Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1397/2021 02.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5828/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sonuncunun ərizəsi əsasında əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı müvafiq qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaya dair xx xxxxxx 2020-ci il tarixli etirazında bildirilmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixli **********14601 nömrəli ilk müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, İddiaçı adına rəsmiləşmiş +994(051)500-14-48 telefon nömrəsinin bəyan edilməməsi səbəbindən; xx.xx.2017-ci il tarixli **********V602 nömrəli müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən maddi məişət yoxlaması zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyindən - ailə göstərilən ünvanda yaşamadığından; xx.xx.2018-ci il tarixli **********08801 nömrəli müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən 120701142x50125 abonent kodunun aşkarlanmaması səbəbindən; xx.xx.2020 tarixli, **********15101 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmaşından ailənin “Ərizə Bəyannamə”də göstərdiyi ünvanda yaşamaması səbəbindən; xx.xx.2020 tarixli, **********15102 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin “Ərizə Bəyannamə”də göstərdiyi ünvanda yaşamaması səbəbindən; Sonuncu xx.xx.2020 tarixli **********15103 nömrəli müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbincən imtina edilmişdir. xx xxxx 2020-ci ilin tarixində vətəndaşın müraciəti əsasında ərizə-bəyannamədə qeyd etdiyi ünvanda (Xudu Məmmədov 2942, mənzil 47) maddi - məişət şəraitinin müayinəsi aparılmış və ailənin orta aylıq gəlirinin 437 manat (137 manat aliment, gündəlik 10 manat günəmuzd işdə qazanc) olduğu müəyyən edilmişdir. Bu isə iki nəfərlik ailənin ehtiyac meyarından (160 manat x 2 = 320 manat) çoxdur (437>320). Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına 4 nömrəli Əlavəyə uyğun olaraq “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat" tərtib edilmiş və iddiaçı özü həmin sənədi imzalamışdır. Beləliklə, təmsilçisi iddiaçı olan iki nəfərlik ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan yuxarı olduğundan ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyil. Həmçinin, iddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında özü bu faktı qismən etiraf etmişdir. Belə ki, o, gündə deyil, vaxtaşarı olaraq evlərə təmizliyə getdiyini və bundan gəlir etdiyini bildirmişdir. Bu da iddiaçının “Ərizəbəyannamə”də gəlirləri barədə məlumatı natamam və qeyri-düzgün göstərdiyini sübut edir. Ailənin orta aylıq gəliri 437 manat olmasa belə, iddiaçının məbləğindən asılı olmayaraq hər hansı gəlirini - hazırkı halda günəmuzd işdən gəliri olduğu bəyan etməməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci maddəsinə əsasən (“Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda) birbaşa imtina səbəbidir. Belə ki, Qanunun 10.1-ci maddəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Buna görə də İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə iddia tələbi təmin olunmamalıdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 5a611ad156014529ac5a4513014fcb68 nömrəli bildirişdən görünür ki, iddiaçının **********14601 saylı müraciətinə əsasən sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, İddiaçı adına rəsmiləşmiş +994 (051) ***-**-** telefon nömrəsinin bəyan edilməməsi səbəbindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 758b37df217d440390b10a3d0fa36c24 nömrəli bildirişdən görünür ki, iddiaçının **********14602 saylı müraciətinə əsasən sosial yardımın təyin olunmasından maddi məişət yoxlaması zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyindən - ailə göstərilən ünvanda yaşamadığından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” d4fddca8e031498290c19e49458988e0 nömrəli bildirişdən görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixli **********08801 saylı müraciətinə əsasən sosial yardımın təyin olunmasından “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən 120701142x50125 abonent kodunun aşkarlanmaması səbəbindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” cd6148bcc67641a4a27be20e541b65b1 və 7c9c127a67ae4bb39a82380e174c8db4 nömrəli bildirişlərdən görünür ki, iddiaçının müvafiq olaraq xx.xx.2020 tarixli, **********15101 saylı və xx.xx.2020 tarixli, **********15102 nömrəli müraciətlərinə görə sosial yardımın təyin olunmasından ailənin ərizə-bəyannamədə göstərdiyi ünvanda yaşamaması səbəbindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 94f1cd6f767f4a0382cc041b4bf7ad2e nömrəli bildirişdən görünür ki, iddiaçının xx.xx.2020 tarixli **********15103 saylı müraciətinə əsasən sosial yardımın təyin olunmasından “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci ilin tarixli “ailənin maddi - məişət şəraitinin müayinəsi” barədə məlumatdan görünür ki, iddiaçının yaşadığı Xudu Məmmədov 2942, mənzil 47 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. İddiaçı ilə əri arasında olan nikah ləğv edilmişdir. 137 manat məbləğində aliment alır. 10 manat günəmuzd işləyir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci ilin tarixli “ailənin maddi - məişət şəraitinin müayinəsi” barədə məlumatdan görünür ki, iddiaçının ərizə-bəyannamədə göstərdiyi ünvan qeyri-dəqiq olduğu üçün müayinə keçirmək mümkün olmamışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qanunun 10.3-cü maddəsinə görə sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, xx xxxxxx 2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Republikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Həmin qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya “DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. Həmin Qaydaların 2-ci bəndinə görə, sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada «Elektron hökumət» və ya Nazirliyin «esosial» internet portallarında yerləşdirilmiş X2 və X4 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Bununla yanaşı, sözügedən Qaydaların 2.5-ci bəndində müəyyən olunmuşdur ki, kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi isə sözügedən Qaydaların 3-cü bəndində əks olunmuş və 3.1-ci bənddə nəzərdə tutulmuşdur ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qaydaların 4.8-ci bəndində isə təsbit edilmişdir ki, sosial yardımın təyin edilməsi və sosial yardım təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Bu müddəalardan göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin səlahiyyətlərinə yalnız kağız üzərində olan müraciətlərin qəbul edilməsi və elektron sistemə daxil edilməsi aiddir. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, istər sosial yardımın təyin edilməsi, istərsə də onun məbləğinin dəyişdirilməsi və ya verilməsinin dayandırılması ilə bağlı səlahiyyət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. İnzibati işə baxılması zamanı məhkəmə müəyyən etmişdir ki, iddiaçıya ünvanlı sosial yardımın verilməsindən cavabdehin imtinası ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, İddiaçı adına rəsmiləşmiş telefon nömrəsinin bəyan edilməməsi, ailənin göstərilən ünvanda yaşamaması, “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən abonent kodunun aşkarlanmaması, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi ilə əsaslandırılmışdır. Məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hallar öz təsdiqini tapdığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nın 1.2-ci bəndində müəyyən edilən hallar iddiaçının ailəsinə münasibətdə mövcud olmadığı üçün onun ailəsinə ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Azərbaycan Respublikası İPM-in: 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə iddiası əsaslı olmadığı üçün rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1397/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1397/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver