Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13887/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Qudablı rayonunun Xanlıq kəndində doğulmuşdur. Ərizəyə əlavə etdiyi ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında (notarial təsdiq) olan məlumatlardan da müəyyən olunduğu kimi, ilk dəfə əmək fəaliyyətinə xx.xx.1986-cı il tarixdə “X3” elektrik montyoru vəzifəsində başlamış və xx.xx.2002-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi "xxxx" ASC-nin "xxxx" YGEŞ-nin Nizami yarım stansiyasında xadimə peşəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi "xxxx" ASC-nin “Abşeron" YGEŞ-nin Nizami yarım stansiyasında akkumlyatorçu vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi "xxxx" ASC-nin "xxxx" YGEŞ MMC-nin 220 kV-lıq “Nizami” yarım stansiyasında akkumulyatorçu vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi Abşeron” YGEŞ MMC-nin 220 kV-luq “Nizami" yarım stansiyasında istehsalat sahəsini və xidmət otaqlarını təmizləyən vəzifəsində işləmişdir. Yuxarıda qeyd etdiyi əsaslarla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, qeyd olunan Filialın xx.xx.2022-ci il tarixli, **********2 №-li məktubu ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Filialın xx.xx.2022-ci il tarixli, **********2 №-li məktubunda ona bildirilmişdir ki, xx.xx.1986-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaşenerji” İdarəsinin Qubadlı Elektrik Şəbəkəsi fəaliyyətini dayandırdığı və halhazırda hüquqi ünvanı məlum olmadığı üçün qeyd edilən müəssisədə elektrik montyoru vəzifəsində işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. Hesab edir ki, imtina məktubunda qeyd edilən əsaslar tamamilə qanunsuz və əsassızdır. Belə ki, əmək kitabçasında xx.xx.1986-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaşenerji” İdarəsinin X3 elektrik montyoru vəzifəsində işləməsi ilə bağlı qeydlər mövcuddur. Bununla da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, qadın cinsindən şəxsin 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün “Siyahı”da nəzərdə tutulan peşələrdə işləməli; “Siyahı”da nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda onun işlədiyi peşələr, yəni “elektrik montyoru” nəzərdə tutulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Etiraza əsasən, iddiaçı cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq, cavabdeh orqan 16 sentyabr 2022-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə tələb olunan yaş həddinə çatmaması ilə yanaşı onun yetərli sosial sığorta stajı və fərdi hesabında pensiya kapitalı mövcud deyil. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Bildirirlər ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə aimdığı subhesabdır. Yuxarıdakı hüquq normalarına əsasən deyə bilərik ki, iddiaçının tələbi qanunvericiliyin tələblərinə hal-hazırda cavab vermir, ilk olaraq, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı sözügedən Qanunun hazırda qüvvədə olan 9.1ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatmamışdır. Cavabdeh orqana təqdim edilən 27 iyul 1997-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1986-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azbaşenerji” İdarəsinin X3 iddiaçının elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunub. Bununla əlaqədar adıçəkilən müəssisənin fəaliyyətdə olubolmaması ilə bağlı cavabdeh orqan tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, müvafiq sorğuya cavab olaraq “Azbaşenerji” idarəsinin X4 fəaliyyətinin dayandığı və hüquqi ünvanının məlum olmadığı bildirilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövr ərzində iddiaçının iş stajına dair məlumatları dəqiqləşdirmək mümkün olmayıb. Bu səbəbdən də, həmin dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (13 il 4 ay 27 gün (xx.xx.2003xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 10 il 5 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19534,40 manat təşkil edir. Yuxarıda sadalanan hallardan da aydın olur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Yaşayış yeri üzrə Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 16 sentyabr 2022-ci il tarixli, **********2 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi 27 iyul 1997-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1986-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azbaşenerji” İdarəsinin X3 elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəssisənin fəaliyyətdə olub-olmaması ilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu verilib. Müvafiq sorğuya cavab olaraq “Azbaşenerji” İdarəsinin X4 fəaliyyətinin dayandığı və hüquqi ünvanının məlum olmadığı bildirilib. Buna görə də, yuxarıda qeyd olunan dövr ərzində iş stajına dair məlumatları dəqiqləşdirmək mümkün olmayıb. Bu səbəbdən də, həmin dövrü iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (13 il 4 ay 27 gün (xx.xx.2003xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 10 il 5 ay)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19534,40 manat təşkil edir. Sözügedən Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi UNEC X7 Kolleci tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Qida Sənayesi Kollecinin yataqxanasında məcburi köçkün kimi yaşayır. İşdə olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 02-05M-11/63 nömrəli məktubdan görünür ki, “Qubadlı rayon X5” "xxxx" ASC-nin tabeçiliyində olsa da, kadrlara dair sənədlər rayon X5 (PEŞ) tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar İşğal zonasında qaldığından “Qubadlı” PEŞ-ə aid kadr əmrləri və digər sənədlər "xxxx" ASC-də yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli, iddiaçının adına 27 iyul 1997-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, “Azbaşenerji” İdarəsi Qubadlı elektrik şəbəkəsi mühafizə və ölçmə xidmətinə elektrik mantyoru qəbul edilmişdir. xx.xx.2002-ci il tarixdə X3 elektrik mantyoru vəzifəsindən azad edilmişdir. xx.xx.2003-cü il tarixdən "xxxx" ASC "xxxx" MMC Abşeron YGES-in Nizami YS-na xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cu il tarixdə həmin Yİ-da qalmaqla akkumlyatorçu vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2004-cü il tarixdə "xxxx" ASC "xxxx" MMC-də 220 kV “Nizami” YŞ-na akkumlyatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə həmin YŞda qalmaqla istehsalat sahəsini və xidmət otaqlarını təmizləyən vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan iddiaçıya məxsus Texniki təhlükəsizlik barədə biliyin yoxlanılmasına dair vəsiqənin surətindən görünür ki, iddiaçının X3 1986-1994-cü illərdə işlədiyi dövrlərdə fəaliyyəti ilə bağlı qeydlər aparılmışdır. İşdə olan "xxxx" ASC X6 Şəbəkəsi MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən akkumlyatorçu vəzifəsində "xxxx" ASC “X6 Şəbəkəsi” MMC-nin 220 kV-luq Nizami yarımstansiyasında xx.xx.2003-cü ildən (əmr 76 –Ş, xx.xx.2003) xx.xx.2004-cü ilə kimi (əmr 143 – Ş xx.xx.2004) və xx.xx.2004-cü ildən (əmr 06 – kş xx.xx.2004) xx.xx.2016-cı ilə kimi (əmr 88-kş xx.xx.2016) işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 12 il 10 ay (illər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: bütün tiplərdən olan akkumulyatorların və akkumulyator batareyaların doldurulması, sökülməsi və yığılması (zərərli); Elektrolitin kimyəvi tərkibinin düzəldilməsi (zərərli; Probkalarda (tıxac) rezin klapanların dəyişdirilməsi, aralıq qatlarının hazırlanması; Akkumulyator batareyalarında ayrı-ayrı elementlərin gərginliyinin ölçülməsi və birləşmələrin lehimlənməsi (zərərli); Akummulyator elementlərində elektrolitin səviyyəsinin və kipliyinin təyin edilməsi; Qələvi məhlulun kristal kaustikdən və ya qəbul edilmiş resepturaya uyğun qablaşdırılmış məhluldan hazırlanması (zərərli); Ayrı-ayrı bankaların dəyişdirilməsi,onların mastika ilə suvanması, elektrolitin əlavə edilməsi və tökülməsi (zərərli); Akkumulyator batareyalarının sınağı; gələcəkdə akkumulyatorların və batareyaların istismara görə yararlı olmasının təyin edilməsi; elementlərarası birləşmələrin uyğunlaşdırılınası; elektrolitin keyfiyyətinin təyin edilməsi; Batareya elementlərində zədələnmənin müəyyən edilməsi və onun aradan qaldırılması, doldurucu aqreqatların cari təmiri; Akkumulyator batareyalarında elektrolitin dəyişdirilməsi (zərərli). Qoyulmuş qaydaya uyğun reseptlə elektrolitin hazırlanması; Akkumulyator batareya elementlərinin birləşdirici detalların düzəldilməsi ilə quraşdırılması və sökülməsi; İşləyən batareya elementlərindən şlakların çıxarılması. İddiaçı akkumlyatorçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahının 24.1-ci bölməsinin “a” bəndində (akkumlyatorçular) müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla cavab verilərək onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası kimi iddiaçının ümumi iş stajının 25 ildən az olmasına istinad edilmişdir. İddiaçının ümumi iş stajına daxil edilməmiş müddət onun xx.xx.1986-xx.xx.2002-ci il tarixlərdə “Azbaşenerji” İdarəsinin Qubadlı Elektrik X1 elektrik montyoru vəzifəsində işlədiyi müddət olmuşdur. Cavabdeh tərəfindən həmin illərin iddiaçının ümumi iş stajına daxil edilməməsinin səbəbi kimi “Azbaşenerji” İdarəsinin X4 fəaliyyətinin dayandığı və hüquqi ünvanı məlum olmadığından, iddiaçının iş stajı barədə məlumatların dəqiqləşdirilməsinin mümkün olmaması göstərilmişdir. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1986-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaşenerji” İdarəsinin X3 işləməsi ilə bağlı qeydlər mövcuddur ki, məhkəmə həmin iş stajı dövrünün xx.xx.2006-cı il tarixədək olmasını nəzərə alaraq, iddiaçının əmək kitabçasındakı qeydləri qanunvericiliyin aşağıda sadalanan normalarına əsasən iddiaçının iş stajını təsdiq edən sübut qismində qiymətləndirir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçının 1986-2002-ci illərdə “Azərbaşenerji” İdarəsinin X3 elektrik montyoru işləməsi onun əmək kitabçasında əks olunduğundan sənədlərin yerində qarşılıqlı yoxlanmasının mümkün olmaması iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina üçün əsas deyildir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarınına əsasən cavabdeh inzibati orqana belə bir səlahiyyət vermişdir ki, onun pensiya təyinatı sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirə bilər. (bənd 4.2.7). Lakin mövcud inzibati icraat qanunvericiliyinin tələblərinə görə həmin zərurətin nədən ibarət olması mütləq əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında mübahisəli iş dövrü üzrə əmək kitabçasına düzəliş edilərək, onun işə qəbul edilmə tarixi ilk öncə xx.xx.1972-ci il göstərilmiş, sonradan həmin qeydə düzəliş edilərək xx.xx.1986-cı il qeyd edilmiş, əmrin tarixi xx.xx.1993-cü il qeyd edilmiş, sonradan həmin qeydə düzəliş edilərək xx.xx.1986-cı il qeyd edilmişdir və əmək kitabçasında qeyd aparılaraq 1 nömrəli qeydin tarixinə edilmiş düzəlişin düzgün olması ilə bağlı qeyd aparılmışdır. Məhkəmə həmin qeydlərin düzgün olduğunu hesab edir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışda göstərilmişdir ki, “Qubadlı rayon X5” "xxxx" ASC-nin tabeçiliyində olsa da, kadrlara dair sənədlər rayon X5 (PEŞ) tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qaldığından “Qubadlı” PEŞ-ə aid kadr əmrləri və digər sənədlər "xxxx" ASC-də yoxdur. Eləcə də, həmin arayışdan əlavə iddiaçı tərəfindən Texniki təhlükəsizlik barədə biliyin yoxlanılmasına dair vəsiqə təqdim edilmişdir ki, sözügedən vəsiqədə iddiaçının 1986-1994-cü illərdə həmin İdarədə fəaliyyəti ilə bağlı qeydlər aparılmışdır. Göründüyü kimi, sözügedən arayış və vəsiqə özlüyündə iddiaçının həmin İdarədə fəaliyyətini, həmçinin, əmək kitabçasındakı qeydlərin düzgünlüyünü təsdiqləyir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının güzəştli iş stajının olmaması barədə cavabdeh tərəfindən hər hansı bir arqument irəli sürülərək mübahisələndirilməsə də, iddiaçının güzəştli iş stajı məhkəmə mübahisəsinin predmetini təşkil etməsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayış iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayış mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə yaranması, həmin tarixdə onun qanunvericiliklə tələb olunan 20 il ümumi, 10 il xüsusi iş stajına malik olması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52 –ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-13887/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13887/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver