Məhkəmə qərarları › İş №2-1(112)-140/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-140/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-140/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “əmək pensiyasının ödənilməmiş fərq məbləğinin qərarın icra edildiyi tarixədək ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)-4033/2019 saylı qərarının icrası ilə bağlı iddiaçıya 233,20 manat pensiya təyin edilməli olduğuna dair cavabdeh orqanın müvafiq komissiyasının qərarının ləğv edilməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2-1 (81)-4033/2019 saylı qərarı əsasında təyin edilməli olan pensiya məbləği məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə müəyyən edilərək aylıq pensiyanın həmin məbləğdə ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “güzəştli şərtlərlə xx.xx.2008-ci il tarixdən ödənilməli olan əmək pensiyasının ödənilməmiş fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) əsasən xx.xx.2014-cü il tarixdən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-4033/2019 saylı qərarının icra edildiyi tarixədək ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)-4033/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının 1973-cü il tarixdən 1980-ci il tarixədək ali təhsil aldığı müddət, Salyan rayon X7 Şöbəsində iyul 1968-ci il tarixdən iyul 1969-cu il tarixədək bufetçi vəzifəsində, X13 Donanmasında xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək elektrik vəzifəsində, Bakı Polad Burazlar Zavodunun təchizat və satış şöbəsində xx.xx.1973-cü ildən xx.xx.1974-cü il tarixədək əmtəəşünas vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla, xx.xx.1983-cü ildən xx.xx.1997-ci il tarixədək Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində suvaqçı-bənna vəzifəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2008ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqından hesablanması və xx.xx.2008-ci il tarixdən xx.xx.2014cü il tarixədək yaranmış pensiya fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə qərarı ilə iddiaçıya iddia ərizəsinəə əlavədə qeyd edildiyi kimi, xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yalnız xx.xx.2014-cü il tarixədək yaranmış pensiya fərqinin ödənilməsi qərara alınmışdır. Halbuki məhkəmə ona yardımetmə funksiyasına uyğun olaraq yaranmış pensiya fərqinin ümumi qaydada pensiya təyin edildiyi tarixədək deyil, qərarın icra ediləcəyi tarixədək tələb etmək hüququnun olduğunu izah etməli idi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2282/2021 nömrəli qərardadı ilə iddiaçı məhkəmə iclaslarına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən iddia geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci iltarixli 2-1(103)- 1485/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2282/2021 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı 08.012.2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)-4033/2019 saylı qərarının icrası ilə bağlı iddiaçıya 233,20 manat pensiya təyin edilməli olduğuna dair cavabdeh orqanın müvafiq komissiyasının qərarının ləğv edilməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2-1 (81)-4033/2019 saylı qərarı əsasında təyin edilməli olan pensiya məbləği məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə müəyyən edilərək aylıq pensiyanın həmin məbləğdə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2282/2021 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-427/2022 nömrəli qəraradı ilə İddiaçı yaranmış fərqin yenidən hesablanaraq ödənilməsi ilə bağlı müraciətinə 20 (iyirmi) gün müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmiş və xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan tərəfindən “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/2-157889/2023 nömrəli məktubu təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, İddiaçı Fondun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2- 1(81)-4033/2019 nömrəli qərarına əsasən adıçəkilən şəxsə 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqından hesablanması və xx.xx.2008-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi Mərkəzi Filiala həvalə edilib. Həmin qərarın icrası məqsədilə İddiaçı təyin olunmuş ümumi əsaslarla yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılıb. Adıçəkilən şəxsə yaşa görə sonuncu ödənilmiş pensiya məbləği 233,20 manat təşkil edib. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260 İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminat haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(81)-4033/2019 nömrəli qərardadı nəzərə alınaraq icrası üçün adıçəkilən şəxs tərəfindən əmək haqqı barədə arayış hazıradək Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən həmin qərarının tam icrası mümkün olmamışdır. Bundan başqa, sözügedən məhkəmə qərarının icrası məqsədilə İddiaçı sosial sığorta stajına uyğun hesablanmaqla 233,20 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 10246,80 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin pensiya məbləği xx.xx.2021-xx.xx.2021-ci iltarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi və həmin Qanunun hazırda qüvvədə olan 26.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 327,21 manat təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izhatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə ərizədə qeyd edilənlər ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2- 1 (81 )-4033/2019 saylı iş) 29 noyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı 1973-cü il tarixdən 1980-ci il tarixədək ali təhsil aldığı müddət, Salyan rayon X7 Şöbəsində iyul 1968-ci il tarixdən iyul 1969-cu il tarixədək bufetçi vəzifəsində, X13 Donanmasında xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək elektrik vəzifəsində, Bakı Polad Burazlar Zavodunun təchizat və satış şöbəsində xx.xx.1973-cü ildən xx.xx.1974-cü il tarixədək əmtəəşünas vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla, xx.xx.1983-cü ildən xx.xx.1997-ci il tarixədək Bakı şəhəri XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Tikinti Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində suvaqçı-bənna vəzifəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2008- ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqından hesablanması və xx.xx.2008-ci il tarixdən xx.xx.2014- cü il tarixədək yaranmış pensiya fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X2, 2-1 (103)-571 /2020 saylı iş) 19 fevral 2020-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 15 aprel 2020-ci il tarixdə kasassiya şikayəti verərək qərarın ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1 (102)- 1313/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1 (103)-571/2020 saylı, 19 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş müvafiq məhkəmə qərarının icra olunması ilə bağlıdır. Göstərilənlərlə bağlı olaraq məhkəmə qeyd edir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçının 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2008- ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqından hesablanması və xx.xx.2008-ci il tarixdən xx.xx.2014- cü il tarixədək yaranmış pensiya fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, təyin edilmiş pensiya məbləğinin hesablanıb ödənilməsi məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş pensiyanın hesablanmasına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında pensiyanın yenidən hesablanmasıilə bağlı, eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə ərizə ilə müraciət etməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi ilə bağlı olduğundan, həmin tələbə müstəqil iddia icraatı çərçivəsində baxılması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, iddia mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinin tələbi baxımından məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göründüyü kimi, məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutarar iddiaçıya xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təkrar hüquqi yardım göstərərək qanunvericiliyn müvafiq maddələri tələbləri izah edilməsinə baxmayaraq, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iddiaçıya kifayət qədər şərait yaradılmasına baxmayaraq iddiaçı qanunvericiliyə uyğun olaraq tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah olunur ki, hazırkı iddia tələbi ilə bağlı olaraq məhkəməyə müstəqil iddia tələbi ilə deyil, qüvvədə olan məhkəmə qərarının davamı olaraq ərizə ilə müraciət edilməlidir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar