Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13935/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X30, X31, X2, X15, X5, X46 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X16, X38, X21, X44, X22, X23, X10, X58, X9, X25, X29, X26, X33, X24, X34, X2, X65, X66, X67, X3, X11, X68, X15, X30, X4, X6, X5, X69, X7, X12, X17, X27, X46, X31, X50, X28 və X45) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, X16, X38, X21, X44, X22, X23, X10, X58, X9, X25, X29, X26, X33, X24, X34, X2, X65, X66, X67, X3, X11, X68, X15, X30, X4, X6, X5, X69, X7, X12, X17, X27, X46, X31, X50, X28 və X18 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X63 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsi, ev 5 iddiaçının xüsusi mülkiyyətindir. Yuxarıda qeyd etdiyi şəxslər xeyli vaxtdır ki, həmin ünvanda qeydiyyatları formal xarakter daşıyır. Bu da mülkiyyətçi kimi iddiaçının öz hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödəniş həyata keçirilməsinə səbəb olmuşdur. Ümumiyyətlə, onların iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmağı onu narahat edir, onların mənzilinə formal qeydiyyatına son vermək üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, cavabdeh müraciətinə imtina etmiş və məhkəməyə müraciət etməyini izah etmişdir. Nəticədə o da məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X16, X38, X21, X44, X22, X23, X10, X58, X9, X25, X29, X26, X33, X24, X34, X2, X65, X66, X67, X3, X11, X68, X15, X30, X4, X6, X5, X69, X7, X12, X17, X27, X46, X31, X50, X28 və X45 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşlar.
4. Cavabdeh Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı üçüncü şəxslərin onun qonşusu olduğunu bildirərək ayrı ünvanda yaşaması ilə razılaşmış, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X30, X31, X2, X15, X5, X46 və X7 iddia tələbinin təmin olunmamasını xahiş etdilər.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
8. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.
II. İddianın növü və mümkünlüyü
9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
10. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
11. Cavabdeh Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli imtinada bildirilmişdir ki, üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması cavabdehin səlahiyyətləri daxilində deyil. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
12. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
13. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmişdir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
14. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü); X16 (xx.xx.1993-cü il təvəllüdlü); X38 (xx.xx.1953-cü il təvəllüdlü); X90 Həmzətovna (xx.xx.1989-ci il təvəllüdlü); X44 (xx.xx.1948-ci il təvəllüdlü); X22 (xx.xx.1990-ci il təvəllüdlü); X14 (xx.xx.1960-ci il təvəllüdlü); X8 (xx.xx.1974-cü il təvəllüdlü); X58 (xx.xx.1973-cü il təvəllüdlü); X9 (xx.xx.1960-ci il təvəllüdlü); X70 (xx.xx.1972-ci il təvəllüdlü); X39 (xx.xx.1976-cı il təvəllüdlü); X29 (xx.xx.2010-cu il təvəllüdlü); X51 (xx.xx.1963-cü il təvəllüdlü); X26 (xx.xx.1963-cü il təvəllüdlü); X33 (xx.xx.1963-cü il təvəllüdlü); X37 (xx.xx.2004-cü il təvəllüdlü); X34 (xx.xx.1964-cü il təvəllüdlü); X2 (xx.xx.1976-cı il təvəllüdlü); X65 (xx.xx.2010-cu il təvəllüdlü); X66 (xx.xx.2013-cü il təvəllüdlü); X67 (xx.xx.2000-ci il təvəllüdlü); X3 (xx.xx.1991-ci il təvəllüdlü); X56 (xx.xx.1992-ci il təvəllüdlü); X11 (xx.xx.1963-cü il təvəllüdlü); X68 (xx.xx.2001-ci il təvəllüdlü); X15 (xx.xx.2000-ci il təvəllüdlü); X4 (xx.xx.1992-ci il təvəllüdlü); X5 (xx.xx.1968-ci il təvəllüdlü); X7 (xx.xx.1968ci il təvəllüdlü); X17 (xx.xx.1984-cü il təvəllüdlü); X46 (xx.xx.1997-ci il təvəllüdlü); X30 (xx.xx.1997-ci il təvəllüdlü); X6 (xx.xx.1987-ci il təvəllüdlü); X69 (xx.xx.2012-ci il təvəllüdlü); X12 (xx.xx.1970-ci il təvəllüdlü); X57 (xx.xx.1990-cı il təvəllüdlü); X27 (xx.xx.1969-cu il təvəllüdlü); X31 (xx.xx.1972-ci il təvəllüdlü); X50 (xx.xx.1980-cu il təvəllüdlü); X28 (xx.xx.2013-cü il təvəllüdlü); X45 (xx.xx.2005-ci il təvəllüdlü) ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
15. AR DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 5 saylı evə xüsusi mülkiyyət hüququ (paylı) B tikilisi X19, “A” tikilisinin 1/2 hissəsi X52, “A” tikilisinin 1/2 hissəsi X13 və İddiaçı adına ümumi birgə mülkiyyətdə 0.0326 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin "A" tikilisindən 1/4 hissə (torpaq ümumi birgə) X13, "A" tikilisindən 1/4 hissə (torpaq ümumi birgə) İddiaçı, "A" tikilisindən 1/2 hissə (torpaq ümumi birgə) X52, "B" tikilisindən 1/2 hissə X20 və "B" tikilisindən 1/2 hissə X40 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. Məlumat üçün bildiririk ki, sorğuda qeyd olunan şəxslərin ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
IV. Məhkəmənin mövqeyi
17. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
18. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçı ilə üçüncü şəxslər fərqli evlərdə yaşasalar da, həmin evlər eyni ünvan kimi qeydə alınmışdır. Üçüncü şəxslərin başqa evlərdə yaşaması faktını iddiaçı özü də məhkəmə prosesində təsdiqləmişdir. Belə olan halda sözügedən evin mülkiyyətçisi olan iddiaçı ona məxsus olmayan evdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmiş olur ki, o, bu tələblə haqlı olmamışdır.
19. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
22. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
23. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
24. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
25. Məhkəmə hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva