Məhkəmə qərarları › İş №2-1(112)-13948/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13948/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13948/2025 10.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Vasilyevanın cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “orderə dəyişiklik edilməsi cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Vasilyeva cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə sabiq Bakı şəhəri Nəsimi rayon İcraiyyə Komitəsinin 8 yanvar 1988-ci il tarixli 27/1 saylı qərarı ilə Bakı şəhəri, Günəşli qəsəbəsi, “B” yaşayış massivi, 20 saylı evin sahəsi 30,14 kv.m olan 2 otaqlı 27-ci mənzilinə dair verilmiş 12 ünvar 1988-ci il tarixli 254223 saylı orderdə müvafiq düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 23 avqust 1946-ci il tarixində doğulmuşdur. Atası X15, anası X1. Valideynləri rəsmi nikahda olmamışlar. Anası sonradan X5 nikaha girmişdir. Onun doğum haqqında şəhadətnaməsində ata qrafasında X12 qeyd edilmişdir. O 1989-cu il tarixində vətəndaşlıq aktları qeydiyyatı kitabında müvafiq düzəliş aparılması üçün Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 26 dekabr 1989-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək vətəndaşlıq aktları qeydiyyatı kitabında müvafiq düzəliş aparılmaqla onun doğum haqqında şəhadətnaməsində ata qrafasında ata adının X15, ana adının X2 qeyd edilməsi öhdəliyi Bakı şəhəri Nəsimi rayon WAQ orqanının üzərinə qoyulması qət edildi. Ona xx.xx.1990-cı il tarixində yeni doğum haqqında şəhadətnamə verilmiş və həmin doğum haqqında şəhadətnamədə ata qrafasında ata adı X15, ana qrafasında ana adı X2 qeyd edilmişdir. O xx.xx.1969-cu il tarixində X8 nikaha girmişdir. Həmin nikahdan xx.xx.1970-ci il tarixində Roman adlı uşağları anadan olmuşdur. X9 nikahları xx.xx.1979-cu il tarixində pozulmuşdur. Nikahları pozulduqdan sonra o onun soyadını daşıyırdı. O, xx.xx.1990-cı il tarixində RF-nın Xabarovsk diyarının Bunginski rayonunda X10 nikaha girmiş və onun soyadını qəbul etmişdir. X3 nikahları 26 sentyabr 1994-cü il tarixində pozulmuşdur. Hazırda o, onun soyadını daşıyır. O sabiq SSRİ Balıq Təsərrüfatı Nazirliyinin X11 balıq sənayesinin “Xəzər balığı” Azərbaycan Balıq Sənayesinin “Azərbalıqsənayesi” İstehsalat Birliyində işləyirdi. Bakı şəhəri Nəsimi rayon İcraiyyə Komitəsinin 8 yanvar 1988-ci il tarixli 27/1 saylı qərarı ilə Bakı şəhəri Günəşli qəsəbəsi, ”B” yaşayış massivi, 20 saylı evin sahəsi 30,14 kv.m olan 2 otaqlı 27-ci mənzilinin onun və onunla yaşayan oğlunun istifadəsinə verilməsi barədə 12 yanvar 1988-ci il tarixli 254223 saylı order verilmişdir. Həmin vaxtdan o həmin mənzildə yaşayır. Bu müddət ərzində mənzilə sahiblik etmiş və mənzildən istifadə etmişdir. Hazırda həmin mənzili özələşdirmək istəyir. Bu məqsədlə sənədlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etmiş. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-140089-8/2024 **********12 saylı cavabla “İddiaçı Vasiliyevna” ilə "X13”nın eyni şəxs olmasının müəyyən edilməməsi və qeyd olunan mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı əlavə edildikdən sonra baxılmasının mümkün olduğu bildirilmişdir. O, bu məqsədlə Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin sorğusu əsasında Bakı Nikah Evi tərəfindən X8 X6 xx.xx.1969-cu il tarixində nikaha girmələri, nikahlarının həmin tarixdə 1414№-li akt qeydi ilə qeydə alınması, X7 nikah bağlandıqdan sonra “Sardaryan” soyadı verilməsi, həmin nikahın Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1979-cu il tarixli 30№-li akt qeydinə əasasən pozulması barədə xx.xx.2024 saylı arayış verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3415/2024 saylı qərardadı ilə hüquqi faktın müəyyən olunması üçün tələb olunan sənəd əldə edildiyindən iş üzrə icraata xitam verilmişdir. Artıq mənzilin onun adına özəlləşdirilməsinin mümkünsüz edən hallar aradan qaldırıldığı üçün müvafiq sənədləri toplayaraq yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə keçmiş Bakı şəhəri Nəsimi rayon İcraiyyə Komitəsinin 8 yanvar 1988-ci il tarixli 27/1 saylı qərarı ilə Bakı şəhəri Günəşli qəsəbəsi, ”B” yaşayış massivi, 20 saylı evin sahəsi 30,14 kv.m olan 2 otaqlı 27-ci mənzilinin onun adına özəlləşdirilməsi müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini cənab Cavid Orucov tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9920/2025 **********20 saylı cavabla “İddiaçı Vasiliyevna” ilə “X13”nın eyni şəxs olması və orderdə mənzilin kirayəçisinin soyadında, ata adında düzəliş edildikdən sonra (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) baxılmasının mümkün olduğu bildirilmişdir. Bu məqsədlə Suraxanı rayon İcra Hakimiyyəti başçısına müraciət etmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini tərəfindən imzalanmış 11 iyun 2025-ci il tarixli 5-20/2-M-269-091/2025 saylı cavabında ərizəsində qaldırdığı məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini tərəfindən imzalanmış 11 iyun 2025-ci il tarixli 5- 20/2-M-269-091/2025 saylı həmin cavabını qanunsuz və əsassız hesab edir. Cavabdeh iddiaya qarşı yazılı münasibət təqdim etməmişdir. Məhkəmə iclasında iddianın vəkilinə mümkünlüyü ilə bağlı məsələlər iddiaçının vəkili və nümayəndəsinə izah edilmiş, iddiaçının vəkili və nümayəndəsi izah edilənlərin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir”. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərindən müəyyən olunur ki, iddiaçının hüquqi marağı onun adına Bakı şəhəri Nəsimi rayon İcraiyyə Komitəsinin 8 yanvar 1988-ci il tarixli 27/1 saylı qərarı ilə Bakı şəhəri, Günəşli qəsəbəsi, “B” yaşayış massivi, 20 saylı evin sahəsi 30,14 kv.m olan 2 otaqlı 27-ci mənzilinə dair verilmiş 12 ünvar 1988-ci il tarixli 254223 saylı orderdə müvafiq düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Göründüyü kimi, iddiaçı hüquqi marağına çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı mübahisə üzrə iş üzrə cavabdehə qarşı iddia qaldırmaqla çatmaq istədiyi hüquqi marağa çatması uyğun deyil, həmçinin hazırkı işin halları baxımından mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya Nəsimi rayon XDS İK-nin (indiki Nəsimi RİH) xx.xx.1988-ci il tarixli 27/1 saylı qərarına dəyişiklik edilməsi barədə tələbin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi də, iddianın mümkünlük şərtini aradan qaldırmır. Çünki belə olan halda da, iddiaçı inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisələndirilən Qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş, yəni 1964-cü ilin sentyabrn 11-də qəbul olunmuş və 2000-ci ilin sentyabr 1-dən qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin iddia müddətlərini tənzimləyən 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) 3 il, hüquqi şəxslərin bir-birinə qarşı olan iddiaları üzrə iddia müddəti isə 1 il müəyyən edilir. İddia müddəti tərəfin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 77). İddia müddətinin axımı iddia hüququ əmələ gəldiyi gündən əmələ gəlir (Maddə 78). Mübahisələndirilən Qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş, yəni 1964-cü il tarixdə qəbul olunmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 243-5-ci maddəsinə görə, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, sözügedən Qərarı mübahisələndirsə belə, mübahisələndirilən qərarda dəyişikliklər edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı Nəsimi rayon XDS İK-nin (indiki Nəsimi RİH) tərəfindən verilmiş orderdə dəyişiklik edilməsinə yönəlmişdir. Lakin cavabdeh qismində Suraxanı rayon İcra Hakimiyyətini göstərmişdir. Göründüyü kimi, iddia tələbini düzgün cavabdehə qarşı qaldırmamışdır. Məhkəmə iddiaçıya hüquqi yardımın edilməsi məsələsinə də hüquqi qiymət verərək qeyd edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iddia tələbində işin inzibati mühakimə icraatında davam etdirilməsinə mane olacaq və məhkəmənin hüquqi yardımına əsasən aradan qaldırılması mümkün ola biləcək nöqsanlar yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Vasilyevanın cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “orderə dəyişiklik edilməsi cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar