Məhkəmə qərarları › İş №2-1(112)-1398/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1398/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1398/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı sosial kirayə müqaviləsinin bağlanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1, 1 nömrəli mənzilə dair kirayə müqaviləsinin onun adına bağlanması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı mənzilinə dair kirayə müqaviləsinin onun adına bağlanılması barədə Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı məktuba departament tərəfindən 19.04.2021-ci il tarixli, B16 nömrəli cavab yazaraq bildirmişlər ki, qeyd edilən ünvanda yerləşən mənzilin istifadələrinə verilməsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən xahişi yerinə yetirilməmişdir. Təkrarən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1, mənzil 1-ə dair kirayə müqaviləsinin onun adına bağlanması barədə 17.05.2021-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə etdiyi müraciətə, 03.06.2021-ci il tarixdə B16/1 nömrə ilə departament cavab yazaraq bildirmişdir ki, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Belə ki, mübahisəli ünvan 11, 1 saylı mənzilinə dair Azərbaycan Dəmir Yolu Evlər İdarəsinin 3 №-li Bakı Məsafəli Bina və Qurğuları İdarəsi tərəfindən X7 adına 19 may 1961-ci il tarixdə pasport tərtib edilmişdir. ünvan 11, 1 saylı mənzilinə dair Azərbaycan Dəmir Yolu Evlər İdarəsinin 3 №-li Bakı Məsafəli Bina və Qurğularının rəisi X6 tərəfindən X17 ilə 07 avqust 1963-cü il tarixdə model müqaviləsi bağlanmışdır. X17 vəfat emişdir və ona, ölüm faktını Bakı şəhəri, Kirov rayon (Binəqədi) VVAQ şöbəsi tərəfindən 28 may 1986-cı il tarixdə 368 reyestr nömrə ilə təsdiq edilən ölüm haqqında şəhadətnamə verilmişdir. Əsas kirayəçi X17 vəfat etdiyindən, ünvan 11, 1 saylı sıxlaşdırılmış 2 otaqlı mənzilə dair, ona, yəni-Bağırova (Kərimova) Reyhan Əli qızına kirayə müqaviləsinin bağlanılması barədə icazənin verilməsi üçün, Azərbaycan Respublikası Dövlət Dəmir Yolu NQS-297/1 №-li, 16.04.1996-cı il tarixdə («Yaşayış sahəsinin kirayə müqaviləsinin dəyişdirilməsi») öz razılığını bildirmişdir. Keçmiş həyat yoldaşı, X11 ilə Bakı şəhəri Binəqədi rayonu, Leyla nikah evində nikah bağlamışlar və 30 avqust 1994-cü il tarixdə 578 reyestr nömrə ilə Bakı şəhəri Binəqədi rayonu, Leyla nikah evində nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Keçmiş həyat yoldaşı X11 ilə Bakı şəhəri, Binəqədi rayonu, Leyla nikah evində nikahları pozulmuşdur və 12 sentyabr 2000-ci il tarixdə, 274 reyestr nömrə ilə Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evində nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Keçmiş həyat yoldaşı X5 ünvan 11, 1 saylı mənzilinə hüququnun itirilməsinə dair Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2-630/2003 saylı, 21 aprel 2003-cü il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmişdir və X5 ünvan 11, 1 saylı mənzilinə olan hüququ itirilmiş hesab edilmişdir. X26 ilə Bakı şəhəri Binəqədi rayonu, VVADQ şöbəsində nikahlarİ bağlanmışdır və 25 yanvar 2006-cı il tarixdə 84 reyestr nömrə ilə Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən nikahlarının bağlanmasını təsdiq edən nikah haqqında şəhadətnamə verilmişdir. Sonradan onun soyadı Kərimova yox Bağırova kimi qeyd edilmişdir. ünvan 11, 1 saylı mənzilinə dair onun, yəni Bağırova (Kərimova) Reyhan Əli qızının adına 113 saylı MKİS-i tərəfindən şəxsi hesab vərəqəsi verilmişdir. 113 saylı MKİS-i tərəfindən Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi. Natəvan küçəsi ev 1, 1 saylı mənzilinə dair eskiz çəkilmişdir. ünvan 11, 1 saylı mənzildə onun yəni Bağırova (Kərimova) Reyhan Əli qızının qeydiyyatda olmasını təsdiq edən Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin 06 nömrəli 31.03.2021-ci il tarixli Forma 2 arayışı verilmişdir. ünvan 11, 1 saylı mənzil onun istifadəsindədir və bütün kommunal xərcər tərəfindən ödənilir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, Natəvan küçəsi ev 1, 1 saylı mənzilinə dair cavabdehin onunla kirayə müqaviləsi bağlanılmasına heç bir maneə yoxdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən evin 1 saylı mənzilinə dair öz adına kirayə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məlumat üçün bildirirlər ki, əvvəllər Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş mənzil fondu, o cümlədən ünvan 3 ünvanda yerləşən yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun 27.03.2001ci il tarixli, 46/H saylı əmrinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 15.03.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə əvəzsiz olaraq dövlət mənzil fonduna aid edilməklə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində göstərilən tələbi əsassız olmaqla aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, İddiaçı ünvan 2 ünvanda yerləşən evin 3 otaqdan ibarət sıxlaşdırılmış 1 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə daxil olmuş müraciətinə 19.04.2021-ci il tarixli, B-16, 03.06.2021-ci il tarixli, B-16/1 və 16.06.2021-ci il tarixli, B-16/2 saylı məktublarla cavab verilərək bildirilmişdir ki, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra hakimiyyəti orqanları vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsas hesab edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 1 saylı evin sıxlaşdırılmış 1 saylı mənzilinin iki otağının İddiaçı istifadəsinə verilməsinə dair əsas hüquqmüəyyənedici sənəd olan order təqdim edilməmiş, ərizəyə əlavə edilmiş Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən 16.04.1996-cı il tarixli NQS -297 saylı məktubla qeyd edilən sıxlaşdırılmış 1 saylı mənzilin, yaşayış sahəsi 29,0 kv.metr olan iki otağına onun adına kirayə müqaviləsi bağlamasına icazə verildiyi bildirilsə də, lakin həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanmamışdır. Hal-hazırda iddiaçı qeyd edilən ünvanda faktiki olaraq yaşamır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən ünvana yerində baxış keçirilməklə tərtib edilmiş 14.09.2021-ci il tarixli akt və 496 saylı arayışla da, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 1 saylı evin 1 saylı mənzilində İddiaçı yaşamadığı faktı təsdiq edilmişdir. Bundan başqa araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı həyat yoldaşı X26 ilə 25.01.2006-cı il tarixdə nigah münasibətlərinə daxil olmuş və birgə nigah dövründə əldə etdikləri, ünvan 4 ünvanında yerləşən evin 25 saylı mənzilində faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşayırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi Qaydaları"nda və XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nda nəzərdə tutulan şərtlərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyması üçün iddia verə bilər. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəllənin 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə müahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Resublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Odur ki, İddiaçı Əli qızının Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı faktiki olaraq yaşamadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 1 ünvanında yerləşən evin 3 otaqdan ibarət 1 saylı mənzilinə adına kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının əsassız olmasını nəzərə alaraq, həmin iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 25.01.2022-ci il tarixli, 2-1(112)-1398/2022 saylı qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti cavabdehlər sırasından çıxarılmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia mahiyyəti üzrə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki: - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçıya ünvanlamış B-16/1 nömrəli, 03.06.2021-ci il tarixli imtina məktubuna əsasən iddiaçının Bakı şəhəri, Bnəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 1 saylı evin 1 saylı mənzilinin kirayə müqaviləsinin adına bağlanması barədə müraciətinə baxılaraq bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən mənzilin istifadəsinə verilməsinə dair hüquqmüəyyənedici sənəd təqdim olunmadığından xahişini təmin etmək mümkün olmamışdır. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1, 1 saylı mənzilinə dair Azərbaycan Dəmir Yolu Evlər İdarəsinin 3 №-li Bakı Məsafəli Bina və Qurğuları İdarəsi tərəfindən X7 adına 19 may 1961-ci il tarixdə pasport tərtib edilmişdir. - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1, 1 saylı mənzilinə dair Azərbaycan Dəmir Yolu Evlər İdarəsinin 3 №-li Bakı Məsafəli Bina və Qurğuları İdarəsinin rəisi X6 tərəfindən X17 ilə 07 avqust 1963-cü il tarixdə model müqaviləsi bağlanmışdır. - Bakı şəhəri Kirov rayon (Binəqədi) VVAQ Şöbəsi tərəfindən 28 may 1986-cı il tarixdə, 368 reyestr nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X17 26.05.1986-cı il tarixdə vəfat etmişdir. - Mənzil sahibi X2 Natavan küçəsi, ev 1, mənzil 1 ünvanına dair şəxsi hesab vərəsəqinə əsasən, həmin evdə X8 ailə üzvləri 1937-ci il təvəllüdlü Maria Dadaşova (gəlini) , Vera Dadaşova (nəvəsi), Vladimir Dadaşov (nəvəsi) və 1979-cu il təvəllüdlü Buqayeva Natalya (nəticəsi) yaşamışlar. - Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən Biləcəri Mülki qurğular distansiyasının rəisinə ünvanlanmış НГС-297/1 saylı, 16.04.1996-cı il tarixli məktuba əsasən, Azərbaycan Dövlət Dəmir Yol rəhbərliyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən, əasas kirayəçi V.Soboleva vəfat etdiyi üçün Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev 1, mənzil 1, yaşayış sahəsi 29.0 kv.m olan sıxlaşdırılmış iki otaqlı mənzildə ailə tərkibi iki nəfər (özü və əri) yaşayan X27 ilə kirayə müqaviləsi bağlamağa icazə vermişdir. Mənzil köhnə olduğundan order verilməmişdir. - 113 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş şəxsi hesab vərəqəsinə əsasən mənzilin sahibi İddiaçı, order nömrəsi hissəsində NQS 297, tarix 16.04.1996-cı, tutulmuş sahənin ölçüsü 29.0 kv.m, yaşayış haqqında məlumat hissəsində 1962-ci il təvəllüdlü İddiaçı, qohumluq əlaqəsi özü, qeydiyyat tarixi 22.09.1994-cü il göstərilmişdir. - Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2-630/2003 saylı, 21.04.2003-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X27 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev 1, mənzil 1-ə olan hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə prosesində müəyyən edilmişdir ki, tərəflər rəsmi nikahdan keçməklə 1994-cü ildə evləmişlər. Birgə nikahlarından uşaqları yoxdur. Ailə qurandan bir neçə il sonra cavabdeh mübahisəli mənzildən çıxıb, RF-nın Volqoqrad şəhərinə getmişdir və bir daha geri qayıtmamışdır. Aralarındakı nikah cavabdehin iştirakı olmadan 12.09.2000-ci ildə ləğv edilmişdir. 1996-cı ildən cavabdeh mübahisəli mənzildə üzürsüz səbəbdən yaşamasa da, həmin mənzildə formal pasport qeydiyyatında qalmışdır. Onun mənzildə formal pasport qeydiyyatında qalması iddiaçıya problemlər yaradır. Cavabdeh 6 aydan çox mübahisəli mənzildə pasport qeydiyyatında olduğu evdə yaşamadığı üçün həmin yaşayış sahəsinə olan hüquqlarını itirmişdir. Göstərilənlər nəzərə alınaraq, X5 Bakı şəhəri, Biəcəri qəsəbəsi, Natavan küçəsi 1, mənzil 1-ə olan hüquqları itirilmiş hesab edilmişdir. - 113 saylı Mənzil Kommnal İstismar Sahəsi tərəfindən verilmiş 06 nömrəli, 31.03.2021-ci il tarixli arayışa əsasən 1962-ci il təvəllüdlü İddiaçı 1994-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1, 2 mərtəbəli evin İ mərtəbəsində 29.0 kv.m, 2 otaqlı, 1 nömrəli mənzilində yaşayır. Ailə tərkibi 1 nəfər özündən ibarətdir. - Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evi tərəfindən 30.08.1994-cü il tarixdə verilmiş “Nikahın bağlanması haqqında şəhadətnamə”yə əsasən X11 ilə X27 arasında 30.08.1994-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydi kitabında 30.08.1994-cü ildə, 578 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evi tərəfindən 12.09.2000-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 349493 nömrəli “Boşanma haqqında şəhadətnamə”-yə əsasən X18 və X27 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 sentyabr 2000-ci ildə, 274 nömrə ilə qeyd edilmişdir. - 112 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 28.02.2003-cü il tarixli arayışa əsasən X27 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1, 2 mərtəbəli evin İ mərtəbəsində 29.0 kv.m, 2 otaqlı, 1 nömrəli mənzilində yaşayır. Mənzilin hər cür şəraiti olmuşdur. Mənzildə 1962-ci il təvəllüdlü X27 - özü, 1999cu il təvəllüdlü X22 – qızı, 1961-ci il təvəllüdlü X11 – yoldaşı. - 112 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 518 nömrəli, 12.04.2006-cı il tarixli arayışa əsasən X27 ünvan 6 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibi 2 (iki) nəfərdən ibarətdir. - 112 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 598 nömrəli, 08.05.2007-ci il tarixli arayışa əsasən X27 ünvan 6 ünvanında yaşayır. - 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli, İNH 014890 nömrəli Mənzil-Kommunal Xidməti üçün Mədaxil qəbzinin surətinə əsasən, İddiaçı Natəvan küçəsi, ev 1, mənzil 1 ünvanında yerləşən mənzil üzrə kommunal xidmətlər ödənilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qediyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 259447 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, 5075 məhəllə, 2 saylı evin 37.04 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 25 saylı mənzili X13 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 53 im saylı reyestr kitabında, 7869 səhifə, qeydə alma nömrəsi 60/2221, 18.02.2006-cı il tarixində qeydiyyat aparılmışdır. -Bakı şəhəri, Binəqədi rayon VVAQ Şöbəsi tərəfindən 25.01.2006-cı il tarixdə verilmiş, AZ-İ seriyalı, 221241 nömrəli “Nikah haqqında şəhadətnamə”yə əsasən X26 ilə X27 arasında 25 yanvar 2006-cı il tarixdə rəsmi nikah bağlanılmışdır. - 113 saylı Mənzil-Kommunal İsttismar Sahəsi tərəfindən verilmiş 354 nömrəli, 22.09.2021-ci il tarixli arayışa əsasən X26 həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsindəki 2 nömrəli evin, 25 nömrəli mənzilinin 3-cü mərtəbəsində, 37.04 kv.m sahəsi olan 33 otaqlı, 5 mərtəbəli binada yaşayan mənzilin şəraiti tam kommunal şəraiti var. Qeydiyyat vəsiqəsinin nömrəsi 30/2221, 18.02.2006-cı il tarixli. Bina 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsusdur. Mənzilin icarədarı X23r. X13 ailəsi 4 nəfərdən ibarətdir. Onlardan daimi qeydiyyatda olanlar: 1961-ci il təvəllüdlü X26 özü, 1988-ci il təvəllüdlü X14, 1993-cü il təvəllüdlü X15, 1999-cu il təvəllüdlü X22. - ünvan 8 ünvanında qeydiyyatda olan X28 və ünvan 9 ünvanında qeydiyyatda olan X1 tərəfindən verilmiş **********499 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən qonşuları İddiaçı 1994-cü il tarixindən hal-hazıradək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1 ünvanında yerləşən 1 nömrəli mənzildə qeydiyyatdadır və həmin tarixdən bu mənzildə yaşayır. - 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi, mühəndisi və sahə nəzarətçisi tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, 113 saylı MKİS-nin rəisi X16, mühəndis X24, sahə nəzarətçisi X29 bu aktı tərtib etmişlər ona görə ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1, mənzil 1-ə tərəflərindən baxış keçirilmiş, məlum olmuşdur ki, göstəriln ünvanda həqiqətən də, yaşayış yoxdur və mənzil uzun müddətdir bağlıdır. - 113 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 496 nömrəli, 14.09.2021-ci il tarixli arayışdan görünür ki, həqiqətən İddiaçı ünvan 10 ünvanda yaşamır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 1, mənzil 1-ə dair Azərbaycan Dəmir Yolu Evlər İdarəsinin 3 №-li Bakı Məsafəli Bina və Qurğuları İdarəsi tərəfindən X8 adına 19 may 1961-ci il tarixdə pasport tərtib edilmişdir. Sonra həmin mənzilə dair Azərbaycan Dəmir Yolu Evlər İdarəsinin 3 №-li Bakı Məsafəli Bina və Qurğuları İdarəsinin rəisi X3 tərəfindən X20 ilə 07 avqust 1963-cü il tarixdə model müqaviləsi bağlanılmışdır. Onun ailə üzvləri həmin evdə X8 ailə üzvləri 1937-ci il təvəllüdlü Maria Dadaşova (gəlini) , Vera Dadaşova (nəvəsi), Vladimir Dadaşov (nəvəsi) və 1979-cu il təvəllüdlü Buqayeva Natalya (nəticəsi) yaşamışlar. X20 26 may 1986-cı il tarixdə vəfat etmişdir. Mənzilin əsas kirayəçisi V.Soboleva vəfat etdikdən sonra həmin mənzildə yaşayan nəvəsi X11 ilə 30 avqust 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş hazırki iddiaçı Bağırova (Kərimova) Reyhan Əli qıznın adına kirayə müqaviləsinin bağanması barədə icazənin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Dəmir Yolu NQS-297/1 nömrəli, 16.04.1996-cı il tarixə öz razılığını bildirmişdir. İddiaçı (Kərimova) ilə X11 arasındakı nikah 12 sentyabr 2000-ci il tarixdə pozulmuş, onların birgə nikahlarından uşaqları olmamışdır. V.Dadaşov ailə qurduqdan bir neçə il sonra cavabdeh mübahisəli mənzildən çıxıb, Rusiya Federasiyasının Volqoqrad şəhərinə getmiş və geri qayıtmamışdır. 1996-cı ildən mübahisəli mənzildə üzrsüz səbəbdən yaşamasa da, həmin mənzildə formal pasport qeydiyyatında qalmışdır. Binəqədi Rayon Məhkəməsinin 2- 630/2003 saylı, 21 aprel 2003-cü il tarixli qətnaməsinə əsasən X5 Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsi 1, mənzil 1-ə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hal-hazırda sözügedən mənzildə keçmiş icarədarın üzvü kimi İddiaçı 1994-cü il tarixdən qeydiyyatda olmaqla, həmin mənzilin kommunal xərcləri onun tərəfindən ödənilir, mənzildə ondan başqa qeydiyyatda, icarədarın keçmiş üzvlərindən heç kim yoxdur. Cavabdeh öz etiraz ərizəsində iddiaçı ilə icarə müqaviləsinin bağlanmasını istisna edən hal kimi, iddiaçının adına orderin olmamasına və iddiaçının sözügedən ünvanda yaşamamasına, bununla da, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs olmadığına istinad etsə də, işin hallarından müəyyən edilir ki, Azərbaycan Dəmir Yolu Evlər İdarəsinin 3 №-li Bakı Məsafəli Bina və Qurğuları İdarəsi tərəfindən mənzilin əvvəlki icarədarı X12 adına 19 may 1961-ci il tarixdə pasport tərtib edilmiş, 07.08.1963-cü il tarixdə isə Azərbaycan Dəmir Yolu Evlər İdarəsinin 3 №-li Bakı Məsafəli Bina və Qurğuları İdarəsinin rəisi X4 ilə X20 arasında model müqaviləsi bağlanılmış və sonuncu sözügedən mənzilin icarədarı olmuşdur. V.Sobolevanın vəfatından sonra, Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən НГС-297/1 nömrəli, 16.04.1996-cı il tarixli razılıq məktubu ilə sözügedən mənzilə dair Bağırova (Kərimova) Reyhan Əli qızı ilə icarə müqaviləsinin bağlanmasına razılıq verilmiş, lakin, mənzil köhnə olduğundan order verilməmişdir. Bundan sonra İddiaçı (Kərimovanın) adına mənzilə dair şəxsi hesab vərəqəsi açılmışdır. İddiaçı mənzilin əvvəlki icarədarı X7 ailə üzvü olmuş, həmin mənzildə iddiaçı 1994-cü ildən halhazıradək fasiləsiz olaraq qeydiyyatda olmuş, mənzilin kommunal xərclərini ödəmiş, mənzildə yaşamış, faktiki olaraq mənzilin icarədarı funksiyasını yerinə yetirmişdir. Hazırda, mənzil təmirsiz olduğu üçün orada yaşaya bilmir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair mənzilin əvvəlki icarədarının hüquqları 1961-ci il tarixdən yarandığından, iddiaçı isə həmin mənzildə 1994-cü il tarixdən qeydiyyatda olmaqla yaşadığından, beləliklə, iddiaçının həmin mənzillə bağlı hüquqlarının əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığını nəzərə alaraq, məhkəmə qeyd edilən Məcəllənin maddələrinin tələblərinə istinad etməyi zəruri hesab edir. Belə ki, 08 iyul 1992-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən - Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçündür. Həmin Məcəllənin 10-cu maddəsinin 1-ci, 2-ci, 6-cı və 7-ci hissələrinə əsasən-Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Vətəndaşlar yaşayış evlərindən və yaşayış sahələrindən şəxsən varlanmaq, əməksiz gəlir əldə etmək məqsədilə və başqa tamah məqsədləri ilə, habelə cəmiyyətin mənafeyi zərərinə istifadə edə bilməzlər. Mənzil hüquqlarının digər vətəndaşların hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 28-ci maddəsinin 1-ci hissəsinə əsasən - həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 52-ci maddəsinin 2-ci hissəsinə əsasəndövlət və ya ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla birlikdə bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən-SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən-İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-bülluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Hazırki işin hallarından göründüyü kimi, mənzilin əvvəlki icarədarı 1986-cı il tarixdə ölmüş, onun ailə üzvü olan icarədarın nəvəsi, iddiaçının keçmiş ərinin isə həmin mənzilə dair istifadə hüquqlarına xitam verilmişdir. Mənzilə iddiaçıdan başqa icarədarın hər-hansı bir ailə üzvlərinin qeydiyyatı yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli mənzilin keçmiş icaradarı öldüyündən, keçmiş icarədarın ailə üzvü olan iddiaçının əvvəlki ərinin istifadə hüququna isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında xitam verildiyindən, iddiaçı mənzilin əvvəlki icarədarının ailə üzvü kimi 1994-cü ildən həmin mənzildə qeydiyyatda olmaqla yaşadığından, mənzil faktiki olaraq iddiaçının qanuni sahibliyində və istifadəsində olduğundan, iddiaçının mübahisəli mənzilə qeydiyyatı 2000-ci il tarixdən əvvələ təsadüf etdiyindən, onun mənzilə dair istifadə hüquqları yarandığından, mənzilin yerləşdiyi bina isə hazırda Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olduğundan, bununla da, iddiaçının hazırki tələbi isə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 11 ünvanında yerləşən 1 nömrəli mənzilə dair icarə müqaviləsinin İddiaçı ilə bağlanması öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar