Məhkəmə qərarları › İş №2-1(112)-13972/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13972/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13972/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçılar İddiaçı1ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun və ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 49/2-Ə-29022 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeydiyyatsız yaşadıqları yuxarıda göstərilən ünvana qeydiyyata alınmaq üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (bundan sonra – iddiaçılar) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınmaları barədə qərar qəbul edilməsini xahiş etmişlər. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçılar 2014-cü ildən Bakı şəhəri, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə fərdi yaşayış evində bütün kommunal xərcləri ödəməklə yaşayırlar. İndiyədək yaşadıqlara ünvana qeydiyyata düşə bilməmişlər. Belə ki, yaşadıqları fərdi yaşayış evinin çıxarışı yoxdur. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və mənzilin texniki pasportu mövcuddur. İddiaçılar ünvan 2 ünvanına pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə rəsmi müraciət etmişlər. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi qeyd olunan mənzilə dair çıxarışın olmaması əsası ilə onların yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5502/2023 saylı 23 iyun 2023-cü il tarixli qərarı iddia ərizəsi təmin olunmuş, iddiaçı və ailə üzvlərinin ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə olunmuşdur. Sonradan məlum olmuşdur ki, onların yaşadıqları ünvan ünvan 3onra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ev 3 ünvanına pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə rəsmi müraciət etmişlər. Lakin Azərbaycan Respablikası Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi qeyd olunan mənzilə dair çıxarış olmadığından onları pasport qeydiyyatına alınmaqlarına dair imtina verərək məhkəməyə müraciət etmələrini tövsiyə etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-2164/2024 saylı 14 avqust 2024-cü il tarixli qərarı ilə iddia ərizəsi geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə, Azəriqaz İB ilə mərhum həyat yoldaşı X15 arasında xx.xx.2019-cu il tarixli qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, iddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi ev 3 ünvanında yaşayırlar. Lakin Sabunçu rayonu, ünvan 4nçu rayon Polis İdarəsinin İnzibati Binasında müvəqqəti pasport qeydiyyatındadırlar. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onlun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mübahisəli ünvana qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: -şəxsiyyət vəsiqəsi; -yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidi Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdən görünür ki, iddiaçılar hazırda qeydiyyata alınma ilə bağlı yuxarıda istinad olunan sənədlərdən hər hansı birini təqdim etməmişlər. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki: Sabunçu RİH başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Maştağa qəsəbəsi E.Mustafayev küç., ev 3 ünvanında 3 fərdi yaşayış evi mövcuddur. Qəsəbə nümayəndəliyində olan məlumata əsasən faktiki yaşayan şəxslər bunlardır: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, Quliyev Abbasqulu, Quliyeva Mehriban, Quliyev Gülmirzə, Quliyeva Turbət, Quliyev Məzahir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 11 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Binəqədi küçəsi, ev ЗА, mənzil 36-da, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Ə.Salamzadə küçəsi, (Yasamal RPİ-nin İnzibati Binası) 5-də, xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək Bakı şəhəri, Sabunu rayonu, ünvan 5 ünvanında qeydiyyatdadır. xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2 xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev ЗА, mənzil 36-da, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Ə.Salamzadə küçəsi, (Yasamal RPİ-nin İnzibati Binası) 5-də, xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək Bakı şəhəri, Sabunu rayonu, ünvan 5 ünvanında qeydiyyatdadır. xx.xx.1992-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək ünvan 6 ünvanında qeydiyyatdadır. ünvan 7 ünvanında 08.11,1968-ci il təvəllüdlü X7, xx.xx.1969-cu il təvəllüdlü X2, xx.xx.1973-ci il təvəllüdlü X8, xx.xx.1974-cu il təvəllüdlü X9, xx.xx.1993-cü il təvəllüdlü X4, xx.xx.1997-ci il təvəllüdlü X1, 31,08.1997-ci il təvəllüdlü X5, xx.xx.1997-ci il təvəllüdlü X11, xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2022-ci il təvəllüdlü X10 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, göstərilən vətəndaşlara məxsus “şəxsiyyət vəsiqəsi”aktivdir və Bakıxanov qəsəbəsi Sülh 8 inzibati binada qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, qeyd olunan fərdi yaşayış evlərinin dövlət reyestrində hüquqi qeydiyyatına dair məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd olunanlardan aydın olur ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdikləri əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, özbaşına tikilidir. Belə olan halda aydın olur ki, iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birinə malik deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan məhz göstərilən normaya əsasən müvafiq sənədlərin təqdim edilməsinin zəruri olduğunu bildirməklə müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçıların həmin ünvanda yaşamaqla kommunal xidmətlərə görə haqq ödəməsi və ya yaşayış evinə ünvn verilməsi Qanunun 5-ci maddəsində göstərilən sənədləri əvəz edən hal kimi qiymətləndirilə bilməz. İddiaçıların sənəd qismində təqdim etdiləri “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport əsasında da onların yaşayış yeri üzrə qeydiyyata alınma məsələsi həll olunmur. Birincisi həmin pasport iddiaçıların adına deyil, digər fiziki şəxsin adınadır ki, həmin şəxs ilə iddiaçılardan hər hansı biri arasında mülki münasibətlərin mövcudluğu müəyyən olunmur. İkinci isə, həmin pasportda ünvan olaraq “Revolyusiya küçəsi 3” göstərilmişdir. Məhkəmə araşdırılması zamanı sorğuda ünvan 8 ünvanına dair bütün hüquqmüəyyənedici sənədlər tələb olunsa da, sözügedən pasportun həmin ünvana aid olduğu müəyyən olunmamışdır. Bundan əlavə işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5502/2023saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçılar eyni əsasa və sənədlərə istinad edərək, ünvan 10 ünvanına pasport qeydiyyatına alınmalarını xahiş etmiş, məhkəmənin həmin qərarı ilə idia təmin edilmişdir. Beləliklə, məhkəmə yuxarıda istinad olunan normalara əsasən cavabdehin imtinasını qanuna uyğun hesab edir və belə nəticəyə gəlir ki, iddiaçılar qeydə alınmalarını tələb etdikləri evə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməməklə aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar