Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1395/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «xxxx” Bank Olmayan Kredit Təşkilatı və «xxxx» ASC üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın hesablanıb ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli Fərmana əsasən ona çatacaq kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə «xxxx” Bank Olmayan Kredit Təşkilatı və «xxxx» ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank olmayan kredit təşkilatı “xxxx” MMC-dən (hazırda QSC) aylıq 5 (beş) faizlə 12 ay müddətinə 1600 (bir min altı yüz) ABŞ dolları kredit almış və onu vaxtında ödəmişdir. xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən illik 24 faizlə 18 ay müddətinə 5000 ABŞ dolları kredit almış və onu da vaxtında ödəmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmana əsasən ona çatası kompensasiyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə X1 müraciət etmişdir. Palata isə müraciətini təmin etməyərək xx.xx.2019-cu il tarixli cavabında göstərmişdir ki, kreditlər haqqında məlumatlar düzgün göstərilmədiyi üçün hesablama aparıb ödənişin edilməsi mümkün deyil. Bu səbəbdən, məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. O, krediti ABŞ dolları ilə aldığı halda, xxxxnda səhvən borcu azərbaycan manatı ilə aldığı göstərilmiş, sonuncu isə bu səhvi düzəlməkdən imtina etmişdir. Onun iddiası əsasında Nərimanov rayon məhkəməsinin 2(005)-858/20 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsilə iddia təmin edilmiş, icraya yönəldilmiş və icra edilərək mövcud səhv düzəldilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə doğulmuşdur. - Kreditor «xxxx» Bank olmayan kredit təşkilatı ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0xx/xx/2150 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin kredit razılaşmasına əsasən kreditor borcalana 12 ay müddətinə, aylıq 5% olmaqla 1600 ABŞ dolları məbləğində kredit vermişdir. - Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-858/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş və xx xxx 2015-ci il tarixli, 0xx/xx/2150 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 1.600 ABŞ dolları kreditin və bu borc öhdəliyinin borclu tərəfindən həmin valyutada icra edilməsi barədə kredit reyestrində müvafiq düzəlişin edilməsi vəzifəsi BOKT "xxxx” Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur. - Kreditor “xxxx” ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/477817 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin kredit razılaşmasına əsasən kreditor borcalana 18 ay müddətinə, illik 25,37 % olmaqla 5000 ABŞ dolları məbləğində kredit vermişdir. - "xxxx" MMC-nin xx.xx.2019-ci il tarixli çıxarışından görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5000 ABŞ dollarının və «xxxx» Bank olmayan kredit təşkilatı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1600 ABŞ dollarının verilməsi ilə bağlı kredit müqaviləsi məlumatlar bazasında qeyd edilmişdir. - X2 Palatasının Apelyasiya Komissiyasının iddiaçıya ünvanladığı 28252 №-li, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X2 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar sorğu edilən kredit üzrə müqavilələrə həqiqiliyinin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışıdır. - “xxxx” BOKT tərəfindən məhkəməyə ünvanlanmış 1129/PB №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “xxxx” ASC ilə (indki “xxxx” BOKT ASC) İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PB/003 15/477817 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə borc məbləği 4526.89 ABŞ dolları təşkil etmişdir. - “xxxx” bank olmayan kredit təşkilatı tərəfindən məhkəməyə ünvanlanmış 001-507- 020 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 2015-ci il mayın 14-də bağlanmış kredit müqaviləsi üzrə 2015-ci il fevralın 21-nə (yəni kreditin verilməsindən daha əvvəlki tarixə) olan borc barədə məlumat vermək mümkün deyildir. 2015-ci il mayın 14-də bağlanmış kredit müqavilə üzrə 2015-ci il dekabrın 21-nə günün əvvəlinə əsas borc 1.569 ABŞ dolları olmuşdur. Həmin borc 2016-cı il mayın 16-sında icra edildiyinə (ödənildiyinə) görə, 2015-ci il mayın 14-də bağlanmış kredit müqaviləsi üzrə hazırda əsas borc mövcud deyildir. - Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 16-04794-2020 №-li məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) oğlunun barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxx” ASC (indiki “xxxx” BOKT ASC) ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı məlumatlar düzgün ötürülsə də, “xxxx” BOKT MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi barədə məlumatlar qeyri-dəqiq ötürüldüyündən vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Hazırda “xxxx” BOKT MMC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının xx.xx.2015-ci il tarixinə günün əvvəlinə 1.569,00 ABŞ dolları məbləğində əsas kredit borcu qalmış və bu öhdəlik xx.xx.2016-cı il tarixinədək tam şəkildə icra edilmişdir. Beləliklə, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 4,526,89 ABŞ dolları məbləğində əsas kredit borcu, “xxxx” BOKT MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə həmin günə 1.569,00 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu nəzərə alınarsa, Fərmanın 1.2-ci bəndinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 2.716,13 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 941,40 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın: - 1.2-ci hissəsinə əsasən 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. - 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. - 3.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir. -3.2-ci hissəsinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahsını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. -7.1-ci hissəsinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PB/00315/477817 nömrəli kredit müqaviləsinə əsasən 5000 ABŞ dolları, «xxxx» Bank olmayan kredit təşkilatı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 0xx/xx/2150 nömrəli kredit müqaviləsinə əsasən 1600 ABŞ dolları məbləğində kredit götürmüş, həmin müqavilələr üzrə öhdəliklərini xx.xx.2015-ci il tarixə kimi qismən yerinə yetirmişdir. Lakin kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması, həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsi mümkün olmadığından “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı iddiaçıya münasibətdə tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2015-ci il tarixli, PB/00315/477817 nömrəli və «xxxx» Bank olmayan kredit təşkilatı arasında xx.xx.2015-ci il tarixli, 0xx/xx/2150 nömrəli kredit müqavilələri bağlandığından, həmin kreditlər üzrə sonuncunun xx xxxxxx 2015-ci il tarixli devalvasiya gününə əsas kredit borcları (xx.xx.2015-ci il tarixli, PB/00315/477817 nömrəli kredit müqaviləsi üzrə 4.526,89 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 0xx/xx/2150 nömrəli kredit müqaviləsi üzrə 1569,00 ABŞ dolları) ödənilməmiş qaldığından İddiaçı həmin müqavilələr üzrə öhdəlikləri yuxarıda qeyd olunan Fərmanın tətbiq dairəsinə düşür və o, Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməklə ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.716,13 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 941,40 manat ümümilikdə isə 3.657,53 manat məbləğində kompensasiya məbləği hesablanmalı idi. Məhkəmə iddia tələbinin “kompensasiyanın ödənilməsi vəzifəsinin Mərkəzi Bankın üzərinə” hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbi cavabdehə münasibətdə təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən kompensasiya məsələləri ilə bağlı ləğv olunmuş X2 Palatasının (indiki halda Mərkəzi Bankın) üzərinə yalnız ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etmək və bu barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi vəzifələri qoyulmuşdur. Göründüyü kimi Fərmana əsasən kompensiyanın hesablanması Mərkəzi Banka, həmin məbləğin ödənilməsi isə Maliyyə Nazirliyinə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə görə bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona “xxxx” ASC ilə olan xx.xx.2015-ci il tarixli, PB/00315/477817 nömrəli kredit müqaviləsi üzrə 2.716,13 manat, «xxxx» Bank olmayan kredit təşkilatı ilə olan xx.xx.2015-ci il tarixli, 0xx/xx/2150 nömrəli kredit müqaviləsi üzrə 941,40 manat, ümümilikdə isə 3.657,53 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona “xxxx” ASC ilə olan xx.xx.2015-ci il tarixli, PB/00315/477817 nömrəli kredit müqaviləsi üzrə 2.716,13 (iki min yeddi on altı manat on üç qəpik) manat, «xxxx» Bank olmayan kredit təşkilatı ilə olan xx.xx.2015-ci il tarixli, 0xx/xx/2150 nömrəli kredit müqaviləsi üzrə 941,40 manat (doqquz yüz qırx bir manat qırx qəpik), ümümilikdə isə 3.657,53 (üç min altı yüz əlli yeddi manat əlli üç qəpik) manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1395/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1395/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver