Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1387/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinin bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1982-ci il redaksiyalı Azərbaycan SSR Mənzil Məcəlləsinin 34, 35-ci maddələrini rəhbər tutaraq mənzil növbəsinin bərpa olunması və ailələsinin yaşayış sahəsi ilə təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun qardaşı X4 birinci qrup Qarabağ müharibəsi əlili kimi güzəştli əsaslarla Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 83 saylı sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Qardaşı subay olmuş, onlarla bir ailədə yaşadığına görə o və ailəsinin digər üzvləri onun ailə üzvləri hesab olunurlar. Mənzil növbəsinə qeydiyyatdan keçmək üçün toplanmış sənədlərdə olan forma 2 saylı arayışda onun və digər ailə üzvlərinin adı qardaşı X2 ailə üzvləri kimi göstərilmişdir. 2010-cu ildə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən mənzillər güzəştli şərtlərlə növbəyə duranlar arasında paylaşdırılanda qardaşı növbədə 51-ci sırada olmuşdur və onun hələ həyatda olduğu zaman adına verilməli olan yaşayış sahəsi qardaşına deyil, başqa şəxsə verilmişdir, yəni hələ qardaşı dünyasını dəyişməzdən əvvəl onun adına verilməli olan yaşayış sahəsi ona deyil, ondan sonrakı sıra sayma aid olan şəxsə verilmişdir. Onun qardaşı X4 01 may 2012 ci ildə dünyasını dəyişmişdir və mövcud qanunvericiliyin tələbinə görə onun mənzil növbəsi ailənin sağ qalan digər ailə üzvünə keçirilməli olduğu halda cavabdeh təşkilat bunu etməmiş və onları mənzil növbəsindən çıxartmışdır. Cavabdehin hərəkəti qanunazidd olmuşdur, nəticədə ailəsinin hüquqları pozulmuşdur. Mənzil Məcəlləsində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanları uçotundan çıxarmaq üçün nəzərdə tutulmuş əsaslar sırasında cavabdeh təşkilatın hərəkətləri öz əksini tapmamışdır. Ona görə də Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin qardaşı X2 ölməsi ilə əlaqədar onların mənzil növbəsindən çıxarılmaları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyaclarının olduğu halda hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə iddiaya qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmşdır ki, iddiaçının qardaşı X1 Rayon İcra Hakimiyyəti başçısının 25.05.2010-cıı il tarixli 83 saylı sərəncamı ilə ailə tərkibi 3 nəfərlə (özü, atası və anası) Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşsür. Bundan sonra mənzil növbəsində olan vətəndaş X4 2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ailə və nikah hüququndan bəhs edilmiş maddələrdə (34-cü maddə) ailə üzvləri kimi ata, ana, ər-arvad və uşaqlar göstərilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəlarına əsasən iddiaçı mərhum X2 ailə üzvü hesab edilmədiyinə görə mənzil növbəsinin iddiaçının adına keçirilməsi mümkün olmamışdır. Bu hüquq yalnız X2 ailə üzvlərinə məxsusdur. Bununla da Binəqədi rayon İcra Hakimiyyəti başçısının 191 saylı 07.09.2016-cı il tarixli sərəncamına əsasən X2 yaşayış yeri üzrə mənzil növbəsinə xitam verilmişdir. Həmçinin əlillik statusu olan şəxslərin mənzillə təmin olunması Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığından mərhum X2 mənzillə təmin olunub-olunmaması barədə Binəqədi Rayon İcra Hakimiyyətində məlumat mövcud deyil. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mərhum qardaşının adına olan mənzil növbəsinin onun ailə üzvübacısı olaraq iddiaçının adma keçirilməsi” tələbinə dair iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1194/2018 saylı 30.03.2018-ci il tarixli qərarı ilə rədd edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1603/2018 saylı 09.08.2018-ci il tarixli qərarına əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişldir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 25.05.2010-cu il tarixli 83 saylı sərəncamına əsasən vətəndaş X2 ailə tərkibi 3 nəfərlə (özü, atası və anası) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və vətəndaş A.H.Hüseynovun Qarabağ müharibəsinin veteranı və 1-ci qrup əlil olması nəzərə alınaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07.09.2016-cı il tarilxi 191 saylı sərəncamına əsasən X4 vəfat etdiyi üçün X2 Binəqədi Rayon İcra Hakimiyyətində mövcud olan Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə xitam verilməsi və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 25.05.2010-cu il tarixli 83 saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.03.2018-ci il tarixli 2-1(81)-1194/2018 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X2 ailə üzvü kimi mənzil növbəsinin iddiaçının, İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 09.08.2018-ci il tarixli 2-1(103)-1603/2018 saylı qərarı ilə İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1194/2018 saylı 30 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda İddiaçı mənzil növbəsinin bərpa olunması və ailələsinin yaşayış sahəsi ilə təmin olunmasını tələb edir. Lakin iş materiallarından görünür ki, iddiaçının qardaşı X4 Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 25.05.2010-cu il tarixli 83 saylı sərəncamına əsasən yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07.09.2016-cı il tarilxi 191 saylı sərəncamına əsasən isə X4 vəfat etdiyi üçün onun Binəqədi Rayon İcra Hakimiyyətində mövcud olan Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə xitam verilmiş və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 25.05.2010-cu il tarixli 83 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı özü mənzil növbəsinə götürülməmişdir, iddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir, belə olan halda iddiaçının hər hansı hüququ pozulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mənzil növbəsinin bərpa olunması və ailəsinin yaşayış sahəsi ilə təmin olunması tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Bundan başqa, iddia tələbi mənzil növbəsinin bərpa olunması və ailəsinin yaşayış sahəsi ilə təmin olunması tələbi ilə əlaqədardır. Lakin iddia ərizəsinə əlavə edilmiş cavabdehin imtina məktubunda vəfat etmiş ailə üzvünün mənzil növbəsinin iddiaçının adına keçirilməsi barədə müraciətə baxılması qeyd olunur. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutları iddiaçı məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X2 ailə üzvü kimi mənzil növbəsinin onun adına keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddiaçı mərhum A.Hüseynovun bacısı olsa da, ailə üzvü olmadığından iddia tələbi rədd edilmişdir və həmin qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd); İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. (15.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1387/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1387/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver