Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1386/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “artıq ödəmənin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları:
1. İddiaçı xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdə gəlir vergisinə hesablanmış kameralın azaldılması nəticəsində yaranmış 24414,37 manat artıq ödənilmiş gəlir vergisinin qaytarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək göstərmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini isə 5 il ərzində tələb etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” bərədə iddiaçının müraciətində qeyd olunmuş 24414,37 manat artıq ödəmə məbləğinin geri qaytarılması ilə əlaqədar müddət axımı bitdiyi üçün müraciətinin icrası mümkün olmamışdır.
3. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 24.698 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi barədə Rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə təmin edilmişdir.
5. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 24.414.37 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması:
6. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində 24.500 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdehə müraciət edilmişdir. Müraciətə cavab olaraq vergi orqanı tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7700100 saylı cavab məktubunda qeyd edilmişdir ki, müddət keçdiyi üçün artıq ödəmənin geri qaytarılması mümkünsüzdür. Halbuki vergi orqanı tərəfindən 2013-cü ilin gəlir vergisini ödəmədiyi üçün iddiaçıya 20390.28 manat dəyərində analoji vergi hesablanmışdır. 2014-cü ilin gəlir vergisini ödəmədiyi üçün isə 4467.67 manat dəyərində analoji vergi hesablanmışdır. Daha sonra müəssisə 2016-cı ilin yanvarında 2013 və 2014-cü illərə görə hesabat təqdim edib həmin rəqəmləri azaltmış, hesabatı boş təqdim etmişdir. Ona görə də eynilə analoji hesablanan məbləğlər azalmışdır. Lakin 2016-cı ilin fevralında müəssisəyə yenidən həmin məbləğdə kameral hesablanmışdır. 2017-ci ilin yanvarında müəssisənin hesabından 6700 manat dəyərində silinmə qərarı olmuşdur. 2017-ci ilin iyulunda kamerallar ləğv olunmuşdur. Deməli, sonuncu dəfə ləğvlər 2017-ci ilin iyulunda olmuş, artıq ödəmə 31 558 manat dəyərində olmuşdur. Lakin müəssisədə əvvəl 6700 manat dəyərində olan silinmə qərarına düzəliş edilmiş və 2017-ci ilin oktyabrındakı 6700 manat dəyərindəki silinmə qərarını aradan qaldırdıqları üçün 31558-6700=24858 manat dəyərində qalıq qalmışdır. Bundan əlavə də müəssisə 4 ilin hesabatını vaxtında tərtib etmədiyi üçün barəsində maliyyə sanksiyaları hesablanmışdır. Müəssisənin artıq ödəməsi son olaraq 24 698 manat dəyərinə düşmüşdür.
7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli, **********170700 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” bərədə ərizəsinin araşdırılması zamanı şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən tərəfindən xx.xx.2017-ci il tarixdən həmin ərizənin vergi orqanına təqdim edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə heç bir vergi məbləğinin ödənilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinin “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” bərədə müraciətində qeyd olunmuş 24414,37 manat artıq ödəmə məbləğinin ödənildiyi tarixdən 5 il keçdiyi nəzərə alınaraq həmin müraciətin icrası mümkün olmamışdır və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********993100 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində olan 24.271,40 manat artıq ödəmə məbləği “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"nə işlənmiş və hal-hazırda “Vergilər üzrə vərəqə"də vergi ödəyicisinin ümumiyyətlə artıq ödəməsi yoxdur.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi
10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir.
11. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh imtina etdikdən sonra məhkəməyə müraciət etmişdir.
12. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdehin 06 mart 2023-cü il tarixli, **********992400 nömrəli məktubunda göstərilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin sığorta fəaliyyəti ilə məşğul olduğu və tərəfindən 2013-2014-cü il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində ümumilikdə 124289,79 manat dövriyyə məbləğinin göstərildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin müddəalarına əsasən sığorta fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Vergi ödəyicisi tərəfindən 2013-cü və 2014-cü illər üzrə gəlir vergisi bəyannamələri vergi orqanına təqdim etməməklə sığorta fəaliyyətindən əldə edilmiş gəlir məbləğinin bəyan edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2015-ci il tarixli **********698700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi barədə” məktub göndərilərək 5 (beş) gün müddətində gəlir vergisi bəyannamələrini, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə vergi ödəyicisinə 2013-cü və 2014-cü illər üçün gəlir vergisi bəyannamələri üzrə 24 857,95 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2015-ci il tarixli **********401400 və **********397200 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir.
13. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2015-ci il tarixli, **********397200 və **********401400 nömrəli qərarlarından görünür ki, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçıya Gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2013-cü il vergi dövrü üçün 20.390,28 manat və 2014-cü il vergi dövrü üçün 4.467,67 manat məbləğində Gəlir vergisi hesablanmışdır.
14. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli, **********646800 və **********647500 nömrəli qərarlarından görünür ki, xx.xx.2017-ci il tarixli **********079200 nömrəli xidməti məktuba əsasən iddiaçıya hesablanmış verginin məbləği 20.390,28 manat və 4.467,67 manat məbləğdə azaldılmışdır.
15. İşdə olan İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2015-ci il tarixdə 2013-cü il vergi dövrü üçün 20.390,28 manat və 2014-cü il vergi dövrü üçün 4.467,67 manat məbləğində əlavə gəlir vergisi hesablandığından onun həmin tarixə şəxsi hesab vərəqəsində 24711,31 manat vergi borcu yaranmışdır. Şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı yaranmış bu vergi borcu üzrə müvafiq ödənişləri etmiş, xx.xx.2015-ci il tarixə onun şəxsi hesab vərəqəsində cəmi 80 manat vergi borcu qalmışdır. Şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə təqdim edilmiş bəyannamələrə əsasən cavabdehin xx.xx.2015-ci il tarixdə hesabladığı 20.390,28 manat və 4.467,67 manat əlavə gəlir vergisinin məbləği azaldılmış, cavabdeh həmin bəyannamələrə əsasən yenidən xx.xx.2016-cı il tarixdə iddiaçıya 2013cü il vergi dövrü üçün 20.390,28 manat və 2014-cü il vergi dövrü üçün 4.467,67 manat məbləğində əlavə gəlir vergisi hesablamışdır. Lakin cavabdeh xx.xx.2017-ci il tarixdə qəbul etdiyi qərarlara əsasən iddiaçıya hesabladığı 2013-cü il vergi dövrü üçün 20.390,28 manat və 2014-cü il vergi dövrü üçün 4.467,67 manat əlavə gəlir vergisini azaltmış, nəticədə həmin tarixə iddiaçının şəxsi hesab vərəqəsində 31558,68 manat, iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixə isə 24414,37 manat artıq ödəməsi yaranmışdır.
16. Eyni zamanda məsələnin araşdırılması məqsədilə iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4152 saylı ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan, İddiaçı şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il yazılış tarixinə 24.858,25 manat artıq ödəmə məbləği müəyyən olunaraq işlənilmişdir. Yəni fiziki şəxs İddiaçı xx.xx.2017-ci il tarixində 24.858,25 manat artıq ödəməsi yaranmışdır. Göründüyü kimi, İddiaçı məxsus şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə 5 illik tələbetmə müddəti keçməmiş artıq ödənilmiş verginin məbləği 24.858,25 manat müəyyən olunur. Belə ki, xx.xx.2017-ci il tarixindən (24.858,25 manat artıq ödəmənin yarandığı tarix) ekspert qarşısında qoyulmuş sualda göstərilən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərinədək olan dövrlər üzrə müddətlər 5 illik müddəti keçmir.
18. Beləliklə, işin istinad edilən halları ilə iddiaçının vergilər üzrə artıq ödəməsinin xx.xx.2017-ci il tarixdə yaranması, iddiaçının həmin ödəmənin geri qaytarılması üçün xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etməsi, həmin tarixə şəxsi hesab vərəqəsinə əsasən 24414,37 manat artıq ödəməsinin olması tam təsdiq olunur.
19. İddiaçı hazırda həmin artıq ödəmənin geri qaytarılmasını xahiş edir.
20. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. -24.1-ci maddəsinə görə vergi orqanları: 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. -59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. -85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. -87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: -3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. -4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. -52.5-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
23. Göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir.
24. İddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixə artıq ödəməsi yarandığından məhkəmə hesab edir ki, onun xx.xx.2022-ci il tarixə həmin artıq ödəmənin qaytarılmasını tələb etmək hüququ mövcud olmuşdur.
25. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən iddiaçının tələb etmə müddəti olan 5 ildən sonra müraciət etdiyinə istinad etsə də, məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından müəyyən olunduğu kimi, artıq ödəmə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixdə yaranmış, iddiaçının həmin məbləği tələb etmə hüququ da məhz həmin tarixdə yaranmış, müddət axımı həmin tarixdən etibarən başlamışdır (ona qədər şəxsi hesab vərəqəsində artıq ödəmə mövcud olmadığından iddiaçının onun tələb edilməsi ilə bağlı belə bir hüququ da olmamışdır).
26. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.
27. Nəzərə alınmalıdır ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanına 0,1 faiz məbləğində faiz tətbiq edilməsini nəzərdə tutumuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) artıq ödəmənin 0,1 faizi əlavə olaraq ödənilməlidir.
28. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 24.414.37 manat məbləğin və ərizənin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğin 0.1 faizi məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. İş üzrə 100 (bir yüz) manat məhkəmə ekspertizası xərci cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsindən tutularaq dövlət büdcəsinə (X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Səlma Salahova