Məhkəmə qərarları › İş №2-1(112)-14035/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14035/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14035/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. İşin halları İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkün statusu və bu statusu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuşur. Hal hazırda İqtisad Universitetini bitirmiş və magistraturaya qəbul olmuşdur. İddiaçının qardaşı Suqovuşan uğrunda gedən döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixində şəhid olmuşdur. İddiaçının X1 xx.xx.1977-ci ildə Laçın rayonunda anadan olmuşdur (Məcburi köçkün vəsq. AA JSq 130766). 1992-ci ildə Ermənistan Respublikasının quldur birləşmələri tərəfindən Laçın rayonu işğal olunduqdan sonra valideynləri Bakı şəh. Binəqədi ray. Biləcəri qəs. 1 may küçəsi, yeni yaşayış massivi-də məskunlaşmışdırlar. İdiaçı hal-hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında məskunlaşıb yaşayır. İddiaçı X1na məcburi köçkün olması barədə seriya AA №130766 nömrəli vəsiqə və iddiaçının anası X6 Bakı şəhər qeydiyyatında olduğundan iddiaçıya qaçqınlıq statusu verilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2003-cü ildə məcburi köçkün ailəsində anadan olmuşur. İddiaçı məcburi köçkün statusu təsdiq edən vəsiqəsini almaq istəyir ki, gələcəkdə həmin vəsiqə ilə məcburi köçkünlər üçün dövlət tərəfindən müəyyən edilmiş imtiyazlardan istifadə edə bilsin. Bununla bağlı İddiaçı məcburi köçkün statusu təsdiq edən vəsiqəsinin verilməsi ilə əlaqədar iddiaçının atası İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X11 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli, №3-36-3/2- R-84xx-xx/2025/8888 saylı məktubu ilə İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsindən imtina etmişdir. İdiaçı hesab edir ki, xx.xx.2003-cü ildə məcburi köçkün ailəsində anadan olduğundan, Azərbaycan Respublikası Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu təsdiq edən vəsiqəsi verilməlidir və iddiaçı da digər statusu olan şəxslər kimi məcburi köçkün statusundan olan şəxs kimi imtiyazlardan istifadə etməlidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. X2 qeydiyyatı Abşeron rayonu, Məmmədli kəndində olduğundan istəyin müsbət həlli Komitənin imkanı xaricindədir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. III. Tədqiq edilən sübutlar və faktiki hallar İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AA seriyalı 130766 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X9 (1971-ci il təvəllüdlü, Laçın rayonunda doğulmuşdur) 1992-ci ildə Laçın rayonundakı yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir və hazırda Abşeron rayonunda məskunlaşmışdır. İş materiallarında olan Vİİ-JQ 437290 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X9 və X6 arasında xx.xx.2002-ci il tarihində nikah bağlanmışdır. İş materiallarında olan AZ-İ 503220 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə doğulmuşdur. X1, anası X3r. Qaçqınların və X7 üzrə Dölət Komisi Bakı şəhəri Binəqədi rayonu üzrə bölməsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı Laçın rayonundan məcburi köçkün kimi Biləcəri qəsəbəsi 1 may yeni yaşayış massivi ünvanında qeydiyyatsız yaşayır. Laçın İcra Hakimiyyəti X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd edilmişdir ki, Laçın rayonunun Qarabəyli kənd ərazi dairəsinin Korcabulaq kəndində daimi qeydiyyatda olan İddiaçı Laçın rayonunun Korcabulaq kəndindən məcburi köçkündür, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Yeni Biləcəri qəsəbəsi,1 May küçəsində müvəqqəti məskunlaşmışdır. Qeyd: İddiaçı məcburi köçkün kimi hər ay 60 manat məbləğində vahid aylıq müavinət alır. Laçın İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd edilmişdir ki, Laçın rayonunun Qarabəyli kənd ərazi dairəsinin Korcabulaq kəndində daimi qeydiyyatda olan X9 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşmüş, hazırda Bakı şəhəri, Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşmışdır, vahid aylıq müavinət alır. Əsas: Laçın Rayonu İcra Hakimiyyəti başçısının X12 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-64-34/3-35/2025 nömrəli arayışı. IV. İddianın növü və mümkünlüyü İrəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürürlər. İddiaçılar İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının müraciətinin təmin olunmasından cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə imtina edilmiş, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edilməklə iddia müddətinə riayət edilmişdir. V. Məhkəmənin mövqeyi Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona məcburi köçkün statusu və həmin statusu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə iddiaçının anasının yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər; 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qaydaların istinad edilən bəndinə görə, uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının anasının qeydiyyat ünvanı işğal olunmuş rayon (şəhər) deyil. Belə ki, iddiaçının anası X2 qeydiyyat ünvanı Abşeron rayonu, Məmmədli kəndidir. Odur ki, iddiaçıya münasibətdə məcburi köçkün statusunun verilməsi ilə bağlı ikinci şərt ödənilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmur. Oxşar hüquqi yanaşma Azərbaycan Respublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-880/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında da qeyd edilmişdir. Qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “.... iddiaçının atası Füzuli rayonu, Horadiz qəsəbəsi, ..... ünvanında qeydiyyatdadır. Füzuli rayonu, Horadiz qəsəbəsi 1994cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. 1994-cü ildə Horadiz qəsəbəsi işğaldan azad olunduqdan sonra qəsəbə sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Göründüyü kimi, iddiaçının atasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Füzuli rayonun Horadiz qəsəbəsi işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir (39-cü və 43-cü bəndlər). Məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda qeyd edilənlərə əsasən rədd edilməlidir. İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar