Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13867/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı, X9, X12 və X10 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yəni, İddiaçı ünvan 1 ünvanında yerləşən 208B, 208C, 96A, 96B, 96E saylı sahələrə dair; ona yəni, iddiaçı X4 ünvan 1 ünvanında yerləşən 208A saylı sahəyə dair; ona yəni, X7 ünvan 1 ünvanında yerləşən 208D saylı sahəyə dair; ona yəni X5 ünvan 1 ünvanında yerləşən 208E saylı sahəyə dair mülkiyyət hüququ üzrə adlarına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdirlər. İddiaçı - İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 208В, 208C, 96A, 96B, 96E saylı sahələr tərəfindən 2020-ci ildə "xxxx" mənzil tikinti kooperativindən (“Badamdar Residence”) tam ödəniş edilməklə alınmışdır. Həmin sahələr mənzil kimi istifadə edilir. Sahələrə dair maliyyə arayışı, protokoldan çıxarış və istismara qəbul aktları, cizgisi verilmişdir. Həmin mənzillərə dair çıxarışın verilməsi ilə bağlı o, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə və hüquqmüəyyənedici sənədlərlə müraciət etmiş, ona imtina məktubu ilə texniki baxış keçirilən zaman sahələrin binanın texniki mərtəbəsində yerləşdiyi və ümumi sahənin hüquqmüəyyənedici sənədlərdə qeyd olunmuş sahədən az olduğu, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı və texniki mərtəbənin yaşayış təyinatlı olması qeyd edilmədiyi bildirilmişdir. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 2-1(112)-13867/2023 nömrə altında qeydiyyata alınmış, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2-1(112)-13867/2023 saylı iş üzrə iddiaçılar X2, X6, X3 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqlarının dövlət qeydiyyatına alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə iş ayrı-ayrı icraatlara ayrılmaqla, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 208B, 208C, 96A, 96B, 96E saylı sahələrə dair mülkiyyət hüququ üzrə adının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alımaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati iş isə icraatda saxlanılmaqla, baxılması davam etdirilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, İddiaçı idida tələbində qeyd olunanlarla bağlı xx.xx.2023-cü il tarixli, **********, ********** **********, ********** və ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********58, **********18, **********19 **********17 və **********21 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, müvafiq mənzillərin qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasının Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı və texniki mərtəbənin yaşayış təyinatlı olduğu qeyd edilməmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin müətəxəssisləri tərəfindən əmlaklara baxış keçirilən zaman məlum olmuşdur ki, 208B, 208C,96A, 96B, 96E saylı mənzillər binanın texniki mərtəbəsində yerləşir, 208B saylı mənzilin sahəsi sənəd üzrə 76,0 kv. m., faktiki olaraq 55,6 kv. m., 208 C saylı mənzilin sahəsi sənəd üzrə 143,0 kv. m., faktiki olaraq 106,8 kv.m, 96 A saylı mənzilin sahəsi sənəd üzrə 135.9 kv. m., faktiki olaraq 95,0 kv.m., 96 B saylı mənzilin sahəsi sənəd üzrə 200.0 kv. m. faktiki olaraq 123,6 kv. m. 96E saylı mənzilin sahəsi isə sənəd üzrə 300 kv. m., faktiki olaraq 211.2 kv. m. təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra-çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə İPM-nin 54cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında inşa edilmiş 18 (tex) mərtəbəli yaşayış binasının “B” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 55,6 kv. metr olan 208B saylı mənzilə, “B” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 106,8 kv.metr olan 208C saylı mənzilə, “A” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 95,0 kv.metr olan 96A saylı mənzilə “A” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 123,6 kv. metr olan 96B saylı mənzilə və “A” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 211,2 kv. metr olan 96E saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli 02 saylı protokolundan çıxarışların surətindən müəyyən olunur ki, Kooperativin iclasında İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi və vətəndaş İddiaçı mülkiyyət hüququ ilə ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış və qeyri-yaşayış sahələrinin daxil olduğu “Badamdar Residence” yaşayış kompleksi adlandırılan çoxmərtəbəli yaşayış binasının “B” blokunda 19-cu texniki mərtəbəsində 208 C nömrəli 143 kv. m (Sol tərəfdən 2-ci qapı) sahəsinin, “A” blokunda, 19-cu texniki mərtəbəsində, 96 A nömrəli 135 kv. m. (Sol tərəfdən 1-ci qapı) sahəsinin, “A” blokunda, 19-cu texniki mərtəbəsində, 96B nömrəli, 200 kv. m. (Sol tərəfdən 2-ci qapı) sahəsinin, “A” blokunda, 19-cu texniki mərtəbəsində, 96 E nömrəli, 300 kv. m. (Sol tərəfdən 3-cü qapı) sahəsinin verilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş: xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, İddiaçı Səbail Rayon İcra Hakimiyyəti Başçısının 119 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında, ünvan 3 ünvanında inşa edilmiş çox mərtəbəli yaşayış binasının “B” blokunun 19-cu mərtəbəsində yerləşən texniki mərtəbəsinin ümumi sahəsi 76.0 kv. m. olan 208 B saylı (Sol tərəfdən 3-cü qapı) sahə ona məxsusdur və heç bir borcu yoxdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, İddiaçı Səbail Rayon İcra Hakimiyyəti Başçısının 119 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında, ünvan 3 ünvanında inşa edilmiş çox mərtəbəli yaşayış binasının “B” blokunun 19-cu mərtəbəsində yerləşən texniki mərtəbəsinin ümumi sahəsi 143.0 kv. m. olan 208 C saylı (Sol tərəfdən 2-ci qapı) sahə ona məxsusdur və heç bir borcu yoxdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, İddiaçı Səbail Rayon İcra Hakimiyyəti Başçısının 119 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında, ünvan 3 ünvanında inşa edilmiş çox mərtəbəli yaşayış binasının “A” blokunun 19-cu mərtəbəsində yerləşən texniki mərtəbəsinin ümumi sahəsi 135.0 kv. m. olan 96 A saylı (Sol tərəfdən 1-ci qapı) sahə ona məxsusdur və heç bir borcu yoxdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, İddiaçı Səbail Rayon İcra Hakimiyyəti Başçısının 119 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında, ünvan 3 ünvanında inşa edilmiş çox mərtəbəli yaşayış binasının “A” blokunun 19-cu mərtəbəsində yerləşən texniki mərtəbəsinin ümumi sahəsi 200.0 kv. m. olan 96 B saylı (Sol tərəfdən 2-ci qapı) sahə ona məxsusdur və heç bir borcu yoxdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, İddiaçı Səbail Rayon İcra Hakimiyyəti Başçısının 119 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında, ünvan 3 ünvanında inşa edilmiş çox mərtəbəli yaşayış binasının “A” blokunun 19-cu mərtəbəsində yerləşən texniki mərtəbəsinin ümumi sahəsi 300.0 kv. m. olan 96 E saylı (Sol tərəfdən 3-cü qapı) sahə ona məxsusdur və heç bir borcu yoxdur. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının surətlərindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən mənzilin hüquq müəyyənedici sənəd üzrə sahəsi 300.0 kv. m., otaq sayı 3, faktiki ümumi sahəsi 211,2 kv. m., yaşayış sahəsi 164,7 kv. m. qeyd olunmuşdur. Mənzil 18 (tex) mərtəbəli yaşayış binasının texniki (19-cu) mərtəbəsində yerləşir. Mənzilin faktiki vəziyyəti tərtib edilib. Mənzildə sonradan bəzi arakəsmələr tikilib. Mənzil istismara qəbul aktında göstərilən mənzillər tərkibinə daxil deyil. Hal-hazırda yaşayış kimi istifadə olunur, soldan 3-cü qapı. ünvan 5 ünvanında yerləşən mənzilin hüquq müəyyənedici sənəd üzrə sahəsi 76.0 kv.m, otaq sayı 1, faktiki ümumi sahəsi 55,6 kv.m., yaşayış sahəsi 31,1 kv. m. qeyd olunmuşdur. Mənzil 18 (tex) mərtəbəli yaşayış binasının texniki (19-cu) mərtəbəsində yerləşir. Mənzilin faktiki vəziyyəti tərtib edilib. Mənzil 18 (tex) mərtəbəli yaşayış binasının texniki mərtəbəsində yerləşir. Mənzildə sonradan bəzi arakəsmələr tikilib. Mənzil istismara qəbul aktında göstərilən mənzillər tərkibinə daxil deyil. Hal-hazırda yaşayış kimi istifadə olunur. ünvan 6 ünvanında yerləşən mənzilin hüquq müəyyənedici sənəd üzrə sahəsi 143.0 kv.m, otaq sayı 3, faktiki ümumi sahəsi 106.8 kv.m., yaşayış sahəsi 59.1 kv. m. qeyd olunmuşdur. Mənzil 18 (tex) mərtəbəli yaşayış binasının texniki (19-cu) mərtəbəsində yerləşir. Mənzilin faktiki vəziyyəti tərtib edilib. Mənzildə sonradan bəzi arakəsmələr tikilib. Mənzil istismara qəbul aktında göstərilən mənzillər tərkibinə daxil deyil. Hal-hazırda yaşayış kimi istifadə olunur. ünvan 7 ünvanında yerləşən mənzilin hüquq müəyyənedici sənəd üzrə sahəsi 135.0 kv. m., otaq sayı 3, faktiki ümumi sahəsi 95.0 kv. m.., yaşayış sahəsi 50.5 kv. m. qeyd olunmuşdur. Mənzil 18 (tex\) mərtəbəli yaşayış binasının texniki (19-cu) mərtəbəsində yerləşir. Mənzilin faktiki vəziyyəti tərtib edilib. Mənzildə sonradan bəzi arakəsmələr tikilib. Mənzil istismara qəbul aktında göstərilən mənzillər tərkibinə daxil deyil. Hal-hazırda yaşayış kimi istifadə olunur. Soldan 1-ci qapı. ünvan 8 ünvanında yerləşən mənzilin hüquq müəyyənedici sənəd üzrə sahəsi 200.0 kv. m., otaq sayı 3, faktiki ümumi sahəsi 123,6 kv.m., yaşayış sahəsi 69.2 kv. m. qeyd olunmuşdur. Mənzil 18 (tex) mərtəbəli yaşayış binasının texniki (19-cu) mərtəbəsində yerləşir. Mənzilin faktiki vəziyyəti tərtib edilib. Mənzildə sonradan bəzi arakəsmələr tikilib. Mənzil istismara qəbul aktında göstərilən mənzillər tərkibinə daxil deyil. Hal-hazırda yaşayış kimi istifadə olunur. Soldan 2-ci qapı. Tikintilərin Dövlət Reyestrinin İnternet Səhifəsindən “Tikintiyə və İstismara icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat”dan çıxarışdan müəyyən olunur ki, Sifarişçi "xxxx" MMC-nin sifarişi əsasən "xxxx" MMC tərəfindən layihələndirilmiş ünvan 9 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının (bina A, B) tikintisinə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 120 №-li, xx.xx.2016-cı il tarixli icazə sənədi ilə icazə verilmişdir. Tikinti Layihəsinə dair 24970 №-li, xx.xx.2018-ci il tarixli Eksppertiza rəyi alınmışdır. Tikinti sahəsi 2516.57 kv.m., mərtəbə sayı 18, həcmi 70469 kv. m., tikintilərin Dövlət Reyestri tərəfindən verilmiş kodun nömrəsi 00401016-1-1101-001543/0718, xx.xx.2018-ci il, mənzillərin sayı - ümumi 202 qeyd olunmuşdur. İddiaçı sifarişi əsasında “X8” tərəfindən tərfib olunmuş 157 №-li, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqatlar nəticəsində, tədqiq olunan ünvan 10 ünvanında yerləşən binanın sonuncu mərtəbəsində 96 A və 96 B, 96 E, 208A, 208B, 208C, 208D və 208E nömrəli tikililərdə mövcud vəziyyəti üzrə ayrı-ayrılıqda yaşayış üçün tam şərait yaradılmış və hazırda mənzil kimi istifadəsi müəyyən edildi. “İnşaat norma və Qaydaları”nın və “Mənzil Məcəlləsi”nin 13, 14 və 15-ci maddələrinin tələblərinə uyğun olaraq, tədqiq olunan ünvan 10 ünvanında yerləşən binanın sonuncu mərtəbəsində 96 A, 96B, 96E, 208A, 208B, 208D və 208E nömrəli mübahisəli tikililərinin 1 və 3 otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədən ibarət olmaqla mənzil sahəsi olduğu müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 3-35-2/2- 3357/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış binasının istismara qəbul aktının və həmin yaşayış binasının mənzillərin ümumi say tərkibi, məlumatın və texniki mərtəbənin yaşayış təyinatlı sahə kimi nəzərdə tutulub-tutulmamasına dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Mərkəzin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRnin 1 saylı Bakı Ərazi İdarəsinin; **********18 saylı xx.xx.2023-cü il tarixli cavab məktublarında qeyd olunmuşdur ki, ünvan 11 ünvanda inşa edilmiş yaşayış binasının 208C saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 208C saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi və ümumi sahənin hüquq müəyyənedici sənədlərdə qeyd olunmuş sahədən 36.2 kv. m. az olduğu müəyyən edilmişdir. Müvafiq mənzilin qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı və texniki mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. **********19 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 11 ünvanda inşa edilmiş yaşayış binasının 96A saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 96A saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi və ümumi sahənin hüquqmüəyyənedici sənədlərdə qeyd olunmuş sahədən 40 kv. m. az olduğu müəyyən edilmişdir. Müvafiq mənzilin qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı və texniki mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. **********17 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 11 ünvanda inşa edilmiş yaşayış binasının 96B saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 96B saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi və ümumi sahənin hüquqmüəyyənedici sənədlərdə qeyd olunmuş sahədən 76,4 kv. m. az olduğu müəyyən edilmişdir. Müvafiq mənzilin qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı və texniki mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. **********21 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 11 ünvanda inşa edilmiş yaşayış binasının 96E saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 96E saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi və ümumi sahənin hüquqmüəyyənedici sənədlərdə qeyd olunmuş sahədən 88,8 kv. m. az olduğu müəyyən edilmişdir. Müvafiq mənzilin qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı və texniki mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 13-cü maddəsinə əsasən: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. 112.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK (“Badamdar Residence”) arasında bağlanmış müqavilələrə əsasən ünvan 3 ünvanında inşa edilmiş çox mərtəbəli yaşayış binasında (tex. mərtəbə) yerləşən mənzillərin dəyəri tam şəkildə iddiaçı tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq dəyərini tam ödədiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının “30” noyabr 2021-ci il tarixli 3 №li qərarı ilə təsdiq edilmiş “Yaşayış binaları. Layihələndirmə normaları”nda aşağıdakı əsas anlayışlardan istifadə olunur: - çoxmənzilli yaşayış binası - iki və daha çox mənzildən ibarət, mənzillərinin ümumi istifadə sahələri və mühəndis sistemləri olan yaşayış binası; - binanın yerüstü hissəsinin mərtəbəliyi- bütün yerüstü mərtəbələrinin, o cümlədən texniki, mansarda, həmçinin kürsülük (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) mərtəbələrinin sayıdır. - binanın mərtəbələrinin sayı - bütün mərtəbələrin, o cümlədən yeraltı, zirzəmi, kürsülük, yerüstü, texniki və mansarda mərtəbələrinin sayıdır; - yaşayış sahəsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. İş üzrə verilmiş mütəxəssis rəyindən müəyyən olunur ünvan 10 ünvanında yerləşən binanın sonuncu mərtəbəsində 96 A və 96 B, 96 E, 208A, 208B, 208C, 208D və 208E nömrəli tikililərdə mövcud vəziyyəti üzrə ayrı-ayrılıqda yaşayış üçün tam şərait yaradılmış və hazırda mənzil kimi istifadə olunur. Tədqiq olunan ünvan 10 ünvanında yerləşən binanın sonuncu mərtəbəsində 96 A, 96B, 96E, 208A, 208B, 208D və 208E nömrəli mübahisəli tikililərinin 1 və 3 otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədən ibarət olmaqla mənzil sahəsi olduğu müəyyən edilmişdir. Beləliklə mübahisəli yaşayış sahələrinin qanuni əsaslarla iddiaçının mülkiyyətinə (istifadə və sahiblik hüququ ilə) verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında "xxxx" mənzil tikinti kooperativi (“Badamdar Residence”) tərəfindən inşa edilmiş 18 (tex.) mərtəbəli yaşayış binasının “B” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 55,6 kv. metr olan 208B saylı mənzilə, “B” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 106,8 kv.metr olan 208C saylı mənzilə, “A” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 95,0 kv.metr olan 96A saylı mənzilə “A” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 123,6 kv. metr olan 96B saylı mənzilə və “A” blokunun texniki mərtəbəsində yerləşən faktiki sahəsi 211,2 kv. metr olan 96E saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-13867/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13867/2023
31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver