Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13903/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1, cavabdehin nümayəndəsi (mütəxəssis) X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 12 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 2.09.1958-ci il təvəllüdlüdür. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2008-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 648,07 manat (2008-ci il tarixinə indeksləşdirilmiş pensiya kapitalı, pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 6752,05 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2023-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 9254,98 manat (2023cü il tarixində indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 637,40 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 708,79 manata çatdırılmışdır. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və imtina yuxarıdakı məzmunda əsaslandırılmışdır. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun pensiyaya çıxandan sonra fərdi şəxsi hesabına yığdığı sığorta kapitalının təkrar hesablanması və bu yeni hesablamaya görə cari aldığı pensiyasının üzərinə edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı çoxuşaqlı ana kimi 2008-ci il tarixində pensiyaya çıxmışdır. Pensiya çıxandan sonra xx.xx.2023-cü il tarixinə kimi işləyərək fərdi şəxsi hesabına 15167 (on beş min yüz altımış yeddi) manat sığorta kapitalı yığmışdır. Cavabdeh fərdi şəxsi hesabına yığdığı sığorta kapitalını təkrar yenidən hesablayaraq cari aldığı pensiyanın üzərinə gəlməkdən imtina edir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı ərizə təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə eyni məzmunlu tələblə cavabdehə müraciət etmişdir. İddiaçının müraciəti Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-199157/2024 nömrəli məktubla cavablandırılaraq ona bildirilmişdir ki, 01.01 2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 648,07 manat (2008-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 6752,05 manat (2017-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 9254,98 manat (2023-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 637,40 manat müəyyən edilmişdir. Həmçinin "Əmək pensiyaları haqqında' Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının sığorta hissəsi bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 708,79 manata çatdırılmışdır, ötən dövr üzrə (xx.xx.2023-cü il tarixdən) hesablanmış fərq məbləği iddiaçının pensiyasına əlavə edilməklə ödənilmişdir. İddiaçının pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü tarixədək qeydə alınmış pensiya kapitalı tam nəzərə alınmışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi (mütəxəssisi) pensiyanın iddiaçının pensiyasının hansı qaydada hesablanmasına dair məhkəmədə izah vermişdir. İddiaçının nümayəndəsi mütəxəssisin izahının ona aydın olduğunu bildirdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2008-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 648,07 manat (2008-ci il tarixinə indeksləşdirilmiş pensiya kapitalı, pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 6752,05 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2023-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 9254,98 manat (2023cü il tarixində indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 637,40 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 708,79 manata çatdırılmışdır. İddiaçı bununla razılaşmayaraq əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablansa da, əmək pensiyasının məbləğində dəyişiklik olmamışdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız, cavabdehin imtinası əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçı iddia ərizəsinin əsasları kimi pensiyaya çıxandan sonra xx.xx.2023-cü il tarixinə kimi işləyərək fərdi şəxsi hesabına 15167 (on beş min yüz altımış yeddi) manat sığorta kapitalı yığıldığını qeyd edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmə sorğusuna əsasən cavabdehin 18 noyabr 2024-cü il tarixli məktubuna əsasən xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar 50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər. Bildiririk ki, İddiaçı Qanunun 14cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2008-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən artıq ola bilməz. Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin əməkhaqqı barədə arayışına əsasən 2004-2005-ci illər üzrə orta aylıq əməkhaqqının məbləği 41,55 manat təşkil etmişdir: • 2004-cü ilin yanvar-dekabr ayları üzrə: 1.992.684 AZM • 2005-ci ilin yanvar-dekabr ayları üzrə: 2.993.419 AZM Cari məzənnə: (1.992.684+2.993.419):5000=997,22 manat. Orta aylıq əməkhaqqının müəyyən edilməsi üçün iddiaçının aldığı əməkhaqlarının cəmi 24-ə bölünür: 997,22:24=41,55 manat Həmin Qanunun 17-ci maddəsinə və iddiaçının 31 il sığorta stajına uyğun olaraq orta aylıq əmək haqqının 85 faizi nəzərə alınmışdır(41,55x85%=35,31 manat). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2009-cu il tarixinədək qüvvədə olan 27-ci maddəsinə əsasən hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.Sözügedən maddəyə əsasən vətəndaşın 35,31 manat pensiyasından 25 manat baza hissə çıxıldıqdan sonra yerdə qalan 10,31 manat sığorta hissə hesab edilir. Adıçəkilən şəxsin pensiyasının məbləği xx.xx.2007-ci il tarixinə indeksləşdirilərək (10,31+10,31x8,3%=11,17) aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2008 – 75 (baza hissə)+ (11,17+11,17x16,7%) (sığorta hissə)= 88,04 xx.xx.2008 – 75 (baza hissə)+(616,32:144)=92,32 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd olunan məlumata əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 616,32 manat pensiya kapitalına əsasən əmək pensiyasının məbləği 92,32 manat müəyyən edilmişdir. xx.xx.2009 – 75 (baza hissə)+ (17,32+17,32x20,8%) (sığorta hissə)= 95,92 xx.xx.2010 – 75 (baza hissə)+(20,92+20,92x1,5%) (sığorta hissə)= 96,23 xx.xx.2010 – 85 (baza hissə)+ 21,23 (sığorta hissə)= 106,23 xx.xx.2011 – 85 (baza hissə)+ (21,23+21,23x5,7%) (sığorta hissə)= 107,44 Bildiririk ki, İddiaçı əmək pensiyasının sığorta stajına əsasən hesablanması halında pensiyanın məbləği vətəndaşın orta aylıq əmək haqqına əsasən hesablanan əmək pensiyasının məbləğindən çox olduğundan əmək pensiyası sığorta stajına əsasən hesablanmışdır. Sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Məlumat üçün bildiririk ki, iddiaçının əmək pensiyası sığorta stajı əsasında aşağıdakı qaydada hesablanmışdır: İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən təhsil aldığı müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 31 il 5 ay 11 gün təşkil edir. Qeyd olunan maddəyə əsasən 2006-cı il tarixinədək 31 il 5 ay 11 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi 60,95 manat təşkil edir ((31+(11/30gün)+5)/12ay)x1,94= 60,95). xx.xx.2011 – 85 (baza hissə)+ 60,95 (sığorta hissə)=145,95 Pensiyanın ümumi məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2012 – 85(baza hissə)+ (60,95+60,95x7,9%)(sığorta hissə)= 150,76 xx.xx.2013 – 85(baza hissə)+(65,76+65,76x1,1%)=151,49 xx.xx.2013 – 66,49+100 (baza hissə)= 166,49 xx.xx.2014 – 66,49+66,49x2,4%+100 (baza hissə)= 168,08 xx.xx.2015 – 68,08+68,08x1,4% +100 (baza hissə)= 169,03 xx.xx.2016 – 69,03+69,03x4%+100 (baza hissə)= 171,79 xx.xx.2016 – 71,79+110 (baza hissə)= 181,79 xx.xx.2017 – 71,79+71,79x12,4%+110 (baza hissə)= 190,69 xx.xx.2017–190,69+87,62=278,31 (Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Pensiya” altsisteminə əsasən iddiaçıya pensiya təyin olunduğu xx.xx.2008-ci il tarixindən 6 ildən çox işləməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 6.308,64 müəyyən edilmişdir: 6.308,64:72=87,62) xx.xx.2018 – 278,31+278,31x5,7%=294,16 xx.xx.2019 – 294,16+294,16x3%=303 xx.xx.2020 – 303+303x16,6%=353,29 xx.xx.2021 – 353,29+353,29x11,4%=393,57 xx.xx.2022 – 393,57+393,57x3,4%=406,95 Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023cü il tarixindən 423,61 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 485,88 manata çatdırılmışdır. İddiaçının xx.xx.2024-cü il tarixli müraciəti əsasında xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 648,07 manat (2008-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017- ci il tarixinədək 6752,05 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2023-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 9254,98 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 370,68 manat, xx.xx.2021-ci il tarixindən 412,94 manat, xx.xx.2022-ci il tarixindən 426,98 manat, xx.xx.2023-cü il tarixindən 508,86 manat, xx.xx.2023-cü il tarixindən 637,40 manat, xx.xx.2024-cü il tarixindən 708,79 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının penasiya məbləği cavabdeh tərəfindən düzgün hesablanmış, hesablanması qaydası izah edilmişdir. İddiaçı tərəf pensiyanın düzgün hesablanmamasını izah edə bilməmiş, iddia tələbin faktiki əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-13903/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13903/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver