Məhkəmə qərarları › İş №2-1(112)-14034/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14034/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14034/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 doğum akt qeydləri və onun əsasında verilmiş doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 ilə 06 may 2006-cı il tarixdə Rusiya Federasiyasına köçmüş və orada yaşamağa başlamışdır. 19 may 2006-cı il tarixdə Rusiyada nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 doğulmuşdur. Onların doğumu Rusiya Federasiyasında qeydə alınaraq doğum haqında şəhadətnamə verilmişdir. Əri 14 dekabr 2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Siyəzən rayon VVADQ şöbəsi tərəfindən verilmiş şəhadətnamələri tapmışdır. Ona məlum olmayan səbəblərdən övladlarının doğumları eyni zamanda Azərbaycan Respublikasında da qeydə alınaraq müvafiq doğum haqqında şəhadətnamələr verilmişdir. Bununla bağlı Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.02023-cü il tarixli 3-16-5/7-13-1530/23 nömrəli və Siyəzən rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-10-152/2023 nömrəli məktubuna əsasən Rusiyada qeydə alınan akt qeydlərinin surəti əldə edilə bilmədiyi üçün ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Siyəzən rayon VVADQ şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamələr etibarsızdır və ləğv edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət edir. İİİ-MЮ seriyalı 587328 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur (anası – Azərbaycan Respublikası vətəndaşı İddiaçı; atası – Rusiya Federasiyası vətəndaşı X9). İİ-MЮ seriyalı 807020 saylı xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası vətəndaşı İddiaçı və Rusiya Federasiyası vətəndaşı X9 nikaha daxil olmuşlar. İİİ-MЮ seriyalı 776694 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur (anası – Azərbaycan Respublikası vətəndaşı İddiaçı; atası – Rusiya Federasiyası vətəndaşı X9). AZ-İ seriyalı 072301 saylı xx.xx.2007-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X4 atası X8, anası İddiaçıdır (qeyd edilən yer – Bakı şəhəri Siyəzən rayonu VVADQ şöbəsi). AZ-İ seriyalı 849697 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Siyəzən rayonunda doğulmuşdur. Anası İddiaçı, atası X5r (qeyd edilən yer – Bakı şəhəri Siyəzən rayonu VVADQ şöbəsi). AZ-İİ seriyalı 011338 saylı xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Siyəzən rayonunda doğulmuşdur Anası İddiaçı, atası X5r (qeyd edilən yer – Bakı şəhəri Siyəzən rayonu VVADQ şöbəsi). AZ-İ seriyalı 292699 saylı xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X8 nikaha daxil olmuşlar (qeyd edilən yer – Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsi). Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 3-16-5/8-13-1677/23 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, iddiaçının iddiasına etiraz edir və işin həllini məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri hesab etmişdir. Bununla əlaqədar məhkəmə İddiaçının vəkili və nümyəndəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən hüquqi yardım göstərərək cavabdeh Bakı şəhəri Cavabdeh əsl cavabdeh Siyəzən rayon qeydiyyat şöbəsi ilə əvəz edilməsinə dair ərizənin məhkəməyə təqdim edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığını bildirmiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən: 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia tanınma növündə iddiadır. İddiaçı Siyəzən rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 doğum akt qeydləri və onun əsasında verilmiş doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini tələb edir. İddiaçı tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamələrdə göstərilən doğum akt qeydlərinin Bakı şəhəri Cavabdeh tərəfindən deyil, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən qeyd edildiyi göstərilir. Bu səbəbdən də, Bakı şəhəri Cavabdeh hazırki işdə cavabdeh qismində çıxış etməsi mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddiaya cavab verməli orqan Siyəzən rayon qeydiyyat şöbəsidir. Bu barədə məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsinə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair hüquqi yardım göstərilməsinə baxmayaraq, o, cavabdeh qismində Siyəzən rayon qeydiyyat şöbəsinin göstərilməsinə və işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar