Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1401/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi İddiaçı əlillik dərəcəsinin verilməsi öhdəliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. İş materiallarında olan iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, poliklinika tərəfindən verilmiş sonuncu göndəriş (forma 88) üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2023cü il tarixdən İddiaçı İİİ dərəcəli əlillik verilmişdir və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həmin tarixdən müvafiq pensiya ilə təmin olunmuşdur. Bu səbəbdən tərəflər arasında olan hüquqi mübahisə nizamlanmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əlillik təyin ediliyindən hazırki iş üzrə mübahisə qalmamışdır və iddiaçının iddia ərizəsində qeyd edilən tələbi cavabdeh tərəfindən təmin edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-nin 67 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair 2-1(112)-1401/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1401/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1401/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver