Məhkəmə qərarları › İş №2-1(112)-1394/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1394/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1394/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11, Üçüncü şəxs Cavabdeh2, onun nümayəndəsi və vəkili-X14 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilərək, sxematik xəritəyə uyğun yeni torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bağlarının şimal hissəsində dədə-baba torpağında yerləşən 1.200 kv. metr torpaq sahəsi 1960-cı ilədək atasının, sonradan isə onun istifadəsində olmuşdur. Vaxtı ilə atası həmin torpaq sahəsində quyu qazmış, ağaclar əkmiş, ev tikmiş və ailəsi ilə orada yaşamışdır. Atası öldükdən sonra həmin bağdan hazırki vaxtadək o, istifadə etmişdir. Torpaq vergisi verilməsi məqsədilə xx xxxxxx 2006-cı il tarixdə Kürdəxanı bələdiyyəsi ilə aralarında 537 saylı torpağın icarəyə verilməsi barədə müqavilə imzalanmışdır. Həmin torpaq sahəsinin uzun illərdir ki, onun istifadəsində olmasını çoxsaylı şahidlər də təsdiq edə bilərlər. Təxminən 2017-ci ilin fevral ayında bağ evinə gəldiyi zaman bağda hasarın uçurulduğunu, evinin dəmir qapısının aparıldığını, pəncərələrinin sındırılaraq evin yararsız hala salındığını görmüş və bu barədə DİN “102” xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra istifadəsində olan torpaq sahəsinin kim tərəfindən zəbt olunduğunu müəyyən etmək məqsədilə sahə müvəkkilinin tövsiyyəsinə görə bağın hasarını bir qədər də qaldırmışdır. Məlum olmuşdur ki, həmin şəxs Cavabdeh2dur. Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Buna görə də cavabdehlər Cavabdeh2 və DƏDRX 1 saylı Bakı şəhər Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 adına olan xx xxxxxx 2017-ci il tarixli RX ******* seriyalı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh2 iddiaçının istifadəsində olan 0,12 ha mübahisəli torpaq sahəsindən istifadəsi ilə bağlı hər hansı maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh2 cavabdehlər ona və Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Kürdəxanı Bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 537 saylı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsindən cavabdehin çıxarılması, 5 mişar daşı hündürlüyündə çəkilmiş hasarın üstünə əlavə olaraq tikilən hissəsinin sökülməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2- (008)-4098/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab edilməsi və bağ sahəsindən istifadəsi ilə bağlı maneələrin aradan qaldırmasına dair ilkin iddia tələblərinin rədd edilməsi, Cavabdeh2 ona qarşı qarşılıqlı iddiasının təmin edilərək, Kürdəxanı Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 537 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus 1141 saylı bağ sahəsindən çıxarılması, həmin bağ sahəsində 5 mişar daşı hündürlüyündə çəkilmiş hasarın üstünə əlavə olaraq tikilən hissəsinin onun hesabına sökülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən vermiş olduğu apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-2720/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək Cavabdeh2 qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-1214/2019 saylı qərarı ilə qismən təmin edilərək iş yenidən baxılmaq üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-5996/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək ilk iddia hissəsində icraata xitam verilmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü sənədi”nin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin 2(008)-4835/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, həmin tələbə inzibatiiqtisadi məhkəmələri tərəfindən baxılır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onun heç zaman Zeynal adında bağ qonşusu olmamışdır. Həmin şəxsi o, və digər qonşular tanımamışlar. Cavabdeh2 adına verilmiş Çıxarışda bağın ünvanı kimi Bakı şəhəri, Pirşağı qəsəbəsi 1141 saylı bağ sahəsi göstərilmişdir. Həmin Çıxarışın verilməsi üçün əsas kimi isə Bakı şəhər İcra hakimiyyəti başçısının xx xxxxxx 1994-cü il tarixli, 1085 saylı sərəncamı və X10 tərəfindən verilmiş 20 saylı order olmuşdur. Lakin, qeyd olunan sənədlərdə ünvan kimi 1141 “t” saylı bağ sahəsi göstərildiyi halda çıxarış və torpaq sahəsinin plan və ölçüsündə yalnız 1141 saylı bağ sahəsi qeyd edilmişdir. Həmçinin torpaq sahəsinin plan ölçüsü sənədi Dövlət Torpaq kadastr kitabında hansı tarixdə, hansı nömrə ilə qeydə alınması göstərilməmişdir. “Google yer” proqramının illər üzrə ortofoto görüntülərindən də müəyyən olunur ki, onun istifadəsində olan 1140 saylı bağ sahəsi hələ uzun illər bundan əvvəl daş hasara alınmışdır. Cavabdeh2 tərəfindən bağ sahəsində heç vaxt hasarlama işləri aparılmamışdır. Əvvəlki məhkəmələr tərəfindən keçirilmiş ekspertiza zamanı da məlum olmuşdur ki, onun istifadəsində olan torpaq sahəsi ümumilikdə daş hasara alınmış, hasar arasında hər hansı calaq, sonradan birləşmə yoxdur. Cavabdeh tərəfindən orada hər hansı tikinti işlərinin aparılması əvvəlki məhkəmələrdə sübuta yetirilməmişdir. Əgər cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmış olsa idi, o, özünə məxsus torpaq sahəsinə hər tərəfdən hasar inşa edərdi. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 bağ sahəsinə heç vaxt hasar çəkmədiyini, çıxarış aldıqdan sonra mübahisəli bağ sahəsinə gəldiyini bildirmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə tərəflərindən göndərilmiş vəkil sorğusuna xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun istifadəsində olan 1140 və 1141 saylı bağ sahələri bağların sxematik xəritəsinə əsasən üst-üstə düşmür. 1141 saylı bağ sahəsi onun istifadəsində olan bağ sahəsinin mövsud hasarına uyğun qeydiyyata alınmışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1141 saylı bağ sahəsi 1139 saylı bağ sahəsinin şərqində yerləşir. Cavabdehə ayrılmış torpaq sahəsinə dair 20 saylı orderdə ünvan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 1141T olmuş sonra ******* saylı çıxarışda isə bağın nömrəsi 1141 kimi qeyd edilmişdir. Tərəflərindən verilmiş vəkil sorğusuna göndərilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda 1141T nömrəli bağ sahəsi JN 30938D kod 00500066, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ ilə X12 və X3 adlarına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, seriya RX ******* nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi 1141T saylı bağ sahəsi başqa şəxsə məxsus olmaqla başqa ünvanda yerləşir. Yəni, cavabdeh saxta sənədlər əsasında onun istifadəsində olan bağ sahəsinin bir hissəsinə öz adına çıxarış və plan ölçüsü sənədi almağa nail olmuşdur. Bütün bu halları nəzərə alan DƏDRX tərəfindən bildirilmişdir ki, cavabdehin bağ sahəsinin plan ölçüsü sənədinin koordinatları dəyişdirilərək, bağların sxematik xəritəsinə uyğun yeni plan-ölçü sənədi veriləcəkdir. Lakin, verilən söz bu günədək icra olunmur. Çoxsaylı müraciətləri əsasında xx xxxxx 2018-ci il tarixdə DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı “T” bağlar massivində 1140 saylı bağ sahəsinə təkrar baxış keçirilmişdir. Mütəxəssislər araşdırma zamanı müəyyən etdilər ki,1140 saylı bağ sahəsi ilə 1141 saylı bağ torpaq sahələri bağların yerquruluşu xəritəsinə əsasən üst-üstə düşmür, biri-birinə heç bir aidiyyəti yoxdur, uyğunsuzluqlar baş vermişdir. Yəni, 1141 saylı bağ torpaq sahəsinin plan ölçüsü sənədində uyğusuzluq vardır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən 1140 saylı bağın sahibi kimi onun faktiki istifadəsində olan 16 sot torpaq sahəsindən 12 sot hissəsi koordonatlar müəyyən edilməklə ayrılaraq, mərz nişanları qoyularaq yenidən naturada ona təhvil verilmişdir. Əvvəlki məhkəmə araşdırmaları ilə bağlı DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı “T” bağlar massivində 1140 saylı bağ sahəsinə təkrar baxış keçirilmişdir. Mütəxəssislər araşdırma zamanı müəyyən etmişlər ki, 1140 saylı bağ sahəsi ilə 1141 saylı bağ torpaq sahələri, bağların yerquruluşu xəritəsinə əsasən üst-üstə düşmür, yəni, 1141 saylı bağ torpaq sahəsinin plan ölçüsü sənədində uyğusuzluq vardır. Əvvəlki məhkəmə işi üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2017-ci il tarixli 16212 saylı ekspert rəyindən müəyyən olunur ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli **********64 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 537 saylı icarə müqaviləsinə əsasən İddiaçı verilmiş torpaq sahəsi ilə Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı bağlarının Şimal hissəsindəki ümumi sahəsi 1200 kvadrat metr olan torpaq sahəsi DƏDRX-nin xx xxxxxx 2017-ci il tarixdə ******* saylı, RX seriya nönmrəli çıxarışı ilə Cavabdeh2 məxsus torpaq sahəsinin (Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1141 saylı bağ sahəsi) plan və ölçüsündə göstərilən torpaq sahələrinin göstəriciləri ilə üstüstə düşür. Mübahisəli torpaq sahəsinin yol tərəfdən inşa olunmuş beş daş hündürlüyündə mişar daşından olan hissəsinin nə vaxt inşa olunub-olunmasını, mübahisəli torpaq sahəsində məftil ilə çəkilən sərhədin yol tərəfdən sağ və sol tərəflərində hörülmüş hasarın eyni vaxtda tikilib-tikilməməsini, mübahisəli torpaq sahəsində məftil ilə çəkilən sərhədin yol tərəfdən sağ və sol tərəflərində hörülmüş hasarın mişar daşları və suvağı nə dərəcədə oxşar olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Lakin, tədqiq olunan hasar tikilisinə vizual baxış zamanı 12 nöqtəsi ilə 11 nöqtəsinin orta hissəsindən başlayaraq 10,9,8 nöqtələri daxil olmaqla, təxminən 46 metr uzunluğunda 9 mişar daşı hündürlüyündə (1.8 m) inşa olunmuş hasarın 5 mişar daşının hörgüsü ilə alt hissəsində inşa olunmuş dörd mişar daşından fərqləndiyi, həmin fərqin hasarın digər hissələrində aşkar edilməməsi müəyyən edilmişdir. X17 qarşılıqlı iddiasında həmin torpaq sahəsinin 1994-cü ildən hazırki vaxtadək boş qaldığını və orada quyu olmadığını bildirmişdir. Bu isə bir daha sübut edir ki, cavabdeh heç zaman mübahisəli ərazidə olmamış, torpaq sahəsindən istifadə etməmiş, heç bir tikinti işləri aparmamışdır. Mübahisəli sahədə mövcud olan su quyusu 1931-ci ildə atası tərəfindən inşa edilmiş, atası həmin ərazidə ağaclar əkmiş, ev tikmişdir. Bi iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də quyunun mövcüd olduğu öz təsdiqini tapmışdır. Sözügedən torpaq sahəsində beş daş hündürlüyündə hörülmüş hasar həmin hasarın məftillə çəkilən hissənin hər iki tərəfində eyni vaxtda inşa edildiyi vizual baxışdan da bilinir. Cavabdeh2 bildirmişdir ki, ona ayrılmış bağ sahəsini 5 daş hündürlüyündə hasar hörmüş, torpağının yanında olan boş 0,04 ha torpaq sahəsini öz torpağından dirək və məftillə ayırmışdır. Necə olur ki, bağ torpaq sahəsi hər tərəfdən daş hasara alınır, yalnız onunıa sərhəd olan hissə məftillə ayrılır. Buna görə də 1139 saylı bağın sahibi X13 **********95-1131 saylı reyestr nömrəsi ilə ona verilmiş çıxarışa əsasən Pirşağı bağ massivində yerləşən 1139 saylı bağ sahəsinin həmin ərazidə qonşular arasında hasarlama işlərinin düzgün aparılmaması nəticəsində yerquruluşu xəritəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan 1141 saylı bağ sahəsinin 800 kv.metr hissəsinin 1139 saylı bağ sahəsinin hasarı daxilində yerləşdiyini nəzərə alaraq, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək 1139 saylı bağ sahəsində əlavə istifadəsində olan sənədləşdirilməmiş 1650,0 kv metr sahənin 800,0 kv. m-nin Cavabdeh2 adına sənədləşdirilməsinə, Cavabdeh2 adına olan torpaq sahəsinin plan və ölçüsündə düzəliş aparılmasına, həmin 800,0 kv. metr sahədə hasarın sökülməsinə DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 1139 və 1141 saylı bağ sahələrinin bölgü sxemi ilə razı olduqları bildirmiş və bölgü sxeminə imza etmişlər. Lakin, cavabdeh DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən ******* saylı, RX seriya nönmrəli çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmiş 1141 saylı bağın torpaq sahəsinin planı və ölçüsü sənədində düzəliş etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin xx xxxx 2019-cu il tarixli sərəncamı ilə cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh2 məhkəməyə ünvanladığı iddia ərizəsinə dair etirazında göstərmişdir ki, iddiaçı İPM-nin tələblərinə zidd olaraq onu cavabdeh qismində işə cəlb etmişdir. Onun mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış hazırki məhkəmənin mübahisəsi ola bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)- 4098/2017 saylı qətnaməsi ilə iddiaçı (cavabdeh) İddiaçı DƏDRX-nə qarşı çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsində istifadəsi ilə bağlı hər hansı maneənin qaldırılması iddiası təmin olunmamış, onun İddiaçı və Sabunçu rayon Bələdiyyəsinə qarşı torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma və əlavə tikililərin sökülməsinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 2720/2018 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)-4098/2017 saylı qətnaməsi qismən ləğv olunmuş, İddiaçı ona və DƏDRX-yə qarşı çıxarışın ləğv olunması hissəsində iddiası təmin edilməmiş, onun İddiaçı və Sabunçu rayon Bələdiyyəsinə qarşı torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma və əlavə tikililərin sökülməsinə dair qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilərək həmin iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-1214/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-2720/2018 saylı qətnaməsi qismən Cavabdeh2 İddiaçı, X5 və Kürdəxanı bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsində çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissəsinin sökülməsi” qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin yerindən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5996/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilən apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh2 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən istifadə ilə bağlı yaranan maneçiliyin aradan qaldırılması” barədə ilk iddiasının rədd, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma, əlavə tikilinin sökülməsi” barədə qarşılıqlı iddiasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Bakı Apelyasiya Məhkəməsi eyni iş üzrə 2(103)-5996/2019 saylı xx.xx.2019-cu il tarixli qərardad qəbul etmişdir. Həmin qərardadla apelyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2017 saylı iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən –ilk iddia ərizəsi təmin edilməmiş “çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə xitam verilmiş, İddiaçı aidiyyati üzrə inzibati-iqtisadi məhkəməsinə müraciət etmək hüququ və işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməzliyi izah edilməsi qərara alınmışdır. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “torpaq sahəsinə aid plan-ölçü sənədinin etibarsız hesab edilməsi barədə” iddiası üzrə Cavabdeh2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilərək, həmin bağ sahəsinə dair sxematik xəritəyə uyğun yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur. Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etiraza əlavədə göstərmişdir ki, İddiaçı belə bir iddia qaldırmaq üçün subyekiv hüququ olmadığına görə iddia mümkünsüz hesab edilməlidir. Belə ki, müharibə əlili kimi Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.1994cü il tarixli, 1085 saylı sərəncamı ilə ona Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən sahəsi 0,12 ha olan 1141 saylı bağ torpaq sahəsi ayrılmış və torpağa dair 20 saylı order verilmişdir. Qeyd olunan bağ sahəsini 2017-ci ilin fevral ayında özəlləşdirərək, torpağa dair ona ƏMDK yanında DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №li, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Çıxarış verilməzdən əvvəl torpağın peyklə edilmiş çəkilişlə torpağın mövcud olduğu yeri, ölçüləri müəyyən edilmişdir. Torpağı qanunsuz olaraq İddiaçı tərəfindən zəbt olunmuş və qanunsuz olaraq Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı ona və DƏDRX-yə qarşı çıxarışın ləğv olunması barədə iddiası təmin olunmamışdır. Belə olan halda İddiaçı tərəfindən Pirşağı qəsəbəsi ərazisindən 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair onun mülkiyyət hüquqları mübahisələndirə bilməz. Məhkəməyə təqdim olunmuş Pirşağı qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1141 T saylı bağ sahəsinin X6 məxsus olmasına dair bağ sənədlərinə gəlincə, həmin sahənin onun torpaq sahəsinə heç bir aidiyyaı yoxdur. Qeyd olunan torpaq sahəsi tamam başqa yerdə yerləşir. Lidiya Zeynalovanın mərhum əri Nazim Zeynalova x xxxx 1994-cü il tarixli 976 saylı qərara əsasən 4 sayl oderlə Pirşağı bağlar massivində (yeni Pirşağı olduğuna görə orderin nömrəsindən sonra “T”hərfi, yəni təzə Pirşağı sahəsi qeyd olunurdu) sahəsi 0,12 ha olan 533/T saylı torpaq sahəsi verilmişdir. N.Zeynalovun 1998-ci ildə ölümündən sonra həmin bağ sahəsi 09 saylı orderlə 2005-ci ildə onun arvadı Lidiya Zeynalovanın adına keçir. Lakin qeyd olunan bağ sahəsi digər şəxsə verildiyindən Lidiya Zeynalovanın Bakı şəhər Bağlar təsərrüfatı birliyinin rəisi T.T.Allahverdiyevin adına yazılmış ərizədən sonra (ərizədə 1141 “b” bağ sahəsinin verilməsindən bəhs olunur) ona 1141 “B”/t sahəsinə 09 saylı order verilir. Bundan sonra Lidiya Zeynalova 1141 “b” torpaq sahəsinin özəlləşdirilməsi üçün ərizə verir və ona Pirşağı qəsəbəsi 1141 T ünvanla bağ sahəsi verilir. Həmin torpaq sahəsi başqa yerdə yerləşdiyindən onun mülkiyyətində olan torpaqla üstüstə düşmür. Mülkiyyətində olan torpaq sahəsinə dair Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 537 №li müqavilə saxtadır. Həmin müqavilə ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçməmişdir, torpağın İddiaçı adına plan kadastrı mövcud deyil. Məhkəmədə İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X19 iddia tələbinin əsassız olduğunun nəzərə alınmaqla rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Cavabdeh2 və onun nümayəndəsi və vəkili-X22 iddia tələbinin əsassız olduğunun nəzərə alınmaqla rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) və 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarında olan; məhkəmənin müvafiq sorğularına əsasən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktubları ilə məhkəməyə təqdim olunmuş sənədlərə o cümlədən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-30938D kod 00500066 №li şəhadətnaməyə əsasən Bakı şəhər İH-nin xx.xx.1994-cü il tarixli 976 saylı qərarı, BTİ-nin 4 saylı orderi və xx.xx.1998-ci il tarixli V-JQ 251628 saylı ölüm haqqında şəhadətnaməsinə əsasən sahəsi 0,12 ha olan Pirşağı bağ massivində yerləşən 1141 b/t saylı bağ sahəsi X12 və X3 mülkiyyətinə verilmişdir. DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1141 T saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdə ümumi birgə xüsusi mülkiyyət hüququ ilə X7 adına Daşınmaz əmlakın dövlət reyestrində 661 nömrəli reyestr kitabının 62631 nömrəli vərəqində qeydiyyata alınmışdır. X10 tərəfindən verilmiş 20 №li orderin surətinə əsasən Cavabdeh2 Bakı şəhəri İcra hakimiyyətinin x xxxxxx 1994-cü il tarixli 1085 №li qərarına əsasən Pirşağı bağlar sahəsində 218 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1141 t №li bağ ayrılıb. Bakı şəhər İcra hakimiyyət başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamının arxiv çıxarışının surətinə əsasən BTK 218 1141t №li bağ Cavabdeh2 istifadəsinə verilmişdir. DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1141 saylı bağ sahəsi xx.xx.2017-ci il tarixdə tam xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 704 nömrəli reyestr kitabının 66672 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)- 4098/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən istifadə ilə bağlı yaranan hər hansı maneçiliyin aradan qaldırılması” barədə ilk iddiası rədd, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma, əlavə tikililərin sökülməsi” barədə qarşılıqlı iddiası təmin edilərək, Kürdəxanı Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 537 saylı torpaq icarə müqaviləsi etibarsız hesab edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və Cavabdeh2 mülkiyyətində olan 1141 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsində 5 mişar daşı hündürlüyündə çəkilmiş hasarın üstünə əlavə olaraq tikilmiş hissənin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 2720/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi qismənqarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-1214/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 2720/2018 saylı qətnaməsi qismən - iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissənin sökülməsi” qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qərardadı ilə (2(103)-5996/2019 saylı mülki iş) iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2017 saylı iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən - ilk iddia ərizəsinin təmin edilməmiş “çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququnun olması, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilmişdir. Eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (2(103)-5996/2019 saylı mülki iş) iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2017 saylı iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən istifadə ilə bağlı yaranan hər hansı maneçiliyin aradan qaldırılması” barədə ilk iddiasının rədd, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma, əlavə tikililərin sökülməsi” barədə qarşılıqlı iddiasının təmin edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-6016/2019 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(102)-6016/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)- 950/2020 saylı qərardadı ilə qeyd olunan iş üzrə icraat hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(102)-6016/2019 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi xx xxxxxx 2017-ci il tarixli M- 533 №li arxiv arayışının notariat qaydada təsdiq edilmiş surətinə əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaqları olan şəxslərin xx xxx 1916-cı ilə dair siyahısından məlum olur ki, Balaxanı kənd sakini Abas Mustafa oğlunun Kürdəxanı kəndində x xxxxxxxx 1200 kv. sajına bərabər olan torpaq sahəsi olmuşdur. İddiaçı tərəfindən Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinə ünvanlanmış və həmin bələdiyyə tərəfindən təsdiq edilmiş ərizənin surətinə əsasən xx xxxxxx 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə 1200 kv metr Kürdəxanı Bələdiyyəsi tərəfindən ona torpaq sahəsi ayrılmışdır. Bağ qonşuları X15, X2, X18 Tağı oğlu tərəfindən Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə ünvanlanmış və həmin bələdiyyə tərəfindən təsdiq edilmiş ərizələrin surətlərinə əsasən Quliyev X8 qəsəbəsinin şimal hissəsində yerləşən 1200 kv. metrlik ata-baba bağ sahəsindən 1960-cı ildən istifadə etmiş və abadlıq işləri aparmışdır. Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12925 saylı xx xxxxxxxx 2018-ci il tarixli məhkəmə-tikintitexniki ekspertizasının rəyinə əsasən, Azərbaycan Respublikasının ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli **********89 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) 1140 saylı bağ sahəsi naturada 1644 kv metr təşkil edir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən həmin (mübahisələndirilən hissədə) ərazidə 1139, 1140 və 1141 saylı bağ sahələrinin nömrələri qeyd edilmişdir. İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) bağ sahəsinə, keçmiş BTİ və İB tərəfindən heç bir ilkin hüquqmüəyyənedici sənədlər icarə müqaviləsi və yaxud order verilməmişdir. Mübahisələndirilən ərazidə bağların bölgü xəritəsinin sxematik olması səbəbindən (xəritədə miqyas və yaxud ölçülər göstərilməməsi səbəbindən) hüquqların dövlət qeydiyyatına alınması işləri naturada faktiki mövcud olan hasar daxilində aparılaraq, İddiaçı faktiki iddia etiyi (iddiasına əsasən istifadəsində olan 1140 saylı) 1644 kv. metr torpaq sahəsinin 1200 k. metr hissəsi 1141 saylı bağ sahəsi kimi Cavabdeh2 adına (reyestr nömrəsi **********47) qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının ƏMDKnin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən mübahisələndirilən ərazidə yerləşən bağ sahələrində qonşular arasında hasarlanma işləri düzgün aparılmadığından 1141 saylı bağ sahəsinin bir çox hissəsi 1139 saylı bağ sahəsinin mövcud olan hasarının hüdudları daxilində qalmışdır. İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) torpaq sahəsinə Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi tərəfindən iddiaçının (İddiaçı) adına xx xxxxxx 2006-cı il tarixli 537 saylı icarə müqaviləsi verilmişdir. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətlərə cavab olaraq sonuncu tərəfindən bildirilmişdir ki, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 1140 və 1141 saylı bağ sahələri bağların yerləşməsinə dair sxematik xəritəyə əsasən üst-üstə düşmür. 1141 saylı bağ sahəsi təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən (Bakı şəhər İcra hakimiyyətinin X4 218 nömrəli kooperativinin 20 nömrəli orderi və Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.1984-cü il tarixli, 1085 saylı sərəncamının arxiv çıxarışı) mövcud hasarına uyğun olaraq qeydiyyata alınmışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1141 saylı bağ sahəsi 1139 saylı bağ sahəsinin şərqində yerləşir (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********50 №li xx.xx.2018-ci il tarixli məktubunun surəti). Cavabdeh2 mülkiyyətində olan 1141 nömrəli, 0,12 torpaq sahəsinin plan ölçü sənədində düzəliş aparılmamışdır (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********13 №li xx.xx.2019-cu il tarixli məktubunun surəti). Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə məhkəmə tikninti-texniki ekspertizası təyin edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardadının icrası ilə bağlı “Hüquq və Torpaq Məsələləri” məhdud məsliyyətli cəmiyyətinin 68 №li xx xxxx 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində göstərilmişdir ki; 1) DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmiş 0.12 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin planı və ölçüsü) ərazinin plan cizgisinə uyğun deyil, həmin plan ölçü sənədi İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə ona ayrılmış 1200 kv. metr) torpaq sahəsinə işlənmişdir. 2) İddiaçı faktiki istifadə etdiyi (iddiasına əsasən istifadəsində olan Kürdəxanı Bələdiyyəsi tərəfindən xx xxxxxx 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə ona ayrılmış 1200 kv. metr torpaq sahəsi) su quyusu DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmiş 0.12 ha torpaq sahəsinin hüdudlarına (torpaq sahəsinin planı və ölçüsü) daxil edilmişdir. 3) “Google Yer” proqramının xx xxxxx 2008-ci il tarixdə qeydə alınmış görüntülərindən 2020-ci ilədək olan görüntülərindən məlum olur ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmiş 0.12 ha torpaq sahəsi İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə ona ayrılmış 1200 kv. metr) torpaq sahəsi arasında arakəsmə (daş hasar və başqa bir arakəsmə) olmamışdır, yəni torpaq sahələri bir-birindən təcrid olunmamışdır. Məhkəmə “Torpaq sahəsinin planı və ölçüsü”nün hüquqi təbiəti ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçıliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 4-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 775 nömrəli Fərmanı ilə 2.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasınən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin planı və ölçüsü ərazinin Bağların bölgüsünə dair sxematik xəritəyə uyğun deyil, həmin plan ölçü sənədi iddiaçının faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə ona ayrılmış 1200 kv. metr) torpaq sahəsinə işlənmiş və həmin torpaq sahələri bir-birindən təcrid olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh2 adına qeydə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü” ləğv edilərək, həmin bağ sahəsinə dair Bağların bölgüsünə dair sxematik xəritəyə uyğun yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar