Məhkəmə qərarları › İş №2-1(112)-1403/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1403/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1403/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Estoniya Respublikasında matros vəzifəsində xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixə qədər güzəştli şərtlərlə iş stajının hesablanması və əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün mart ayı 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonunun DOST Mərkəzinə sənədləri təqdim etmişdir. Orada sənədlərini yoxlayaraq ona bildirmişlər ki, ümumi və güzəştli iş stajı (36 il 1 ay 9 gün, güzəştli 12 il 10 ay 5 gün) təşkil edir. Bu kifayət olduğuna görə qanunvericiliklə əmək pensiyası almalıdır. May ayı 2023-cü il tarixdə cavabdeh tərəfindən sənədləri geri qaytarılmışdır. Ona bildirilmişdir ki, güzəştli iş stajı 12 il 6 aydan az faktiki 3 il 10 ay 26 gün, yəni xx.xx.1992-ci il – xx.xx.1996-cı ilə qədər təşkil edir. Bu səbəbə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh öz imtina məktubunda onun Estoniya Respublikasında güzəştli iş stajı xx.xx.1983-cü ildən xx.xx.1992-ci il tarixə qədər 8 il 11 ay 9 gün təşkil edir. Bu güzəştli iş stajın hesablanmamasının cavabdeh öz imtina məktubunda bildirməmişdir. Təqdim etdiyi güzəştli staja cavabdeh tərəfindən şübhə varsa, yoxlama aktı ilə Estoniya Respublikasına sorğu göndərsin. Cavabdeh öz imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 №-li qərarına istinad edir. Lakin qeyd olunan qərarın onun güzəştli staja görə əmək pensiyası barədə heç bir aidiyyəti yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən iddiaçıya güzəştli şərtlərə görə yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 12 gün (xx.xx.1983-xx.xx.1992ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Mübahisələndirilən dövr isə (7 ay 23 gün (xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçı təqdim etdiyi ******* №-li əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işləmişdir. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafiq sazişlərə uyğun tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci bəndinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. Sözügedən Qanunun 23.2-ci bəndinə görə isə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası ilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuş 15 ölkədən biri olan Estoniya Respublikası arasında hazırda pensiya təminatı sahəsində saziş mövcud deyil. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ümumi stajı tələb olunan 25 il sosial sığorta stajından az olması və güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən İddiaçı ümumi iş stajı 34 il 3 ay 24 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 6 ay 24 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1989-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990- xx.xx.1991-cı il, xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 9 ay), güzəştli iş stajı isə 12 il 16 gün (xx.xx.1983xx.xx.1989-cu il. xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1996-cı il arasındakı dövrlər) təşkil edir. Mübahisələndirilən dövrlər isə (9 ay 19 gün (xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il və xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı təqdim etdiyi ******* №-li əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işləmişdir. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafiq sazişlərə uyğun tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci bəndinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. Sözügedən Qanunun 23.2-ci bəndinə görə isə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası ilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuş 15 ölkədən biri olan Estoniya Respublikası arasında hazırda pensiya təminatı sahəsində saziş mövcud deyildir. İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az 23 il 6 ay 24 gün təşkil edir. xx.xx.2006-cı il tarixədək olan bütün dövrlər (mübahisələndirilən dövrlər 9 ay 19 gün) staja daxil edilsə də, İddiaçı ümumi sosial sığorta stajı 25 (24 il 4 ay 13 gün) ilə tamamlanmayacaqdır. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin iddia ərizəsinə qarşı etirazı bir neçə səbəbdən rədd edilməlidir. Belə ki, cavabdeh etirazında qeyd edir ki, iddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 12 gün (15.09.83-01.01.92-ci il) 10.09.92-ci il 06.08.96-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Mübahisələndirilən dövr isə 7 ay 23 gün (01.01.92-24.08.92-ci il tarixləri arasındakı dövr) təşkil edir. Təqdim etdiyi ******* N-li əmək kitabçasına əsasən 14.09.83-cü il tarixdən 24.08.92-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işləmişdir. Bununla əlaqədər cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafiq sazişlərə uyğun tənzimlənir. Bundan başqa cavabdeh qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və “Əmək pensiyaları haqqında” Qanunun 23.1, 23.2-ci maddələri ilə istinad olunur. Avropa ittifaqının 4.11.1950-ci il Roma şəhərində imzalanmış “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya və onun 1,4,6 və 7 saylı protokolları müvafiq bəyanatlar və qeyri şərtlər ilə (bəyanatların və qeyri şərtlərin mətnləri ilə əlavə olunması barədə xx.xx.2001-ci il tarixdə qanun qəbul olunaraq qüvvəyə minib. BMT-nin üzvü olaraq xx.xx.1948-ci ildə isə qanun və konvensiyalarına qoşulub. Azərbaycan Respublikasının “Normativ hüquq aktları haqqında” Konstitusiya Qanununun 86.2, Konstitusiyanın 149.7-ci maddələrində qeyd olunur ki: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətlərinin yaxşılaşdırma hüquq məsuliyyətlərinin aradan qaldıran, və ya yüngülləşdirən, normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın 151-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyasının və edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəflər çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İddiaçı dair xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, işə qəbul olana qədər Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1982-ci il tarixdə (Əmr № 139, xx.xx.1982) 3 saylı üzümçülük briqadasına fəhlə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdə (Əmr № 168, xx.xx.1982) təhsil almağı ilə əlaqədar öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə (Əmr № 382, xx.xx.1982) İ sinif matroslar qrupuna kursant qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə (Əmr № 433, 01.09.83) məktəbi bitirmiş və “X4 İstehsalat Birliyi”nə işə göndərilmişdir. xx.xx.1983-cü il tarixdə (Əmr № 356-k, 14.09.83) Ştamp: “X4 İstehsalat Birliyi” TDM göndərişi ilə balıqçılıq və balıq emalı üzrə ovçuluq gəmisində üzən heyətdə matros işinə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə (Əmr № 180-k, xx.xx.1987) DBTS- 7508 çilingər təyin edilmişdir. xx.xx.1987-ci il tarixdə (Əmr № 319-k, 14.07.87) BUQ DBTS -7508 maşinisti təyin edilmişdir. xx.xx.1991-ci il tarixdə (Əmr № 240, 16.12.91) balıqçılıq və balıq emalı üzrə ovçuluq gəmisində üzən heyətdə balıq emalı ustası təyin edilmişdir. xx.xx.1991-ci il tarixdə (Əmr № 2140, xx.xx.1992) Estoniya Respublikasının Əmək müqaviləsi haqqında Qanunun 86-cı maddəsinin 3-cü bəndinə əsasən işçi sayının azaldılmasına görə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.1992-ci il tarixdə (Əmr № 273 p/c, 10.09.92) “Xəzər Neft donanması” İdarəsi “Şirvan 3” k/g 1-ci dərəcəli matros qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdə (Əmr № 206 k/c, 16.08.95) “Şirvan 3” k/g kapitanın 3-cü köməkçisi keçirilmişdir. xx.xx.1996-cı il tarixdə (Əmr № 243 k/c, 06.08.96) Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Mükafatlar və Təltiflər haqqında məlumatlar: xx.xx.1985-ci il tarixdə (Əmr 78) əməyə vicdanla yanaşmaya görə БМРМ-0457 üzrə 20 rubl məbləğində pul mükafatı ilə təltif edilmişdir. xx.xx.1986-cı il tarixdə (Əmr № 73, xx.xx.1986) БМРМ-0457 üzrə Ştamp: Əməkdə göstərdiyi müvəffəqiyyətə görə təşəkkür elan edilmişdir. xx.xx.1986-cı il tarixdə (Əmr 178) yaxşı işə görə - PTMC - 7538 üzrə 15 rubl məbləğində pul mükafatı ilə təltif edilmişdir. 18.05.89-cu il tarixdə (Əmr № 139) Ştamp: Əməkdə göstərdiyi müvəffəqiyyətə görə təşəkkür elan edilərək pul mükafatı ilə təltif edilmişdir (30 rubl БМПТ- 0604). xx.xx.1990-cı il tarixdə (Əmr 63) orta texniki təhsil müəssisəsini müvəffəqiyyətlə bitirdiyinə görə, fəxri fərmanla təltif olunmuşdur. xx.xx.1991-ci il tarixdə (Əmr № 40) PTMA- 7192 Ştamp: Əməkdə göstərdiyi müvəffəqiyyətə görə təşəkkür elan edilmişdir. İşə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi (səbəblərini göstərməklə) haqqında məlumat: xx.xx.1996-cı il tarixdə (Əmr № 14, 07.08.96) “X8 Donanması” İdarəsi BXQMT 1 saylı mağazaya satıcı qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildiyinə görə) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə (Əmr № 86-k, xx.xx.2000) XİTFT Müəssisəsinin 8 saylı ərzaq mağazasına Vİİ dərəcəli satıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.2006-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 13 nömrəli əmrinə əsasən Sosial İnkişaf İdarəsinin X7 Ticarət İstehsalat Müəssisəsi adlandırılmışdır. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli 09 saylı əmrinə əsasən "xxxx" X2 Fəhlə Təchizatı Ticarət İstehsalat Müəssisəsi adlandırılmışdır. xx.xx.2011-ci il tarixdə (Əmr № 388k, xx.xx.2011) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci il tarixdə (Əmr № 52k, xx.xx.2012) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 saylı mağazasına satıcı peşəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə (Əmr № 31k, xx.xx.2016) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu peşədən (öz təşəbbüsü ilə) azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2H-91946/2023 saylı xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyuiun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən ediiir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (3 il 10 ay 26 gün (xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X8 Donanması tərəfindən təqdim edilmiş 13-3-2/3- 9-74/2023 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdə X8 Donanmasının “Şirvan-3” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (xx.xx.1992-ci il tarixli 273-r/s nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixində” həmin gəmiyə kapitanın 3-cü köməkçisi vəzifəsinə (xx.xx.1995-ci il tarixli 206-k/s nömrəli əmr) keçirilmişdir. xx.xx.1996-cı tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) (xx.xx.1996-cı il tarixli 243-k/s nömrəli əmr) işdən azad edilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (üzən heyət - kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir. (Əsas: Şəxsi vərəqə T/2, kadr əmrləri, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi”). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X8 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X8 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. “Archivali Group OU” tərəfindən təqdim edilmiş 0123-4513 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən (356-k №-li əmr) xx.xx.1992-ci ilədək “Estrıbprom” X4 İstehsalat Birliyində matros və balıq unu qurğusunun maşinisti vəzifəsində işləmişdir. Əmək haqqı haqqında arayış xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək olan dövrü əhatə edən iş dövrünün ödəmə cədvəlləri əsasında verilmişdir, ödəmə zamanı pul vahidi - rubl olmuşdur. Aylar Əmək haqqı İllər 1984 1985 1986 1987 1988 1989 Yanvar 0 100.41 266.05 276.49 279.79 342.6 311.4 Fevral 0 197.34 245.59 133.11 75.58 5 342.5 Mart 0 479.44 236.96 174.48 233.4 9 311.4 Aprel 0 498.62 226.22 318.05 374.98 5 May 364.78 460.26 268.84 106.74 346.13 0 İyun 395.18 479.44 276 81.9 374.98 0 İyul 395.18 517.8 195.47 366.02 374.98 0 Avqust 410.38 394.98 403.23 580.77 389.4 0 Sentyabr 379.98 290.25 403.23 580.77 444.8 0 Oktyabr 410.38 308.86 403.23 580.77 212.91 0 Noyabr 190.3 245.59 356.7 536.09 159.43 0 Dekabr 105.64 266.05 418.73 463.57 293.39 0 Cəmi 2651.82 4239.04 3700.25 4198.7 3559.77 1308. 19657. rublla 6 09 73 İş vaxtından əlavə işə, əvəzçilik üzrə görülən işə görə ödənişlər, müxtəlif birdəfəlik mükafatlar və əmək haqqına aid olmayan digər ödənişlər (müvəqqəti əlilliyə görə müavinət) əmək haqqının məbləğinə daxil edilməyib. Bu iş dövrü üçün bütün vergilər qanunvericiliyə uyğun olaraq ödənilmişdir. Əsas: UK-72 uçot kartı, sifarişlər, şəxsi hesablar. Arayış pensiya şöbəsinə təqdim etmək üçün verilir. Qeyd: “Okean” QAO-nun iqtisadi fəaliyyətinin başa çatması və müflisləşməsi ilə əlaqədar, Tallin şəhər Məhkəməsinin qərarı (xx.xx.1995-ci il tarixli 2-7064/95 saylı fərman) əsasında “Okean” QAO-nun (keçmiş - “Estrıbprom”) arxiv fondunun kadr sənədləri saxlanmaq üçün fəaliyyətdə olan “Archivali Group OU” arxivinə verilmişdir. xx.xx.1991-ci ildən xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək xx.xx.1991-ci ilədək ödəmə olmadan ehtiyatda xx.xx.1991-ci ildən xx.xx.1992-ci üədək xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Balıq sənayesi gəmilərinin naviqasiya dövrü bütün il boyu davam edirdi, əvəzçiiiklə işləmək olmadan, məşğulluq tam iş günü ərzində idi, məzuniyyət dövrləri qanunamüvafiq şəkildə təqdim edilirdi. Bu gəmilər durğunluq vəziyyətində, konservasiyada saxlanılmırdı, həmçinin uzun müddət yanalma şəbəkəsində qalmırdı. Balıq sənayesi gəmiləri xidmətiyardımçı, səfər, şəhərətrafı və şəhərdaxili əlaqə gəmilərinə, o cümlədən liman akvatoriyasında işləyən gəmilərə aid edilmir. 1) Sahil sahələrinə keçirilmə - xx.xx.1989-cu ildə 353 №-li əmrlə sosial inkişaf şöbəsinə, daha sonra 2618 №-li əmrlə xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək enerji-mexanika sexinə - /yardımçı fəhlə/ Əsas: Uçot kartı f.T-2 və UK-72, əmrlər, şəxsi hesablar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 əlaqələr departamentinə ünvanlanmış 3- 17-1/3-1-72162/2023 saylı xx.xx.2023-cü il tarixli xidməti məktubda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi ******* №-li əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında pensiya təminatı sahəsində sazişin mövcud olub-olmaması barədə ətraflı məlumatların təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 əlaqələr departamenti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 3-17- 1/3-1-72736/2023 saylı xx.xx.2023-cü il tarixli xidməti məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafiq sazişlərə uyğun tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci bəndinə görə, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Sözügedən Qanunun 23.2-ci bəndinə görə isə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası ilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuş 15 ölkədən biri olan Estoniya Respublikası arasında hazırda pensiya təminatı sahəsində saziş mövcud deyildir. Bununla belə, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu iddia olunan dövrün 1983-1992-ci illəri əhatə etdiyindən, məktubda qaldırılan məsələyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində baxılması məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 3-17-1/3-1-71352/2023 saylı xx.xx.2023-cü il tarixli xidməti məktubda bildirilmişdir ki, İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixli müraciətinə münasibətdə verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-91946/2023 nömrəli imtina məktubunda bidirilmişdir ki, İddiaçı güzəştli iş stajı isə 12 il 6 aydan az (3 il 10 ay 26 gün (xx.xx.1992-xx.xx.1996-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Lakin sözügedən imtina məktubunda İddiaçı təqdim etdiyi ******* №-li əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işləməsi faktına münasibət bildirilməmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövrlərin sığorta stajına daxil edilib-edilməməsi, edilməmişsə, səbəbləri barədə məlumatların mümkün qədər qısa müddətdə təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 3-17-1/3-1-74706/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 2 ay 12 gün (xx.xx.1983-xx.xx.1992ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 3-17-1/3-1-99311/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 33 il 4 ay 2 gün (xx.xx.2006-cı il tarixədək 22 il 7 ay 2 gün əmək stajı (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 9 ay sığorta stajı) təşkil edir. Adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2018-cu il tarixinə ona münasibətdə 26509,56 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 26873,54 manat, xx.xx.2021-ci il tarixinə isə 40800,00 manat hesablandığı halda, 29197,65 manat təşkil edirdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/284667/23 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 33 il 4 ay 2 gün (xx.xx.2006-cı il tarixədək 22 il 7 ay 2 gün əmək stajı (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 9 ay sığorta stajı), güzəştli iş stajı isə 3 il 6 ay 26 gün (xx.xx.1992xx.xx.1996-cı il tarixləri arasındakı dövr) təşkil edir. Adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2018-cu il tarixinə ona münasibətdə 26509,56 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 26873,54 manat, xx.xx.2021-ci il tarixinə isə 40800,00 manat hesablandığı halda, 29197,65 manat təşkil edirdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaya dair yazılı etiraza əlavə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ümumi stajı tələb olunan 25 il sosial sığorta stajından az olması və güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən İddiaçı ümumi iş stajı 34 il 3 ay 24 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 6 ay 24 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1989-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990- xx.xx.1991-cı il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 9 ay), güzəştli iş stajı isə 12 il 16 gün (xx.xx.1983-xx.xx.1989-cu il. xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1996-cı il arasındakı dövrlər) təşkil edir. Mübahisələndirilən dövrlər isə (9 ay 19 gün (xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il və xx.xx.1992xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı təqdim etdiyi ******* №-li əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işləmişdir. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafiq sazişlərə uyğun tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci bəndinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. Sözügedən Qanunun 23.2-ci bəndinə görə isə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası ilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuş 15 ölkədən biri olan Estoniya Respublikası arasında hazırda pensiya təminatı sahəsində saziş mövcud deyildir. İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az 23 il 6 ay 24 gün təşkil edir. xx.xx.2006-cı il tarixədək olan bütün dövrlər (mübahisələndirilən dövrlər 9 ay 19 gün) staja daxil edilsə də, İddiaçı ümumi sosial sığorta stajı 25 (24 il 4 ay 13 gün) ilə tamamlanmayacaqdır. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etiraza əlavənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X5 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə stajı iddiaçının ümumi stajı ən azı 25 (Mübahisələndirilməyən ümumi iş stajı 34 il 3 ay 24 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 6 ay 24 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1989-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-cı il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 9 ay)) ildir. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: Mübahisələndirilməyən güzəştli iş stajı 12 il 16 gündür (xx.xx.1983-xx.xx.1989-cu il. xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1996-cı il arasındakı dövrlər)). İddiaçının mübahisələndirilən həm ümumi, həm də güzəştli iş stajı 7 ay 23 gün (xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçı ******* №-li əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işləmişdir. İddiaçının Estoniya Respublikasında işlədiyi xx.xx.1983-xx.xx.1989-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-cı il, xx.xx.1991-xx.xx.1992-ci il tarixlər iddiaçının həm ümumi, həm də güzəştli iş dövrü kimi nəzərə alınmasına baxmayaraq, davamlı xarakter daşımasına baxmayaraq məhz xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr nəzərə alınmamışdır. İmtina əsası kimi cavabdeh qurum “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci və 23.2-ci bəndinə əsaslanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 23.1-ci bəndinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci bəndinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Daha əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) 70-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasında Estoniya Respublikasında işlədiyi dövrə münasibətdə dövlətlərarası sazişin tələb edilməsinə dair həm “Əmək pensiyaları haqqında”, həm də “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq normalarının geriyə qüvvəsinin şamil edilməsi düzgün olmazdı. Belə ki, həmin dövrdə qeyd edilən qanunlar mövcud olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsəsən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquq aktları haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]) xx.xx.2009-cu il tarixli qərarından: ... 1 saylı Protokolun 1-ci maddəsinin bu işə tətbiqinin mümkünlüyü məsələsinə gəlincə, hökumət həmrəylik prinsipi əsasında ümumi büdcə vəsaitləri hesabına dövlət tərəfindən ödənilən sovet pensiyaları sistemi ilə 1991-ci ildən tədricən tətbiq edilməyə başlamış sistem arasındakı fərqə xüsusi əhəmiyyət verdi, sonuncu sistem hər bir sığorta olunan şəxsin sığorta ödəmələri hesabına formalaşır. Lakin Məhkəmə qeyd etdi ki, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. Bundan başqa, dövlət öz ərazisi xaricindəki əmək fəaliyyəti dövrünə görə fərdlərə pensiya ödəmək barədə öz mülahizəsi əsasında qərar çıxarırsa və bununla da öz milli qanunvericiliyində kifayət qədər aydın hüquqi baza yaradırsa, belə ödəmələri almaq hüququ da 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür... ... İkincisi, sovet dövründə keçmiş SSRİ vətəndaşları ilə pensiya hüquqları baxımından fərqli rəftar edildiyinə dair hər hansı sübut yoxdur... ... Belə olan halda hökumətin irəli sürdüyü arqumentlər Məhkəməni buna inandırmaq üçün yetərli deyil ki, ərizəçinin işində barəsində etiraz edilən fərqli rəftarın 14-cü maddənin tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud idi. Əmək fəaliyyətinin müəyyən dövrünün ümumi staja daxil edilməsi məsələsinin ilk növbədə dövlətlər arasında sosial təminat haqqında ikitərəfli sazişlərlə tənzimlənməli olduğu barədə hökumətin rəyinə baxmayaraq, Məhkəmə xatırlatdı ki, Konvensiyanı ratifikasiya etməklə Latviya "yurisdiksiyasında olan hər kəsin" Konvensiya ilə təmin edilən hüquq və azadlıqlarını təmin etməyi öhdəsinə götürüb. Müvafiq olaraq, Latviya ilə Ukrayna və Latviya ilə Rusiya arasında dövlətlərarası sazişin olmaması Latviya dövlətini Konvensiyanın 14-cü maddəsi üzrə daşıdığı məsuliyyətdən azad edə bilməz. (Avropa İnsan Hüquqları Məhkəməsinin Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]) xx.xx.2009-cu il tarixli qərar) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək (23 sentyabr 1992-ci il) Azərbaycanla Estoniya Respublikası arasında dövlətlərarası sazişin olmaması iddiaçının davamlı, fasiləsiz iş dövrü olan xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işlədiyi dövrə daxil olan iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixədək işlədiyi dövrün mübahisələndirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatına imkan verən həm ümumi (34 il 11 ay 17 gün,) həm də güzəştli (12 il 8 ay 09 gün) iş stajı mövcuddur. Lakin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixinə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29197,65 manat təşkil etmişdir. 29 iyun 2022-ci il tarixində qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixindən təyin olunmalıdır. Cavabdeh qurum iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajını mübahisələndirdiyindən iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyini məsələsinə münasibət bildirilməsi üçün əlavə müraciətin olmasını mütləq hesab etmir. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, Həmin Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar