Məhkəmə qərarları › İş №2-1(112)-14/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Verği Xidmətinin Vergilər Nazirliyinin nümayəndəsi Cabbarova Validə İlham qızı və cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı “AMEC X16. LİMİTED” şirkətinin Cavabdeh2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi) və Cavabdeh1nə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı “01 aprel 2015-ci il tarixli səyyar vergi yoxlaması aktının, 13 may 2015-ci tarixli qərarın və 13 may 2015-ci il tarixli tələbnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “AMEC X16. LİMİTED” şirkəti Cavabdeh2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi) və Cavabdeh1nə (Dövlət Vergi Xidməti) qarşı “01 aprel 2015-ci il tarixli səyyar vergi yoxlaması aktının, 13 may 2015-ci tarixli qərarın və 13 may 2015-ci il tarixli tələbnamənin ləğv edilməsi” barədə iddia ərizəsi ilə ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2014-cü il tarixdə Filial rəhbərliyi keçmiş Maliyyə X2 və keçmiş Baş X1 külli miqdarda icazəsiz pul köçürmələri ilə əlaqədar əməllərində cinayət tərkibinin olub-olmamasının araşdırılması məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin şəxslər barəsində ********* saylı cinayət işi başlanılmışdır. 02 oktyabr 2015-ci il tarixdə "AMEC X16. Limited" şirkəti Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaq çərçivəsində, istintaq orqanının təqdimatına müvafiq olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 4 noyabr 2014-cü il tarixli qərara əsasən, Filialda 2005-ci ildən məhkəmə qərarının tarixinə qədər olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin qərara əsasən, Cavabdeh1 yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisinin 1-ci müavini X13 tərəfindən qəbul edilmiş **********826320 saylı, 11 noyabr 2014-cü il tarixli qərarı ilə Vergi Məcəlləsinin 38.3.6-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Filialda növbədənkənar səyyar vergi yoxlaması (yoxlama ilə əhatə olunan vergi dövrü: iyul 2011 - sentyabr 2014, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: avqust 2011 - iyul 2013) təyin edilmişdir . Yoxlama ilkin olaraq 30 iş günü müddətinə təyin edilmiş, daha sonra vergi orqanının 19 dekabr 2014-cü il və 9 fevral 2015-ci il tarixli qərarları ilə əlavə olaraq 60 iş günü müddətinə uzadılmışdır. Həmin yoxlamanın nəticələrinə dair **********853428 saylı, 1 aprel 2015-ci il tarixli səyyar vergi yoxlaması aktı ("yoxlama aktı") qəbul edilmişdir. Vergi orqanının qərarlarını əsassız hesab etdiyindən, Filial Vergilər Nazirliyinə inzibati şikayət vermiş (AVİS qeydiyyatı: 16.02.2015-ci il tarixli, **********184900 nömrəli) və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisinin 1-ci müavini X13 tərəfindən çıxarılan **********826320 saylı, 11 noyabr 2014-cü il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında müvafiq dövrlərə aid digər tələbnamələrin, əşyaların götürülməsi haqqında qərarların və digər aktların etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının'X7 İlqar Əhmədov tərəfindən imzalanmış 2 mart 2015-ci il tarixli, **********357600 qərarı ilə Filialın inzibati şikayəti təmin edilməmişdir. Bundan başqa, Filial Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış 4 noyabr 2014- cü il tarixli qərara əsasən təyin edilmiş səyyar vergi yoxlaması ilə onun hüquq və qanuni mənafelərini pozulduğunu nəzərə alaraq, Binəqədi Rayon Məhkəməsinə qərarda qeyd edilən növbədənkənar vergi yoxlamasının vergi qanunvericiliyinə uyğun şəkildə aparılmasının qərarı çıxaran məhkəmə orqanı tərəfindən təsdiqlənməsin! xahiş etmişdir və məhkəmə vəsatətə əsasən 20 aprel 2015-ci il tarixli məktubu ilə Binəqədi Rayon Məhkəməsinin həmin qərarında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə istinad edildiyini və qərara əsasən təyin edilmiş vergi yoxlamasının Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun aparılmalı olduğunu bildirmişdir. Filialın etiraz ərizəsindəki gətirdiyi dəlillərin və təqdim etdiyi sənədlərin yoxlanılmasının nəticələrinə dair vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 13 may 2015-ci il tarixli, **********899798 saylı qərar qəbul edilmiş və Qərarda Filial tərəfindən təqdim edilmiş etiraz və dəlilər əsassız hesab edilmiş və Filialı ÖMV, MÖMV, faizlər və maliyyə sanksiyası, həmçinin vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə maliyyə sanksiyası daxil olmaqla 2,131,509.18 manat məbləğində vergi məsuliyyətinə (3 illik verginin yenidən hesablama tələbləri nəzərə alınmaqla) cəlb edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81-1287/2016saylı, 10 fevral 2016ci il tarixli qərardadı ilə Cavabdeh1 yanında 1 sayylı Vergilər Departamentinin nümayəndəsinın iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilərək, hazırkı iş üzrə icraat “AMEC X16. LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialının məsul şəxsləri X9 və X12 barəsində başlanılmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli məktubuna əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2017-ci il tarixli hökmü 25 dekabr 2017ci il tarixdə, X5 Azərbaycan Respublikası CM-nin 179.3.2 və s. maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.03.2018ci il tarixli hökmü 25 iyul 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmənin 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını (20.10.2020-ci il, 23.11.2020-ci il, 27.04.2021-ci il tarixlərə) təyin etmişdir. Məhkəmə iclasları barədə iddiaçıya məhkəmə bildirişləri göndərilmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “AMEC X16. LİMİTED” şirkətinin Cavabdeh2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi) və Cavabdeh1nə (Dövlət Vergi Xidməti) qarşı “01 aprel 2015-ci il tarixli səyyar vergi yoxlaması aktının, 13 may 2015-ci tarixli qərarın və 13 may 2015-ci il tarixli tələbnamənin ləğv edilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “AMEC X16. LİMİTED” şirkətinin Cavabdeh2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi) və Cavabdeh1nə (Dövlət Vergi Xidməti) qarşı “01 aprel 2015-ci il tarixli səyyar vergi yoxlaması aktının, 13 may 2015-ci tarixli qərarın və 13 may 2015-ci il tarixli tələbnamənin ləğv edilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2 -1(112)-14/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar