Məhkəmə qərarları › İş №2-1(112)-13975/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13975/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13975/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1982-ci il təvəllüdlüdür. 0182489 saylı əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.2007-ci ildən xx.xx.2007-ci il tariəxədək "xxxx" MMC-də katibə vəzifəsində işləmişdir. - 02.09.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də X6 üzrə menecer vəzifəsində işləmişdir. - xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu ilə tarixədək "xxxx" MMC-də X6 üzrə menecer vəzifəsində işləmişdir. - xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də brand üzrə menecer vəzifəsində işləmişdir. - 25.08.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də satış və marketinq işzləri üzrə inzibatçı vəzifəsində işləmişdir. - 04.12.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İxracın və X1 Maliyyə və satınalmalar departamentinin meneceri, İnformasiya və analitik təhlil departamentinin baş layihə meneceri vəzifələrində işləmişdir. - 18.07.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Kiçik və X12 Agentliyinin Biznesə xidmətlər departamentinin KOB-ların bazaralara çıxışına dəstək şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdən isə Biznesə xidmətlər departamentinin KOB-ların bazaralar çıxışına dəstək şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, əmək kitabçasında qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən Armada MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 99885/2025 saylı məktubda qeyd olunmuşdur ki, iddiaçı müraciətində 2007-ci ilin yanvar may ayları üzrə 'ARMADA" MMC-nin xeyrinə hesabladığı və ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əksini tapmadığını bildirmiş, bu məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciətinə əlavə etdiyi əmək kitabçasında xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək MMC-də əmək fəaliyyəti ilə məşğul olmasına aid qeydin olmasına baxmayaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat) altsistemində 2007-ci il üçün təqdim etdiyiniz məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçının məlumatlarının qeyd olunmadığı müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Müraciətdə qeyd olunan məsələ öz təsdiqini tapdığı halda, MEİS-in "Sığorta" (Hesabat) altsistemində 2007-ci il üçün təqdim etdiyiniz hesabatda iddiaçının məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdirilərək, sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan sənədlər ((hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) (Məlumat və Forma 1 cədvəlləri əlavə olunur)) Filiala təqdim edildikdən sonra qeyd olunan məsələyə baxılacaqdır. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 99900/2025 saylı məktubda qeyd olunmuşdur ki, iddiaçı müraciətində 2007-ci ilin aprel dekabr və 2008-ci ilin yanvar - aprel ayları üzrə "xxxx" MMC-nın (bundan sonra - MMC) xeyrinə hesabladığı və ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əksini tapmadığını bildirmiş, bu məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS ) Sığorta (Hesabat) altsistemində 2007-ci il və 2008-ci illər üçün 0102 fəaliyyət növünün kodu üzrə (İşəgötürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlarınıza (Forma B1) (bundan sonra - Forma 81) uyğun olaraq ‘Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarınızı (Forma B3) (bundan sonra - Forma B3) təqdim etmədiyiniz müəyyən olunmuşdur. Bildiririk ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosiai sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nəzərinizə çatdırmaq İstəyirik ki, 2006 - 2016-cı illər üzrə hesabat məlumatlarının araşdırılması, vaxtilə Forma B1 hesabatına uyğun olaraq Forma B3 məlumatlarını təqdim etməmiş sığortaedənlər barədə məlumatlann MElS-ə yüklənilməsi ilə bağlı Nazirliyin müvafiq əmri ilə dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində sağlamlaşdırma işlərini əhatə edən “Tədbirlər Planı” (bundan sonra - Tədbirlər Planı) təsdiq edilmişdir. 'Tədbirlər Planı'nda nəzərdə tutulmuş qaydada 2007 və 2008-ci illər üçün Forma B1 hesabatlarınıza uyğun olaraq Forma B3 məlumatlarınızın MElS-ə yüklənilməsindən ötrü müşayiətedici məktubla birlikdə sözügedən illər üzrə əməkhaqqı cədvəlini qoşmaya əlavə edilmiş nümunə formasında (hər bir sığortaolunanın ilin hər ayı üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri qeyd olunmaqla), həmçinin həqiqiliyi şübhə doğurmayan təsdiqedici sənədlərin (əmək kitabçası və bankdan əmək haqqının verilməsi barədə çıxarış) möhür və imza ilə təsdiq edilmiş surətlərini (hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) Filiala təqdim etməyiniz xahiş olunur. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 100568/2025 saylı məktubda qeyd olunmuşdur ki, iddiaçı müraciətində 2010-cu ilin iyul dekabr və 2011-ci ilin yanvar - avqust ayları üzrə "xxxx" MMC-nin (bundan sonra - MMC) xeyrinə hesabladığı və ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əksini tapmadığını bildirmiş, bu məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. Məlumat üçün bildiririk ki. İddiaçının müraciətinə əlavə etdiyi əmək kitabçasında xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək MMC-də əmək fəaliyyəti ilə məşğul olmasına aid qeydin olmasına baxmayaraq Nazirliyin elektron informasiya ehtiyatlarında 2010 və 2011-ci illərə dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq kı, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında' Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2010 və 2011-cı illər üçün sığortaolunanların xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsini sübut edən sənədlərin (“Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (Forma B1) və "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3)) möhür və imza ilə təsdiq edilmiş sürətləri tərəfinizdən Filiala təqdim edildikdən sonra qeyd olunan məsələyə baxılacaqdır. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 101781/2025 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) daxil olmuş, xx.xx.2025-ci il tarixində 3-17-1/1X-92994/2025 nömrə ilə qeydiyyata alınmış iddiaçının xx.xx.2025- ci il tarixli müraciətinə baxılmışdır. İddiaçı müraciətində 2008-ci ilin aprel - dekabr ayları, 2009, 2010-cu illər üzrə 'GEAN QRUP" MMC -nin xeyrinə hesabladığı və ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əksini tapmadığını bildirmiş, bu məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. Məlumat üçün bildiririk ki, iddiaçının 2008-ci ilin aprel - dekabr ayları üzrə xeyrinə hesabladığınız və ödədiyiniz məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında öz əksini tapmışdır. İddiaçı “e-sosial” (www.e-social.gov.az) internet portalında olan "Şəxsi kabinet' pəncərəsinin “Fərdi şəxsi hesab” bölümündən məlumatları ilə tanış ola bilər. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Sığorta" (Hesabat) altsistemində 2009 və 2010-cu illər üçün 0111 fəaliyyət növünün kodu üzrə (İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlarınıza (Forma B1) (bundan sonra - Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarınızı (Forma B3) (bundan sonra - Forma B3) təqdim etmədiyiniz müəyyən olunmuşdur. Bildiririk ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, 2006 - 2016-cı illər üzrə hesabat məlumatlarının araşdırılması, vaxtilə Forma B1 hesabatına uyğun olaraq Forma B3 məlumatlarını təqdim etməmiş sığortaedənlər barədə məlumatların MEİS-ə yüklənilməsi ilə bağlı Nazirliyin müvafiq əmri ilə dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində sağlamlaşdırma işlərini əhatə edən “Tədbirlər Planı" (bundan sonra - Tədbirlər Planı) təsdiq edilmişdir. “Tədbirlər Planı”nda nəzərdə tutulmuş qaydada 2007 və 2008-ci illər üçün Forma B1 hesabatlarınıza uyğun olaraq Forma B3 məlumatlarınızın MEİS-ə yüklənilməsindən ötrü müşayiətedici məktubla birlikdə sözügedən illər üzrə əməkhaqqı cədvəlini qoşmaya əlavə edilmiş nümunə formasında (hər bir sığortaolunanın ilin hər ayı üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri qeyd olunmaqla), həmçinin həqiqiliyi şübhə doğurmayan təsdiqedici sənədlərin (əmək kitabçası və bankdan əmək haqqının verilməsi barədə çıxarış) möhür və imza ilə təsdiq edilmiş surətlərini (hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) Filiala təqdim etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 3 oktyabr 2025-ci il tarixli, 3-21-2-3/2-1094045/2025 saylı məlumat məktubunda qeyd olunmuşdur ki, Dövlət reyestr məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir, qanuni təmsilçisi X5, təsisçisi Demirhan Mustafadır (Türkiyə Respublikası). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir, qanuni təmsilçisi X7 Cholamreza Naser, təsisçisi X2 və X7 Cholamreza Naserdir (Fransa Respublikası). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir, qanuni təmsilçisi X10, təsisçisi X13, X3 və X4 (Fransa Respublikası). Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış xx.xx.2022-ci il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Məhkəmənin sorğusuna cavab olara cavabdehin 29 oktyabr 2025-ci il tarixli, 3-17- 1/2-261735/2025 saylı məktubunda qeyd olunmuşdur ki, MEİS-də sığortaedənlər, “TAKİ DİSTRİBUTİON" MMC (SUN: **********9, VÖEN: **********) (2007 və 2008-ci illər) və "xxxx" MMC (2009 və 2010-cu illər) tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilməmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedən "xxxx" MMC-yə (SUN: **********0; VÖEN: **********) dair 2010 və 2011-ci illər üçün məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları əks olunmadığından məhkəmə sorğusunun araşdırılması məqsədilə aidiyyəti üzrə Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına məktub ünvanlanmış və sığortaedənin iş qovluğu əldə edilmişdir. İş qovluğundan əldə edilən məlumatlara əsasən bildiririk ki, "xxxx" MMC-nin 2010 və 2011-ci illərdə fəaliyyəti olmamış, işçilərə əmək haqqı hesablanmamış və bu barədə rəsmi qaydada Fondun aidiyyəti qurumuna məlumat verilmişdir. Cavabdehin imitina məktubunda bildirilmişdir ki, “... iddiaçının müraciəti əsasında sığortaedənlərə xx.xx.2025-ci il tarixli 3-17-1/2-99885/2025, xx.xx.2025-ci il tarixli 3-17- 1/2-99900/2025, xx.xx.2025-ci il tarixli 3-17-1/2-101781/2025 və xx.xx.2025-ci il tarixli 3- 17-1/2-100568/2025 nömrəli məktublarla (surətləri iddiaçıya göndərilməklə) məlumat verilməsinə baxmayaraq fərdi şəxsi hesab məlumatlarının araşdırılması üçün sübutedici sənəd və məlumatlar cari tarixədək Filiala təqdim edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır.”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək "xxxx" MMC-də, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" MMC-də, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də və xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin fərdi şəxsi hesabına əlavə edilməsi öhdəliyinin cavabdehǝ həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasında əmək fəaliyyətinə dair dövrlərə aid ( xx.xx.2007 - xx.xx.2007, "xxxx" MMC; - xx.xx.2007 - xx.xx.2008 "xxxx" MMC; - xx.xx.2008 -xx.xx.2010 - "xxxx" MMC; - xx.xx.2010- xx.xx.2011 - "xxxx" MMC) müvafiq qeyd, möhürlər olsa da, Dövlət Sosial Müdafiə Fondunun elektron sistemində bu staj dövrləri görünmür və bu da ümumi əmək stajının hesablanmasında qeyri-dəqiqlik (stajında azalma) yaranmasına gətirib çıxarır. Bu stajının azalması əsas cari iş yerində problemlər yaradır, çünki məzuniyyət günlərində azalıb və bu da onun hüquqlarını məhdudlaşdırıb. Belə ki, xx.xx.2025-ci il tarixində əmək kitabçasında mövcud olan əmək stajına dair bəzi dövrlərin Dövlət Sosial Müdafiə Fondunun elektron sistemində əks olunmamasının səbəbi və sözügedən dövrlərin sistemə əlavə edilməsinə köməklik göstərilməsi barədə aidiyyəti üzrə cavadehə ərizə ilə, eyni zamanda şifahi olaraq müraciət etmişdir. Şifahi olaraq araşdırma aparılıb tədbir görüləcəyi bildirilmişdir. Lakin yazılı olaraq bugünədək ərizəsinə rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 39cu maddəsinə əsasən İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Lakin cavabdehə müraciətindən artıq 3 aya yaxın müddət keçsə də, müraciəti cavablandırılmamışdır. Sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən də işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Başqa sözlə desək, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin - sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə həmin illərin sığorta stajına daxil edilməsi etimad hüququ ilə də əlaqələndirilməlidir.. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta” (Hesabat) altsistemində 2009 və 2010-cu illər üçün 0111 fəaliyyət növünün kodu üzrə (İşəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə iddiaçıya dair məlumatlar aşkar edilməmişdir. "xxxx" MMC tərəfindən Nazirliyin MEİS-in “Sığorta” (Hesabat) altsistemində 2007 və 2008-ci illər üçün 0102 fəaliyyət növünün kodu üzrə (İşəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə iddiaçıya dair məlumatlar aşkar edilməmişdir. "xxxx" MMC tərəfindən Nazirliyin MEİS-in in “Sığorta” (Hesabat) altsistemində 2007-ci il üçün təqdim edilən məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçının məlumatlarının qeyd olunmadığı müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən Nazirliyin MEİS-in in “Sığorta” (Hesabat) altsistemində 2010 və 2011-ci illərə dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Bunlarla bağlı sözügedən müəssisələrə sorğu göndərilməsinə baxmayaraq müvafiq sənədlər və məlumatlar Mərkəzi Filiala təqdim olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bununla yanaşı öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Beləliklə, yuxarıda göstərilən əsaslara uyğun olaraq, iddiaçının iddia tələbi əsassızdır.. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək "xxxx" MMCdə, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" MMC-də, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də və xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan dövrlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçasında əksini tapmışdır. Lakin həmin müəssisələrdəki dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. İddiaçınn hazırkı iddianı irəli süməkdə hüquqi marağı həmin müəssisələrdə yuxarıda qeyd olunan dövrlər üzrə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, qeyd edilən müəssisələrə iddiaçının fərdi şəxsi hesab məlumatlarının araşdırılması üçün hər hansı sübutedici sənəd və məlumat, həmçinin həmin müəssisələr tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları Filiala təqdim edilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər;

2. sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. 9-cu maddəsinə əsasən sığortaçının hüquqları aşağıdakılardır: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; - sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; - sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; - könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; - qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1- dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. 19.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;

1.0.17-ci maddəsinə əsasən sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 4.1-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; Qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə sosial sığorta stajı fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlər “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, sosial sığorta münasibətlərinin iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Belə ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. “Sosial sığorta haqqında” Qanunla hər üç subyektin hüquq və vəzifələri müəyyən edilmişdir.

İddiaçının əmək kitabçasında əmək fəaliyyəti ilə bağlı qeydlər olsa belə həmin dövrlər (xx.xx.2006-cı ildən sonrakı) yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi təsdiq edildiyi halda sığorta stajına hesablana bilər ki, hazır ki iş üzrə bu hal sübut olunmur. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta” (Hesabat) altsistemində 2009 və 2010-cu illər üçün 0111 fəaliyyət növünün kodu üzrə (İşəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə iddiaçıya dair məlumatlar aşkar edilməmişdir. "xxxx" MMC tərəfindən Nazirliyin MEİS-in “Sığorta” (Hesabat) altsistemində 2007 və 2008-ci illər üçün 0102 fəaliyyət növünün kodu üzrə (İşəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə iddiaçıya dair məlumatlar aşkar edilməmişdir. "xxxx" MMC tərəfindən Nazirliyin MEİS-in in “Sığorta” (Hesabat) altsistemində 2007ci il üçün təqdim edilən məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçının məlumatlarının qeyd olunmadığı müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən Nazirliyin MEİS-in in “Sığorta” (Hesabat) altsistemində 2010 və 2011-ci illərə dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Beləliklə, məhkəmə iddiaçının xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək "xxxx" MMCdə, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" MMC-də, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də və xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin təsdiq olunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1116/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında (*** işarələnmiş qərar) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...hazırki mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırki işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, yəni 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, bu qərarın 17-ci bəndində istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki mübahisəyə münasibətdə iş üzrə materiallardan sığortaedənin öz öhdəliyinə əməl etmədiyi, iddiaçının isə ona tanınmış imkandan yararlanmadığı görünür. Həmçinin iş üzrə materiallardan görünür ki, sığortaçı nəzarət funksiyası çərçivəsində iddiaçının işəgötürəninə, yəni sığortaedən 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun ödənilməsinin təmin olunması məqsədilə məhkəmələrdə iddialar qaldırmış və həmin iddiaların təmin olunması barədə məhkəmə aktları qəbul edilmiş, lakin həmin məhkəmə aktları icra olunmamışdır”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. Məhkəmə hüquqi müdafiə imkanları ilə bağlı iddiaçıya izah edir ki, iddiaçı yalnız mübahisəli dövrlər üzrə ona münasibətdə məcburi dövlət sosial sığorta haqlarının sığortaçıya köçürülməsinə nail olduqdan sonra hazırki tələblə cavabdehə yenidən müraciət etmək, müraciəti cavabdeh tərəfindən təmin olunmadığı təqdirdə, yenidən həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar