Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1401/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə qarşı “əlilliyə görə pensiyanın təyin edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıyev Abduləhəd Ədil oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi” barədə qərar çıxarılmasını məhkədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə müraciət edərək iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edərək, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən İİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilməsi bildirilmiş, ona tələb olunan 15 il sığorta stajının olmaması, sığorta stajının 13 il 7 ay 7 gün təşkil etməsi göstərilmişdir. Cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı xx xxxxxxx 1959-cu ildə anadan olmuşdur. xx xxxxxx 1978-ci ildən xx xxxxxx 1980-ci ilədək hərbi xidmətdə olmuşdur, bundan sonra müxtəlif işlərdə xx xxxxxx 1994-cü ilədək 13 il 7 ay 7 gün işləmişdir. 1998-ci ilin yanvar ayından isə sahibkarlıq fəaliyyəti ilə (taksi fəaliyyəti) məşğul olmağa başlamış, sonradan xx xxxxx 2006-cı il tarixdə fərdi qaydada vergi ödəyicisi kimi qeydə alınmış, bu fəaliyyətini də 2019-cu ilədək davam etdirmişdir. Göründüyü kimi iddiaçının, ümumilikdə, 37 il sığorta stajı olmuşdur. İddiaçı xx xxxxxx 1978-ci ildən xx xxxxxx 1980-ci ilədək hərbi xidmətdə olduğundan və 1998-ci ilin yanvar ayından hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş zəruri ödənişləri həyata keçirdiyindən bu dövrlər ərzində iddiaçının fəalliyyəti sığorta stajına daxil edilməlidir. İddiaçının 15 yaşından İİ qrup əlil aldığı tarixədək, yəni 60 yaşınadək əmək qabiliyyətli yaş dövrü hesab edilir. Yəni iddiaçının 45 il əmək qabiliyyətli yaş dövrü olmuşdur. Buna görə də əmək qabiliyyətli yaş dövrü hesab edilən 45 ilin hər tam ili üçün 4 ay sığorta stajı, yəni 180 ay, yəni 15 il (45x4=180:12=15) sığorta stajı olmalıdır. Əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 13 il 7 ay 7 gün təşkil etməsi və hərbi biletinə əsasən 2 il müddətinə həqiqi hərbi xidmətdə olmağı artıq iddiaçıya əlilliyə görə əmək pensiyası almaq hüququ verir. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinin etirazında göstərilmişdir ki, hazırki iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli müraciətdən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, İİ qrup əlillərə əlliliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçıya münasibətdə tələb olunan sosial sığorta stajı 15 ildir, lakin iddiaçının 13 il 7 ay 7 gün sığorta stajı vardır. İddiaçı iddia ərizəsində xx xxxxxx 1978-ci ildən xx xxxxxx 1980-cı ilədək hərbi xidmətdə olduğunu, hərbi xidmətdən sonra isə xx xxxxxx 1994-cü ilədək müxtəlif işlərdə işlədiyini, 1998-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2006-cı il tarixdən fərdi qaydada vergi ödəyicisi kimi qeydə alındığını və fəaliyyətini 2019-cu ilədək davam etdirdiyini və ümumilikdə 37 il sosial sığorta stajı olduğunu qeyd etmişdir. Lakin iddiaçının 1998-ci ildən sonrakı əmək fəaliyyəti dövrü cavabdeh tərəfindən nəzərə alınmamışdır. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli qərarı ilə İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Lakin iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənməmiş və sığortaedən heç bir fəaliyyət kodu üzrə hesabat göndərməmişdir. Yuxarıda göstərilən xüsusatlardan çıxış edərək İddiaçı tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, o, xx.xx.1959-cu il tarixdə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən İİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilməsi bildirilmiş, ona tələb olunan 15 il sığorta stajının olmaması, sığorta stajının 13 il 7 ay 7 gün təşkil etməsi göstərilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx xxxxxxx 2020-ci il tarixli 263 saylı arxiv arayışından görünür ki,Göyçay rayon İnçə kənd Engels adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarında iddiaçının aşağıdakı qaydada əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var: 1977-ci il: 17 adam günü, 51 rubl, iş -48, vərəqə-99. 1978-ci il: 96 adam günü, 2020 rubl, iş-56, vərəqə 78. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx xxxxxx 2020-ci il tarixli **********0 saylı məktubuna əlavə edilərək məhkəməyə göndərilmiş İddiaçı əlilliyin təyin edilməsi ilə bağlı “Əlillik altsistemi”ndən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, iddiçının müayinəsi nəticəsində xx.xx.2019-cu il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin olunmuşdur. - İddiaçı məxsus xx xxxx 1981-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilərək tərcümə edilmiş surətindən görünür ki, İddiaçı Şəhər dispanserinə daxil olmadan əvvəl kolxozçu kimi 1 (bir) ilik əmək stajı olub (№99 01.09.77), xx.xx.1981-ci il tarixdən (Əmr № 2&5 10.01.81) xx.xx.1981-ci il tarixə qədər həyət işçisi vəzifəsində, xx.xx.1981-ci il tarixdən (Əmr № 16&i 30.03.81) əməliyyat bölməsinin sanitar işində xx.xx.1981-ci ilədək (Əmr №111 18.11.81) ,xx.xx.1981-ci il tarixdən (Əmr №81-1 30.12.81-ci il) xx.xx.1982-ci il tarixə qədər “Azərbalıq” birliyinin balıq emalı sənayesində 3-cü dərəcəli fəhlə peşəsində, xx.xx.1982-ci il tarixdən (Əmr № 23 xx.xx.1982-ci il) Bakı Balıq Hislətmə zavodunda “Azərbalıq” birliyinin 5-li nömrəli sahəyə 3cü dərəcəli balıq emalı vəzifəsində, xx.xx.1983-cü il tarixdə (Əmr №18-1 28.03.83-cü il) 3cü dərəcəli balıq emalçısı peşəsində, xx.xx.1983-cü il tarixdən (Əmr №18-1 28.03.83) xx.xx.1985-ci il tarixə (Əmr №157 26.08.85) balıq emalçısı peşəsində, xx.xx.1985-ci il tarixdən (Əmr №133 08.10.85) Karton ağ mallar fabriki 5 nömrəli sahəyə yükdaşıyan peşəsində, xx.xx.1988-ci il tarixdən (Əmr №49/k 22.03.88) həmin sexin fəhlə peşəsində, xx.xx.1988-ci il tarixdən (Əmr №78/k 10.05.88) maşinist şagirdi peşəsində, xx.xx.1988-ci il tarixdən 1-ci dərəcəli maşinist peşəsində (Əmr №100/k 14/06/88), xx.xx.1989-cu il tarixdən (Əmr №166/k 27/10/89) xx.xx.1990-cı il tarixə qədər (Əmr №4/k 04/01/90) 2-ci dərəcəli maşinist peşəsində, xx.xx.1993-cü il tarixdən (Əmr 66 xx.xx.1993) Nizami rayon UTİ 61-ci mağazada 3-cü dərəcəii satıcı peşəsində, xx.xx.1994-cü il tarixdən (Əmr №366 xx.xx.1994) xx.xx.1994-cü il tarixə qədər (Əmr №38-5 xx.xx.1994) 61/2 №-li mağazada satıcı peşəsində işləmişdir. - İddiaçıya məxsus Göyçay rayon Engels adına kolxozu tərəfindən tərtib edilmiş 99 saylı kolxozçunun əmək kitabçasından görünür ki, 1977-ci il üçün 143 adam gün, 1978-ci il üçün 95 adam günü işləmişdir. - İddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixə qədər hərbi xidmətdə olmuşdur. - Bakı şəhəri Vergilər Departamenti 3 saylı filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2006-cı il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ********** VÖEN verilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeyiyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı Fərdi şəxsi hesab haqqında məlumatında görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatına ünvanlanmış **********7 nömrəli xx xxxxxx 2021-ci il tarixli müraciətinə X4 uçota nəzarət və sosial sığorta departamentində baxılmışdır, Müraciətlə əlaqədar bildirilmişdir ki, sorğuda adı qeyd edilən vətəndaş İddiaçı (SUN: **********6) Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsistemindən əldə edilən məlumata əsasən xx xxxxx 2006-cı il tarixdə fərdi sahibkar (özü-özünü sığortaedən) kimi uçota alınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, fərdi sahibkar (özü-özünü sığortaedən) İddiaçı tərəfindən 2006-2016cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat’lara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) və 2017-2019-cu illərin l-İV rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilməmişdir. Nazirliyin “X1 Sistemi”nin "Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən vətəndaş İddiaçı **********413 nömrəli fərdi şəxsi hesabında hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar aşkarlanmamışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinin xx.xx.2021-ci il tarixli **********4 saylı mülahizəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli müraciətin müsbət həlli mümkün olmamış və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə əsasən, İİ qrup əlillərə əlliliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir, iddiaçıya münasibətdə tələb olunan sosial sığorta stajı 15 ildir, lakin iddiaçının 13 il 7 ay 7 gün sığorta stajı vardır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli qərarı ilə İİ dərəcəli əlillik müəyyən edilmiş və İddiaçı əlilliyə görə əmək pensiyası hüququ həmin tarixdə yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanununa əsasən İİ və İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) iki şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Tələb olunan stajın hesablanması: İddia ərizəsinə əlavə olunan sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, ona İİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdə təyin olunmuşdur. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan staj: (60-15)*4/12=15 il. Tələb olunan sığorta kapitalının hesablanması: (15*12)*144:192=135, 135*200=27.000. İddiaçının iddia etdiyi ümumi iş stajı 21 il 7 ay təşkil edir. (1998-2006-ci illər əmək kitabçasında qeyd edilmədiyindən cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməmişdir.) İddiaçının iddia etdiyi ümumi iş stajı illərinin sığorta kapitalına çevrilməsi: Bunun üçün, iddiaçının 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanmalıdır. (21 il tam iş stajı x 306 manat) + (306 manat ; 12 ay x 7 ay) = 6604.5 manat. x xxxx 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. İddiaçının xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6604.5 manat pensiya kapitalının pensiya hüququ yaranan tarixə (xx xxxxxx 2019-cu il tarixə) indeksləşdirilmiş məbləği 15.594 manat təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi illər sosial sığorta stajına əlavə edildiyi təqdirdə, əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sosial sığorta stajı tələbi ödənsə də, fərdi hesabın sığorta hissəsində tələb olunan sığorta kapitalı tələbi ödənmir. Belə ki, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27.000 manat pensiya sığorta kapitalına qarşı, iddiaçının iddia etdiyi illər əlavə edildiyi təqdirdə, fərdi hesabının sığorta hissəsində 15.594 manat pensiya kapitalı yaranmış olacaq. Göründüyü kimi, hətta iddiaçının iddiası təmin edilsə belə, “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsində İİ qrup əlillərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan ikinci şərt ödənmir. Həmçinin, Ali Məhkəmə də öz qərarlarında dəfələrlə əsaslandırmışdır ki, iddiaçı cavabdehin imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi illərin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə nəticələnə bilər. Buradan, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia etdiyi illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək və ya təyin edilmiş pensiyanı yenidən hesablamaq öhdəliyi yaranacaqdır. Məhkəmədən, qərar qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab edir ona görə ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli qərarı ilə İİ dərəcəli əlillik müəyyən edilmiş və əlilliyə görə əmək pensiyası hüququ həmin tarixdə yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanununa əsasən İİ və İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) iki şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, ona İİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdə təyin olunmuşdur. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan staj: (60-15)*4/12=15 il. Lakin məhkəmə araşdırması zamanı iddiaçının 2-ci dərəcə əlilliyə görə pensiyanın təyin edilməsi tələb olunan 15 il iş stajının əvəzinə 13 il 7 ay 4 gün iş stajına malik olması müəyyən edilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (x xxxxxxx 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda qanuni olaraq iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün tələb olunan 15 il stajının olmamasını bildirmişdir. İddiaçı isə 1998-ci ilin yanvar ayından sahibkarlıq fəaliyyəti ilə (taksi sürücü kimi) məşğul olmasına və 2006-cı ildən 2019-cu il tarixə qədər fərdi sahibkar kimi sosial sığorta haqqını ödədiyinə istinad edərək həmin dövrlərin də nəzərə alınaraq ona pensiya təyin edilməsində haqlı olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi 1998-ci ilin yanvar ayından 2006-cı il tarixə qədər olan dövrdə fəaliyyətini təsdiq edən heç bir sübutu məhkəmə tərəfindən dəfələrlə tələb olunmasına baxmayaraq məhkəməyə təqdim etməmiş və İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən aparılan məhkəmə araşdırması zamanı da məhkəmə tərəfindən müəyyən edilməmişdir. 2006-cı ildən 2019-cu il tarixə qədər olan dövr üçün “X1 Sistemi”nin "Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən iddiaçının **********413 nömrəli fərdi şəxsi hesabında hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar aşkarlanmamışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçı Hacıyev Abduləhəd Ədil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə qarşı xx.xx.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə qarşı iddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1401/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1401/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver