Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-140/2024 10.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vərəsəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və pensiya hüququnun yarandığı tarixdən ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ikinci qrup Çernobıl əlili olmağının nəzərə alınaraq 1987-ci ilin may ayından 1987-ci ilin noyabr ayınadək Çernobıl AES qəzasının aradan qaldırılmasında iştirak etməyi səbəbi ilə əmək haqqının 4 qat mislində mükafatın hesablanaraq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə protokol qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edilərək İddiaçı pensiyasının Çernobıl AES qəzasında zərərçəkən kimi iş yerində aldığı 36184 rubl məbləğində əmək haqqı nəzərə alınmaqla AR ƏƏSMN-nin 1-18 saylı, xx.xx.1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması qaydaları”na müvafiq hesablanması və pensiya hüququnun yarandığı tarixdən ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə icraatı İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. CMS-Azemis elektron informasiya-axtarış sistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16/2-27017/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə miras qoyan İddiaçı vərəsəsi X2 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı 3-17- 1/2-108674/2024 saylı xx.xx.2024-cü il tarixli yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatda İddiaçı qanuni vərəsəsi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-140/2024 nömrəli inzibati iş vardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş əlilliyə görə pensiyasının yenidən hesablanmasından ibarətdir. İddiaçı xx.xx.2022-ci il tarixdə öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti, yəni iddiaçıya təyin edilmiş əlilliyə görə pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbi baxımından hüquq varisliyinə yol vermədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli 2-1(102)-1/2023 nömrəli qərardadında inzibati mübahisəslərə dair işlər üzrə iddiaçı öldükdə sonra hüquq varisliyinə yolverilməməsi qeyd edilmişdir. Qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq İddiaçı qanuni vərəsəsi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə iclasları təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının vərəsəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vərəsəsi iş üzrə icraata xitam verilməməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1/2023 nömrəli iş üzrə 08 dekabr 2023-cü il tarixli qərardadına uyğundur. Həmin hüquqi mövqe bu qərardadda ifadə olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş pensiyanın yenidən hesablanmasından ibarətdir. İddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə və həmin Məcəllənin 1.2, 67.1, 67.3, 80, 83.1 və 85-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262.1, 262.4, 262.5, 268-269-cü maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və pensiya hüququnun yarandığı tarixdən ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-140/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-140/2024
10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver