.xx.2017-ci il tarixədək, təsisçilər tərəfindən verilən borc məbləğləri və müqavilələri, obyektlər üzrə məsul şəxslər, əmrlər və müqavilələr, cəmi 816 vərəq götürülmüşdür. - **********160067 nömrəli, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, "xxxx" MMC-də (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə mədən vergisi: İyun 2015 - May 2018; mənfəət vergisi: 2015-ci il-2017-ci il; əmlak vergisi: 2015-ci il 2017-ci il; sadələşdirilmiş vergi: 2-ci rüb 2015 - 1-ci rüb 2018-ci il; torpaq vergisi: 2015-ci il - 2018-ci il; muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi: 2015-ci il - 2017-ci il; aksiz vergisı: İyun 2015 - May 2018 Vergi Məcəlləsinin 38.2maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən əlavə dəyər vergisinin 593007.91 manat azaldılmasına və 4902.41 manat artıq hesblanması nəticəsində, azaldılmış 593007.91 manat əlavə dəyər vergisi məbləğinin 50% miqdarında, yəni 296503.97 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası VM-nin 58.1-ci maddəsinə əsasən 2015, 2016 və 2017-ci illər üzrə mənfəət vergisinin cəmi 273558.85 manat azaldılmasına (yayındırılmasına) görə vergi ödəyicisinə 136779.43 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. - Cavabdehin **********199031 saylı, xx.xx.2020-ci il tarixli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarından görünür ki, xx.xx.2020-ci il tarixli **********160067 nömrəli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması qərara alınmışdır. - **********160067 nömrəli, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə ödəmə mənbəyindən tutulan vergi: 2-ci Rüb 2015- 1-ci Rüb 2018; əlavə dəyər vergisi: İyun 2015-May 2018; torpaq vergisi: 2015-ci il - 2018-ci il; muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi: 2015-ci il - 2017-ci il; aksiz vergisi: İyun 2015 - May 2018; mədən vergisi: İyun 2015 - May 2018; mənfəət vergisi: 2015-ci il - 2017-ci il; əmlak vergisi: 2015-ci il - 2017-ci il; sadələşdirilmiş vergi: 2-ci Rüb 2015 - 1-ci Rüb 2018. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində yoxlanılan dövrdə ƏDV bəyannamələri üzrə 410618.50 manat əlavə vergi məbləğinin hesablanması, 4630.89 manat vergi məbləğinin azaldılması və vergi məbləğinin bayannamədə göstərilməli olan vergi məbləğinə nisbətən azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdannda, yəni 205309.26 manat məbləğində, mənfəət vergisi üzrə 239833.32 manat əlavə vergi məbləğinin hesablanması və vergi məbləğinin bəyannamədə göstərilməli olan vergi məbləğinə nisbətən azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yənı 119916.66 manat məbləğində, əmlak vergisi üzrə 447.90 manat əlavə vergi məbləğinin hesablanması və vergi məbləğinin bəyannamədə göstərilməli olan vergi məbləğinə nisbətən azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 223.95 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. - Qeyd olunan aktdan həmçinin görünür ki, yoxlanılan dövrdə İddiaçı MMC faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış, ixtisaslaşdırılmış mağazalarda sair pərakəndə satış ilə məşğul olmuşdur. Yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə “TEKA” markalı məişət texnikası, avadanlıqlarının, aksesuarlarının, dondurma və dondurulmuş qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Müəssisənin təqdim etdiyi mühasibat sənədlərinə əsasən yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən ikili mühasibatlıq aparılmış və bunun əsasında X10 həyata keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********8927 nömrəli qərarın icrası ilə əlaqədar sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2018-ci il tarixli, **********9047 nömrəli qərar açılmış və cəmiyyətin mühasibatlığından elektron daşıyıcılar və digər müəyyən uçot sənədləri götürülmüşdür. Həmin götürülmüş elektron daşıyıcılar xx.xx.2018-ci il tarixli, **********077880 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə müraciət edilmiş və nəticədə xx.xx.2018-ci il tarixli, 18296 nömrəli Məhkəmə Ekspertizanın arayışı vergi orqanına göndərilmişdir. Arayışda 2 ədəd noutbuk, 3 ədəd kompüter sistem bloklarında cəmiyyətin faktiki real fəaliyyəti barədə olan məlumatlar əldə olunmuşdur. Məlumatlar Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəsmi şəkildə ekspert arayışı əlavə olunmaqla vergi orqanına təqdim edilmişdir. Vergi orqanına mənbəyi bəlli olan məlumatlar olduğu üçün həmin məlumatlar araşdırılaraq səyyar vergi yoxlaması zamanı istifadə edilmişdir (aktın 1.8-ci bəndi). - Qeyd olunan aktın 2-ci bəndindən görünür ki, müəssisənin rəhbərliyi tərəfindən yoxlamaya gəlir və xərcləri təsdiq edən sənədlər təqdim edilmədiyindən müəssisənin 2015, 2016 və 2017-ci illər üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Ona görə də müəssisə tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsiniin 130-ci maddəsinə əsasən gəlirin və xərcin uçotu qaydaları pozulduğu üçün Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 55 saylı Qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin mənfəəti hesablanmışdır. Beləliklə İddiaçı MMC-dən qismən alınmış qarşılıqlı əməliyyatlara dair ilkin sənədlərə və xx.xx.2018-ci il tarixli, 18296 nömrəli Məhkəmə Ekspertizasının arayışında elektron daşıyıcılarda aşkar olunmuş və cəmiyyətin daxili mühasibat uçot sənədlərinə əsasən müəssisə tərəfindən 2015-ci ildə ümumi dəyəri 2409880,97 manat, 2016-cı ildə ümumi 3015991,13 manat və 2017-ci ildə ümumi dəyəri 2812099,06 manat müxtəliif ərzaq və digər mallar təqdim edilərək gəlir əldə edilmişdir. Yoxlama ilə 2015-ci il üzrə müəyyən edilmiş 401646.83 manat mənfəətdən 20% dərəcə ilə büdcəyə 80329.37 manat, 2016-cı il üzrə müəyyən edilmiş 502665.19 manat mənfəətdən 20% dərəcə ilə büdcəyə 100533.04 manat, 2017-ci il üzrə müəyyən edilmiş 468683.18 manat mənffətdən 20% dərəcə ilə büdcəyə 93736.64 manat mənfəət vergisi hesablandı. Müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən 2015-2017ci illər üzrə ümumilikdə 34765.73 (o cümlədən 2015-ci il üzrə 7196.40 manat, 2016-cı il üzrə 11003.80 manat, 2017-ci il üzrə 16565.53 manat) manat məbləğində vergi hesablanmışdır. Bununla da yoxlama ilə 239833.32 manat (80329.37+100533.04+937xx.xx-34765.73=239833.32) əlavə mənfəət vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i həcmində, yəni 119916.66 manat məbləğində maliyyə sanksiyasının hesablanması təklif olunur. Yoxlama ilə vergi orqanına təqdim edilmiş vergi bəyannamələri ilə cəmiyyət tərəfindən qismən təqdim olunmuş və Məhkəmə Ekspertizasının göndərdiyi müəssisənin daxili mühasibat uçot sənədləri müqayisəli şəkildə yoxlanılarkən ƏDV-nin 593007.91 manat azaldılması və 4902.4 manat ƏDV-nin artıq hesablanması müəyyən edildir. Belə ki, yoxlanılan dövr üzrə müəssisənin “TEKA” markalı məişət texnikası, avadanlıqlarının, aksesuarlarının, dondurma və dondurulmuş qida məhsullarının satışı nəticəsində yaranmış dövriyyə 7913907.56 manat (ƏDV-siz) təşkil etdiyi halda həmin dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində cəmi dövriyyə 5658420.93 manat (ƏDV-siz) kimi göstərilmişdir. Nəticədə 2255486.63 manat dövriyyə kənarlaşması müəyyən edilmişdir. Bununla da əlavə dəyər vergisi üzrə 410618.50 manat əlavə vergi məbləğinin hesablanması, 4630.89 manat vergi məbləğinin azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 410618.50 manat əlavə vergi məbləğinin 50% miqdarında, yəni 205309.26 manat maliyyə sanksiyası tətbiq edilməsi təlikf olunur. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə əmlak vergisinin ödəyicisi olmuşdur. 2015-2017-ci illər üzrə əmlak vergisi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmişdir. Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən 447,90 manat kənarlaşma aşkar edilmişdir. Yoxlama ilə 447,90 manat əlavə vergi məbləğinin hesablanması və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləöin 50%-i həcmində, yəni 223,95 manat məbləğində maliyyə sanksiyasının hesablanması təklif olunur. - İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********138460 nömrəli qərardan görünür ki, İddiaçı MMC 2015- 2017-ci illər üzrə mənfət vergisinin 239833,32 manat azaldılmasına, 2015-2018-ci illər üzrə əlavə dəyər vergisinin 410618,50 manat azaldılmasına, 2017-ci il üzrə əmlak vergisinin 447,90 manat azaldılmasına, cəmi 650899.72 manat azaldılmasına və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 59344.55 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş **********158365 nömrəli, xx.xx.2018-ci il tarixli qərara əsasən İddiaçındə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə iyun 2015 - may 2018 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın keçirilmə müddəti xx.xx.2018xx.xx.2018-ci il müəyyən edilsə də bir neçə dəfə yoxlama müddəti vergi qanunvericiliyinin tələblərinə əsasən dayandırılmış və uzadılmışdır. Yoxlama **********160067 nömrəli, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Yoxlamanın aparıldığı dövrdə iddiaçının “TEKA” markalı məişət texnikası, avadanlıqlarının, aksesuarlarının, dondurma və dondurulmuş qida məhsullarının satışı ilə məşğul olması müəyyən edilmişdir. Yoxlayıcı müəssisənin təqdim etdiyi mühasibat sənədlərinə əsasən yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən ikili mühasibatlıq (qara mühasibatlıq) aparıldığı müəyyən edilmiş, cəmiyyətdə keçirilmiş X13 zamanı cəmiyyətin mühasibatlığından xx.xx.2018-ci il tarixli protokolla elektron daşıyıcılar və digər müəyyən uçot sənədləri götürülmüş, həmin götürülmüş elektron daşıyıcılar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş və Məhkəmə Ekspertizanın xx.xx.2018-ci il tarixli, 18296 nömrəli arayışı vergi orqanına göndərilmişdir. Həmin arayışda 2 ədəd noutbuk, 3 ədəd kompüter sistem bloklarında cəmiyyətin faktiki real fəaliyyəti barədə olan məlumatların əldə olunmasını əsas götürən yoxlayıcı tərəfindən cəmiyyətdə yoxlanılan dövr üzrə mənfəət, əlavə dəyər vergisi və əmlak vergisi üzrə kənarlaşmaların olması müəyyən edilmişdir. **********160067 nömrəli, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərarı hazırda mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X13ni həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. - 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 83.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - 83.9-ci maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarında müvafiq düstur əsasında 20% rentabellik dərəcəsi tətbiq olunmaqla mənfəət vergisinin hesablanma qaydası müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. - 67.2-ci maddəsinin tələbinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən cəmiyyyətdə aparılan yoxlama zamanı yuxarıda qeyd olunan normaların tələbləri qaydasında verginin hesablanmadığı, cəmiyyətdən X13 zamanı götürülmüş elektron daşıyıcılarında aşkar edilmiş, mənbəyi məlum olmayan, “qara mühasibatlıq” sənədlərinə istinad olunmaqla verginin hesablandığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, vergi tutulan dövriyyənin və yararan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə xx.xx.2018-ci il tarixli, 18296 nömrəli Məhkəmə Ekspertizasının arayışında elektron daşıyıcılarda aşkar olunmuş məlumatların cavabdeh tərəfindən yoxlama zamanı əsas götürülməsini qanunvericiliyin tələblərinə zidd hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1.-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən İddiaçı MMC-nin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixli, **********138460 №-li qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi əsaslı sayılmaqla həmin qərar ləğv edilməli, qeyd olunan qərar əsasında hesablanmış mənfəət vergisi, mənfəət vergisinin hesablanmasına dair maliyyə sanksiyası, hesablanmış ƏDV və hesablanmış ƏDV-yə dair tətbiq edilmiş maliyyə sanksiyası, hesablanmış əmlak vergisi iddiaçının şəxsi-hesab vərəqəsindən silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş İddiaçı MMC-nin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixli, **********138460 №-li qərar ləğv edilsin. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********138460 №-li qərarı əsasında hesablanmış mənfəət vergisi, mənfəət vergisinin hesablanmasına dair maliyyə sanksiyası, hesablanmış ƏDV və hesablanmış ƏDV-yə dair tətbiq edilmiş maliyyə sanksiyası, hesablanmış əmlak vergisi İddiaçı MMC-nin şəxsi-hesab vərəqəsindən silinsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1386/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1386/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver