Məhkəmə qərarları › İş №2-1(112)-1387/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1387/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1387/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə ona 2014-cü ilin noyabr ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası X2sının üzvü vəzifəsində işləyərkən həmin dövrdə aldığı mükafat və təmsilçilik xərcləri nəzərə alınmaqla əmək pensiyasına əlavələrin yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ilin iyun ayından 2006-cı ilin fevral ayınadək dövr ərzində Azərbaycan Respublikası X2sının üzvü olmuşdur. 2014-cü ilin yanvar ayından yaşa görə təqaüdə çıxmışdır. Azərbaycan Respublikası X2sının üzvü vəzifəsində işləyərkən həmin dövrdə aldığı əmək haqqı nəzərə alınmışdır, mükafat və təmsilçilik xərcləri nəzərə alınmamışdır. 2019-cu ildə pensiyası yenidən hesablanmış, Azərbaycan Respublikası X2sının üzvü vəzifəsində işləyərkən həmin dövrdə aldığı əmək haqqı, mükafat və təmsilçilik xərcləri nəzərə alınmışdır. Lakin 2014-cü ilin noyabr ayından 2019-cu ilin oktyabr ayınadək aldığı mükafat və təmsilçilik xərcləri ona məlum olmayan səbəblərdən nəzərə alınmamışdır. Ona həmin dövrlər üçün aldığı mükafat və təmsilçilik xərclərinin nəzərə alınaraq pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətinə verilmiş 11 may 2023-cü il tarixli 3-17-1/2-7-104393/2023 saylı saylı cavabla imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının həmin cavabı qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-104393/2023 nömrəli məktubla onun pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İcraat materiallarına əlavə edilən xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının X2sının arayışına əsasən İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2sının üzvü olmuşdur. İddiaçı Fondun Binəqədi rayon şöbəsi tərəfindən 25 yanvar 2014-cü il tarixdən Azərbaycan Respublikası X2sının sabiq üzvü kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.3-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikası X2sının və Naxçıvan Muxtar Respublikası X2sının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası X2sının və Naxçıvan Muxtar Respublikası X2sının üzvləri-qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qanunun 20.6-cı maddəsinə əsasən bu Qanunun 20.1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası X2sının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası X2sının fəaliyyətdə olan üzvünün əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, “X2 üzvlərinin vəzifə maaşlarının artırılmasına” dair Azəbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1266 nömrəli Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən vaxtilə İddiaçı işlədiyi vəzifə üzrə vəzifə maaşı 1920,00 manat, səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə - 480,00 manat və mükafatlara görə əlavə 200 manat olmaqla İddiaçı orta aylıq əmək haqqısı 2600,00 manat təşkil etmişdir. Bununla .əlaqədar onun əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən orta aylıq əmək haqqısının (2600,00 manat) 80 faizi - 2080,00 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay İddiaçı 2074,57 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 59,73 manat əskik pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 59,73 manat fərq məbləği cari ilin aqvust ayında onun pensiyasının (2080,00 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Qanunun 32.1-1-ci madddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ərizəsində qeyd etdiyi dövr cavabdeh inzibati orqana sözügedən məsələ ilə daxil olmuş müraciətindən geriyə qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Buna görə də onun əmək pensiyasının göstərilən səbəbdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual 47.2-ci maddəsini nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək 25 yanvar 2014-cü il tarixdən 01 sentyabr 2019-cu il tarixədək əmək haqqındakı mükafat və pul təminatının nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2023-cü il tarixli,3-17-1/2- 148994/2023 nömrəli məktubu ilə göndərilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Binəqədi şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli, 628 nömrəli Qərarı ilə İddiaçı Mərkəzi Seçki Komitəsinin üzvü kimi yaşa görə xx.xx.2014-cü il tarixdən ömürlük 1160 manat pensiya təyin edilməsi qərara alınmışdır. -İddiaçı xx.xx.2018-ci il tarixdə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Binəqədi şöbəsinə ərizə ünvanlayaraq təqdim etdiyi əmək haqqı arayışı əsasında pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. -Mərkəzi Seçki Komitəsinin İddiaçı ünvanladığı 25 sentyabr 2018-ci il tarixli, 10/20- 885 nömrəli Arayışda qeyd etmişdir ki, o, 2002-ci ilin iyul ayının 1-dən 2006-cı ilin fevral ayının 7-nə kimi Mərkəzi Seçki Komitəsinin üzvü olmuşdur və ona işlədiyi son iki il ərzində hesablanmış əməkhaqqı aşağıdakı kimi təşkil etmişdir: -03/2004 –xx.xx.2004-cü il tarixədək əmək haqqı 400,00 manat, təmsilçilik xərci ,mükafat, pul təminatl-0.00, manat -09/2004 – 01.2006-cı il tarixədək əməkhaqqı 640 manat, təmsilik xərci 160 manat, 03.2005-ci ildə mükafat 640.00 manat, 04.2005-ci ildə pul təminatı 160.00 manat, -02.2006-cı ildə əmək haqqı 128.0 manat, təmsilçilik xərci 32.0 man, mükafat və pul təminatı 0.00 manat - Cəmi: 13408 manat əməkhaqqı, 2752 manat təmsilik xərci, 640 manat mükafat, 160 manat pul təminatı, cəmi 16960 manat təşkil etmişdir. X2sının xx.xx.2014-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 2002-ci ilin iyul ayından 2006-cı ilin fevral ayına kimi X1 üzvü olmuşdur. Hazırda MSK-da komissiya üzvlərinin aylıq vəzifə maaşı 1450,0 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən pensiya məbləği 2074 manat 57 qəpik, yenidən hesablanmış pensiya məbləği isə 2080 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-1043901 nömrəli məktubunda bildirilmişdir ki, pensiya işinizə aid sənədlərdə sizə Fondun Binəqədi rayon şöbəsi tərəfindən 25 yanvar 2014-cü il tarixindən Azərbaycan Respublikası X2sının sabiq üzvü kimi yaşa görə əmək pensiyası təyin edilib, həmçinin sizə ödənilmiş mükafatların və səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavənin müraciətinizdə göstərdiyiniz dövr üzrə əmək pensiyanızın hesablandığı zamanı nəzərə alındığı qeyd edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-cı və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, ərizənizdə qeyd etdiyiniz dövr Mərkəzi Filiala sözügedən məsələ ilə daxil olmuş müraciətinizdən geriyə qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Buna görə də əmək pensiyanızın müraciətinizdə göstərilən səbəbdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia pensiyanın yenidən hesablanılması tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyalatı haqqında” Qanunun: -20.1.3-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikası X2sının və Naxçıvan Muxtar Respublikası X2sının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası X2sının və Naxçıvan Muxtar Respublikası X2sının üzvlərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.6-cı maddəsinə əsasən bu Qanunun 20.1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası X2sının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası X2sının fəaliyyətdə olan üzvünün əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı ilədək Mərkəzi Seçki Komitəsinin üzvü olmuş, ona Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Binəqədi şöbəsinin xx.xx.2014-cü il tarixli, 628 nömrəli qərarı ilə 25 yanvar 2014-cü il tarixindən Mərkəzi Seçki Komitəsinin üzvü kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işindən görünür ki, iddiaçıya ilkin olaraq MSK üzvü kimi işlədiyi son iki il-24 ayı ərzində aldığı əmək haqqına əsasən əmək pensiyası hesablanmış, bu zaman 2014-cü ildə vəzifə maaşı 1160 manat, səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinə görə 25% olmaqla 290 manat (1160x25%) əlavə, cəmi 1450 manat əmək haqqının 80%-i həddində 1160 manat məbləğində, 2018-ci ildə vəzifə maaşı 1280 manat, səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinə görə 25% olmaqla 320 manat əlavə, cəmi 1600 manat əmək haqqının 80%-i həddində 1280 manat pensiya hesablanmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, bu zaman X2 üzvlərinin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1266 nömrəli Sərəncamına əsasən xx.xx.2019-cu il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1920 manat, səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinə görə vəzifə maaaşının 25% miqdarında əlavə 480 manat, mükafatlara görə əlavə 125 % (1 aylıq vəzifə maaşında 100%+pul təminatı qrafasında qeyd edilmiş 25%, cəmi 125% olaraq) cəmi 200 manat əlavə ilə birlikdə cəmi orta aylıq əmək haqqının- 2600 manatın 80% həddində 2080 manat məbləğində pensiya hesablanmışdır. 2022-ci ildə iddiaçının pensiyası 10% maddi yardım əlavə edilməklə 2288 manat, 2023-cü il üzrə illik indeksasiya faizi 14.71% olmaqla 2624.34 manata çatdırılmışdır. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya ilkin olaraq 2014-2018-ci il ərzində pensiya hesablanmasında əmək haqqının tərkibində yalnız vəzifə maaşı və səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinə görə əlavə nəzərə alınmaqla pensiya hesablanmış, xx.xx.2020-ci il tarixli yenidən hesablama barədə qərarı ilə 2019-cu ildən etibarən pensiya hesablanması üçün əsas götürülən əmək haqqının tərkibində onun vəzifə maaşı və təmsilçilik xərcindən əlavə 100% məbləğində aldığı mükafat və 25% pul təminatı nəzərə alınmaqla hesablanmışdır. Halbuki pensiya işindən görünür ki, iddiaçı hələ xx.xx.2018-ci il tarixdə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Binəqədi şöbəsinə ərizə ünvanlayaraq MSK-dan əldə etdiyi əmək haqqı arayışı əsasında pensiyasının yenidən hesablanmasını xahiş etmiş, bu zaman ərizə ilə birgə Mərkəzi Seçki Komitəsinin İddiaçı ünvanladığı 25 sentyabr 2018-ci il tarixli, 10/20- 885 nömrəli əmək haqqı barədə arayışını təqdim etmiş, həmin arayışda iddiaçının işlədiyi son iki il ərzində hesablanmış əməkhaqqının tərkibi göstərilmiş və əmək haqqının tərkibində həm də iddiaçının 100% mükafat və 25% pul təminatı da nəzərdə tutulmuşdur. Hazırkı məhkəmə icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq MSK-nın təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-11/2-422/2023 nömrəli əmək haqqı arayışı xx.xx.2018-ci il tarixli arayışla eyni tərkib və məzmunda olmuşdur. Hazırkı halda cavabdeh iddiaçıya ünvanladığı cavab məktublarında, eləcə də iddiaya etirazında ƏPQ-nun 32.1-1 və 37.7-ci maddələrinə əsaslanaraq 2014-2018-ci il tarixli dövr ərzində əmək haqqı tərkibində nəzərdə tutulan mükafat və pul təminatı nəzərə alınmaqla yenidən hesablanmasını aparmır və buna əsas kimi ona istinad edir ki, qeyd edilən dövrün yendiən hesablanması qanunla müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə aşağıdakılara əsasən razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; -32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1- 1-ci maddəsinə uyğun ödənilir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020- ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki: “...Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir” “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki: “...Qanunverici oxşar diferensasiyanı, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 32.1-2-ci maddələrinin tətbiqi əsaslarına münasibətdə təsbit etmişdir. Həmin maddələrə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1- 1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. ...Göründüyü kimi, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ərizəçiyə 17 may 2012-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup müddətsiz əlilliyin təyin edilməsini, ərizənin, məlumat vərəqinin və cavab məktubunun zaman baxımından ardıcıl olmayan şəkildə verilməsini nəzərə almamış, Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilmiş qərardadına əsasən isə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında hər hansı fərqləndirmə aparmadan, iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə 2021-ci il 23 sentyabr tarixli Qərar)”. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2014-xx.xx.2019-cu il tarixədək olan müddət üçün pensiyasında nəzərə alınmayan mükafat və pul təminatının nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və pensiya fərqi məbləğinin cavabdeh tərəfindən ona ödənilməsidir. Belə olan halda müəyyən olunur ki, iddiaçının tələbi pensiyanın təyin edilməsi ilə bağlı deyil, təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədardır. Bu zaman, şəxsə yenidən hesablanmış pensiya məbləğinin əvvəlki hansı dövrlər üzrə ödənilməsi məsələsinə məhz pensiyanın yenidən hesablanması zamanı əvvəlki dövrlər üzrə ödəməni müəyyən edən normanın tələbinə əsasən qiymət verilməlidir. Bu halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 2-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı 26 sentyabr 2018-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 01 yanvar 2019cu il tarixindən əvvəl cavabdehə müraciət etdiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmadan əvvəlki bütün dövrlər üzrə ödənilməlidir. (Hazırkı məhkəmə qərarındakı hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2388/2023 saylı inzibati iş üzrə qəbul etdiyi qərarındakı mövqeyə uyğundur). “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə, X2sında işləyərkən aldığı əmək haqqı tərkibindəki mükafat və pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə, X2sında işləyərkən aldığı əmək haqqı tərkibindəki mükafat və pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar