Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1391/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1956-cı ildə Şamaxı rayonu Çaylı kəndində anadan olmuşdur. 1974-1975-ci illərdə Şamaxı rayonu 1-ci Çaylı kənd C.Cabbarlı adına kolxozda işləmişdir. Əmək haqqı 1974-cii ildə 109, 1975-ci ildə isə 136 manat ödənilib. 1975-ci ildə C.M.Kirov adına X2 ordenli Azərbaycan Dövlət Universtetinə daxil olmuşam. 1980-ci ildə həmin Dövlət Universitetini bitirmişəm. xx.xx.1980-ci ildə Nabur kənd orta məktəbində müəllim işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi Çarhan kənd orta məktəbində müəllim işləmişdir, 1995-ci ildən 1998-ci ilə kimi Meysəri kənd orta məktəbində müəllim, 1998-ci ildən 2001-ci ilə kimi mühafizə şöbəsində nəzarətçi, 2001-ci ildən 2003-ci ilə kimi Elektrik şəbəkədə, xx.xx.2003-ci il tarixdə 130-k saylı əmrlə "xxxx" QSC-nin Bakı şəhər Baş İstehsalat Qaz İdarəsi Nəsimi Qaz İstismar idarəsinin 4 saylı Qaz İstismar sahəsinə 3-cü dərəcəli çilingər-nəzarətçi peşəsinə işə qəbul olunmuşdur. xx.xx.2012-ci il tarixdə 90 k saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir. 2003-2012-ci illər üzrə aldığı əmək haqqı ilə arxiv arayışını təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ona pensiya təyin edib, amma düzgün hesablamayıblar.İddiaçının hesabına görə o 40 ildən çox işləmişdir, ona 245 manat 49 qəpik yaşa görə pensiya təyin ediblər. O ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, müraciətinə cavab olaraq bildirmişdirlər ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış əensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığorta olunana yaşa görə pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qeyd olunan maddələrin uyğun olaraq ona xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada 245,49 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1 -dək taktiki sığorta stajı bu Qanunun 22-1.2.1- 22-1,2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciəti ilə əlaqədar olaraq bildirir ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17071.20 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021 -ci il tarixindən 250,80 manata çatdırılmışdır. Təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1980-cı il tarixinədək təhsil aldığı dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 12 il 11 ay olduğu halda sizə Qanunun 22-1.1 -ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçı bildirdi ki, 1974- 1975-ci ilə kimi kolxozda, 1975-ci ildən 1980-ci ilə qədər Universitetdə, 1983-cü ildən 1984-cü ilə kimi Çarhan kənd orta məktəbində müəllim, 1995-ci ildən 1998-ci ilə kimi Meysəri kənd orta məktəbində müəllim, 1998-ci ildən 2001-ci ilə kimi mühafizə şöbəsində nəzarətçi, 2001-ci ildən 2003-cü ilə kimi elektrik şəbəkədə, 2003-cü ildən 2012-ci ilə Azəriqaz İB-də, 2013-cü ildən 2015-ci ilə kimi Azərsu ASC-də nəzarətçi, 2017-ci ildən bugünə kimi davamlı olaraq Azəristiliktəchizat ASC-də satış üzrə texnik vəzifəsində çalışmışdır. Qeyd olunanlara əsasən iddiaçı əmək pensiyasının dəqiq hesablanıb təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra iddiaçının ərizəsi üzrə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur.
4. İddiaçı Bakı şəhərində yaşayıb işlədiyindən Bakı İnzibati Məhkəməsi mübahisəyə baxmağa səlahiyyətli məhkəmədir.
5. Cavabdeh qurumun 06 may 2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada 245,49 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta staj və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 17071,20 manat pensiya kapitaiı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 250,80 manata çatdırılmışdır. Təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 12 il 11 ay olduğu halda, ona Qanunun 22- 1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 259,32 manata çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçının təqdim etdiyi X1 Filialının xx.xx.2022-ci il tarixli № 52 saylı arxiv arayışına əsasən Şamaxı rayonu 1-ci Çaylı kənd C.Cabbarlı adına kolxozdakı 1974-cü il tarixindən 1975-ci il tarixinədək olan dövrlər üzrə əmək günü normaları qeyd edilmədiyindən həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1984-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək Çarhan kənd orta məktəbinə işə daxil olma əmri olduğu halda işdən çıxma əmri olmadığından sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) hesablanmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə sizə ödəniləcəkdir.
6. Cavabdeh qurum məhkəməyə təqdim etdiyi yazılı etirazda bildirir ki, Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada 245,49 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17071,20 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 250,80 manata çatdırılmışdır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1980ci il tarixədək təhsil aldığı dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə kimi faktiki sığorta stajı 12 il 11 ay olduğu halda, ona Qanunun 22-1.1- ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. xx.xx.2006-cı il tarixə kimi faktiki sığorta stajı 12 il 11 ay olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.3-cü maddəsinə əsasən yenidən hesablanaraq artırılması mümkün olmamışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 259,32 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi X1 Filialının xx.xx.2022-ci il tarixli № 52 saylı arxiv arayışına əsasən Şamaxı rayonu 1-ci Çaylı kənd C.Cabbarlı adına kolxozdakı 1974-cü il tarixindən 1975-ci il tarixinədək olan dövrlər üzrə əmək günü normaları qeyd edilmədiyindən həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin təiəbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda əmək kitabçasının surətində qeyd edilmiş 27.11,1984-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Çarhan kənd orta məktəbinə işə daxil olma əmri olduğu halda işdən çıxma əmri olmadığından sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, sadalanan səbəblərdən qeyd olunan illərin sığorta stajına əlavə edilməklə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı faktiki sığorta stajı və SOCAR Azəriqaz İB-də işlədiyi 2006-cı ilin yanvar və mart ayları, 2008-ci ilin avqust ayı və 2011-ci ilin iyun ayı üzrə faktiki gəlilrləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması hüququnun təmin edilməsinə dair müraciətinə münasibət bildirilməsi üçün bir ay müddət təyin edilmiş və qeyd edilən müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinat üzrə Mərkəzi Filialı aparılmış inzibati icraatın nəticəsi barədə məhkəməyə məlumat verilməsi tələb edilmişdir.
8. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, məhkəmənin qərardadı icra edilərək adıçəkilən şəxsin faktiki sığorta stajı və SOCAR Azəriqaz İB-də işlədiyi 2006-cı ilin yanvar və mart ayları, 2008-ci ilin avqust ayı və 2011-ci ilin iyun ayı üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla yaşa görə əmək pensiyası yenidən hesablanmışdır və əmək pensiyasının məbləğində fərq yaranmamışdır.
9. Məhkəmənin 28 fevral 2023-cü il tarixli iclası ilə mübahisənin məhkəmədənkənar həlli üçün iclas növbəti tarixə təxirə salmışdır.
10. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin həll olunduğunu və ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş qərara əsasən iddiaçının yenidən hesablanmış pensiya məbləği xx.xx.2023-cü il tarixdən 350,25 manat təyin olunmuş, həmin qərarla 467,32 manat əksik vermə müəyyən olunmuşdur. Avtomatlaşdırılmış qaydada təyin olunmuş pensiya məbləği yenidən hesablanaraq xx.xx.2006-cı il tarixinədək 30 il 4 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən 13 il 8 ay sığorta stajına uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış 20219,4 manat pensiya kapitalı əsasında xx.xx.2023-cü il tarixindən 350,25 manat müəyyən edilmişdir.
11. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
12. Məhkəmə hesab edir ki, ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən iddiaçının pensiya məbləği 350,25 manat müəyyən edilmiş, ödənməyə başlamış, ötən dövr üzrə 467,32 manat əksik verilmə müəyyən edilmişdir. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
13. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva