Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13924/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddiası üzrə inzibati işə 26 noyabr 2025ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 061 nörməli istismara icazə sənədinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu1058-ci məhəllə, Əbdülvahab Salamzadə küçəsi, bina 110A, 110B, 110C, 110D; 2 ədəd hər biri 2 girişli, 2 ədəd hər biri 3 girişli 12(+texniki) mərtəbəli yaşayış binaları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq xx.xx.2019-cu il tarixindən yaşayış binalarının istismarına icazə verilmişdir. "xxxx" MTK üzvlərinin ümumi iclasının 135 №-li, 07 iyul 2019-cu il tarixli Protokolundan çıxarışa əsasən, İddiaçı (bundan sonra – iddiaçı) kooperativin üzvü qəbul olunmaqla ona MTK-nın ünvan 1 ünvanında yerləşən, 110A saylı binanın 2-ci girişinin, 12ci (+texniki mərtəbəsində), ümumi sahəsi -175.5 kv.m olan, 3 otaqlı, 110A - nömrəli, 110C saylı binanın 1-ci girişinin, 12-ci (+texniki mərtəbəsində), ümumi sahəsi - 135.5 kv.m olan, 3 otaqlı, 495A - nömrəli, 110D saylı binanın 1-ci girişinin, 12-ci (+texniki mərtəbəsində), ümumi sahəsi - 175.5 kv.m olan, 3 otaqlı, 330A - nömrəli, 110C saylı binanın 1-ci girişinin, 12-ci (+texniki mərtəbəsində), ümumi sahəsi - 135.5 kv.m olan, 3 otaqlı, 495A - nömrəli, 110D saylı binanın 3-cü girişinin, 12-ci (+texniki mərtəbəsində), ümumi sahəsi - 175.5 kv.m olan, 3 otaqlı, 440A - nömrəli və 110D saylı binanın 2-ci girişinin, 12-ci (+texniki mərtəbəsində), ümumi sahəsi - 135.5 kv.m olan, 3 otaqlı, 385A - nömrəli mənzillərin payçısı olması qərara alınmışdır. Həmin mənzillərin "xxxx" MTK tərəfindən iddiaçıya satılması barədə 07 iyul 2025-ci il tarixli Müqavilələr bağlanmışdır. "xxxx" MTK-nin xx.xx.2025-ci il tarixli, maliyyə arayışlarından görünür ki, həmin mənzillərin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur. İddiaçı həmin mənzillər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina məktubunda imtinaya əsas kimi qeyd edilmişdir ki, “...aparılan araşdırma zamanı 495A saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada göndərilmiş 061 saylı, xx.xx.2019-cuil tarixli istismara icazə sənədində texniki mərtəbənin təyinatı barədə hər hansı məlumat qeyd edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110C saylı binada 1-ci girişin 12+texniki mərtəbəsində yerləşən sahəsi 135,5 kv.m olan 495A saylı mənzilə, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110A saylı binada 2-ci girişin 12+texniki mərtəbəsində yerləşən 175,5 kv.m olan 110A saylı mənzilə, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110D saylı binada 1-ci girişin 12+texniki mərtəbəsində yerləşən 175,5 kv.m olan 330A saylı mənzilə, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110D saylı binada 3-cü girişin 12+texniki mərtəbəsində yerləşən 175,5 kv.m olan 440A saylı mənzilə, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110D saylı binada 2-ci girişin 12+texniki mərtəbəsində yerləşən 135,5 kv.m olan 385A saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədəçıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalan faktiki hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, həmin mənizlər onun sahibliyindədir. Mənzillər üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq zərurəti yaranmışdır. Qanunvericiliyə müvafiq şəkildə əldə etdiyi əmlaka mülkiyyət hüququ ala bilmir. Nəticədə, həmin əmlakları sata, bağışlaya, icarəyə verə, girov qoya və ya digər formada sərəncam verə bilmir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq mənzillərin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada göndərilmiş 061 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində texniki mərtəbənin təyinatı barədə hərhansı məlumat qeyd edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı "xxxx" MTK-ya üzvə qəbul edilərək ona ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında aşağıdakı daşınmaz əmlakların alqı-satqı müqaviləsi bağlanmış və əmlakaların dəyəri iddiaçı tərəfindən tam şəkildə MTK-ya ödənilmişdir:
1. 110C saylı binada 1-ci girişin 12+texniki mərtəbəsində yerləşən sahəsi 135,5 kv.m olan 495A saylı mənzil;
2. 110A saylı binada 2-ci girişin 12+texniki mərtəbəsində yerləşən 175,5 kv.m olan 110A saylı mənzil;
3. 110D saylı binada 1-ci girişin 12+texniki mərtəbəsində yerləşən 175,5 kv.m olan 330A saylı mənzil;
4. 110D saylı binada 3-cü girişin 12+texniki mərtəbəsində yerləşən 175,5 kv.m olan 440A saylı mənzil;
5. 110D saylı binada 2-ci girişin 12+texniki mərtəbəsində yerləşən 135,5 kv.m olan 385A saylı mənzil. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 061 nörməli istismara icazə sənədinə həmin mənzillərin yerləşdiyi binaların istismarına icazə verilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı həmin mənzillərə mülkiyyət hüququnun qeydə alınmasına yönəlmişdir. Cavabdehin imtina dəlili ondan ibarətdir ki, mənzillər binanın texniki mərtəbəsində yerləşir. Yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada göndərilmiş 061 saylı, xx.xx.2019-cuil tarixli istismara icazə sənədində texniki mərtəbənin təyinatı barədə hər hansı məlumat qeyd edilməmişdir Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız, iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyəthüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmişşəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzillərin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqavilələrə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzillərin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahələrinə (mənzillərə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. İddiaçının "xxxx" MTK ilə imzaladığı, protokoldan çıxarışlar, müqavilələr ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Məhkəmə cavabdehin imtina dəlili bağlı qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahələrinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icrahakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Məhkəmə bildirir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. İş materiallarında olan sübutlarla (mənzillərin fotoşəkilləri, cavabdeh İdarənin mütəxəssiləri tərəfindən tərtib edilmiş müayinə aktı və s.) müəyyən edilir ki, iddiaçı tərəfindən mülkiyyət hüququnun qeydə alınması tələb olunan sahə yaşayış sahələri kimi istifadə olunan mansard sahəsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə görə, mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Qanunvercilikdə isə, mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istifadə edilməsi üçün heç bir qadağa nəzərdə tutulmamışdır (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsi). Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı qeyd edir ki, istismara qəbul aktında iddiaçının əldə etdiyi yaşayış sahələrinin təyinatının nədən ibarət olmasının göstərilməməsi iddiaçının təqsiri deyildir. Məhkəmə həmçinin qeyd edir ki, binanın layihəsinin hazırlanması, tərtib edilməsi və təsdiqlənməsi ilə bağlı məsələlər iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas təşkil etmir. Qeyd olunan hal, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsasların müəyyən edildiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində sadalanan hallara aid deyildir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110C saylı binada 1-ci girişin 12+texniki mərtəbəsində yerləşən sahəsi 135,5 kv.m olan 495A saylı mənzilə, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110A saylı binada 2-ci girişin 12+texniki mərtəbəsində yerləşən 175,5 kv.m olan 110A saylı mənzilə, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110D saylı binada 1-ci girişin 12+texniki mərtəbəsində yerləşən 175,5 kv.m olan 330A saylı mənzilə, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110D saylı binada 3-cü girişin 12+texniki mərtəbəsində yerləşən 175,5 kv.m olan 440A saylı mənzilə, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 110D saylı binada 2-ci girişin 12+texniki mərtəbəsində yerləşən 135,5 kv.m olan 385A saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov