Məhkəmə qərarları › İş №2-1(112)-139/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-139/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-139/2023 25.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan dəqiqləşmə verilərək cavabdehin 22 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan dəqiqləşmə verilərək cavabdehin 04 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan dəqiqləşmə verilərək cavabdehin 30 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin vergilərin hesablanması haqqında qərarına əsasən əlavə dəyər vergisi 2019-cu il mart ayı üçün 26.083,06 manat hesablanmışdır. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz və əsassız olmaqla vergi qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyindən ləğv edilməlidir. Etiraz onunla əsaslandırılmışdır ki, 23 avqust 2020-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək 2019-cu ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 26083,06 manat məbləğində azalma aparılmışdır. Tələb edilməsinə baxmayaraq iddiaçı tərəfindən kənarlaşmalar tam aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə VM-nin 37,67 və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mart ayı üzrə ƏDV bəyannaməsi üzrə 26083,06 manat əlavə vergi məbləği hesablanmış və bu barədə qərar göndərilmişdir. Hesablmanın mahiyyəti odur ki, vergi ödəyicisinin özü tərəfindən təqdim edilən bəyannamənin daha sonra dəqiqləşdirilərək əvvəlki bəyannamədə bəyan edilən verginin azaldılması və azaldılma barədə vergi orqanına məlumat və təsdiqedici sənədlərin təqdim edilməməsi olmuşdur. Etirazda, həmçinin qeyd edilmişdir ki, vergi ödəyicisinə bildirilmişdir ki, 2019-cu il mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 201249,41 manat dövriyyə məbləği qeyd olunmasına baxmayaraq 22 dekabr 2021-ci il tarixində müvafiq ay üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə dövriyyə məbləği 56343,5 manat qeyd edilmiş, bu isə kənarlaşmaya səbəb olmuşdur. Bunun əsası kimi müvafiq sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu da o nəticə törədir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir. Hazırkı iş üzrə də qərar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmamışdır. Mübahisələndirilən qərarın elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-çox qərarlarında həmin mövqedən elektron kabinetə göndərilən qərarın çatdırılmamış hesab edilməsi barədə mövqe nümayiş etdirilmişdir. Belə ki, 2-1(102)-462/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati akt olan cavabdehin 21 yanvar 2021-ci il tarixli sözügedən qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilənin müddəaları çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış olmaqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir. vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin işin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Cünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4- cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 37. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bununla yanaşı, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Göründüyü kimi istər elektron kabinetə yerləşdirilən qərarın gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərar iddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Belə ki, müddətin bərpası o zaman mümkündür ki, müddət ötürülmüş sayılsın. Hazırkı halda isə müddət ümumiyyətlə ötürülməmişdir. Qeyd olunan iddia tələblərinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 22 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, qərar onunla əsaslandırılmışdır ki, dövriyyə azalmasına baxmayaraq təsdiqedici sənəd təqdim edilməmiş, 2019 təqvim ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 306-ci sətirlərinin dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) sütunlarının cəmində 272754,54 manat göstərilməsinə baxmayaraq həmin hesabat ili üçün təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 200-ci sətri üzrə 403240,68 manat +201-ci sətri üzrə 0 manat+202-ci sətri üzrə 0 manat+203-cü sətri üzrə 0 manat+ 206-cı sətri üzrə 0 manat+ 217-ci sətri üzrə 0 manat+ bəyannamənin 1 nömrəli əlavəsinin alınmış avanslar sətrinin hesabat dövrünün sonuna olan 0 manat avans məbləği ilə hesabat dövrünün əvvəlinə olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 403240,68 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə 130486,14 manat məbləğinfə fərq müəyyən edilmişdir. 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, dövr üzrə təqdim olunmuş sonuncu bəyannamədə dövriyyə azalması olmasına baxmayaraq müvafiq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyindən 26083,06 manat vergi hesablanmışdır. 30 mart 2022-ci il tarixli qərardan görünür ki, iddiaçıya 26083,06 manat vergi hesablanmışdır. Zəruri sənədlərin tələb edilməsi haqqında məktubdan görünür ki, azalma ilə bağlı sənədlər təqdim edilməsi tələb edilmişdir. İddiaçının izahat məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən mart ayında heç bir satış olmamış, aprel ayında satış olduğundan bəyannamədə göstərilmişdir ki, bu da dövriyyə azalması kimi göstərilməsinə gətirib çıxarmışdır. Ümumilikdə 201,249 manat dəyərində idxal olunan mallar 2019-cu ilin bəyannaməsində göstərilmişdir. Həmçinin mühasib tərəfindən imzalanaraq məhkəməyə təqdim edilən sənəddə qeyd edilmişdir ki, yanvar 2019-cu il tarixdə idxal olunan YGB mart 2019-cu il tarixdə satılmış və dəqiqləşdirilmiş bəyannamə ilə bəyan edilmişdir. Fevral və mart 2019-cu il tarixdə idxal olunan YGB-lər aprel 2019-cu il tarixdə satılmış və dəqiqləşdirilmiş bəyannamə ilə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilir ki, mart 2019-cu il tarixdə cari bəyannamədə azalan satış aprel 2019-cu il tarixdə dəqiqləşmiş bəyannamədə düzəliş olaraq təqdim edilmişdir. Hər iki ayın cari bəyannaməsindən bəllidir ki, mart ayına qədər idxal olunan malların satış dəyəri cari bəyannamələrdə artıq göstərilmişdir. Buna dair çek, təhvil təslim aktları və kassa mədaxil orderi məhkəməyə təqdim edilmişdir. mübahisələndirilən qərarda istinad olunan 14 mart 2022-ci il tarixli və 18 mart 2022ci il tarixli uyğunsuzluq məktublarında qeyd edilmişdir ki, təqdim edilmiş yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18531,01 manat Komitədən daxil olmuş məlumatlara əsasən eyni yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18531 manat təşkil etdiyi üçün 0,01 manat kənarlaşma yaranmışdır. Digər yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18605,6 Komitədən daxil olmuş məlumatla əsasən eyni yük gömrük bəyyannaməsi üzrə ƏDV məbləği 18605.58 manat təşkil etdiyi üçün 0,02 manat kənarlaşma yaranmışdır. 2019-cu il təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyanamələrinin müvafiq sütunlarının cəmində 272754,54 manat məbləğ göstərilməsinə baxmayaraq 360941,21 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə 88186,67 manat məbləğində fərq müəyyən edilmişdir. 20 aprel 2019-cu il tarixində 2019-cu il mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 201249,41 manat dövriyyə məbləği qeyd olunmasına baxmayaraq 22 dekabr 2021-ci il tarixində müvafiq ay üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə dövriyyə məbləği 56343,5 manat qeyd edilmiş, bu isə kənarlaşmaya səbəb olmuşdur. Bunun əsası kimi müvafiq sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.3. əlavə dəyər vergisi; 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 54.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. 159.4. Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. 163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: 163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; 163.1.2. əməliyyatın xarakteri dəyişdikdə; 163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud 163.1.4. vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda. 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud[877] 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. İşin faktiki hallarından göründüyü kimi vergi ödəyicisi ilə vergi orqanı arasında mübahisə vergi məbləğinin hesablanması ilə əlaqədardır ki, mübahisələndirilən qərarda istinad olunan 14 mart 2022-ci il tarixli və 18 mart 2022-ci il tarixli uyğunsuzluq məktublarında qeyd edilmişdir ki, təqdim edilmiş yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18531,01 manat Komitədən daxil olmuş məlumatlara əsasən eyni yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18531 manat təşkil etdiyi üçün 0,01 manat kənarlaşma yaranmışdır. Digər yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18605,6 Komitədən daxil olmuş məlumatla əsasən eyni yük gömrük bəyyannaməsi üzrə ƏDV məbləği 18605.58 manat təşkil etdiyi üçün 0,02 manat kənarlaşma yaranmışdır. 2019-cu il təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyanamələrinin müvafiq sütunlarının cəmində 272754,54 manat məbləğ göstərilməsinə baxmayaraq 360941,21 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə 88186,67 manat məbləğində fərq müəyyən edilmişdir. 20 aprel 2019-cu il tarixində 2019-cu il mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 201249,41 manat dövriyyə məbləği qeyd olunmasına baxmayaraq 22 dekabr 2021-ci il tarixində müvafiq ay üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə dövriyyə məbləği 56343,5 manat qeyd edilmiş, bu isə kənarlaşmaya səbəb olmuşdur. Bunun əsası kimi müvafiq sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. Qeyd edilməlidir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından qeyd olunan əsaslandırma ilə qəbul edilmiş inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut etməlidir. Yuxarıda istinad olunan şərtlər isə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərt olmamaqla qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, iş materiallarından da müəyyən edilir ki, iddiaçı tərəfindən qeyd edilən dövr üzrə ümumiyyətlə satış olmamış, aprel ayında satış olduğundan bəyannamədə də göstərilmişdir. Ümumilikdə idxal olunan mallar məhkəməyə təqdim edilmiş 2019-cu il üzrə bəyannamədə də öz əksini tapmışdır. Belə ki, təqdim edilən sənədlərdən də aydın olur ki, yanvar 2019-cu il tarixdə idxal olunan YGB mart 2019-cu il tarixdə satılmış və dəqiqləşdirilmiş bəyannamə ilə bəyan edilmişdir. Fevral və mart 2019cu il tarixdə idxal olunan YGB-lər aprel 2019-cu il tarixdə satılmış və dəqiqləşdirilmiş bəyannamə ilə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilir ki, mart 2019-cu il tarixdə cari bəyannamədə azalan satış aprel 2019-cu il tarixdə dəqiqləşmiş bəyannamədə düzəliş olaraq təqdim edilmişdir. Hər iki ayın cari bəyannaməsindən bəllidir ki, mart ayına qədər idxal olunan malların satış dəyəri iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş cari bəyannamələrdə göstərilmişdir. Buna dair məhkəməyə təqdim edilmiş bəyannamələr çeklər, təhvil təslim aktları və kassa mədaxil orderlərindən göründüyü kimi cavabdeh həmin sənəd və sübutları nəzərə almadan iddiaçı barəsində qanunsuz və əlverişsiz inzibati akt qəbul edərək əlavə vergi məbləği hesablanmışdır ki, məhkəmə qeyd olunan hallar nəzərə alınmaqla hesab edir ki, iddia təmin edilməli, qərar ləğv edilməlidir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 30 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar