Məhkəmə qərarları › İş №2-1(112)-1402/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1402/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1402/2021 03.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiаçı İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоnduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-xx.xx.1997-ci illər arasındaki dövr ərzində və xx.xx.1997-ci il tarixdən bu günədək “xxxx” MMC-də elektrik çilingəri vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1960-ci ildə Ağdaş rayonu Qolqatı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildə “Azrezintexnika” X5 X10 zavodunda fəhlə kimi başlamış və enerji sexinin növbətçi yarımstansiyasının elektrik təmiri sahəsində zərərli iş şəraitində işləməklə 2-ci dərəcəli elektrik montyoru qəbul edilmişdir. xx.xx.1981-ci il tarixdə iddiaçıya 3-cü dərəcəli elektrik montyoru dərəcəsi verilmiş və xx.xx.1981-ci il tarixdən 3-cü dərəcə ilə həmin sexə işıqlandırma təmiri elektrik montyoru keçirilmişdir. xx.xx.1981-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1981-ci ildə Mingəçevir Tekstil kombinatında elektrik montyoru kimi işə qəbul edilərək. xx.xx.1985-ci ilə kimi işləmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək “xxxx”-nin Elektrik sexinin, “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək həmin sexdə Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixdən xx.xx.2010-eıı il tarixədək "xxxx”- nin elektrik sexinin Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdən hal-hazıradək həmin briqadada, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən bu günə kimi tam iş günü ərzində enerji bloklarında Qazan Turbin sexində Mazut təsərrüfatında, Kimya sexində paylıyıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini aparmışdır. İş şəraitinin ağır və zərərli olduğuna görə iddiaçıya aylıq məvacibinin 8% məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq 06 təqvim günü əlavə edilmişdir. xx.xx.1986-xx.xx.1997-ci illər arasındakı dövr ərzində və xx.xx.1997-ci il tarixdən bu günədək “xxxx” MMC-də işlədiyi elektrik çilingəri vəzifəsi güzəştli şərtlərlə iddiaçıya 2017-ci ildən pensiya təyin edilməsinə əsas verir. xx.xx.2019-cu il və xx xxxxxx 2020-ci il tartarixlərdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nun X11 İdarəsinə müraciət etmişdir. Lakin ərizəyə verilmiş güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktublara əsasən xx.xx.1986-xx.xx.1997-ci illər arasındakı dövr ərzində və xx.xx.1997-ci il tarixdən bu günədək “xxxx” MMC-də işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında" nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” elektrik stansiyaları,enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 KV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-cimaddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingəri (nominal gərginlik altında olan) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus xx xxxxxxx 1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1986xx.xx.1997-ci il tarixləri arasındaki dövr ərzində və xx.xx.1997-ci il tarixindən bu günədək “xxxx” MMC-də Elektrik sexində elektik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Odur ki, cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -AA ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-ci il təvəllüdlüdür, ünvan 1 31 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cəfərov X9 şəhəri, Əliağa Vahid küçəsi, ev 2, mənzil 31 ünvanında qeydiyyatdadır. -“X12” ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1980-ci il tarixdə Enerji sexin növbətçi yarımstansiyasının elektrik təmiri sahəsinə zərərli iş şəraitində işləməklə 2 dərəcə ilə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdən 3 dərəcə elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdən 3 dərəcə ilə həmin sexə işıqlandırma təmiri üzrə elektrik monyoru vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il tarixli, 303 nömrəli Sərəncamına əsasən “Azrezintexnika” İstehsalat Birliyinin bazası əsasında və hüquqi varisi olaraq “X12”xxxxyaradılmışdır. - Azərbaycan Respublikası”xxxx”xxxxMingəçevir SES silsiləsi MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01-07/28 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixində 15/KŞ saylı əmrlə “X13 Stansiyaları Silsiləsi” MMC-nin Elektro-Maşın sahəsinə 5ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul olunmuş və xx.xx.1997-ci il tarixdə 57/KŞ saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. -Azərbaycan Respublikasının Dövlət X7 xx.xx.2019-cu il tarixli, 195-Asan saylı arxiv arayışından görünür ki, filialda mühafizə olunan arxiv fondu X2 işçisi İddiaçı şəxsi vərəqəsində qeyd edilmişdir: xx xxxxxx 1981-ci il tarixli, 595/k saylı əmrinə əsasən xx.xx.1981-ci il tarixdən 3 dər.el.mantyoru qəbul edilmişdir; xx xxxx 1982-ci il tarixli 260/k satlı əmrinə əsasən xx.xx.1982-ci il tarixdən 4 dər.verilmişdir; xx xxxxxx 1983-cü il tarixli 8/k saylı əmrinə əsasən xx.xx.1982- ci il tarixdən 5 dər.verilmişdir; xx xxxxxxx 1985-ci il tarixli 424/k saylı əmrinə əsasən xx.xx.1985-ci il tarixdən işdən azad edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X11 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim olunan xx xxxxxxx 1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1986-xx.xx.1997-ci il tarixləri arasındaki dövr ərzində və çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikası “xxxx”xxxx“Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin xx xxxxxx 2021-ci il tarixli 07-03 saylı işin xarakteri haqqında arayışından görünür ki, xx.xx.1986-cı il tarixdən xx.xx.1990-ci il tarixədək “xxxx”-nin Elektrik sexinin,’’Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya,paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. (Əmr 315, xx.xx.1986) xx.xx.1990-1 il tarixdən xx.xx.1997-ci il tarixədək həmin sexdə (Əmr 96/K, xx.xx.1990) “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara qurğulara xidmət və təmir edən briqadada paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri,. vəzifəsində işləmişdir. xx.xx.1997-ci -ci il tarixdən Azərbaycan Respublikası ƏQM- nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.(Əmr 08,1501.1997), xx.xx.1997-ci il tarixdən tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx”-nin Elektrik sexinin,’’Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir.(Əmr 181/k, xx.xx.1997) xx.xx.2010-cu il tarixdən hal-hazıradək həmin briqadada paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləyir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən halhazıradək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında,Qazan-Turbin sexində,Mazut təsərrüfatında 330/500 kV-luq APQ sahəsində, Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işləri ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İddiaçı işlədiyi müddət ərzində xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən hal-hazıradık zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəlilik,havanın hərəkət surəti,iş yerində havanın temperaturu nisbi rütubət,titrəmə,səs-küy faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 8% əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. “xxxx“ ASC-nin xx.xx.2003-cü il tarixli AU/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx”- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxx” ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər “xxxx” MMC “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində tutduğu elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2.007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin,vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı bölməsində ,qazanxana,turbin(buxarqaz turbini) avadanlığının təmiri,yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər,elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur. İşdə olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -xx xxxxxx 1980-ci il tarixdə Enerji sexin növbətçi yarımstansiyasının elektrik təmiri sahəsinə 2 dərəcə ilə elektrik montyoru qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə 3 dərəcə elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə 3 dərəcə ilə həmin sahə işıqlandırma təmiri üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş və xx.xx.1981-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1981-ci il tarixdə X6 3-cü dərəcəli elektrik montyorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə ona 4-cü dərəcə verilmiş, xx.xx.1982-ci il tarixdə ona 5-ci dərəcə verilmiş və xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1986-cı il tarixdə “xxxx”də 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-ci il tarixdə həm sexdə “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadada paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş və xx.xx.1997-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Mingəçevir SES EMS-yə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş; xx.xx.1997-ci il tarixdə “xxxx”-nin Elektrik sexinin, “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində 6-cı dərəcə verilmiş, xx.xx.2013-cu il tarixində həmin sexin “Blokların və kənar obyektlərin xüsusisərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğunun avadanlıqlarına xidmət və təmir edən 6-cı dərəcəli eketrik çilingəri vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifə üzrə işləyir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-cı ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun xx.xx.1986-xx.xx.1997-ci il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsinə uyğun olmadığı göstərilərək, müraciətindən imtina olunmuşdur. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi, həmçinin, iddiaçının işlədiyi vəzifələrinin güzəştli pensiyaya çıxmağa əsas verib-verməməsi və həmin illərin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasından görünür ki, iddiaçı pensiya hüququ yarandığı tarixədək, “Azrezintexnika” X5 Texniki Rezin məlumatları zavodunda “X13 Stansiyaları Silsiləsi” MMC-də, X3 və “xxxx”-də müvafiq vəzifələrdə işləmişdir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 13-cü bölməsindən (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) görünür ki, 2140000a-19923 kodu ilə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. İşin hallarından da görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının elektrik çilingəri kimi işlədiyi vəzifəsinin güzəştli vəzifəyə aid olub-olmamasıdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsələnin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 2140000a-19923 kodu ilə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri vəzifəsinə uyğun olub-olmaması ilə bağlı arayışın təqdim olunması xahiş olunmuşdur. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş arayışdan da göründüyü kimi, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən hal-hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, qazan-turbin sexində, mazut təsərrüfatında 330/550 kv-luq APQ sahəsində, kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işləri ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İşin xarakteri haqqında arayışdan da, göründüyü kimi, iddiaçının müvafiq illərdə fəaliyyət göstərdiyi peşə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün əsas verir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 20 il 10 ay 20 gün (xx.xx.1986-xx.xx.1997; xx.xx.1997xx.xx.2006 elektrik çilingər kimi) iş stajına malik olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixə ümumilikdə 25 il 04 ay 21 gün iş stajı vardır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni xx.xx.1986-xx.xx.1997, xx.xx.1997-xx.xx.2006-cı il tarixdə elektrik-çilingər vəzifəsində işləməsi, onun əmək kitabçasından savayi, həmçinin, Azərbaycan Respublikası “xxxx”xxxx“Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin xx xxxxxx 2021-ci il tarixli 07-03 saylı işin xarakteri haqqında arayışında öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışın mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin qanunun 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı xx xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialına həvalə edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı xx xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar