Məhkəmə qərarları › İş №2-1(112)-13939/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13939/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13939/2025 24.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xətai rayon İdarəsinə qarşı “hərbi xidmətdən azad edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xətai rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çağırış üzrə Dövlət Xidməti Xətai Rayon İdarəsinin üzərinə İddiaçı dinc dövrdə hərbi xidmətə yarasız olması ilə bağlı hərbi biletin verilərək onun hərbi xidmətdən azad edilməsi öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslansırılmışdır ki, İddiaçı dinc dövrdə müddətli həqiqi hərbi xidmətə yararsız olmasına baxmayaraq, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyi tərəfindən verilmiş qanunsuz rəy əsasında digər cavabdeh tərəfindən 01 iyul 2025-ci il tarixində müddətli həqiqi hərbi xidmətə aparılmışdır. Bu isə öz növbəsində oğlu İddiaçı hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Aşağıda qeyd olunan işin faktiki hallarının və hüquq normalarının təhlili oğlunun faktiki olaraq dinc dövrdə müddətli həqiqi hərbi xidmətə cəlb olunmasının qanunsuz və əsassız olduğunu, Oğlu kiçik yaşlarından etibarən yastı pəncəlikdən əziyyət çəkdiyi üçün müddətli həqiqi hərbi xidmətə cəlb olunması üçün təşkil olunmuş komissiyaların nəticəsinə uyğun olaraq bu yaşına kimi dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Belə ki, ərizəyə əlavə olunmuş hərbi biletdəki məlumatlardan da göründüyü kimi, oğlu bu günə kimi üç dəfə, müvafiq olaraq 12 oktyabr 2015-ci il, 06 oktyabr 2018-ci il və 05 aprel 2022-ci il tarixlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xətai Rayon İdarəsi tərəfindən hərbi həkim komissiyalarının rəylərinə əsasən AR Nazirlər Kabinetinin müvafiq qərarlarında nəzərdə tutulmuş xəstəliklər cədvəlinin birinci qrafasının 68-ci maddəsinə əsasən hərbi xidmətə dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Lakin bu il keçirilən yoxlama nəticəsində SHXÇDX Xətai Rayon İdarəsi tərəfindən oğlu İddiaçı digər cavabdeh Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyi tərəfindən dinc dövrdə də hərbi xidmətə yararlı hesab olunması ilə bağlı rəy verildiyi, ona görə də bu ilin iyul çağırışı üzrə hərbi xidmətə yollanmağının zəruri olduğu barədə məlumat verildi. Nəticədə o, xx.xx.2025ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xətai Rayon İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə aparılmışdır. Hazırda o, Cəlilabad Rayonu Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissədədir. Onu da qeyd edir ki, oğlunun dediyinə görə sonuncu komissiyada baş həkim ayağının müayinəsi ilə bağlı sənədləri nəzərdən keçirmədən sadəcə vizual olaraq ayağına baxaraq, ona şifahi formada hərbi xidmətə yararlı olduğunu bildirmişdi. Hərbi xidmətə aparılana kimi, bu ilin may ayında İoğlu yastı pəncəliyinin dərəcəsi, ayağının faktiki vəziyyəti ilə bağlı rəy almaq üçün Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yollanaraq pəncə rentgenoqrafiyası xidmətindən istifadə etdi. Orada əyani olaraq oğlunun ayağının rentgeni çəkilmiş, hərtərəfli müayinədən sonra aşağıdakı rəy verilmişdir: “Hər iki ayağın təbiistatik ağırlıq vəziyyətində yan proyeksiya R qrammalarında boylama yastı ayağın təyini: Sağ ayaq tağının hündürlüyü 17 mm, ayaq tağının bucağı 157 dərəcə Sol ayaq tağının hündürlüyü 16 mm, ayaq tağının bucağı 159 dərəcə Nəticə: sağ ayaq 11 dərəcə, sol ayaq İİİ dərəcə boylama yastı ayaq”. İddiaçı ötən ayın sonlarında iş üzrə yekun qərar çıxarılana kimi çəkişmə prinsipinin təmin olunması baxımından hərbi xidmətə aparılmasının cavabdehə qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etsə də, cavabdeh bunu nəzərə almamış, elə ayın ilk günü hərbi xidmətə aparmışdır. Müvafiq ərizəyə baxış iclası onun artıq hərbi xidmətə aparıldığı tarixdən sonrakı tarixdə keçirildiyi üçün ərizənin təmin olunması artıq mahiyyətini itirdiyindən. Həmin əsasnamənin 68-ci maddəsinin ç bəndinə əsasən «ç» bəndinə barmaqların kontrakturası olmadan və ekzostozlarsız ayağın orta hissəsi oynaqlarının İ mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiət olunan İ və ya İİ dərəcəli köndələn, yaxud boylama yastıayaqlılıq aiddir.Boylama yastıayaqlılıq və daban sümüyünün çəkicəbənzər deformasiyası ayaq üstündə yük altında profil rentgenoqraınlanna görə qiymətləndirilir.j50y/tf/w? tağın bucağı və hündürlüyü rentgeııoqramlarda üçbııcaq qurulması yolu ilə təyin edilir. Normada tağın bucağı 125 — 130 dərəcəyə, tağın hündürlüyü 39 mm-ə bərabərdir. • İ dərəcəli yastıayaqlılıqda: boylama içəri ayaqaltı tağın bucağı 131 — 140 dərəcə, tağın hündürlüyü 35 — 25 mm-dir; • İİ dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 141 — 155 dərəcə, tağın hündürlüyü 24 — 17 mm-dir; • İİİ dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır. Ayağın orta hissəsinin oynaqlarında artroz olmayan, barmaqların kontrakturaları və ekzostozları olmayan İ və ya İİ dərəcəli boylama yastıayaqlılıq, habelə İ dərəcəli köndələn yastıayaqlılıq bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur. Yuxarıda qeyd olunanların təhlili onu göstərir ki, oğlu İlhamın sol ayağında üçüncü, sağ ayağında ikinci dərəcə boylama yastı ayaqlılıq olmasına baxmayaraq, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dinc dövrdə də hərbi xidmətə yararlı olması barədə yanlış rəy verilmiş və nəticədə digər cavabdeh tərəfdən həmin qanunsuz rəy əsasında hərbi xidmətə aparılmışdır. Nəzərə alsaq ki, hazırki iddia ərizəsinə əlavə edilmiş sübutlar cavabdehlərdən biri tərəfindən verilmiş rəyin qanunsuz və əsassız olduğuna dəlalət edir. Hazlrki mübahisə üzrə işin faktiki hallarının tam və hərtərəfli araşdırılması baxımından oğlu, İddiaçı ayaqları yenidən müayinə edilməli, sübutlar hərtərəfli qiymətləndirildikdən sonra Qərar qəbul edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidməti Xətai rayon İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda iddia dair qeyd etmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Çağırışçı İddiaçı 2015-ci ilin aprel çağırışına cəlb edilmiş, təqdim etdiyi təhsil haqqında arayışa əsasən Xidmətin Xətai rayon idarəsinin çağırış komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə "Hərbi vəzifə və Hərbi Xidmət Haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.1.1- ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Çağırışçı İddiaçı təhsili ilə bağlı möhlət hüququ bitdikdən sonra 2015-ci ilin oktyabr çağırışına cəlb edilmişdir. Çağırışçı İddiaçı Xidmətin Xətai rayon idarəsinin çağırış komissiyasına dəvət olunmuş və tibbi müayinələri keçərkən səhhətində olan şikayətləri bildirərək aidiyyəti üzrə xx.xx.2015-ci il tarixdə müayinə olunması üçün 3 saylı şəhər Kliniki Xəstəxanasına göndəriş verilmişdir. 3 saylı şəhər Kliniki Xəstəxanasından daxil olmuş xx.xx.2015-ci il tarixli 2248 saylı səhhətin müayinə edilməsi aktında çağırışçıya "Anadangəlmə ikitərəfli üçüncü dərəcəli yastıayaqlıq. Artroz birinci mərhələ, funksiyanın mülayim pozulması” diaqnozu təyin edilmişdir. Çağırışçı İddiaçı xx.xx.2015-ci il tarixdə Xidmətin Xətai rayon idarəsinin çağırış komissiyasının həkim mütəxəssisləri tərəfindən tibbi şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 68-ci maddəsinin "b” bəndinə əsasən "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Qərarın təsdiq olunması üçün çağırışçı İddiaçı tibbi şəhadətləndirilməsi üçün Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunmuşdur. xx.xx.2015-ci il tarixdə çağırışçı İddiaçı Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 68-ci maddəsinin "c” bəndinə əsasən "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Hərbi vəzifəlilərin qeydiyyatına verilmiş Axundov X3 müəyyən edilmiş qaydada hər 3 (üç) ildən bir təkrar tibbi müayinədən keçirilməsi üçün Xidmətin Xətai rayon idarəsinə dəvət olunmuş, çağırış komissiyanın həkim mütəxəssisləri tərəfindən əlavə müayinə olunması üçün xx.xx.2025-ci il tarixdə X6 göndərilmişdir. X2 VEİS altsistem vasitəsilə daxil olmuş sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında hərbi vəzifəli İddiaçı "İkitərəfli İİ dərəcəli yastıayaqlıq, funksiya pozğunluğu yoxdur” diaqnozu təyin edilmişdir. Hərbi vəzifəli İddiaçı barədə daxil olmuş səhhətin müayinə edilməsi aktı altsistem vasitəsi ilə qərar üçün MHHKya yönləndirilmişdir. MHHK-da yekun müayinə olunmuş hərbi vəzifəli İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 61-ci maddəsinin "ç” bəndinə əsasən "həqiqi hərbi xidmətə yararlı-3” hesab edilmişdir. Çağırışçıların qeydiyyatına verilmiş İddiaçı 2025-ci ilin iyul çağırışına cəlb edilmişdir. Çağırışçı İddiaçı tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdığı üçün məlumatları 1 -ci dəqiqləşdirilmiş adlı siyahıya daxil edilmiş, Xidmət rəisinin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə təyin edilmişdir. Çağırışçı İddiaçı xx.xx.2025-ci il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir. İddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İş matereallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli 3-38/16-2-7334/25 №-li məktubuna əsasən N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İddiaçı Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli, 2361 nömrəli qərarı ilə (xəstəliyə görə) Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılıb və xx.xx.2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmətdən ehtiyata buraxılıb və xx.xx.2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən hərbi qeydiyyata alındığından, onun dinc dövrdə hərbi xidmətə yarasız olması ilə bağlı hərbi biletin verilərək hərbi xidmətdən azad edilməsi barədə iddiaya hüquqi marağını itirdiyindən iddia mümkünlük şərtini ödəmir. Belə olan halda iddiaçının çatmaq istədiyi hüquqi marağı məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia mümkün sayıla bilməz. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar