Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-139/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X17, cavabdehin nümayəndəsi X10, üçüncü şəxs X38 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X61 və Bakı şəhəri Cavabdeh1) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Cavabdeh1 tərəfindən tikinti obyektinin istismarına verilmiş 29.12.2017-ci il tarixli Ə-301-159 saylı icazənin və vətəndaş X38 adına rəsmiləşdirilən 30.10.2018-ci il tarixli ********** saylı çıxarışın etibarsız hesab etməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, Bakı şəhəri Cavabdeh1 cavabdehlər sırasından çıxarmaqla iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanla Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26) ünvanında X38 adına rəsmiləşdirilən 30.10.2018-ci il tarixli ********** saylı çıxarışın və çıxarışdan irəli gələn nəticələrin, o cümlədən 05 aprel 2019-cu il tarixdə “xxxx” MMC ilə X61 arasında olan alqı-satqı müqaviləsinin və 04.06.2019-cu il tarixli ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X61 və Bakı şəhəri Cavabdeh1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı ilə iddia tələbi «ünvan 1 ünvanla Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26) ünvanında X38 adına rəsmiləşdirilən 30.10.2018-ci il tarixli ********** saylı çıxarışın və çıxarışdan irəli gələn nəticələrin, o cümlədən 05 aprel 2019-cu il tarixdə “xxxx” MMC ilə X61 arasında olan alqı-satqı müqaviləsinin ləğv edilməsi» hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X39 izahatında bildiridi ki, 01 may 2017-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 554-cü məhəllə, bina 26 üzrə İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydiyyatdan keçərək 1117-MM4-0046 saylı çıxarış və şəhadətnamə əsasında idarəçilik İddiaçı MMMC-yə təhvil verilmişdir. Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26-nın həyətində avtomobillərin yuma məntəqəsi (moyka kimi tanınan obyekt) binanın həyətində balkonların altında 3 metr aralıda 12-13 ildir qanunsuz fəaliyyət göstərir, məntəqədə istifadə edilən suyun və tozsoranın səsi yaşamağı dözülməz hala gətirib çıxarmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuş, həmin dövlət qurumlarından səsin yüksək olması və qanunsuz tikinti olması, məhkəməyə müraciət edilməsi barədə məktub verilmişdir. Avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dayandırılması və sökülməsi barədə Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş və Məhkəmə 03.08.2017-ci il tarixdə avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həmin qərardad öz qüvvəsində saxlanılmışdır. Nərimanov rayon Məhkəməsi tərəfindən isə işə mahiyyəti üzrə baxılarkən qanunsuz tikili olan avtomobillərin yuma məntəqəsinin sökülməsi barədə 28.08.2018-ci il tarixdə qətnamə qəbul olunmuşdur. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaranmasından sonra binanın həyətində hər hansı bir tikintinin aparılması yalnız mənzil mülkiyyətçilərinin birgə razılaşması əsasında həyata keçirilir, istənilən obyekt yalnız cəmiyyətin adına təsərrüfat fəaliyyəti kimi sənədləşdirilə bilər. Buna baxmayaraq, Bakı şəhəri Cavabdeh1 Başçısınin vəzifəsini icra edən zaman Səməd İslamov qanunsuz olaraq və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 08.09.2017-ci il tarixdə Cavabdeh1nə göndərdiyi məktuba məhəl qoymadan 10.01.2018-ci il tarixdə göstərilən ünvanda avtoyuma məntəqəsinin istismarına icazə vermişdir. X61 məhkəmə proseslərinə məhəl qoymadan, məhkəmənin qətnaməsindən 2 ay sonra 30.10.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətindən sahə mülkiyyətçilərinin ümumi əmlakını natura şəklində ayıraraq ünvan 4 ünvanla Zahid Xəlilov küçəsi 78 B) binanın həyətində yerləşən yuma məntəqəsinə ********** saylı çıxarışı qanunsuz və saxtakarlıqla əldə etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 28.12.2001-ci il tarixli 821 nömrəli sərəncamı ilə torpaq sahəsi yalnız bina tikintisi üçün ayrılmışdır. Avtoyuma məntəqəsinin tikildiyi torpaq isə bina sakinlərinin ümumi istifadəsində olan yerdir. Cavabdeh1 qanunsuz olaraq tikinti obyektinin istismarına icazə sənədini vermişdir. Həmin sənəddə Fövqəladə Hallar Nazirliyinin X69 Xidmətinin 29.12.2017-ci il tarixli rəyinə istinad edilsə də, sonradan mılum olmuşdur ki, belə bir rəy olmamışdır. Layihədə əks olunan Fövqəladə Hallar Nazirliyinin X69 Xidmətinin «razılaşdırılmışdır» ştampı saxtadır. Əslində razılaşma və rəy möhür və vəzifəli şəxsin imzası ilə təsdiq edilməlidir. Belə bir razılaşma isə mövcud deyil. Fövqəladə Hallar Nazirliyi özü də belə bir rəyin verilmədiyini təsdiq etmişdir. 04.06.2019-cu ildə verilmiş çıxarış da qanunsuzdur və ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X29 izahatında bildirdi ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyatdan keçmişdir. İddiaçının ərizəyə əlavə etdiyi məhkəmə qərarları ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. İddiaçıya bu barədə 28.06.2019-cu il tarixli, **********37 saylı cavab məktubu ünvanlanmışdır. ünvan 5 şəhəri Cavabdeh1 tərəfindən verilən (FHN X69 Xidmətinin 29.12.2017-ci il tarixli rəyini nəzərə alaraq) Ə-301- 159 nömrəli 29 dekabr 2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi əsasında X38 adına 30.10.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. “xxxx” MMC tərəfindən AN-İ № 0763393, 05.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin müəyyən hissəsini (0.00362 ha) X38 adına özgəninkiləşdirmişdir. Sözügedən müqavilə əsasında X38 adına 04.06.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda 0.0036 ha torpaq sahəsi və onun üzərində yerləşən sözügedən qeyri-yaşayış binası X38 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X38 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən qeyri-yaşayış binası FHN X63 Xidmətinin 29.12.2017-ci il tarixli razılaşdırması nəzərə alınaraq Bakı şəhəri Cavabdeh1 tərəfindən verilən Ə-301-159 nömrəli 29 dekabr 2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi əsasında X38 adına 30.10.2018ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra “xxxx” MMC tərəfindən 05.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin müəyyən hissəsi - 0.00362 ha hissəsi X38 adına özgəninkiləşdirilmişdir. Həmin müqavilə əsasında X38 adına 04.06.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda 0.0036 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası X38 mülkiyyətindədir. Çıxarışın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeyri kommersiya hüuqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 01 may 2017-ci il tarixdə 1117-MM4-0046 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının «Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554-cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin layihələşdirilməsinə və tikintisinə icazə verilməsi haqqında» 28.12.2001-ci il tarixli 821 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 19.12.2001-ci il tarixli, 1334/d saylı razılıq məktubu, “xxxx” şirkətinin 06.12.2001-ci il tarixli, 10 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 06.04.2001-ci il tarixli, 000928,000929 saylı qeydiyyat vəsiqələri nəzərə alınaraq, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554-cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin (sahəsi 0,6727 ha) layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Həmin sərəncama, ayrıc aktına və ayrılmış torpaq sahəsinin cizgisinə əsasən torpaq istifadəçisi olan hüquqi şəxs “xxxx” şirkətidir və torpağın verilmə məqsədi və şərti yaşayış binasının və sağlamlıq mərkəzinin tikintisi təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X51 Departamenti tərəfindən ünvan 7 ünvanında yaşayan Araz Səlimova ünvanlanmış 06.06.2017-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın məhəllədaxili ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində ölçmə işləri aparılmış və səs-küy səviyyəsinin normadan yüksək olduğu müəyyən edilmişdir. Araşdırma müddətində bir neçə şəxslə telefon əlaqəsi yaradılmasına baxmayaraq, məntəqəyə cavabdeh şəxs (və ya şəxslərin) kimliyini müəyyənləşdirmək mümükün olmamışdır. İnzibati araşdırma ilə əlaqədar avtomoyuma məntəqəsinin sahibi barəsində məlumatların müəyyənləşdirilərək X51 Departamentinə təqdim olunması ilə bağlı Yasamal rayon Polis İdarəsinə məktubla müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X15 Agentliyi tərəfindən ünvan 9 ünvanlanmış 12.07.2017-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı binanın həyətində fəaliyyət göstərən avtoyuma məntəqəsinin tikintisinə dair heç bir icazəverici sənəd təqdim edilməmişdir. “xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası Baki Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2003-cü il tarixli, 549 saylı Sərəncamına əsasən Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edildiyindən, qaldırılan məsələ ilə əlaqədar MMC-nin rəhbərliyinə və ya məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən 32.6 kv.m olan qeyri-yaşayış binasına X38 xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 7584 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 30.10.2018-ci il, qeydiyyat nömrəsi **********. Torpaq sahəsinin mülkiyyət növü «Dövlət», torpaq sahəsi üzərində hüququn növü «İstifadə», torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) «Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar», torpaq sahəsinin ölçüsü «0.00362 hektar» kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən 32.6 kv.m olan qeyri-yaşayış binasına X38 xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 8289 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 04.06.2019-cu il, qeydiyyat nömrəsi **********. Torpaq sahəsinin mülkiyyət növü «Xüsusi», torpaq sahəsi üzərində hüququn növü «Mülkiyyət», torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) «Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar», torpaq sahəsinin ölçüsü «0.0036 hektar» kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh1 tərəfindən verilən Ə-301-159 nömrəli 29 dekabr 2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədinin təsdiq edilmiş surətindən görünür ki, FHN X69 Xidmətinin 29.12.2017-ci il tarixli razılaşdırması nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 ünvanında yerləşən avtoyuma məntəqəsinin (qeyri-yaşayış obyekti) istismarına X52 29 dekabr 2017-ci il tarixdən icazə verilmişdir. İş materiallarında olan AN-İ seriyalı ******* saylı 05.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0.67275 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.00362 ha hissəsini X3. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 236/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia tələbi təmin edilmiş, “xxxx 3” MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin ilkin iddia üzrə cavabdeh “xxxx 3” MMC-nin hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 236/2018 saylı 28 avqust 2018-ci il tarixli qərardadının surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-nin cavabdehlər X22, X8, X23, X30, X6, X18, X11, X4 X31, X40, X19, X24, X12, X13, X20, X32, X41, X2 və X42 qarşı “kommunal xərclərin ödənilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 19.08.2019-cu il tarixli 2(103)-10733/2019 saylı qətnaməsinin surətindən görünür ki, «xxxx 3» MMC-nin və X38 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi iddiaçılar X39, X21, X43, X48, X14, X25, X33, X26, X34, X7, X49, X53, X35, X54, X44, X27, X36, X50, X55 və X1 cavabdeh «xxxx 3» MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-32/2019 saylı iş üzrə 14 aprel 2019-cu il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.09.2020-ci il tarixli 2(102)-3714/2020 saylı qərarının surətindən görünür ki, cavabdeh “xxxx” MMC və maraqlı şəxs X61 tərəfindən ayrı-ayrılıqda verilmiş kasassiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.08.2019-cu il tarixli 2(103)-10733/2019 saylı qətnaməsi qismən - ilkin iddia tələbinin təmin edilməsinə dair issədə ləğv edilmiş və həmin hissədə iş yeni baxışa göndərilmiş, qətnamə “xxxx” MMC-nin qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-2(81)-317/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx 3” MMCnin cavabdeh İddiaçı MMMC-yə qarşı “maneələrin aradan qaldırılması” barədə iddia tələbi təmin edilmiş, ünvan 11 ünvanında yerləşən iddiaçı "xxxx 3" MMC-yə məxsus torpaq sahəsindən istifadəyə cavabdeh "İddiaçı" MMMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılaraq, iddiaçıya (onun işçilərinə) məxsus, həmçinin onun mülkiyyət hüquqlarından istifadəsi, sahibkarlıq fəaliyyəti və işinin təşkili ilə bağlı gələn minik, yük və s. avtomobillərinin, həmçinin qəza/xidmət avtonəqliyyat vasitələrinin torpaq sahəsinə maneəsiz buraxılması vəzifəsinin cavabdeh "İddiaçı" MMMC-in üzərinə qoyulması, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X37 tələbinin təmin edilməsi, X45 məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 554-cü məhəllədə yerləşən “Sağlamlıq mərkəzi”nə gələn avtonəqliyyat vasitələrinə sərbəst girişinin təmin olunması vəzifəsinin cavabdeh İddiaçı MMMC-nin üzərinə qoyulması və X56 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq X45 ödənilməsi qət edilmişdir. İş materiallarında olan X5 200 nömrəli 03 mart 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 12 ünvanla Zahid Xəlilov küçəsi 78B) ünvanında yerləşən tədqiqat obyektinin üç tərəfdən hündürlüyü 60 sm. ölçüdə olan dəmir-betonun üzərində, yığma metal konstruksiyadan quraşdırılmış birmərtəbəli qeyri-yaşayış sahəsi olduğu, qeyriyaşayış sahəsinin döşəməsinin metlaxla, divarlarının və tavanının daxildən “lambri” plastik təbəqələrlə üzləndiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X63 Xidməti tərəfindən 14 saylı Vəkil Bürosuna ünvanlanmış 16.11.2020-ci il tarixli 37/36- 06350 saylı məktubda qeyd olunur: Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 ünvanında X38 adına rəsmiləşdirilən qeyri-yaşayış obyektinə Fövqəladə Hallar Nazirliyinin X63 Xidməti tərəfindən razılaşdırılma barədə rəy verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X63 Xidməti tərəfindən 14 saylı Vəkil Bürosuna ünvanlanmış 21.12.2020-ci il tarixli 37/34- 07077 saylı məktubda qeyd olunur: Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X38 adına rəsmiləşdirilən qeyri-yaşayış obyektinə Fövqəladə Hallar Nazirliyinin X63 Xidməti tərəfindən razılaşdırılma barədə rəy verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 16.05.2021-ci il tarixli 20/04-34/01488 saylı məktubda qeyd olunur: Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 ünvanında X38 adına rəsmiləşdirilən qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X63 Xidməti tərəfindən hər hansı rəyin verilmədiyi bildiririk. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının «Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554-cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin layihələşdirilməsinə və tikintisinə icazə verilməsi haqqında» 28.12.2001-ci il tarixli 821 nömrəli sərəncamına əsasən Cavabdeh1 19.12.2001-ci il tarixli, 1334/d saylı razılıq məktubu, “xxxx” şirkətinin 06.12.2001-ci il tarixli, 10 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 06.04.2001-ci il tarixli, 000928,000929 saylı qeydiyyat vəsiqələri nəzərə alınaraq, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554-cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin (sahəsi 0,6727 ha) layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 01 may 2017-ci il tarixdə yaradılaraq dövlət qeydiyyatına alınmış və qeyd olunan ünvanda tikilən binada idarəçilik İddiaçı MMMC-yə verilmişdir. Bakı şəhəri Cavabdeh1 tərəfindən verilən Ə-301-159 nömrəli 29 dekabr 2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədinə əsasən FHN X69 Xidmətinin 29.12.2017-ci il tarixli razılaşdırması nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 ünvanında yerləşən avtoyuma məntəqəsinin (qeyri-yaşayış obyekti) istismarına X52 29 dekabr 2017-ci il tarixdən icazə verilmişdir. Bunun əsasında Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən 32.6 kv.m olan qeyri-yaşayış binasına X38 xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 30.10.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin torpaq sahəsinin mülkiyyət növü «Dövlət», torpaq sahəsi üzərində hüququn növü «İstifadə kimi qeydiyyata alınmışdır. Sonra AN-İ seriyalı ******* saylı 05.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0.67275 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.00362 ha hissəsini X3. Bunun əsasında Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən 32.6 kv.m olan qeyri-yaşayış binasına X38 xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 04.06.2019-cu il tarixdə qeydiyyata alınmışdır və torpaq sahəsinin mülkiyyət növü «Xüsusi», torpaq sahəsi üzərində hüququn növü «Mülkiyyət» kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 28.12.2001-ci il tarixli 821 nömrəli sərəncamına əsasən “xxxx” şirkətinə Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin (sahəsi 0,6727 ha) layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir, həmin sərəncamda qeyd olunan ünvanda qeyri-yaşayış sahəsi olan avtoyuma məntəqəsinin layihələşdirilməsi və tikintisi nəzərdə tutulmamışdır. Bundan başqa, Bakı şəhəri Cavabdeh1 tərəfindən verilən Ə-301-159 nömrəli 29 dekabr 2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində FHN X69 Xidmətinin 29.12.2017-ci il tarixli razılaşdırması (rəyi) nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 ünvanında yerləşən avtoyuma məntəqəsinin (qeyri-yaşayış obyekti) istismarına X52 29 dekabr 2017-ci il tarixdən icazə verilməsi qeyd olunsa da, Bakı şəhəri Cavabdeh1 qeyd olunan rəyi məhkəməyə təqdim edə bilmədi. Əksinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və həmin Nazirliyin X63 Xidməti tərəfindən iddiaçıya və məhkəməyə ünvanlanmış 16.11.2020-ci il, 21.12.2020-ci il və 16.05.2021-ci il tarixli məktublarda Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 ünvanında X38 adına rəsmiləşdirilən qeyri-yaşayış obyektinə Fövqəladə Hallar Nazirliyinin X63 Xidməti tərəfindən razılaşdırılma barədə rəyin, ümumiyyətlə hər hansı rəyin verilmədiyi bildirilmişdir. Həmçinin X5 200 nömrəli 03 mart 2020-ci il tarixli ekspert rəyinə əsasən ünvan 12 ünvanla Zahid Xəlilov küçəsi 78B) ünvanında yerləşən tədqiqat obyektinin üç tərəfdən hündürlüyü 60 sm. ölçüdə olan dəmir-betonun üzərində, yığma metal konstruksiyadan quraşdırılmış birmərtəbəli qeyri-yaşayış sahəsi olduğu, qeyri-yaşayış sahəsinin döşəməsinin metlaxla, divarlarının və tavanının daxildən “lambri” plastik təbəqələrlə üzləndiyi müəyyən edilmişdir. Lakin qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən cavabdeh tərəfindən hərtərəfli və tam araşdırılma aparılmamışdır (ayrı-ayrı müvafiq dövlət orqanlarına sorğuların verilməsi, müayinələrin aparılması, mütəxəssis rəyinin alınması və s.). İşin bütün hallarının araşdırılması cavabdeh inzibati orqanın xidməti vəzifəsindən irəli gəlsə də, təqdim olunmuş sənədlər və işin bütün halları hərtərəfli tədqiq edilmədən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər; 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Bu səbəbdən də iddia tələbi əsaslı hesab edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən qeyriyaşayış binasına X38 xüsusi mülkiyyət hüququ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində 04.06.2019-cu ildə (qeydiyyat nömrəsi **********) aparılmış qeydiyyat (həmin qeyri-yaşayış binasına X38 adına 04.06.2019-cu il tarixdə verilmiş çıxarış) ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-139/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-139/2021
07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver