Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14026/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və X1 üçüncü şəxslər qismində göstərilməklə bəyannamələrin surətinin təqdim olunması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) və X1 üçüncü şəxslər qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin adına 2020-2022-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətini kağız və ya elektron daşıyıcıda ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" MMC kənd təsərrüfatı sahəsində fermerlərə gübrə, bitki mühafizə preparatları və toxum təchizatı ilə üstün xidmət göstərir. MMC-nin əsas məqsədi sərfəli qiymətə, yüksək keyfiyyətə malik olan məhsulların fermerlərə təqdim etməkdir. Respublikanın 6 iqtisadi regionunda 25 mağaza şəbəkəsi ilə fermerlərə xidmət göstərir. O cümlədən "xxxx" MMC ünvan 1i ünvanında yerləşən satış məntəqəsində gübrə, bitki mühafizə preparatları, toxum, və digər kənd təsərrüfatı məhsullarının tədarükünü və satışını həyata keçirir. 2020ci ildən 2022-ci il tarixinə kimi İddiaçı "xxxx" MMC tərəfindən tədarük edilən gübrə, bitki mühafizə preparatları, toxum və digər kənd təsərrüfatı məhsullarının satışını ünvan 1i ünvanında yerləşən satış məntəqəsində həyata keçirmişdir. "xxxx" MMC İddiaçı qarşı olan tələbində göstərmişdir ki, ünvan 1i ünvanında yerləşən ünvan 2 üzrə mağazada keçirilmiş auditin nəticələrinə, subutlara əsasən 479954,55 (dord yüz yetmiş doqquz min doqquz yuz əlli dörd manat, 55 qəpik) manat dəyərində gübrə məhsullarının çatışmazlığı müəyyən olunmuşdur. "xxxx" MMC əmtəə mallarının dəyərini təhrif edərək süni şəkildə şişirtmişdir. Belə ki, Rusiya Federasiyasından göndərilən malların gömrük bəyannaməsinə əsasən mallar “Evroxim" şirkəti (ОБЩЕСТВО C ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ЕВРОХИМ ТРЕЙДИНГ РУС” ООО “ЕВРОХИМ ТРЕЙДИНГ РУС” 115054 Москва, Дубининская ул., д.53, стр.бТел.: 8-800- 201-01-01) tərəfindən "xxxx" MMC-yə göndərilmişdir. Ammoniumnitrat gübrəsinin 1 (bir) tonunun qiyməti 180 (bir yüz səksən) ABŞ dolları (306 AZN) təşkil etmişdir. Bir kisədə 50 (əlli) kq olmuşdur. Yəni 1 (bir) kisə əmtəə malının maya dəyəri 15 (on beş) manat olmuşdur. (1 ton / 50 kq = 20 kisə. 306 AZN / 20 kisə = maya dəyəri 15 AZN). Bununla bağlı, yəni "xxxx" MMC-nin adına idxal olunan malların gömrük dəyərini müəyyən etmək məqsədilə vəkili “Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 15-ci maddələrini rəhbər tutaraq "xxxx" MMC-nin adına 2020- 2022-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətinin kağız və ya elektron daşıyıcıda Bakı şəhəri 12 saylı Vəkil Bürosuna göndərilməsi AR Dövlət Gömrük Komitəsindən xahiş edilmişdir. Lakin AR Dövlət Gömrük Komitəsi “BUTA TRAİDİNQ" MMC-nin adına 2020-2022-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətini kağız və ya elektron daşıyıcıda ona və vəkilinə (nümayəndəsinə) təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və iddia ərizəsində üçüncü şəxslər qismində qeyd olunmuş şəxslərə təqdim edilmiş və cavabdehdən və iddia ərizəsində üçüncü şəxslər qismində qeyd olunmuş şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə təqdim olunmuş, iddia ərizəsində üçüncü şəxslər qismində qeyd olunmuş şəxslərin isə iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazda göstərmişdir ki, iddia ərizəsində qeyd olunan məsələlər ilə bağlı İddiaçı vəkili Vəkil tərəfindən 28 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 526/23 nömrəli sorğu ünvanlanmışdır. Yuxarıda qeyd olunan sorğuda qeyd olunmuşdur ki, “xx xxxx 1987-ci il tarixində Qəbələ şəhərində doğulmuş, AR vətəndaşı, ailəli, ali təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı hüquqlarını müdafiə edir. xx.xx.2020-ci il tarixində İddiaçı "xxxx" MMC (VÖEN **********, ünvan: AZ1022, ünvan 4zifəsinə qəbul olunmuşdur. MMC-nin iddialarına görə İddiaçı işlədiyi dövrdə əmtəə mallarının çatışmazlığı aşkar olunmuşdur. "xxxx" MMC-nin adına idxal olunan malların gömrük dəyərini müəyyən etmək məqsədilə “Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 15-ci maddələrini rəhbər tutaraq xahiş edirik ki, "xxxx" MMC-nin adına 2020-2022-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətini kağız və ya elektron daşıyıcıda Bakı şəhəri 12 saylı Vəkil Bürosuna göndərəsiniz.” X6 Komitəsinin xx.xx.2022-ci il tarixli 1000-170/1xxxx/018538 nömrəli məktubu ilə cavab verilmişdir. Sorğuya cavab verilərək bildirilmişdir ki, “təqdim etdiyi vəkil orderində hüquqi yardım göstərilən şəxs kimi qeyd olunmuş İddiaçı "xxxx" MMC-nin səlahiyyətli şəxsi olmasına dair sənədlər Dövlət Gömrük Komitəsinə təqdim olunduqdan sonra sorğu etdiyi sənədlərin ona təqdim olunması məsələsinə baxıla bilər”. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ vardır. Qanunun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri dedikdə hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar başa düşülür. Qanunun 17.2-ci maddəsinə əsasən dövlət orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan kommersiya sirrini qorumağa borcludurlar. Bu məlumatlar ancaq müvafiq qanunvericiliklə nəzərdə tutulmuş hallarda açıqlana bilər. Həmçinin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Gömrük Məcəlləsi) 39.1-ci maddəsinə əsasən hər bir şəxs sorğu vermək yolu ilə Gömrük Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar istisna edilməklə, gömrük qanunvericiliyinin tətbiqinə dair istədiyi məlumatı gömrük orqanlarından əldə edə bilər. Gömrük Məcəlləsinin 16.1 -ci maddəsinə əsasən bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən gömrük orqanlarına verilən məlumatlardan yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər. Gömrük Məcəlləsinin 16.2-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri qanunla qorunan sirləri, konfidensial məlumatları açıqlaya, şəxsi məqsədlər üçün istifadə edə bilməzlər. Bu sirlər və konfidensial məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada üçüncü şəxslərə verilir. Gömrük Məcəlləsinin 41.1-ci maddəsinə əsasən gömrük orqanları dövlət orqanlarından, hüququ və fiziki şəxslərdən, həmçinin digər ölkələrin gömrük orqanlarından əldə etdikləri məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər. Gömrük Məcəlləsinin 41.2-ci maddəsinə əsasən gömrük orqanları əldə etdikləri, yaxud onlara təqdim olunan məxfi və konfidensial məlumatların mühafizəsini təmin etməlidir. Qanunla müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar onları təqdim etmiş şəxsin və ya orqanın birbaşa icazəsi olmadan gömrük orqanları tərəfindən açıqlana bilməz. Gömrük Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət və ya kommersiya sirrindən, habelə qanunla qorunan digər konfidensial məlumatlardan qeyriqanuni istifadə etmiş və ya onları açıqlamış gömrük orqanlarının vəzifəli şəxsləri müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Beləliklə, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müvafiq maddələrində göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. İddiaçıya və iddia ərizəsində üçüncü şəxslər qismində qeyd olunmuş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə iddiaçının və iddia ərizəsində üçüncü şəxslər qismində qeyd olunmuş şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim etdiyi yazılı etirazı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi barədə elektron məhkəmə sistemindən çıxarılmış məlumatdan müəyyən olunur ki, xx.xx.1987-ci ildə Qəbələ rayonunda doğulmuş İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdehin nümayəndəsi X5 hazırki işin aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinin məhkəmənin mülahizəsinə əsasən həll olunmasına etiraz etmədiyini bildirdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və X1 üçüncü şəxslər qismində göstərilməklə bəyannamələrin surətinin təqdim olunması tələbinə dair iddiası üzrə 2- 1(112)-14026/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-14026/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14026/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver