Məhkəmə qərarları › İş №2-1(112)-14032/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14032/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14032/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyətin hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 347.0 kv.m torpaq sahəsindən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin, 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “49a/3200a” ünvanında olan bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin müraciəti təmin olunmamış qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Belə ki, ona ünvanlanmış 01 iyul 2025-ci il tarixli, 3-21-3-02/2-Q-0672- 8/2025 saylı məktubda göstərilir ki, “... “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş ********** qeydiyyat nömrəli ərizənin icrasının gecikdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş 19 may 2025-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, tərəfinizdən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “49a/3200a” ünvanında olan bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunsa da, idarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilərkən sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş “10d/3161d” saylı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Bundan başqa elektron kadastr məlumatına əsasən, ümumi ərazi heç bir bağçılıq- yoldaşlıq təsərrüfatına ayrılmış sahənin hüdudları daxilində yerləşmir. Bununla bağlı 1 sayh Bakı Ərazi İdarəsi tərəfindən 21 iyun 2025-ci il tarixli,3-21-3-30/2- Q-0330-8/2025 nömrəli məktubla sizə ətraflı məlumat verilmişdir.” Cavabdehin 01 iyul 2025-ci il tarixli, 3-21-3-02/2-Q-0672-8/2025 saylı imtina məktubu qanunsuz və əsassız olmaqla qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Mir-X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 10d/3161d №-li torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “10d/3161d” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli,2-1 (112)-7032/2023 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə Mir-X4 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №-li müqavilə ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 0,12 ha torpaq sahəsindən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair Mir-X2 xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara ahnmışdır. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli,2-1(112)-7032/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2- l(103)-452/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli,2-1(112)-7032/2023 sayh qərarı ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə Mir-X4 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №-li müqavilə ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində faktiki 853,0 kv.m ölçüdən ibarət “10d/3161d” sayh bağ sahəsinə dair Mir-X2 xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 sayh Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli,2-1(103)-452/2024 saylı qərarında göstərilir ki, “... iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma aparılarkən imtina əsaslarının araşdırılması məqsədilə mübahisəli torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi və onun bir hissəsinin iş üzrə üçüncü şəxs İddiaçı adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmiş, həmçinin, iş üzrə mütəxəssis rəyləri alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3665/2023 sayh, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi,həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/6534 nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir : Qərardadın birinci sualı üzrə : Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı.Faktiki bağ sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir,ara sərhədləri şərtidir.Ümumi ərazidə 530.0 kv.m artıq torpaq sahəsi mövcuddur.Bağ sahəsinin bölgüsü ********** saylı, xx.xx.2016-cı il tarixli müraciət əsasında tərtib olunmuş bölgü sxeminə uyğun aparıldı (notarial qaydada imzalarla təsdiq edilmiş bölgü sxeminin surəti iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmişdir).Göstərilən torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq 1200.0 kv.m təşkil edir (üzərində natamam tikili mövcuddur). Faktiki göstərilən 1200.0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Təqdim olunmuş bölgü sxeminə sonradan məhkəmə qətnaməsi əsasında düzəliş olunaraq 2544b saylı bağ sahəsi bölgü sxeminə əlavə olunub (bölgü sxemi ********** saylı müraciət əsasında tərtib olunub).İddiaçının nümayəndəsində həmin düzəliş olunmuş bölgü sxeminin notarial qaydada təsdiq edilmiş surəti yoxdur.Qeyd olunan bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Qərardadın ikinci və üçüncü sualları üzrə :Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ümumi ərazi bağçıhqyoldaşlıqlar üçün ayrılmış ərazilərdir.Lakin heç bir bağçıhq-yoldaşhq ayrıc aktı daxilə düşmür.Ərazinin bir hissəsi (təqribən 347.0 kv.m) İddiaçı aid **********1811301 reyestr nömrəsi ilə üst-üstə düşür. İş üzrə əldə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılnmalıdır (103.2) Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmahdır.Bu zaman məhkəmənin ekspert rəyini ( və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi,yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ekspert rəyinin mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki ,iddia olunan torpaq sahəsinin bir hissəsi,yəni 347.0 kv.m olmaqla İddiaçı mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, iddiaçının iddia tələbi həmin hissəyə münasibətdə təmin edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə,hüquqi qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs,yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Göründüyü kimi,hüquqmüəyyənedici sənədlərinə əsasən ayrılmış bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də,işin araşdırılması zamanı müəyyən olundu ki, bağ sahəsinin faktiki sahəsi daha azdır - ərazinin bir hissəsi (347.0 kv.m) İddiaçı aid **********1811301 reyestr nömrəsi ilə üst-üstə düşür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı aid hissə çıxıldıqdan sonra yerdə qalan hissəyə, yəni 853,0 kv.m-ə münasibətdə Mir-X2 mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir, şikayətin dəlili qərarın ləğvinə əsas verir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ona ünvanlanmış 01 iyul 2025-ci il tarixli, 3-21-3-02/2-Q- 0672- 8/2025 saylı imtina məktubunda göstərilir ki, “... idarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilərkən sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş “10d/3161d” saylı torpaq sahəsinin olduğu müəyyən edilmişdir”. Bununla bağlı bildirir ki, qeyd olunan imtina məktubunda olan bu göstərilənlər işin faktiki hallarına uyğun deyildir. Belə ki, Bakı inzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli,2- 1(112)-7032/2023 saylı qərarı ilə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində 0,12 ha torpaq sahəsindən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair Mir-X2 xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır...”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2l(103)-452/2024 saylı qərarı ilə isə Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2l(112)-7032/2023 saylı qərarı ləğv edilmiş,iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində faktiki 853,0 kv.m ölçüdən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair Mir- X2 xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Buradan da aydın olur ki, məhkəmə araşdırması ilə sonda Bakı Apellyasiya Məhkəməsinin Nizibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-452/2024 saylı qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində olan 0,12 ha torpaq sahəsindən ibarət “10d/3161d” saylı bağ sahəsinin faktiki 853,0 kv. m ölçüsünə dair X5 qızmm xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmış və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən ÇİXARİŞ verilmişdir. Həmin 0.12 ha. torpaq sahəsinin qalan 347 kv. metr hissəsi İddiaçı adına **********18-11301 reyestr nömrəsi ilə Şüvəlan qəsəbəsi, 49a/3200a saylı bağ evi kimi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşdüyü üçün qeyd olunan 347 kv. metr torpaq sahəsinə X6 qızmm adına xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina olunmuşdur. Onu da qeyd edir ki, həmin mübahisəli olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində olan “10d/3161d” saylı bağ sahəsinin 347 kv.metrdən ibarət torpaq sahəsi uzun illərdir ki, onun istifadəsindədir və həmin torpaq sahəsinin üstündə olan bağ evinə dair qanuni əsaslarla əldə etdiyi çıxarış da var. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli,2-1 (103)-452/2024 saylı qəran əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə Mir-X4 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161 d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №-li müqavilə ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində faktiki 853,0 kv.m ölçüdən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair Mir-X2 xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmış və X5 qızma ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərədfındən xx.xx.2025 tarixdə **********49 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən ÇİXARİŞ verilmişdir. Bundan sonra isə 13 mart 2025-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən faktiki 853,0 kv.m ölçüdən ibarət “10d/3161d” saylı bağ sahəsi (Yeni qaydalarla : AZ 1061, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 125-ci Şüvəlan küçəsi, giriş 46 ünvanında yerləşən) Mir-X4 tərəfindən 70512 (yetmiş min beş yüz on iki) manat qiymətə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında ona satılmışdır. Bu barədə ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən faktiki 853,0 kv.m ölçüdən ibarət “10d/3161d” saylı bağ sahəsinə (Yeni qaydalarla : AZ 1061, ünvan 4 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025 olan ÇİXARİŞ verilmişdir. Beləliklə bu qeyd olunanlardan aydın olur ki, adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş “10d/3161d” saylı torpaq sahəsinin ölçüsü 853.0 kv. metrdir. Onun mübahisələndirdiyi torpaq sahəsi isə “10d/3161d” saylı torpaq sahəsinin qalan - iddiaçı X5 qızma xüsusi mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmasından imtina olunan yuxarıda qeyd olunan 347.0 kv. metr torpaq sahəsidir. Eyni zamanda bildirir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 04/2856 inventar №-li texniki pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 49a/3200a ünvanında yerləşən bağ evinə dair İddiaçı adına texniki pasport tərtib edilmişdir. Texniki pasportdan müəyyən olunur ki, faktiki torpaq sahəsi 0,12 ha, tikintialtı sahə 0,00275 ha, digər sahələr 0,11725 ha təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 49a/3200a ünvanında istifadəsində olan 0,0015 ha torpaq sahəsi üzərində yerləşən bağ evi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (**********8-11301 reyestr №-li) İddiaçı adına qeyd edilmişdir. Tərəfindən Bakı şəhəri 23 saylı notariat kontorunda verilmiş və notarial qaydada təsdiq olunmuş **********844 saylı ərizədən müəyyən olunur ki, o, Mir-X2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 10d/3161d saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 14 may 2016-cı il tarixli **********89 saylı məktubda bildirilir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin verilməsi barədə xx.xx.2016-cı il tarixli, ********** saylı müraciətinizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılmışdır. Torpaq sahəsinin bölünməsinə dair tərtib olunmuş bölgü sxemi təqdim olunur. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslanıdırılmışdır ki, iddiaçının iddia tələbində qeyd olunanlarla 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Əlavə olaraq Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə Mir-X4 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №li müqavilə ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində faktiki 853,0 kv.m ölçüdən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair Mir-X2 xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərar icra edilərək, ünvan 3 bağ sahəsi (Yeni qaydalarla: AZ 1061, ünvan 4 ünvanında yerləşən 0.0853 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Mir-X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Mir-X4 və İddiaçı arasında bağlanmış 4Ə-484 reyestr nömrəli xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözü gedən ünvanda yerləşən sahə İddiaçı adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi iddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Məlumat üçün bildirilir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “49a/3200a” ünvanında olan bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətlərinin araşdırılması zamanı məlum olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmir. Həmçinin göstərilən torpaq sahəsinə X3 və X9 müraciətləri mövcuddur. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında protokol qərardadı ilə, hazırki iş üzrə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 2025-ci il 01 dekabr tarixli, 3-21-3-02/2-12569/2025 saylı məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra –DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, bu halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-nin özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) İş materiallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “49a/3200a” ünvanında olan bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Halbu ki, iddiaçının isə, hazırkı iddia tələbində qaldırdığı məsələ, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 347.0 kv.m torpaq sahəsindən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində irəli sürdüyü tələb üzrə cavabdehə müraciət etməsi müəyyən edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə orqanı ilkin müraciəti olmuş olsa belə hazırki iddia tələbi həmçinin iddia edilən 347 kv.m torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədə malik olmaması, nəticədə subyektiv hüququnun olmaması əsası ilə də mümkünlük şərtlərini ödəmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinə (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 347.0 kv.m torpaq sahəsindən ibarət “10d/3161d” saylı bağ sahəsi) dair hər hansı hüquqmüəyyənedici sənəd (bələdiyyə qərarı, icarə müqaviləsi, alqı-satqı aktı və s.) təqdim edə bilmir. İddiaçının iddia etdiyi həmin torpaq sahəsinə dair subyektiv hüququ müəyyən edilmir. Bundan başqa iddia ərizəsində Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli,2- 1(112)-7032/2023 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2- 1(103)-452/2024 saylı qərarı və iddia olunan torpaq sahəsinin bir hissəsi,yəni 347.0 kv.m olmaqla İddiaçı mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olmasına istinad olunmuşdur. Lakin mübahisə edilən torpaq sahəsinin bir hissəsi, yəni 347.0 kv.m olmaqla İddiaçı mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olduğu halda yenidən eyni torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün iddia irəli sürülməsi isə ağlabatan olmamaqla anlaşılan deyildir. İddiaçı əgər həmin məhkəmə işləri üzrə araşdırma zamanı 347 kv.metr torpaq sahəsinin onun faktiki istifadəsində olması halına istinad edirsə, bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənəd olmadan faktiki istifadədə olması torpağa hüququn qeydə alınması üçün əsas vermir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin gəldiyi nəticə oxşar iş üzrə Ali Məhkəmənin 2-1(102)-2656/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə uyğundur. Həmin qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-875/2022 saylı, 2-1(102)-906/2022 saylı, 2-1(102)-926/2022 saylı, 2- 1(102)-977/2022 saylı) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, qüvvədə olan əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. İddiaçı hüquqlarını qeydiyyata alınmasını tələb etdiyi əmlakın yerləşdiyi torpaq sahəsinə dair hər hansı mülkiyyət, istifadə və ya icarə hüququ barədə müvafiq sənədlər mövcud olmasına dair məlumat iddia ərizəsində göstərməmişdir, inzibati icraat zamanı da cavabdeh tərəfindən müəyyən edilməmişdir. Odur ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Eyni zamanda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Lakin hazırkı iş üzrə belə bir halın mövcudluğu təsdiq edilmir”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “bağ sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması və çıxarış verilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar