Məhkəmə qərarları › İş №2-1(112)-1386/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1386/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1386/2025 20.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X2, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun Bəndalı Ağamurad oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 704.0 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş 5 otaqdan ibarət yaşayış sahəsi 79.2 kv.m, köməkçi sahəsi 47.5 kv.m, həyətda anbar sahəsi 10.6 kv.m, mətbəx sahəsi 15.6 kv.m, hamamtualet sahəsi 9.6 kv.m olan yaşayış evinə hüququn iddiaçının qaynatası Bəndalı Ağamurad oğluna məxsus olması haqqında arayış verilməsi öhədiliyinin, eləcə də həmin ünvanda üçüncü şəxs X3 qanunsuz tikdirdiyi yaşayış evinə verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının sonuncu dəqiqləşməsinə əsasən iddia tələbi “ünvan 2 ünvanda yerləşən 704 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun Bəndalı Ağamurad oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Molotov (Qaradağ) rayon XDS İK-nin 20 yanvar 1956-cı il tarixli,24 saylı protokolu ilə Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 28 saylı ünvanda ayrılmış 704,0 kv.m həyətyanı torpaq sahəsində qaynata Bəndalı Ağamurad oğlu tikdirdiyi-5 otaqdan ibarət yaşayış sahəsi 79,2 kv.m,köməkçi sahəsi 47,5 kv.m,həyətdə anbar sahəsi 10,6 kv.m,mətbəx sahəsi 15,6 kv.m,hamam-tualet sahəsi 9,6 kv.m olan yaşayış evi Qaradağ rayon İcra Flakimiyyəti Başçısının 07 iyun 2005-ci il tarixli,292 saylı Sərəncamı ilə sənədləşdirilərək Bəndalı Ağamurad oğlunun adma qeydiyyata alınmış və xx.xx.2005-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının qaytanatası 21 fevral 1963-cü il tarixdə vəfat etmişdir. Bu evə və onun həyətyanı sahəsinə mülkiyyət hüququ ölümündən sonra verilmiş, ancaq bu hüququnu təsdiq edən çıxarışı almadan dünyasını dəyişmişdir. Odur ki, onun qanun üzrə vərəsəsi kimi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri rublik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə “Asan xidmət” vasitəsi ilə müraciət edərək qeydiyyat orqanı kimi həmin daşınmaz əmlaka hüququn mərhum Bəndalı Ağamurad oğluna məxsus olması haqqında arayış verməsini xahiş etmişdir. Lakin cavabdeh müaciətin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 və X7 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin digər payçısına aid hissəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Məlumat üçün Məhkəmənin nəzərinə çatdırlır ki, X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak mövcud deyil. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etdi. O, əlavə olaraq iddianın 433,3 kv.m hissəsində təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evi üzərində miras qoyan Bəndəli Ağamurad oğlunun vərəsələri olmuş hüquq sahibləri İddiaçı Cəbrayıl qızının 48/60 hissədə və X5 12/60 hissədə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı vərəsələr tərəfindən idarəyə müraciət edilməsi məqsədəmüvafiqdir. -Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.202005-ci il tarixli, 292 nömrəli Sərəncamı ilə mərhum Bəndalı Ağamurad oğlunun Molotov rayon XDS İK-nin 20 yanvar 1956-cı il tarixli 24 saylı protokoluna əsasən Lökbatan qəsəbəsi, 20 yanvar küçəsi 28 saylı 704 m2, torpaq sahəsində tikdirdiyi 5 otaqdan ibarət yaşayış sahəsi 79,2 m2, köməkçi sahəsi 47,5 m2, həyətdə ambar sahəsi 10,6 m2, mətbəx sahəsi 15,6 m2, hamamayaqyolu sahəsi 9,6 m2, olan yaşayış evinin sənədləşdirilib qeydiyyata alınması qərara alınmışdır. -Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin texniki parametrləri və sxemi göstərilmişdir. Pasporta torpaq sahəsinin ölçüsünün 704 kv.m olduğu göstərilmişdir. -Seriya FM № 038245 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Bəndalı Ağamurad oğlunun xüsusi mülkiyyətindədir. -Bəndalı Ağamurad oğlunun adına tərtib olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin texniki parametrləri və sxemi göstərilmişdir. Pasporta torpaq sahəsinin ölçüsünün 433,3 kv.m olduğu göstərilmişdir. -Bakı şəhəri 8 saylı Notariat Ofisinin 553 nömrəli məktubundan görünür ki, 1905-ci il tarixdə anadan olmuş xx.xx.1963-cü il tarixdə ölmüş Bəndəli Ağamurad oğlundan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 05/2018 nömrəli vərəsəlik işi açılmışdır. Bəndəli Ağamurad oğlunun vəfat etməsi ilə əlaqədar 2018-ci ildə onun vərəsələrindən Glilbacı Cəbrail qızı və X8 notariat ofisinə müraciət etmişdirlər. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 126,40 kv.m fərdi yaşayış evi üzərində 48/60 hissədə İddiaçı Cəbrayıl qızının, 12/60 hissəsində isə X4 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Torpaq sahəsinin ölçüləri 0,015940 olaraq göstərilmişdir. -Müayinə aktından görünür ki, fərdi yaşayış evi **********26-10301 saylı reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həyət daş hasarla iki hissəyə bölünmüşdür, hər iki hissənin yola çıxışı var. Digər hissədə əlavə St.a=145.2 m2 yaşayış evi inşa olunmuşdur. İddiaçıya aid olan hissə A və E tikililəridir. A tikilisinə bitişik St.a=31.0 m2 və E tikilisinin bir hissəsi sökülərək yerində St.a=33.8 m2 əlavə tikili inşa edilmişdir. Qaradağ rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən 704.0 m2 -dir, lakin faktiki 803. m2 təşkil edir. Ümumi sahənin 440.0 m2 hissəsi A və E tikililəri ilə birlikdə iddiaçının istifadəsindədir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ümumi ərazi ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. -Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiacının hasar daxilində faktik stifadəsində olan 440.7 kv.m torpaq sahəsi xx.xx.1963-cü il tarixli, sonradan xx.xx.1981 -ci il tarixdə düzəliş edilmiş arxiv texniki pasportunda göstərilən 704.0 kv m torpaq sahəsinin bir hissəsidir və həmin texniki pasportda göstərilən “A" tikilisi tamamilə iddiaçının istifadəsindədir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 28 ünvanında **********26-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş fərdi yaşayış evinin qeydiyyatı üçün əsas olmuş Qaradağ RİH-nin xx.xx.2005-ci il tarixli 292 nömrəli sərəncamı keçmiş Molotov rayon XDS-nın xx.xx.1956-cı il tarixli qərarına istinad edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.1956-cı il tarixli sərəncamında göstərilən 300 kv.m torpaq sahəsi arxiv texniki pasportda göstərilən 704 kv.m sahənin daxilində yerləşir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunzadd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. Məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilir. Bir çox paylı mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı mübahisələrdə payçıların razılıqları ilə tərtib olunmuş bölgü sxeminin və ya payın ayrılması ilə bağlı məhkəmə qərarının mövcudluğu əhəmiyyət kəsb edir. Hazırki işin faktiki hallarından da göründüyü kimi ünvan 4 ünvanında yerləşən 126,40 kv.m ümumi sahəyə malik fərdi yaşayış evi üzərində İddiaçı Cəbrayıl qızının 48/60 hissəsi və X4 12/60 hissəsi üzrə xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeyd olunmalıdır ki, bu fərdi yaşayış evi ilkin olaraq mərhum Bəndalı Ağamurad oğluna məxsus olmuşdur. Onun vəfatından sonra, vərəsəlik hüququ əsasında, mülkiyyət hüquqları onun gəlini, İddiaçı Cəbrayıl qızına və oğlu X1. İddiaçı hal-hazırda fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin mərhum Bəndalı Ağamurad oğluna məxsus olması ilə bağlı müvafiq arayışın verilməsi məqsədinə nail olmaq istəyir. Lakin, iddiaçını tələbi yalnız 433,3 kv.m ölçüsünə münasibətdə əsaslıdır. Məhkəmə ilk növbədə torpaq sahəsinə dair Bəndalı Ağamurad oğlunun hüquqların mövcudluğuna münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-)

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Məhkəmə, mərhum Bəndalı Ağamurad oğlunun torpaq sahəsinə dair hüquqlarının yarandığına münasibətdə bildirir ki, yuxarıda göstərilən normaların tələblərindən də göründüyü kimi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn qeydiyyata alınması əsası qismində çıxış edir. İş materiallarında olan sənədlər əsasında isə müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə dair texniki pasport xx.xx.2001ci il tarixədək tərtib olunmuş, həmin texniki pasportda torpaq sahəsinin ölçüsü göstərilmişdir ki, göstərilən həmin sənəd hüquqmüəyyənedici sənəd qismində çıxış edir və hazırki iddianın hüquqi əsasını təşkil edir. Torpaq sahəsinin ölçüsünə gəldikdə isə Məhkəmə bildirir ki, doğrudur ki, həmin ünvana dair tərtib olunmuş ilkin pasporta torpaq sahəsinin ölçüsünün 704 kv.m olduğu göstərilmişdir. Lakin, bu sahə paylı mülkiyyətdə olduğu üçün həmin torpaq sahəsinin müəyyən hissələri fərqli mülkiyyətçilər arasında bölünmüşdür. Burada mühüm məqam ondan ibarətdir ki, iddiaçı yalnız torpaq sahəsinin ona aid olan hissəsi üzərində mülkiyyət hüququnun mərhum Bəndalı Ağamurad oğluna məxsus olmasını tələb etməkdə haqlıdır. İş materiallarında təqdim olunan müayinə aktı, mütəxəssis rəyinə və mərhum Bəndalı Ağamurad oğluna aid dəyişikliklər nəticəsində tərtib olunmuş texniki pasportda göstərilən məlumatlara əsasən iddiaçının mülkiyyətində olan A və E tikililərinin əhatə etdiyi torpaq sahəsinin faktiki olaraq 440 kv.m olduğu halda, sənəd üzrə bu sahənin 433,3 kv.m olaraq qeyd edildiyi nəzərə alınmalıdır. Bu hal, torpaq sahəsinin mülkiyyət hüququnun müəyyənləşdirilməsi zamanı sənədlər üzrə qeydə alınan ölçü ilə faktiki vəziyyətin arasındakı fərqi göstərir. Lakin qeyd etmək lazımdır ki, 433,3 kv.m sahəsi 704 kv.m ölçüsündəki ümumi torpaq sahəsinin hüdudları daxilində yerləşir. Nəticə etibarilə, iddiaçı yalnız həmin 433,3 kv.m sahəsi üzrə mülkiyyət hüququnun mərhum Bəndalı Ağamurad oğluna məxsus olmasını tələb edə bilər. Məhkəmə, bu kontekstdə xüsusi olaraq qeyd edir ki, torpaq sahəsinin ayrıca bölgü sxeminin mövcudluğuna dair zərurət yaranmamışdır. Bu, faktiki vəziyyətdə fərdi yaşayış evinin paylı mülkiyyətdə olmasına baxmayaraq, iddiaçının mülkiyyətində olan A və E tikililərinə aid torpaq sahəsinin ölçüsünün artıq müvafiq texniki pasportda və müayinə aktında dəqiqliklə göstərildiyi ilə əlaqədardır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etmiş, göstərilən tələb üzrə iddiaçının müvafiq sənədlərə malik olduğunu nəzərə almadan onun müraciətini təmin edilməsindən imtina edərək onun hüquqlarını pozmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia qismən təmin edilsin. ünvan 2 ünvanda yerləşən 433,3 kv.m torpaq sahəsi üzərində hüququn Bəndalı Ağamurad oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar