Məhkəmə qərarları › İş №2-1(112)-1404/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1404/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1404/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X4 (Ünvan: Bakı şəhəri, 8-ci mkr., Azadlıq prospekti ev 200) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Binəqədi Rayon İcra Hakimiyyətinə üçüncü şəxs - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qarşı “iddiaçının vəfat etmiş ərinin əvəzinə mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi, hər ay 375 (üç vüz yetmiş beş) manat ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 09.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. 09.09.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 10.03.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz həqiqi hərbi xidmətdə olan iddiaçının həyat yoldaşı kapitan X3 44 günlük Vətən Müharibəsində iştirak etdikdən sonra cərrahiyyə əməliyyatı aparılması məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmişdir. Hospitalda kapitan R.Mahmudovun boyun nahiyyəsində neyrocərrahiyyə əməliyyatının aparılması üçün yüksək texnologiya imkanları tələb edilməsi, əməliyyatın icrası üçün avadanlıq və həkim mütəxəssislərin olmadığına görə xəstənin sağlamlığı getdikcə ağırlaşdığına görə, hospitalın rəisi kapitan R.Mahmudovun komandanlığa ünvanladığı məktubun cavabına əsaslanaraq R.Mahmudov 10.12.2020-ci il tarixli məzuniyyət bileti alıb, neyrocərrahiyyə əməliyyat olunması üçün “Bakı Medikal Plaza” kilinikasına gedib. 15.12.2020-ci il tarixdə klinikada neyrocərrahiyyə əməliyyat olunub. Əməliyyatı aparmağı bacarmayan cərrah xəstəni on saatdan artıq müddətdə narkoz altında saxlayaraq, əməliyyatı düzgün aparmadığına görə əməliyyatdan sonra dördüncü gün kapitan R.Mahmudovu qüsursuz sağlam həyata qaytarmaq mümkün olmadığına görə xəstənin qanına kliniki infeksiya yeridilib reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində R.Mahmudovun bədəninə vurduğu sistemə narkotiklər əlavə edərək xəstəni özünü idarə edə bilməz vəziyyətə salıb, onun müqavimətini qırmaqla özünü müdafiə etmə imkanlarını aradan qaldırıb, 41 gün müddətində xəstəyə əzab-əziyyət verdikdən sonra beyini və qanı irinləşdirib kapitanı şüurlu surətdə 24.01.2021-ci il tarixdə həyatdan məhrum etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil edilməsini və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsini, hər ay 375 manat ödənilməsini xahiş etmişdir. İcra Hakimiyyətinin hüquq şöbəsinin və sənədlərlə iş şöbəsinin müdirlərinin şifahi - qanunsuz, əsassız cavabları: - “Müdafiə Nazirliyində mənzil növbəsində dayanmaq və onlardan kirayə haqqının ödənilməsini tələb etmək hüququnuz vardır. Şəhidlərdən başqa heç bir müharibə iştirakçısına yardım göstərmək imkanımız yoxdur”. İcra Hakimiyyətində özbaşınalıq edən dövlət məmurları 18.02.2021-ci il, 16.03.2021-ci il, 01.04.2021-ci il tarixlərdə poçt vasitəsilə göndərdiyi ərizələrə yazılı cavab verməkdən imtina etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə, İnsan Hüquqları üzrə Müvəkkili aparatına, Müdafiə Nazirliyinə dəfələrlə şikayət məktubları ünvanladıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavininin imzası ilə 07.06.2021-ci il tarixli imtina məktubu almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbavcan Respublikasının Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən v a.şayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alınana bilər. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşma, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və Və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxsin istifadə etdiyi güzəştlərə ailəsinin hüququnun saxlanılmalı olduğunu qeyd edir. İddiaçının istinad etdiyi "Hərbi qulluqçuların statusu haqqında" AR qanununıın 21 maddəsində əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün müvafiq təminatlar müəyyən edilir. Həmin maddənin 5-ci bəndinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. HQSH AR Qanunun 28-ci maddəsində qeyd olunmuş “hərbi xidmət vəzilələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə dedikdə, (həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi) bu vəzifələrin kimin tərəfindən icra olunması sonuncu xidmət etdiyi qurumun və ya yerli icra hakimiyyətlərinin nəzərdə tutulması məsləsi mübahisə yaradır. Lakin, AR Mənzil Məcəlləsinin 51.2-ci maddəsində və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində güzəştin mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana biləcəyi qeyd olunduğundan mkbaçıxa ”1 tərbi qulluqçuların statusu haqqında” AR qanununun 21-ci maddəsinin 5-ci bəndinin tətbiqi mümkün olmamışdır. Qeyd olunanlardan əlavə güzəştin olması həmin zabitə nisbətdə tətbiq ediləcəyi bəlli deyil. Belə ki, sənədlər təqdim edildikdə şəxsin güzəştdən istifadə hüququnun olmaması hallarıda müəyyən oluna bilər. Bundan başqa, iddiaçı iddia ərizəsində Binəqədi Rayonu İcra Hakimiyyətinin üzərinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması vəzifəsinin qoyulmasını xahiş edir. Bununla bağlı bildirir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. İddiaçıya Rayon İcra Hakimiyyətində qəbulda olarkən bununla bağlı dəfələrlə müvafiq izahatların verilməsinə baxmayaraq, o məhkəmə qarşısında Rayon İcra Hakimiyyətinin səlahiyyət çərçivəsində olmayan öhdəliyinin üzərinə qoyulması barədə iddia qaldırır. Bundan başqa, iddiaçı məhkəmə qarşısında qaldırdığı iddia tələbini səhvən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) şamil etmişdir. qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər vkıhiı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Qanunvericiliyin müddəalarından göründüyü kimi güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana bilir. Belə ki, AR Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Mənzil Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Belə kı, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48- cı maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşma, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək R11 ay ə haqqı ilə) təmin edilirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana bilər. İddiaçının həyat yoldaşı vəfat etdiyindən ona məxsus olmuş imtiyazların onun həvat yoldaşına şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məsələsinin müsbət həlli mümkün olmamışdır. İddiaçı iddia ərizəsində "Hərbi qulluqçuların statusu haqqında” AR qanununun 21-ci maddəsinin 5-ci bəndinə əsaslanıb həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun Halbu ki, iddiaçının iddia tələbi ilə bağlı qanunvericilikdə inzibati aktm qəbul olunması nəzərdə tutulmuşdur. Belə ki, AR Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. İlk olaraq bildir ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 saylı 2012-ci il 6 avqust tarixli qərarına əsasən müvəqqəti mənzil kirayəsi xərcləri yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsində dayanmış şəxslərə ödənilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Üçüncü şəxs inzibati orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 06 may 2019-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş” Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası müəyyən edilmişdir. Həmin qaydanın 1.2-ci mədəsinə əsasən mənzil kirayəsi üçün pul kompensasiyası Azərbaycan Ordusunun hərbi qulluqçularına və onların ailə üzvlərinə ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 mart 2021-ci il tarixli 0326 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq X6 Aeroportunun Hərbi Əlaqələr Komendatlığının hərbi komendantının köməkçisi kapitan X3 vəfat etdiyi üçün 24 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılmışdır. Ölüm- hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasını Qanunun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak (olduğu) gündən ən gec 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verir, uşaqlan yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyasının ödənilməsi davam etdirilir. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı X3 ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. X6 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının hərbi komendantın köməkçisi kapitan X3, 09.12.2020-ci il tarixdə ailə vəziyyəti ilə məzuniyyətə buraxılmış, məzuniyyətdə olduğu zaman səhhəti pisləşmiş və 20.12.2020-ci il tarixdə əməliyyat keçirmişdir. Bununla bağlı onun məzuniyyəti uzadılmışdır. Əməliyyatdan sonra onun vəziyyəti pisləşmiş və 24.01.2021-ci il tarixdə xətəxanada vəfat etmişdir. X2 07.04.2020-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə və inzibati orqana şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Həmin Qanunun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair münasibətində X6 Aeroportunun Hərbi Əlaqələr Komendatlığının hərbi komendantının köməkçisi kapitan X1 ölümünün hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olduğunu qeyd etsə də, mərhum X1 xidmət keçdiyi X6 Aeroportunun Hərbi Əlaqələr Komendatlığı tərəfindən göndərilmiş arayış və müvafiq əmrlərin çıxarışlarından görünür ki, mərhum X1 ölümü hərbi xidmət vəzifələrinin icrası zamanı baş verməmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq 2/2374 saylı 26.08.2021-ci il tarixli məktubla X6 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının sabiq hərbi qulluqçusu X1 barəsində olan məlumatları məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, X6 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının 26.08.2021-ci il tarixli 74 nömrəli Arayışında göstərilmişdir: “Sizin 2/3345 №-li məktuba cavab olaraq bildirirəm ki, X6 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının hərbi komendantın köməkçisi kapitan X3, 09.12.2020-ci il tarixdə ailə vəziyyəti ilə məzuniyyətə buraxılıb. Məzuniyyətdə olduğu zaman səhhəti pisləşdiyinə görə 14.12.2020-ci il tarixdə “BAKU MEDİCAL PLAZA”-ya müraciət edib və 15.12.2020-ci il tarixdə Foramen magnum Meningiomu. XBT-10, D32.9” diaqonuzu qoyulmuş və “Farlaterial transcondylar yanaşma ilə subtotal Tm eksizyonu” əməliyyatı keçirilmişdir. 20.12.2020-ci il tarixdə əməliyyat keçirdiyi üçün məzuniyyəti uzadılıb. Əməliyyatdan sonra vəziyyəti pisləşmiş və 24.01.2021-ci il tarixdə saat 16:00 radələrində həmin xəstəxanada vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası zamanı baş verməyib.” İş materiallarından görünür ki, X6 Aeroportunun Hərbi Əlaqələr komendantının 09.12.2020-ci il tarixli 248 nömrəli əmrindən çıxarışa əsasən 10 dekabr 2020-ci il tarixdən kapitan X3, hərbi komendantın köməkçisi, ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətə, Bakı şəhərində keçirməklə, 10 (on) təqvim günü müddətinə məzuniyyətə getmiş hesab edilmişdir. İş materiallarından görünür ki, X6 Aeroportunun Hərbi Əlaqələr komendantının 20.12.2020-ci il tarixli 259 nömrəli əmrindən çıxarışa əsasən kapitan X3, hərbi komendantın köməkçisi, ailə vəziyyəti ilə məzuniyyətdə olduğu müddətdə səhhəti pisləşib və “Bakı Medikal Plazada Cərrahi əməliyyat keçirib. 20 dekabr 2020-ci il tarixdən səhhəti nəzərə alınaraq məzuniyyəti müddəti uzadılmışdır. İş materiallarından görünür ki, X6 Aeroportunun Hərbi Əlaqələr komendantının 25.01.2021-ci il tarixli 25 nömrəli əmrindən çıxarışa əsasən kapitan X3, hərbi komendantın köməkçisi, “X10”da cərrahi əməliyyatdan sonra vəfat etdiyinə görə, 25 yanvar 2021-ci il tarixdən hərbi komendantlığın şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılmış hesab edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarından da aydın şəkildə görünür ki, ölmüş hərbi qulluqçunun ailəsinin güzəştlərdən yararlanmaq hüququnun saxlanmasını hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması ilə şərtləndirmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Göründüyü kimi, hərbi qulluqçuların hansı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsində konkret göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətdə olduğu zaman əməliyyat olunması və nəticədə ölməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, mövcud qanunvericiliyə əsaəsn iddiaçının mərhum əri X1 hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud qanunvericiliyə əsasən yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verildiyindən, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirildiyindən, iddiaçının mərhum ərinin isə hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, cavabdeh Binəqədi RİH tərəfindən verilən imtina qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi, hər ay 375 (üç vüz yetmiş beş) manat ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar