Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13885/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı 60 yaşın tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəşili şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü ildə doğulmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər 2-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. Bundan sonra xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətimi başa vurduqdan sonra yəni xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər 3- cü və 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilə qədər 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə qədər Bakı şəhəri İstehsalat Qaz İdarəsi X2 Xidmətinə 5-ci dərəcəli qaz qaynaqçısı işləmişdir. Bundan sonra vəni xx.xx.1998-ci ildə X2 Xidmətində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı işləmişdir. Daha sonra yəni xx.xx.2009-cu ildə X2 Xidmətinə 6-cı dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə xx.xx.2010-cı il larixinədək işləmişdir. xx.xx.2010cu ildən xx.xx.2012-ci ilədək Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətinə 5-ci dərəcəli qaz. təsərrüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləmişdir. İddiaçının əmək fəaliyyətləri iddiaçıya məxsus əmək kitabçası ilə öz təsdiqini tapır Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli. 3-17-1 2-11-77565 2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1 /2-H- 130469/2023 №-li cavab məktubları ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmaması qeyd edilmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən onlara təqdim edilmiş arayışda iddiaçının qaynaqçı peşəsində işlədiyi müddəidə əl ilə və ya qazla qaynaq aparıb- aparmamağı barədə hər hansı məlumatın qeyd edilməməsidir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığoriaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati icraat haqqında AR Qanununa uyğun olaraq daxil olmuş müraciəti tam şəkildə araşdırıb və hərtərəfli əsaslandırılmış imtina verməli idi. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasından görünür ki, ona yalnız güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmamasını qeyd etmişdir. Zərərli iş stajı ilə bağlı iddaçı bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş, eləcə də inzibati orqana təqdim edilmiş güzəştli arayışdan görünür ki, işəgötürən müəssisə tərəfindən təqdim edilmiş arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli. 12 №-li Qərarı ilə təsdiq edilmiş siyahısının 35-ci bəndində ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X1 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "Azəriqaz” İB-nin 7 mart 2023-cü il tarixli 14-2-2/2-A-340- 42/2023-525 nömrəli iddiaçıya dair arayışında və 22 avqust 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakın sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıbaparmadığı barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (2 il 9 ay 10 gün (xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1997- xx.xx.1997-ci il, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda onun güzəştli iş stajı 2 il 09 ay 10 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Belə ki, İddiaçı Mərkəzi filiala təqdim etdiyi əmək kitabçasına eyni zamanda xx.xx.2023-cü il tarixli, 14-2- 272-A-***-******* nömrəli “Azəriqaz" İB-nın arxiv arayışına istinadən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edir. Məlum olduğu kimi “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1) ümumi iş staımın 25 il olması; 2) güzəştli iş stajının 12 il 06 ay olması; Aşağıda göstərilən əsaslara görə iddiaçının güzəştli iş stajı Qanunda göstərilmiş şərtləri ödəmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisının ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 14-2-272-A-3xx-xx/2023 nömrəli “Azəriqaz" İB-nin arxiv arayışında və 22 avqust 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmadığı barədə hər hansı məlumat göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-cı ıl tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-cı yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş. tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəblərdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 06 aydan az (2 il 9 ay 10 gün (xx.xx.1985xx.xx.1987-ci il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2009- xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-130469 nömrəli imtina məktubu əsaslıdır. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
6. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında bildirilmişdir ki, xx.xx.1979-cu il tarixli, 117 saylı əmrlə "Azəriqaznəql” istehsalat X4 Kəmərləri idarəsinə 2-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuşdur. MQKl-nin xx.xx.1981-ci il tarixli, 57 saylı əmrilə, Sovet Ordusunda hərbi xidmətə başlaması ilə əlaqədar, işdən azad edilmişdir. MQKİ-nin xx.xx.1985-ci il tarixli, 97 saylı əmrlə MQKlnin 3 №-li Sahəsinə elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuşdur. MQKİ-nin xx.xx.1987-ci il tarixli, 119 saylı əmrlə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir. Bakı Magistral Qaz Kəmərləri İdarəsinin xx.xx.1997-ci il tarixli, 26-k saylı əmrilə, Qəza-Tikinti Sahəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə yenidən işə qəbul olunmuş, xx.xx.1997-ci il tarixdən, Azərbaycan Respublikasının əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 36.a maddəsinə əsasən, xx.xx.1997-ci il tarixli, 94-k saylı əmrilə, işdən azad edilmişdir. Bakı şəhər İstehsalat Qaz idarəsinin xx.xx.1997-ci il tarixli, 408-k saylı əmrilə X5 Xidmətinə 5-ci dərəcəli qaynaqçı peşəsinə işə qəbul olunmuş, xx.xx.2010cu il tarixdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 (başqa işəgötürən ilə əmək müqaviləsi bağladığına görə) maddəsinə əsasən, Bakı şəhər Qaz istismarı idarəsinin xx.xx.2010-cu il tarixli, 2246-k saylı əmrilə, işdən azad edilmişdir. İddiaçı elektrik qaz qaynaqçısı peşəsində işlədiyi illər üzrə iş stajı 16 il 4 ay 1 gün təşkil edir. Həmin peşə iş xarakterinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12№ li Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində Ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. İddia mümkündür. III.Məhkəmənin mövqeyi
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
11. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
12. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cavabdeh quruma müraciət etmişdir.
13. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hərbi biletinə və əmək kitabçasına əsasən (əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamış və xx.xx.2022-ci ilə qədər davam etmişdir) 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə iddiaçının ümumi stajı 30 ilə yaxındır.
14. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iş yeri tərəfindən verilmiş arayışda: -İddiaçı xx.xx.1979 – xx.xx.1981-ci il, xx.xx.1985 – xx.xx.1987-ci il, xx.xx.1997 – xx.xx.1997-ci il, xx.xx.1997 – xx.xx.2010-cu il tarixlər ərzində tutdutduğu elektrik qaz qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci bəndində ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
15. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin arxiv arayışında iddiaçının 16 il 4 ay 1 gün elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi və həmin peşənin iş xarakterinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndində ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eyni olduğunu qeyd etdiyi halda cavabdehin imtinasının səbəbi imtinanın verilməsi üçün əsas deyildir.
16. Belə ki, həmin Siyahının 35-ci bəndində ümumi peşələr üzrə qaz qaynaqçıları, eləcə də kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur.
17. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
18. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə ən azı 12 il 6 ay stajı mövcuddur.
19. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
21. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2023-cü il tarixdən yaranmış, xx.xx.2023-cü il tarixində müraciət etdiyi üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.
22. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
23. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2023-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva