Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1400/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı miras qalmış və miras kütləsinə daxil olan Bakı şəhəri,Xəzər rayonu, Xaşa-xuna ərazisində 272 saylı bağ sahəsində yerləşən torpaq sahəsinin üzərində hüquqlarının mövcud vəziyyətdə tanınması və tanınmış hüququ barədə ona çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhərində anadan olmuşdur. X1 Bakı şəhəri, Xəzər rayonu,Xaşa- xuna qəsəbəsi,272 saylı bağ evi miras qalmışdır. Həmin bağ sahəsi 1956-cı ildən onların istifadəsindədir. Orda olan köhnə tikilləri bunu sübut kimi göstərmək olar. Onlara miras qalmış bağ evinin və torpaq sahəsinin özələşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDK və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi idarəsinə müraciət etmişdir. Lakin ona ordan imtina cavabı verdilər. Səbəb kimi də torpaq sahəsində 110 kVlıq elektrik xəttinin keçməsi və orada olan elektrik vişkasının olmasıdır. Buna görə də o, ona miras qalmış uzun illərdir istifadəsində olan bağın üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. O, öz növbəsində Azerişıq ASC -yə ərizə ilə müraciət etmişdir. Lakin onlar həmin xəttin hələdə orada qalacağını bildirdilər.Həmin xətt ora bağ sahəsi ayrılandan sonra çəkildiyi qeyd edilir. Lakin ondan da əvvəldən həmin ünvan onun valideynlərinin istifadəsində olub. Miras qalmış əmlak onların istifadəsində 60 ildən çoxdur artıq. Hansı ki, həmin dövrdə elektrik xəttindən ümumiyyətlə söhbət gedə bilməzdi ,nəinki "xxxx" xətti. 110 Kv -luq elektrik verilişi xəttinin yerləşdirəndə həmin ərazidə yaşayan sakinlərin bağ sahələrinin istifadəsində olan şəxslərə hər hansı bir məlumat verilmədən yerləşdirilib. Onlara bağ sahəsi ayrılanda həmin sahədə elektrik xətti yox idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-ci il tarixdə, ********** qeydiyyat nömrəli, ********** daxilolma nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq müvafiq olaraq xx.xx.2023cü il tarixli, **********35 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli, **********10 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sahənin 1659 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsinə X21 (fin: 426A68W) tərəfindən 37872 saylı, xx.xx.2006-cı ilə tarixli müqavilə əsasında “410A” saylı bağ sahəsi kimi müraciəti qeydə alınmışdır. Təqdim edilən sənədlər mərhum X5 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus sənədlər əsasında vərəsəsinə çıxarış verilməsi nəzərdə tutulmamışdır. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakı n dövlət reyestri haqqı nda” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1400/2025 nömrəli qərardadı ilə X21 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qisməndə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1400/2025 nömrəli qərardadı ilə X19 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qisməndə cəlb edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində yerləşən sahəsi 2500 kv.m olan 272 saylı bağ sahəsinə mülkiyyət hüququnun X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixli 848 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2005- ci ildə ölmüş anası X8 adına vərəsəlik işi açılmışdır. Məlumat üçün nəzərinizə çaldırırıq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin məcəllənin 115 1 -ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Eyni zamanda ’’Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlarla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X10 məxsus olan Bakı şəhəri. Xəzər rayonu, Xoşa-Xuna ərazisində, 272 N-li bağ sahəsi ünvanındakı əmlak barəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı və hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərməyiniz xahiş olunur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-9/2-A- 18/164/23 məktubunda göstərilmişdir ki, Sizin “Azərenerji" ASC-yə ünvanlanmış d/o: 13- 9/1-A-18/5/2023 saylı xx.xx.2023-cü iı tarixli müraciətiniz araşdırılmışdır. Məlumat üçün bildiririk ki, Xəzər rayonu, Xaşa-xuna ərazisində yerləşən 272 saylı bağ sahəsindən keçən "xxxx" ASC-yə məxsus 110 kV-luq Dübəndi hava elektrik verilişi xətti 1950-ci ildə inşa olunaraq istismara verilmiş və 2014-cü ildə mövcud trassada yenidən qurulmuşdur. Halhazırda hava elektrik verilişi xəttinin yeraltı kabel xətti ilə əvəz edilməsi nəzərdə tutulmur. Yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" ilə tənzimlənir. Qaydaların 5-ci bəndinə əsasən, 110 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçdiyi trassa boyu kənar məftillərdən hər iki tərəfə 20 metr qəbul olunmuşdur. Göstərilən Qaydaların 12 və 14-cü bəndlərinə əsasən, hava xətlərinin mühafizə zonalarında bina və qurğuların tikintisi, hava xətlərinin keçdiyi ərazilərin çəpərlənməsi, trassa?! ooyu hərəkətin məhdudlaşdırılması, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək hər bir fəaliyyət növü qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 6-02/06/A- 507/7870 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan ərazidə yüksək gərginlikli elektrik veriliş xətti "xxxx" ASC-nin balansındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamentinin X4 və İstismarı Birliyinin “Xaşa- Xuna ərazisindəki 272 nömrəli bağın istifadəyə verilməsi haqqında” 4017 saylı xx.xx.2003cü il tarixli Müqaviləyə əsasən, X4 və X12 rayonunun Xaşa-Xuna ərazisində 0.25 ha torpaq sahəsi olan 272 nömrəli bağı X5 istifadəsinə vermişdir. Bağ 1927-ci il təvəllüdlü X5, və Ağayeva Zərifə, Ağayeva Zenfira, Ağayev Faiq, Ağayev Fikrət, İddiaçı olmaqla-5 ailə üzvünün istifadəsinə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********33 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -“Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə” xx.xx.1959-cu il tarixli 4017 nömrəli müqaviləyə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi Xaşa-Xuna ərazisində sahəsi 0.36 hektar olan 148 saylı bağ sahəsini X9 istifadəsinə vermişdir. -“Bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə” xx.xx.1967-ci il tarixli 4017 nömrəli müqaviləyə əsasən Bakı Şəhər İcraiyyə Komitəsi Bakı şəhər X13 İcraiyyə Komitəsininin bağ bölgüsü üzrə Komissiyasının qərarına uyğun olaraq sahəsi 0.25 ha olan, üzərində 1 otaqlı, yaşayış sahəsi 13.60 kv.m tikili olan 156 saylı bağ sahəsini X9 istifadəsinə vermişdir. -“Bağ sahəsi və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” xx.xx.1973-cü il tarixli 4017 nömrəli müqaviləyə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi Xaşa-Xuna qəsəbəsində 0.25 ha sahəsi olan 1 otaqdan ibarət, 13.60 yaşayış sahəsi olan mənzil yerləşən 272 saylı bağ sahəsini X9 istifadəsinə vermişdir. -“Bağ evlərinin və binaların uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1987-ci il tarixli müqaviləyə əsasən icarədar Bakı şəhər İcra Hakimiyyətinin Evlərin Təsərrüfatı İdarəsi Xaşa-Xuna ərazisində 0.25 ha sahəsi olan 272 saylı bağ sahəsini icarəçi X9 istifadəsinə vermişdir. Bağ sahəsinin yerləşmə planına əsasən 157/272 nömrəli bağın qonşuluğunda 271, 273, 268, 279, 284 nömrəli bağ sahələri yerləşir. -xx.xx.2002-ci il tarixli ərizədən görünür ki, X15 Bakı Şəhər Bağlar Birliyinin direktouna ərizə ünvanlayaraq həyat yoldaşı X9 öldüyünə görə 272 saylı bağ sahəsinin və evin onun adına keçirilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamentinin X4 və İstismarı Birliyinin “Xaşa-Xuna ərazisindəki 272 nömrəli bağın istifadəyə verilməsi haqqında” 4017 saylı xx.xx.2003-cü il tarixli Müqaviləyə əsasən, X4 və X12 rayonunun Xaşa-Xuna ərazisində 0.25 ha torpaq sahəsi olan 272 nömrəli bağı X5 istifadəsinə vermişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********96 nömrəli məktubu ilə təqdim edilən xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən” müayinə aktından görünür ki, torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 2500 kv, faktiki olaraq şərti sahəsi 2500 kv.m, elektrik xətti çıxıldıqda 841.0 kv.mdir. Torpaq sahəsində yarımçıq tikili, uçuq tikili, hovuz və həyət tikilisi var. Sahəyə xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış zamanı məlum oldu ki, qonşu bağın ərazisində hasara alınmış 303 kv.m sahəni ayıran hasar faktiki uçurulmuşdur. Bağ sahəsinin ərazisindən 110 kv-luk elektrik xətti keçir. Elektrik xətttinin mühafizə xətti çıxıldıqda 841.0 kv.m qalır. Bağ sahəsinə dair məhkəmə mübahisəsi olub. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********10 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən görünür ki, iddia olunan bağ sahəsinin ətrafında 273A, 273, 269, 279, 310 nömrəli bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********51 nömrəli məktubu ilə təqdim edilən X17 ünvanlanmış xx.xx.2020-ci il tarixli **********31 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 410 “a” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı verilmiş imtina məktubun araışdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ciu il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır. Belə ki, göstərilən bağ sahəsi 272 saylı bağ sahəsinin ərazisidir. Həmçinin, göstərilən sahənin bir hissəsi 110.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, sənəddə torpaq sahəsi 1200.0 kv.m göstərilib, faktiki isə 1022.0 kv.m təşkil edir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-34/2022 nömrəli Qətnaməsinə əsasən İddiaçı cavabdeh X11rşı “torpaq sahəsində çıxarılma” tələbi təmin edilmiş, Bakı şəhər Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki 0.25 ha sahəsi olan 272 nömrəli bağ sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.03 ha hissəsindən çıxarılması, cavabdeh X19 tərəfindən mübahisəli torpaq sahəsində tikilmiş hasar onun hesabına sökülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” Qərarında göstərilmişdir ki, icra sənədində qeyd edilən tələb borclu X19 tərəfindən tam şəkildə təmin olunduğuna görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-34/2022 nömrəli icra sənədinə xitam verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********10 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən şərt göstərilən torpaq sahəsinin bir hissəsi 110 kV-luq yüksək gərginliikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin əvvəlki müraciət zamanı fərqli konfiqurasiyalı sahə göstərilmişdir. Eləcə də sahəyə digər şəxsin müraciəti olmuşdur. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan. Respublikası Nazirlə Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlə qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında ilkin nömrəsi 156, sonradan 272 nömrəli bağ sahəsi 4017 nömrəli xx.xx.1959-cu il tarixli, xx.xx.1967-ci il tarixli, xx.xx.1973-cü ilvə xx.xx.1987-ci il tarixli müqavilələr əsasında X9 istifadəsinə verilmiş, sonuncunun vəfatından sonra həmin bağ sahəsi X4 və İstismarı Birliyi ilə bağlanmış 4017 saylı xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən, 0.25 ha ölçüdə X5 istifadəsinə verilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Beləliklə, sonuncu dəfə X15 ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamentinin X4 və İstismarı Birliyi arasında bağlanmış 4017 saylı xx.xx.2003-cü il tarixli müqavilə iddia edilən Xaşa Xuna ərazisindəki 272 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - Əvvəlki müraciət zamanı fərqli konfiqurasiyalı sahə göstərilmişdir. - Sahəyə digər şəxsin müraciəti olmuşdur. -Elektron kadastr məlumatlarına əsasən şərt göstərilən torpaq sahəsinin bir hissəsi 110 kV-luq yüksək gərginliikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd diln dəlillrini müraciətin təminindən imtinaya dair formal mülahizə olaraq qiymətləndirir. İlkin olaraq qeyd edilməlidir ki, arxiv sənədlərinə əsasən Xaşa-Xuna ərazisində 272 nömrəli bağ sahəsinin arxiv qovluğundakı bağ sahəsinin yerləşmə cizgisində ətrafnda 271, 273, 279, 268 nömrəli bağ sahələrinin olduğu öz əksini tapmışdır. Eyni zamanda təqdim olunan ərazinin ortofotogörüntüsündə naturada 272 nöməli bağ sahəsi kimi iddia olunan sahənin ətrafında 273A, 273, 269, 279, 310 nömrəli bağ sahələri yerləşdiyi müəyyən olunur. Beləliklə, bağ sahəsinin inventarizasiya aktları, bağın yerləşmə planı və hazırkı yerləşmə vəziyyətinin ortofotgörüntüsünun müqayisəli təhlili faktiki sahənin sxematik plan üzrə bağların yerləşməsi ardıcıllığına uyğun olduğu qənaətinə gəməyə əsas verir. Cavabdeh özünün imtinaısnda da iddia olunan sahənin yerləşməsinin sxematik xəritə üzrə uyğunsuz olması ilə bağlı hər hansı dəlil irəli sürməmişdir. Cavabdehin qeyd etdiyi əvvəlki müraciət zamanı fərqli konfiqurasiyalı sahənin göstərilməsi ilə bağlı dəlil də imtina üçün qanuni əsas hesab edilə bilməz. Əvvəla, cavabdeh qeyd etdiyi kimi iddiaçının eyni sənədlər əsasında əvvəllər başqa ərazini göstərməsi, bağın yerini tanımaması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı sahənin ölçüsü, yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin yerləşmə vəziyyəti (baş planı) tərtib edilmiş, sahənin iddiaçının faktiki sahiblik və istifadəsində olduğu müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, iddia olunan 2500 kv.m ölçüdə torpaq sahəsinin üçüncü şəxs tərəfindən zəbt edilməsi ilə bağlı məhkəmə mübahisəsi nəticəsində Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-34/2022 nömrəli qətnaməsi ilə 0.25 ha sahəsi olan 272 nömrəli bağ sahəsinin X19 tərəfindən zəbt edilmiş 0.03 ha hissəsindən çıxarılması, həmin hissədə tikilmiş hasarın onun hesabına sökülməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra sənədinə icra vərəqi icra olunduğuna görə Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xitam verilmişdir. Beləliklə, iddia olunan 272 nömrəli bağ sahəsi sənəd üzrə 0.25 ha ölçüdə olmaqla hazırkı halda faktiki olaraq 0.25 ha ölçüdə iddiaçının sahibliyində və istifadəsindədir. Sahəyə digər şəxsin müraciəti olması dəlilinə gəlincə qeyd olunur ki, iş üzrə cavabdeh iddia olunan sahəyə hazırkı icraata üçüncü şəxs qismində cəlb edilmiş X16 müraciətinin olduğunu qeyd etmişdir. Lakin üçüncü şəxsə verilmiş cavab məktubundan görünür ki, H.Əhədova 410a nömrəli bağ sahəsinin qeydiyyatı ilə bağlı müraciət etmişdir. Halbuki, yuxarıda da qeyd edilən sübutlardan müəyyən olunur ki, həmin 269-273 nömrəli bağların ərazisidir və ətrafda 410-la başlayan bağ sahələri yoxdur. Bundan əlavə, cavbadeh orqan həmin şəxsə verdiyi imtina məktubunda göstərilən sahənin 272 saylı bağ sahəsi olduğunu bilavasitə qeyd etmişdir. Başqa sözlə, inzibati orqan hazırkı halda iddiaçının faktiki sahiblik və istifadəsində olan bağ sahəsinin məhz iddiaçının iddia etdiyi hüquqmüəyyənedici sənədlərə əsasən 272 nömrəli bağ ərazisi olduğunu təsdiq etmişdir. Belə olan halda müəyyən olunur ki, X2 ilə bağlı hər hansı iddiasının olması hazırkı iddianın təmin edilməsinə mane olmur. İddia olunan torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı iş üzrə müəyyən olunur ki, sözügedən 272 nömrəli bağ torpaq sahəsi üzərində fərdi yaşayış evi yoxdur. Ərazidə uçuq tikili, həyət tikilisi vardır. Hazırkı halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal mövcud deyildir. Belə ki, cavabdehin istinad etdiyi elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlil fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı irəli sürə biləcəyi dəlil olub torpaq sahəsinə qeydiyyatı istisna edəcək dəlil kimi çıxış etmir. İddiaçı fərdi evə deyil, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində yerləşən sahəsi 2500 kv.m ölçüdə 272 saylı bağ sahəsinə mülkiyyət hüququnun X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində yerləşən sahəsi 0.25 ha ölçüdə 272 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun X7 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1400/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1400/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver