Məhkəmə qərarları › İş №2-1(112)-1386/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1386/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1386/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Əhməd oğlunun Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, hüququn yarandığı andan əmək şəraitinə görə güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, 1983-cü ildən əmək fəaliyyəti ilə məşğul olaraq xx.xx.1986-xx.xx.1987-ci illərdə (1 il 5 ay) Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunda 3 nömrəli sexində yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1987- xx.xx.1991-ci illərdə (3 il 6 ay 15 gün) Qaz Sənayesi Nazirliyi Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodununun Tikinti-əl ilə qaynaq idarəsi (22.04.88-ci il tarixli 1/PO nömrəli əmrinə uyğun olaraq BDÖZ-nin TKİ-nin adı dəyişdirilərək "Şelflayihətikinti” LSTB adı verilib), xx.xx.1991-xx.xx.1996-cı illərdə (4 il 9 ay 15 gün) “Azərborukəmərtikinti” tresti TQİ-3 də 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1997-xx.xx.2003-cü illərdə (5 il 8 ay) Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii- Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2003-xx.xx.2007-ci illərdə (4 il iki ay) "xxxx" LTD-də əmək müqaviləsinə əsasən qaynaqçı vəzifəsində, xx.xx.2011xx.xx.2012-ci il illərdə (1 il 5 ay) H.Əliyev adına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexinin 1 saylı sahəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı, xx.xx.2012-xx.xx.2017-ci illərdə (4 il 4 ay 15 gün ) "xxxx" MMC-də bağlanmış əmək müqaviləsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.2018-ci il tarixdən bu günədək (3 il 2 ay) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti 3 saylı Tikinti-Quraşdırma bölümündə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 4 saylı tikinti-quraşdırma sahəsində ƏÖD-5 (beş) olmaqla müvəqqəti əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifələrində işləmişdir. İş məlumatlarından və arxiv arayışından da göründüyü kimi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 22 il 10 ay güzəştli şərtərə malik iş stajı var. Bununla əlaqədar cavabdehə edilmiş xx/xx.2021-ci ildə edilmiş müraciətinə xx.xx.2021-ci ildə verilmiş cavabda iddiaçının güzəştli şərtlərlə cəmi 7 il 2 ay stajının olması əsası ilə imtina edilməsinin hec bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, **********1 saylı etirazda bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 9 gün (xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikasının Lerik rayonu Nüvədi kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 saylı məktubu ilə iddiaçının müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 9 gün (xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. - "xxxx" tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı "xxxx" MMC-də xx/xx/2003-ci il tarixindən xx/xx/2007-ci il tarixinədək Qaynaqçı peşəsində işləmiş, Onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2007-ci il tarixində xitam verilmişdir (xx/xx/2007-ci il tarixli, 757/07 saylı Əmr). O, yenidən xx/xx/2012-ci il tarixindən xx/xx/2017-ci il tarixinədək Əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmiş, Onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2017-ci il tarixində xitam verilmişdir (xx/xx/2017-ci il tarixli, 160/17 ir saylı Əmr). "xxxx" MMC xx/xx/2001-ci il tarixindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxan hissələrinin blok modullannın metalkonstruksiyalannın quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdınlması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qəran ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlann, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçılan” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 8 il 5 ay 15 gün təşkil edir. - SOCAR-ın xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00058 saylı güzəştli arayışından görünür ki, iddiaçı “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 №-li sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 122/k nömrəli əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 12/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 2 il 4 ay. “Şelflayihətikinti” LSTB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 2/k nömrəli əmr) xx.xx.1991-ci il tarixinədək (xx.xx.1991-ci il tarixli 25/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 1 il 2 ay 14 gün. “Şelflayihətikinti” LSTBnin 1 saylı Tikinti Quraşdırma idarəsinin 2 №-li sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 42/k nömrəli əmr) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 1/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 3 il 7 ay 26 gün. Heydər Əliyev adına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexində xx.xx.2011-ci il tarixindən (xx.xx.2011-ci il tarixli 467/k nömrəli əmr) xx.xx.2012-ci il tarixinədək (xx.xx.2012-ci il tarixli 1224/k nömrəli əmr) əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 1 il 5 ay 7 gün. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm 35-ci bölməsində göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı - 8 il 7 ay 17 gün təşkil edir. - SOCAR-ın xx.xx.2021-ci il tarixli SOCAR**********80020123X00098 saylı güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx- 000132, xx.xx.2018-ci il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin peşədə çalışır. İddiaçı əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 2 il 11 ay 18 gün (iki il on bir ay on səkkiz gün) təşkil edir. - X3 tərəfindən verilmiş 59 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 01 sentyabr 1978-ci il tarixində Lənkəran 113 №-li Texniki Peşə Məktəbinə təhsil müddəti 3illik olan “geniş profilli traktorçu-maşınçı, kənd təsərrüfatı texnikasının təmiri üzrə çilingər ixtisası üzrə (əyani) qrupa qəbul edilmiş, xx.xx.1981-ci il tarixində məktəbi bitirimiş, bu barədə B-137072 nömrəli diplomu almışdır. - "xxxx" SC PSC Ayxalsk dağ-zənginləşdirmə kombinatı tərəfindən verilmiş “Sığorta pensiyaları haqqında” xx.xx.2013-cü il tarixli 400-FZ nömrəli Federal qanunun 30,32-ci maddələrinə uyğun olaraq əmək pensiyasının vaxtından əvvəl təyin olunması hüququnu verən staja hesab olunan iş dövrləri üzrə işin xüsusi xarakterini və ya əmək şəraitini dəqiqləşdirən arayışdan görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən (Əmr №568, xx.xx.1998-ci il) xx.xx.2003-cü il tarixədək (Əmr №3, xx.xx.2003-cü il) Uzaq Şimal Rayonunda "xxxx" SC (QSC) Ayxal dağ-zənginləşdirmə kombinatında İstilik elektrik şəbəkələri və mənzil təsərrüfatı müəssisəsinin TVK sahəsində kəsim və əl üsulu ilə qaynaq isləri üzrə elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. “Sığorta pensiyaları haqqında” xx.xx.2013-cü il tarixli 400-FZ nömrəli Federal qanunun 30-cü maddəsinin 1-ci bəndi 1.1 yarımbəndinə uyğun olaraq, yaşa görə əmək pensiyasının vaxtından əvvəl təyin olunması hüququ verən iş stajı: 4 il 3 ay 4 gün təşkil edir. - SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X0026 saylı məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən elektrik qaynaqçısı peşəsində: “Selflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 №-li sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 122/k nömrəli əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 12/k nömrəli əmr), “Selflayihətikinti” LSTB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 2/k nömrəli əmr) xx.xx.1991-ci il tarixinədək (xx.xx.1991-ci il tarixli 25/k nömrəli əmr); “Selflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 2 №-li sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 42/k nömrəli əmr) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 1/k nömrəli əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 7 il 2 ay 10 gündür. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: polad metalkonstruksiyalarda, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, ayrı-ayrı birləşmələrdə, elementlərdə və dirsəklərdə şaquli “yuxarı” və şaquli “aşağı” qövs qaynağı işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 2 №li əlavəsindəki XXXİİİ-ümumi peşələr bölməsində 23200000-19906 “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 20 iyul 1980-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1984cü il tarixdən Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunda qaynaqçı şagirdi (Əmr 102/k 12.10.84), xx.xx.1984-cü il tarixdən Çerepovetsk metal konstruksiyalar zavodunda Köçürmə qaydasında 1 nömrəli yığım-qaynaq sexinə elektrik qaynaqçısının şagirdi (Əmr №243-k 23.10.84), xx.xx.1985-ci il tarixdən Yarımavtomat maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №107 xx.xx.1985), xx.xx.1985-ci il tarixdən Avtoqaynaq sexinə y/a maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №218-k 26.07.85), xx.xx.1985-ci il tarixdən avtoqaynaq sexində yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №578 xx.xx.1985), xx.xx.1986-cı il tarixdən xx.xx.1986cı il tarixədək Bakı stasionar dərin özüllərin zavodunda 3 nömrəli sexə yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №115/k 1.04.86), xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Çerepovetsk metal konstruksiyalar zavodunda 3 nömrəli yığım-qaynaq sexinə yarımavtomat maşınlarda 4-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №187k xx.xx.1986), xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixə qədər Qaz Sənayesi Nazirliyi Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodununun Tikinti-əl ilə qaynaq idarəsində elektrik qaynaqçısı (Əmr №123k 29.09.87), xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə qədər “Şelflayihətikinti” LSTB elektrik qaynaqçısı (Əmr № 2/k 06.02.90), xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixə qədər “Azərborukəmərtikinti” tresti TQİ-3 də elektrik qaynaqçısı (Əmr №35/k 15.04.91), xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə “Azərborukəmərtikinti” tresti TQİ-1 də 5-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №42/k 7.05.92), xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (Əmr №42/k 7.05.92), xx.xx.1997-ci tarixdən xx.xx.1998-ci il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №4 13.01.97), xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonunda elektrik qaynaqçısı (Əmr №568 29.09.98), xx.xx.2003cü ildən xx.xx.2007-ci ilədək "xxxx" LTD-də əmək müqaviləsinə əsasən qaynaqçı (Ə/m 127122 xx.xx.2003), xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər "xxxx" MMC-də Sumqayıt tikinti quraşdırma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı (Əmr №67/k xx.xx.2007), xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixə qədər "xxxx" ASC-də “STP-nin Tikinti layihəsinin” 2 saylı Quraşdırma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı (Əmr №06/21ki 02.04.10), xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixədək H.Əliyev adına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexinin 1 saylı sahəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı (Əmr №467/k xx.xx.2011), xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı (Ə/m xx.xx.2012 167174), xx.xx.2018-ci il tarixdən bu günədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti 3 saylı Tikinti-Quraşdırma bölümündə 4 saylı tikintiquraşdırma sahəsində ƏÖD-5 (beş) olmaqla müvəqqəti əl ilə qaynaqda elektrik qaynaqçısı peşələrində işləmişdir. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda xx.xx.2020-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu güzəştli iş stajının 7 il 2 ay 9 gün olduğunu əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixədək iddiaçının pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-19906 kod ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi təsbit olunmuşdur. İddiaçı xx.xx.1987-xx.xx.1990-cı (3 il 1 ay), xx.xx.1990-xx.xx.1991-ci (1 il 02 ay 14 gün), xx.xx.1992-xx.xx.1996-cı (3 il 7 ay 25 gün), xx.xx.1996-xx.xx.1996-cı (7 ay) illərdə “Şelflayihətikinti” LSTB-nin Tikinti Quraşdırma idarələrində, xx.xx.1997-xx.xx.1998-ci (01 il 05 ay 14 gün), xx.xx.1998-xx.xx.2003-cü illərdə (4 il 3 ay 5 gün) Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonunda, xx.xx.2003xx.xx.2006-ci illərdə ( 2 il 10 ay 13 gün) "xxxx" LTD-də əl ilə qaynaq aparan elektrik qaynaqçı peşələrində xx.xx.2006-cı il tarixədək 16 il 04 ay 10 gün əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışmaqla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajını toplamışdır. İddiaçının ümumi iş stajının isə iş materiallarındakı sənədlər (diplom, hərbi bilet və əmək kitabçaları) əsasında xx.xx.2006-cı il tarixə qədər tələb olunan 25 ildən artıq olduğu müəyyən edilmişdir. Ümumiyyətlə, isə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı nə imtina məktubunda, nə də ki məhkəməyə təqdim edilmiş etirazda mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının 3 aprel 2001-ci il tarixli 114-İİQ nömrəli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında» Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək aşağıdakılar barədə razılığa gəldilər: - (maddə 1) bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir: «vətəndaşlar» – Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər; «daimi yaşayış yeri» – vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; «əmək (sığorta) stajı» – Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçinin Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək (sığorta) stajına bərabər tutulan istənilən digər müddətlər; «səlahiyyətli orqanlar»: Azərbaycan Tərəfindən – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Rusiya Tərəfindən – Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi. Bu Sazişdə işlədilən bütün digər anlayış və ya ifadələr müvafiq dövlətin qanunvericiliyi ilə onlara verilən mənanı daşıyır. - (maddə 2) vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi üzrə həyata keçirilir. - (maddə 4) tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər. - (maddə 5) bu Saziş üzrə pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri belə təminatı verən dövlət çəkir. - (maddə 6) vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi yaşayış yeri üzrə aparılır. Güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalar da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və (və ya) Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu Saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış əmək (sığorta) stajı nəzərə alınır. Bir Tərəf dövlətin ərazisindən digər Tərəfin dövlətin ərazisinə köçmüş və köçəndən sonra da işləmiş vətəndaşlara pensiyanın həcmi köçəndən sonra qazanılmış əmək haqqından (gəlirdən) hesablanır. Bir Tərəfin dövlətindən digər Tərəfin dövlətinin ərazisinə köçəndən sonra işləməmiş və ya köçüb gəldiyi Tərəfin dövlətinin qanunvericiliyi üzrə pensiya təyin olunan zaman əmək haqqının hesablanması üçün tələb olunan minimum iş dövrünə malik olmayan vətəndaşlara pensiyanın məbləği, onların ərazisinə köçdükləri Tərəfin dövlətinin pensiya təyin edərkən götürdüyü analoji fəaliyyət göstərən müvafiq peşə və ixtisası olan işçinin orta aylıq əmək haqqından hesablanır. Yuxarıda göstərilən qaydada orta aylıq əmək haqqının müəyyən edilməsi mümkün olmadığı halda, pensiyanın məbləği vətəndaşın köçüb gəldiyi Tərəfin dövlətinin ərazisində pensiya təyin olunan vaxta qədər mövcud olan orta aylıq əmək haqqından hesablanır. - (maddə 10) tərəflərin dövlətlərinin ərazisində pensiya təminatını həyata keçirən orqanlar bir-biri ilə onların səlahiyyətli orqanları arasındakı sazişlə müəyyən olunan qaydada əməkdaşlıq edirlər. Səlahiyyətli orqanlar arasında həll olunmamış məsələlər Tərəflər arasında danışıqlar predmeti sayılır. - (maddə 12) Bu Saziş, Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili proseduraları yerinə yetirməsi haqqında sonuncu yazılı bildiriş verilən tarixdən qüvvəyə minir. Bu Saziş üç il müddətinə bağlanılır və hər dəfə avtomatik olaraq növbəti üç il müddətinə uzadılır. Tərəflərdən hər biri bu Sazişə cari təqvim ilinin qurtarmasına ən azı altı ay qalmış digər Tərəfə yazılı xəbərdarlıq etməklə xitam vermək hüququna malikdir, beləliklə bu Sazişin qüvvədə olma müddəti göstərilən ilin qurtarması ilə sona yetir. Bu Sazişin müddəalarına müvafiq olaraq vətəndaşların əldə etdiyi pensiya təminatı hüquqları ona xitam verildiyi halda da qüvvədə qalır. Bakı şəhərində, 1999-cu il noyabrın 5-də, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında» Sazişin şərtlərindən göründüyü kimi, Rusiya Federasiyasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri iş stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınır. X4 Federasiyasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınması təminatı verilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müvafiq sazişin olmasını nəzərə almamış, iddiaçının Rusiya Federasiyasında işləyib-işləməməsini araşdırmadan müvafiq dövrü sığorta stajı kimi nəzərə almamışdır. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının güzəştli şərtlətlə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında” Qanununda tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının xx.xx.2020-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar