Məhkəmə qərarları › İş №2-1(112)-1389/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1389/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1389/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik tarixinin müddətsiz olaraq qeyd edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********9 saylı imtina cavabı üzrə hərəkətin qanunsuz hesab edilməsi, İddiaçı xx.xx.2015-ci il tarixli TSEK arayışında növbəti müayinə tarixi hissəsinin müddətsiz olaraq sistemdə qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixindən hərbi xidmət dövrü ilə bağlı ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Sonradan 10 illik müayinələrin nəticəsi olaraq ömürlük əlillik dərəcəsi təyin edilmişdir. Lakin bu il TSEK-in elektron sistemində və ona təqdim edilmiş arayışda növbəti müayinə tarixi xx.xx.2016 kimi qeyd edilmişdir. Sonradan həmin arayışda əlyazma ilə TSEK-in sədri Aydın Əzizov və digər Xasiyev Məhəmməd tərəfindən aparılmışdır. Dəfələrlə Reabilitasiya Xidmətinə getsə də onu yubandırmış, rəsmi cavab təqdim etməmişdirlər. Sonradan xx.xx.2022-ci il tarixdə rəsmi qaydada müraciət etdikdən sonra ona rəsmi olaraq cavab kimi bildirmişlər ki o, yenidən müayinələrdən keçirilməlidir. Cavabdehin hazırkı hərəkəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə X8 xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. X8 xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. X8 xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. X8 xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2011 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının 22.11,2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2 v Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.3 - Şəxsiyyətin...; Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu,suiqəsd cəhdi ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəxsiyyətin emosional davamsız pozuntusu,suiqəsd cəhdi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.3 - Şəxsiyyətin...; Diaqnozun mətni Şəxsiyyətin emosional davamsız pozuntusu,suiqəsd cəhdi ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəxsiyyətin emosional davamsız pozuntusu,suiqəsd cəhdi ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, iddiaçı X3 əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2016-cı il tarixdə olmuş və ona eletron təyinatla 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2021 -ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti Agentliyə daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bundan əlavə iddiaçının məktub ilə müraciətinə Agentlik tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixli, **********9 saylı məktub ilə cavab verilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə 5 (beş) il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci ii tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə İddiaçı dair yeni göndəriş daxil olmamışdır. Bununla əlaqədar, İddiaçı dövlət tibb müəssisəsi tərəfindən müalicə-müayinə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi izah olunmuşdur. Hal-hazırda iddiaçıya yeni göndərişlə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1980-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, xx.xx.2015-ci il tarixdə müayinə barədə məlumatdan görünür ki, İddiaçı əlillik vəziyyətinə təkrarən xx.xx.2015-ci il tarixdə baxılmış, səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar, Diaqnoz: Şəxsiyyətin emosional davamsız pozuntusu, suiqəsd cəhdi ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəxsiyyətin emosional davamsız pozuntusu, suiqəsd cəhdi ilə” ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi 23.11.206-cı il tarixi göstərilmiş, üzərindən xətt çəkilərək “müddətsiz” sözü yazılmış, müyainə aktının üzərinə “düzəlişə inanmalı” ifadəsi yazılaraq imzalanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “sənədlər üçün” möhürü ilə təsdiq edilmişdir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2005-ci il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2006-cı il göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2006-cı il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya...” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2007-ci il göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2008-ci il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya...” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2009-cu il göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2010-cu il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya...” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2011-ci il göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2011-ci il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya...” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2012-ci il göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2012-ci il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya...” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2013-cü il göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2013-cü il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Oyanıqlı tipli psixopatiya...” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2014-cü il göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F99 - Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq; Diaqnozun mətni: Oyanıqlı tipli psixopatiya, realizə olunmuş sui qəsd cəhdi ilə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Psixi pozğunluqlar...” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60 – F69 – Yetkinlik yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 – Spesifik şəxsiyyət pozğunluqları => F60.3 – Şəxsiyyətin...; Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu, suiqəsd cəhdi ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəxsiyyətin emosional davamsız pozuntusu, suiqəsd cəhdi ilə...” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60 – F69 – Yetkinlik yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 – Spesifik şəxsiyyət pozğunluqları => F60.3 – Şəxsiyyətin...; Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu, suiqəsd cəhdi ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəxsiyyətin emosional davamsız pozuntusu, suiqəsd cəhdi ilə...” səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il göstərilməklə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən sizə 26 oktyabr 2005-ci il tarixində əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiya həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı tərəfindən ödənilir. Əlilliyinizin etibarlılıq müddətinin 23 noyabr 2021-ci il tarixindən bitməsi ilə əlaqədar pensiya ödənişiniz qanunvericiliyin tələblərinə görə 1 dekabr 2021-ci il tarixindən dayandırılmalı olduğu halda, texniki səhv səbəbindən 1 may 2022-ci il tarixinədək sizə əmək pensiyası və xx.xx.2022 - xx.xx.2022-ci il tarixləri ərzində maddi yardım ödənilib. Qeyd olunanlara əsasən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sizə ödənilmiş ümumilikdə 2582,19 manat məbləğində pul vəsaiti əlilliyinizin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar artıq ödənilmiş vəsait kimi qaytarılmalıdır. Buna görə də sizə artıq ödənilmiş vəsaiti könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik səbəbindən xx.xx.2005-ci il tarixində ilkin təyin edilmiş ikinci dərəcə əlillik xx.xx.2016-cı il tarixdə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə göndəriş daxil olmamışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1G yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, F.Abdullahnın əlilik vəziyyətinin araşdırılması məqsədi ilə Agentliyə müayinəyə gəlməsi zəruri hesab edilmişdir. Bununla əlaqədar vətəndaşın rəsmi nümayəndəsi Nümayəndə ilə əlaqə saxlanılmış, lakin İddiaçı müayinəyə gəlməsindən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və “Hərbi xidmət dövrü ilə əlaqədar" səbəbi ilə 5 (beş) il müddətinə (xx.xx.2021 -ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. Bildiririk ki, xx.xx.2021-ci il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə İddiaçı dair yeni göndəriş daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar, İddiaçı dövlət tibb müəssisəsi tərəfindən müalicə-müayinə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia əlillik alt sistemində növbəti müayinə tarixi qrafasında müddətsiz kimi qeyd edilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İnzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2005-ci il, xx.xx.2006-cı il, xx.xx.2008-ci il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə “Oyanıqlı tipli psixopatiya realizə olunmuş suisidlə və tez-tez təkrarlanan davamlı dekompensasiyalarla;” diaqnozu ilə hər dəfə 1 il müddətinə olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçıya eyni diaqnozla 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Eyni zamanda müəyyən olunur ki, iddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli müayinə aktının surətində iddiaçının əlillik qiymətləndirməsinin xx.xx.2015-ci il tarixdə aparıldığı, növbəti müayinə tarixi xx.xx.2016-cı il tarixi qeyd edilsə də həmin qeydin üzərinə xətt çəkilərək əlyazma ilə “müddətsiz” sözü yazılmış, həmin düzəliş “düzəlişə inanmalı” qeydi ilə təsdiq edilmiş, ifadənin altında imza və imzanın üzərinə isə cavabdehin “sənədlər üçün” möhür ştampı vurulmuşdur. İddiaçı təqdim etdiyi həmin müayinə aktına əsaslanaraq ona sonuncu dəfə 5 il müddətinə deyil, məhz müddətsiz əlillik təyin edildiyini, bu səbəbdən alt sistemdə yol verilmiş səhvin düzəldilərək iddiaçının əlillik müddətinin müddətsiz kimi qeyd edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının tələbinin əsaslı olmadığı qənaətinə gəlir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçıya əlillik dərəcəsi təyin edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. -4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. -4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi əlillik təyinatı məhz adsızlaşdırılmış tibbi göndərişlərin əlillik alt sisteminə göndərilməsi, həmin göndərişlərə Tibbi sosial ekspert komissiyası tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi və qəbul edilmiş qərarın komissiya üzvlərinin yalnız gücləndirilmiş imzası ilə sistem üzərindən imzalanması və qərarın əlillik alt sistemində yerləşdirilməsi ilə başa çatır. Hazırkı iş üzrə təqdim edilmiş əlillik alt sistemindən çıxarışlardan görünür ki, iddiaçının əlillik təyinat tarixləri və əlillik təyinatı aparan qurumlar sistemdə ilkin təyinat 10 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2005, təkrar təyinatlar TSEK 10 tərəfindən xx.xx.2006, xx.xx.2008, xx.xx.2010, xx.xx.2011, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014 tərəfindən aparılmışdır. xx.xx.2015 və xx.xx.2016-cı il təyinatları isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) tərəfindən imzalanmış və sistemə daxil edilmişdir. xx.xx.2016-cı il tarixli təyinatın qüvvədən düşmə tarixi xx.xx.2021-ci il tarixi olaraq imzalanmışdır. Göründüyü kimi əlillik təyinatı ilə bağlı alt sistemdə iddiaçının əlillik dərəcəsi xx.xx.2016-xx.xx.2021-ci il tarixədək, yəni 5 il müddətinə göstərilmişdir. Başqa sözlə, iddiaçı barəsində olan ekspert komissiyasının gücləndirilmiş imzası ilə imzaladığı qərarı əlillik təyinatının müddətsiz deyil, 5 illik müddətlə məhdudlaşdırmış və əlillik təyinatı xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüşdür. Bu halda iddiaçının təqdim etdiyi üzərində əlyazma ilə “müddətsiz” ifadəsi yazılmış müayinə aktındakı düzəlişlər Ekspert komissiyasının rəyini ehtiva etmir və yuxarıda adı çəkilən Qaydaların tələblərinə uyğun olaraq komissiya üzvlərinin qəbul etdiyi, gücləndirilmiş elektron imzası ilə imzalanmış qərarı kimi qəbul edilmir. Hüquq münasibətlərinin ayrandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin “Keçid müddəaları” adlanan 6-cı bəndində göstərilmişdir ki: -6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Başqa sözlə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qəbul edilənədək təyinatı aparılmış və müddəti başa çatmamış bütün ikinci və üçüncü dərəcə əlilliklər yeni tibbi göndərişlər daxil edilmədən və ya tibbi göndərişlər üzərindən yoxlama aparılmadan avtomatlaşdırılmış qaydada 5 il müddətinə uzadılır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı barəsində xx.xx.2014-cü il tarixədək olan tibbi göndərişlər sistemə daxil edilmiş, ekspert komissiyaları tərəfindən tibbi göndərişlər (Forma 88) yoxlanılmış və əlillik təyinatları sistemə daxil edilmiş tibbi göndərişlər üzərindən qiymətləndirilmiş, lakin xx.xx.2015 və xx.xx.2016-cı il tarixlərdə təyinat zamanı tibbi göndərişlər alt sistemə göndərilməmişdir. Bunun əyani sübutudur ki, alt sistemdə xx.xx.2014-cü il tarixədək olan göndərişlərin qarşısında “yoxlama statusu” qrafası hissəsində “keçərli, təsdiq” işarəsi qoyulduğu halda, xx.xx.2015 və xx.xx.2016-cı il tarixli “yoxlama statusu” qrafası “yoxlanılmayıb” qeydi aparılmışdır. Təqdim edilmiş müayinə aktlarında (xx.xx.2014-cü il daxil olmaqla) TSEK arayışının nömrəsi qeyd edildiyi halda, xx.xx.2015 və xx.xx.2016-cı il tarixli müayinə aktlarında TSEK arayışının nömrə qrafası boş göstərilmişdir Beləliklə, iş materialları ilə sübut olunur ki, iddiaçının sonuncu əlillik təyinatı tibbi göndəriş olmadan, əlillik vəziyyətinin Forma 88 üzərindən yoxlanılmadan, elektron təyinatla, sistem üzərindən avtomatlaşdırılmış qaydada aparılmışdır. Eyni zamanda müəyyən olunur ki, iddiaçı barəsində əlillik təyinatı bitdikdən sonra müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdən sonra yeni tibbi göndəriş sistemə daxil edilməmişdir. Məhkəmə əlillik dərəcəsinin yalnız tibbi göndərişlər üzərindən yoxlama aparılmaqla TSEK-in qərarı ilə təyin olunduğunu, iddiaçının əlillik təyinatı qeydlərinin əlillik alt sisteminə TSEK-nın qərarlarına müvafiq olaraq daxil edildiyini, iddiaçının sonuncu dəfə əlilliyinin məhz “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 6.1-ci bəndinin tələbinə uyğun olaraq tibbi göndəriş olmadan, əyani yoxalam aparılmadan, elektron təyinatla 5 il müddətinə əlillik təyin edildiyini (uzadıldığını), həmin təyinatla bağlı qərarın gücləndirilmiş elektron imza ilə Komissiya tərəfindən təsdiq edilərək alt sistemə daxil edildiyini nəzərə alaraq bu nəticəyə gəlir ki, alt sistemdə növbəti müayinə tarixi ilə bağlı qeyd əsassız hesab edilə və tarix hissəsində “müddətsiz” qeydi kimi düzəliş edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik tarixinin müddətsiz olaraq qeyd edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar