Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1390/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası yoxdur, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin “diaqnoz əlillik təyin etmir” qərarının ləğv edilməsi, düzgün araşdırma aparılaraq əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin “Diaqnoz əlillik təyin etmir” qərarının ləğv edilməsi, düzgün araşdırma aparılaraq əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1965-ci il təvəllüdlü İddiaçı 16 mart 1992-ci ildən könüllü olaraq Qarabağ döyüşlərində iştirak etmişdir. 20 avqust 1992-ci ildə xəstələndiyi üçün ordudan ayrılmış, X3 Əliyevin dönüşündən sonra 1994-cü ildə yenidən könüllü olaraq döyüşə yollanmışdır. 10 may 1994-cü ildə kor güllə yarası ilə hərbi xəstəxanaya göndərilmişdir. 1 aydan çox müddətdə xəstəxanada qalmışdır. Ona əlillik verilirdi, lakin yenidən döyüşə getmək istədiyi üçün almamışdır. Yarası sağalmadığı üçün məzuniyyət verilmiş, məzuniyyətdən sonra yenidən döyüşə getmiş, 1995-ci ilin sentyabr ayından Prezidentin fərmanı ilə ordudan təxris olunmuşdur. Qarabağ döyüşlərində iştirak edərək yaralandıqdan sonra ona “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinir tramvası, “Sol bazunun yuxarı 13-nin yumşaq toxumalarının kor güllə yarasından” sonrakı vəziyyət (xx.xx.1994). Sol orta və dirsək sinirlərinin güllə yaralanmasından sonrakı travmatik nevropatiyası, kanzalgiyası, zəif dərəcədə əzələ atrofıyası əlamətləri ilə. Sol yuxarı ətrafda hərəkət funksiyasının pozulması. Stenokardiyasının digər formaları, ÜİX.Gərginlik stenokardiyası 11 FS. Oarnın ön divarın yırtığı, Xr. Qastrit. Öddaşı xəstəliyi. Hipermetropiya, OU-Zəif dərəcəli hipermetropiya. Eşilmənin konduktiv tipli iki tərəfli itirilməsi, Neyrosensor ağıreşitmə 111-İV dər. İki tərəfli koxliar nevrit ” diaqnozu qoyulmuşdur. Lakin, ətraflı müayinə nəticəsində qoyulan bu diaqnozu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası sadəcə ötəri müayinə ilə təkzib edərək əlilliyin müəyyən edilməməsi qənaətinə gəlmişdir. Döyüşlərdə aldığı xəsarətlər, həmçinin daxili xəstəliklərlə bağlı olaraq əmək fəaliyyəti ilə məşğul ola bilmir. Yalnız ətraflı müayinə ilə məlum olan xəstəliklərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən üzdən müayinə ilə təkzibi əsassızdır. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S44 - Yuxarı ətraf qurşağının və bazu səviyyəsind...; Diaqnozun mətni: Yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, "Sol bazunun yuxarı 1 \3-nin yumşaq toxumalarının kor güllə yarasından"sonrakı vəziyyət.(xx.xx.1994).Sol orta və dirsək sinirlərinin güllə yaralanmasından sonrakı travmatik nevropatiyası,kanzalgiyası, zəif dərəcədə əzələ atrofiyası əlamətləri ilə.Sol yuxarı ətrafda hərəkət funksiyasının pozulması. Stenokardiyanın digər formaları, ÜİX.Gərginlik stenokardiyası İİ FS. Qarnın ön divarının yırtığı, Xr. qastrit. Öddaşı xəstəliyi. Hipermetropiya, OU-Zəif dərəcəli hipermetropiya. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, Neyrosensor ağıreşitmə_ lll-İV dər.(xx.xx.2021.) İki tərəfli koxliar nevrit.(xx.xx.2021.); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi İddiaçı Forma88-də qeyd edilən diaqnoz əlilliyin təyin edilməsi meyarlarına uyğun gəlmədiyi üçün ona “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1. –ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: 023397 nömrəli müharibə veteranı vəsiqəsinin surətinə əsasən İddiaçı müharibə veteranı vəsiqəsi xx.xx.1991-ci il tarixdə verilmişdir. AO ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1983-cü il tarixdə N nömrəli hərbi hissədə and içmiş, yumşaq toxumalarından güllə yarası almışdır. Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən tərtib olunan İddiaçı tibbi kartasından çıxarışa əsasən o, stasionar üzrə xx.xx.2001-ci il tarixdə daxil olmuş, xx.xx.2002-ci il tarixdə çıxmış, “sol dirsək və orta sinirlərinin, bazunun yuxarı 1/3 hissəsində güllə yaralanmasından sonra kauzolqik ağrılar və zəif atrofiya əlamətləri ilə, orta dərəcəli funksional pozğunluqlar ilə” tam diaqnozu qoyulmuşdur. MN Mərkəzi Hərbi Poliklinikanın Binəqədi rayon Hərbi Komissarlığına ünvanladığı xx.xx.2002-ci il tarixli 52 saylı məktubunda bildirilmişdir ki, 1963 il təvəllüdlü İddiaçı N saylı hərbi hissənin baş çavuşu xx.xx.1994-cü ildə MN MHP-nin Hərbi Həkim komissiyası tərəfindən "Sol bazunun yuxarı 1/3-nin yumşaq toxumalarının kor güllə yaralanmasından sonrakı bərkiməmiş çapıq toxumaları” diaqnozu ilə SSRİ MN o, vaxtlar qüvvədə olmuş 1987 il tarixli 260 saylı əmrinin 33q maddəsinin İ qrafasına əsasən Xəstəliyə görə 30(otuz) sutka müddətinə məzuniyyətə ehtiyacı var. "Yaralanma, bəli Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır", rəyli xx.xx.1994-cü il tarixli 8631 saylı tibbi arayış və xx.xx.1994-cü il tarixli "sol bazunun yuxarı 1/3-nin yumşaq toxumalarının kor güllə yaralanmasından sonrakı bərkimiş çapıq toxumaları diaqnozu ilə şəhadətləndirilmiş, həmin əmrin İ qrafasına əsasən, "sıra xidmətinə yararlıdır" rəyli xx.xx.1994-cü il tarixdə 9567 saylı tibbi arayış verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 nömrəli xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi RHK tərəfindən 1994cü ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol bazunun yuxarı 1/3-nin yumşaq toxumalarının kor güllə yarası” (Azərbaycan Respublikasının Səfərbərik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinin xx.xx.2017-ci il tarixli 169 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 169 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadir. Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır”. “Baku Clinic”in xx.xx.2018-ci il tarixli İddiaçı dair müayinə vərəqəsinə əsasən müayinənin nəticəsi: Minimal dərəcədə beyin atrofiyası. Hər iki beyin yarımkürəsində, korona radiata, sentrum semiovale və periventikulyar dərin ağ maddədə bir neçə ədəd kiçik ölçüdə xroniki dövr işemik ocaqlar. “İstanbul NS Klinika”nın İddiaçı dair müayinə vərəqəsinə əsasən müayinənin nəticəsi: beyin artofiyası. Hər iki təpə, gicgah və sol alın payında, T2 və FLAİR rejimlərində kiperdens siqnala malik, periventikulyar mərkəzlərdə postişemik-qlioz ocaqları. Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunan İddiaçı ambulator kitabçasından çıxarışa əsasən əsas xəstəlik kimi “sol dirsək və orta sinirlərinin, güllə yaralanmasından sonraki travmatik nevropatiyası, kanzalgiyası, zəif dərəcədə əzələ atrofiyası əlamətləri ilə, sol yuxarı ətrafda hərəkət funksiyasının pozğunluğu” qeyd olunmuşdur. Diaqnozun müəyyən edilmə tarixi 1994-cü ildir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan çıxarışa əsasən iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmişdir. “Əsas diaqnoz - Yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, “Sol bazunun yuxarı 1/3-nin yumşaq toxumalarının kor güllə yarası”ndan sonrakı vəziyyət (xx.xx.1994). Sol dirsək və orta sinirlərinin, güllə yaralanmasından sonraki travmatik nevropatiyası, kanzalgiyası, zəif dərəcədə əzələ atrofiyası əlamətləri ilə, sol yuxarı ətrafda hərəkət funksiyasının pozulması. Stenokardiyanın digər formaları, UİX. Gərginlik stenokardiyası İİ FS. Qarnın ön divarının yırtığı, Xr qastrit. Öddaşı xəstəliyi. Hipermetropiya. OU-Zəif dərəcəli hipermetropiya. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi. Neyrosensor ağıreşitmə İİİ-İV dər. (xx.xx.2021.) İki tərəfli koxliar nevrit. (18 03.2021.)” diaqnozu qoyulmuşdur. Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyəti 25 nömrəli Şəhər Xəstəxanasının göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’yə müvafiq olaraq əsaslı və düzgün olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının məlumatına əsasən İddiaçı xx.xx.2001- 02.022.2002-ci illərdə, xx.xx.2021-xx.xx.2021-ci illərdə Bakı Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, xx.xx.2021-ci il tarixdə Bakı Eşitmənin Nitqin Səsin patologiyası Mərkəzində müalicə almışdır. Cavabdeh etirazını təsdiq edən sübut qismində alt sistemdən çıxarışların, TSEK müayinələrinə dair məlumatların surətlərini məhkəməyə təqdim etmişdir. İddiaçı mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi, onda olan xəstəlik və qüsurlar ona hər hansı əlillik dərəcəsi verilməsinə əsas olub-olmasını müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 10 avqust 2022ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) xx.xx.1965-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? 2) İddiaçı aşkar olunan xəstəlik, travma və ya qüsurlar əlillik (birinci, ikinci və ya üçüncü dərəcə) müəyyən edilməsi meyyarlara uyğundurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “ 1,3. Vətəndaş Rİ.Abbasovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı 25 saylı Şəhər Poliklinikasında xx.xx.2021-ci il tarixli göndərişdə qeyd edilmiş “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, Sol bazunun yuxarı 1/3-nin yumşaq toxumalarının kor güllə yarasından sonrakı vəziyyət. (xx.xx.1994). Sol orta və dirsək sinirlərinin güllə yaralanmasından sonrakı travmatik nevropatiyası, kanzalgiyası, zəif dərəcədə əzələ atrofiyası əlamətləri ilə. Sol yuxarı ətrafda hərəkət funksiyasının pozulması. Stenokardiyanm digər formaları, ÜİX. Gərginlik stenokardiyası İİ FS. Qarnın ön divarının yırtığı, Xr. qastrit. Öddaşı xəstəliyi. Hipermetropiya, OU-Zəif dərəcəli hipermetropiya. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, Neyrosensor ağıreşitmə - İİİ-İV dər. (xx.xx.2021) İki tərəfli koxliar nevrit. (xx.xx.2021)” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların hər hansı birini aid etmək mümkün olmadı.” Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir;.. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İşin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunmasından imtina haqqında qərar qəbul edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən 25 saylı Şəhər Poliklinikasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli göndərişdə qeyd edilən iddiaçının səhhətini əks etdirən diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin və xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların hər hansı birini aid etmək mümkün olmadı. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin “diaqnoz əlillik təyin etmir” qərarının ləğv edilməsi, düzgün araşdırma aparılaraq əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1390/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1390/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver