Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14057/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri X14in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri X14in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X12) “texniki pasportun ləğv olunması və koordinatların sürüşdürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək 22 aprel 2024-cü il tarixli **********17- 11302 nömrəli çıxarışa əsasən X3 tam xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 220 nömrəli (Yeni qaydalarla: Az1094, ünvan 1nə verilmiş texniki pasportun ləğv olunması; Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 220 nömrəli (Yeni qaydalarla: Az1094, ünvan 1 ünvanında yerləşən 0.24 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyən olunması; yeni koordinatlar müəyyən edildikdən sonra 22 aprel 2024-cü il tarixli **********17-11302 nömrəli çıxarışa əsasən X3 tam xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 220 nömrəli (Yeni qaydalarla: Azl094, ünvan 1nə yeni texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 26 aprel 2023-cü il tarixli **********97-11301 nömrəli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 268 nömrəli bağ evi İddiaçı (bundan sonra "İddiaçı") tam xüsusi mülkiyyətindədir. İddiaçının qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 22 aprel 2024-cü il tarixli **********17-11302 nömrəli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 220 nömrəli (Yeni qaydalarla: Azl094, ünvan 1 X3 (bundan sonra "Qonşu") tam xüsusi mülkiyyətindədir. Qonşunun çıxarışına əsasən onun mülkiyyət hüquqları 0.24 ha olan torpaq sahəsinə dövlət qeydiyyatına alınmışdır. Eyni ərazi ilə bağlı Qonşuya verilən texniki pasportda sahənin koordinatları da göstərilmişdir. Həmin koordinatlar ümumi istifadədə olan və Qonşuya məxsus olmayan sahəni əhatə edir və digər qonşuların, o cümlədən İddiaçının hüquqlarını pozur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra "Cavabdeh") mütəxəssisi (mühəndis-inventarlaşdırıcı) tərəfindən təqdim edilən arayışda Qonşu tərəfindən qanunsuz tutularaq tikinti işləri aparılan və heç bir şəxsə məxsus olmayan keçid yolun ərazisinin koordinatları göstərilmişdir. Bu arayışa əsasən müəyyən edilmişdir ki, həmin keçid yol qonşuya məxsus olan bağ sahəsinin sərhədi ilə İddiaçıya məxsus olan bağ sahəsinin sərhədi arasında yerləşmiş və ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, Cavabdehin mütəxəssisi tərəfindən təqdim edilən arayışda göstərilən keçid yolun sahəsi ümumi istifadədə olmasına baxmayaraq qonşu tərəfindən tutulmuşdur. Qonşuya verilən texniki pasportda göstərilən torpağın koordinatları ilə cavabdehin təqdim etdiyi arayışda göstərilən ümumi istifadədə olan yolun koordinatlarını müqayisə edərkən, texniki pasportda göstərilən torpaq sahəsinin həmin keçid yolun üzərinə düşdüyü (tam və ya qismən) məlum olur. Bu da reyestr məlumatları və/və ya texniki pasportda yer alan koordinatların səhv olduğunu bildirir. İddiaçı yuxarıda qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etmiş və qonşuya məxsus əraziyə dair (**********17-11302 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alman sahə) hazırkı Texniki Pasportun ləğv olunması, torpaq sahəsinin koordinatlarının yenidən müəyyən olunması və Qonşuya dəyişilmiş koordinatlar göstərilən yeni Texniki Pasport təqdim edilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavabdehə 20 iyun 2025-ci il tarixdə çatdırılsa da, cavabdeh bununla bağlı hər hansı tədbir görməmiş, iddiaçıya cavab verməmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 268 saylı bağ evinin yerləşdiyi torpaq sahəsi 0.21 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən müraciətdə qeyd olunan kçeid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi (82.0 kv.m) hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin hissədə qonşu bağ tərəfindən əlavə tikinti işləri aparılmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Mütəxəssis Rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 268 saylı bağ evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 0.21 ha təşkil edir (**********97-11301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir). Bilgəh qəsəbəsi, 220 saylı bağ evinin yerləşdiyi torpaq sahəsi isə sənəd üzrə 0.24 ha olsa da, faktiki olaraq 0.2737 ha təşkil edir (**********17-11302 reyestr nömrəsi ilə X3 xüsusi mülkiyyətindədir). X1 qəsəbəsi 220 saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin şərq hissəsində Bilgəh qəsəbəsi 268 ünvanı arasında olan keçidi (82.0 kv.m) tutaraq tikinti işləri aparmışdır. Sözügedən Bilgəh qəsəbəsi 220 ünvanının hasarı daxilində əlavə 0.0255 ha torpaq sahəsi vardır. Qeyd olunan xüsusi mülkiyyətdə olan torpaq sahəsinin arasındakı keçidin X12 tərəfindən tutulub tikinti işləri apardığı 82.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X Y 417658.455 4491533.507 417656.040 4491533.020 417650.270 4491560.530 417653.548 4491561.306 Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi (82.0 kv.m) hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin hissədə qonşu tərəfindən əlavə tikinti işləri aparılmışdır.
5. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 220 saylı bağ sahəsinə dair X3 adına tərtib edilmiş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.
6. Bilgəh bağlar massivinin sxematik xəritəsindən Çıxarış iş materiallarına əlavə olunmuşdur.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-3185/2024 nömrəli Qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı "iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 12-ci dalanda yerləşən 268 nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən 4,30 metr hündürlüyündə köməkçi tikilinin və cavabdeh tərəfindən öz divarına yerləşdirilmiş iri ölçüdə elektrik qutusunun öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının həyətinə baxan pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması, qonşu divarının (hasarın) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 366/2025 nömrəli Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1996/2025 nömrəli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən mütəxəssis X7 izahatında bildirmişdir ki, Bilgəh bağlar massivinin sxematik xəritəsindən Çıxarışdan göründüyü kimi İddiaçı və üçüncü şəxs X6 məxsus torpaq sahələri arasında əvvəllər keçid yolu kimi istifadə olunan boş ərazi mövcud olmuşdur. Hazırda müvafiq keçid hissə X12 tərəfindən hasarlanmış və orada əlavə tikinti işləri aparılmışdır. Buna baxmayaraq nəzərə alınmalıdır ki, tərəflər arasında keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi 82.0 kv.m təşkil edir və hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən mübahisələndirilən həmin hissə X6 məxsus texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əhatə olunmur. Belə ki, X6 məxsus torpaq sahəsinin faktiki koordinatları texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla eynilik təşkil etməklə (hər hansı sürüşmə halı mövcud deyil) şəxs tərəfindən ona məxsus olan torpaq sahəsindən əlavə 82 kv.m torpaq sahəsi zəbt edilmişdir. Qeyd edilən faktlar elektron kadastr baza məlumatları və GPS vasitəsilə torpaq sahəsinə yerli baxış əsasında müəyyən edilmişdir.
II. İddianın növü və mümkünlüyü
14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
15. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
16. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X4rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X5rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
17. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
18. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
19. X13 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
20. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
21. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
24. Məhkəmə ilk növbədə müəyyən edir ki, İddiaçı və üçüncü şəxs X12 arasında mülki mübahisə mövcud olmuşdur. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-3185/2024 nömrəli Qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı "iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 12-ci dalanda yerləşən 268 nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən 4,30 metr hündürlüyündə köməkçi tikilinin və cavabdeh tərəfindən öz divarına yerləşdirilmiş iri ölçüdə elektrik qutusunun öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının həyətinə baxan pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması, qonşu divarının (hasarın) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-366/2025 nömrəli Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1996/2025 nömrəli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
25. Məhkəmə nəzərə alır ki, tərəflər arasındakı mülki mübahisə üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 268 nömrəli bağ evi xx.xx.2023-cü il tarixdə İddiaçı adına, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 220 (Yeni qaydalarla: Az1094, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Rauf Kazımovski küçəsi giriş 127) nömrəli bağ evi xx.xx.2024-cü il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş 21,02.2025-ci il tarixli, 10/9475 nömrəli rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 3873/2025 saylı mütəxəssis rəyinə əsasən, cavabdehin Bilgəh qəsəbəsi, 220 saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin şərq hissəsində Bilgəh qəsəbəsi, 268 ünvanı arasında olan keçidi (82,0 kv.m) tutaraq tikinti işləri aparması müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsinin (82,0 kv.m) hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olunmuşdur. İddia olunan tikilinin planlı yerləşmə yerinin cavabdehin adına tərtib olunmuş **********17-11302 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli “Texniki pasportda” qeyd olunan “İ” literli köməkçi tikilinin yerləşdiyi yerə uyğun olduğu müəyyən edilmişdir. Lakin “Texniki pasportda” qeyd olunan torpaq sahəsinin koordinatları ilə sözügedən tikilinin yerləşdiyi yerin koordinatlarını müqayisə etdikdə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin 69 kv.m hissəsinin cavabdehin adına tərtib olunmuş “Texniki pasportun” hüdudlarından kənarda yerləşdiyi müəyyən olunmuşdur.
26. Hazırki iş üzrə məhkəmə iclasında iştirak edən mütəxəssis X7 izahatında bildirmişdir ki, Bilgəh bağlar massivinin sxematik xəritəsindən Çıxarışdan göründüyü kimi İddiaçı və üçüncü şəxs X6 məxsus torpaq sahələri arasında əvvəllər keçid yolu kimi istifadə olunan boş ərazi mövcud olmuşdur. Hazırda müvafiq keçid hissə X12 tərəfindən hasarlanmış və orada əlavə tikinti işləri aparılmışdır. Buna baxmayaraq, nəzərə alınmalıdır ki, tərəflər arasında keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi 82.0 kv.m təşkil edir və hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən mübahisələndirilən həmin hissə X6 məxsus texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əhatə olunmur. Belə ki, X6 məxsus torpaq sahəsinin faktiki koordinatları texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla eynilik təşkil etməklə (hər hansı sürüşmə halı mövcud deyil) şəxs tərəfindən ona məxsus olan torpaq sahəsindən əlavə 82 kv.m torpaq sahəsi zəbt edilmişdir. Qeyd edilən faktlar elektron kadastr baza məlumatları və GPS vasitəsilə torpaq sahəsinə yerli baxış əsasında müəyyən edilmişdir.
27. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Mütəxəssis Rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 268 saylı bağ evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 0.21 ha təşkil edir (**********97-11301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir). Bilgəh qəsəbəsi, 220 saylı bağ evinin yerləşdiyi torpaq sahəsi isə sənəd üzrə 0.24 ha olsa da, faktiki olaraq 0.2737 ha təşkil edir (**********17-11302 reyestr nömrəsi ilə X3 xüsusi mülkiyyətindədir). X1 qəsəbəsi 220 saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin şərq hissəsində Bilgəh qəsəbəsi 268 ünvanı arasında olan keçidi (82.0 kv.m) tutaraq tikinti işləri aparmışdır. Sözügedən Bilgəh qəsəbəsi 220 ünvanının hasarı daxilində əlavə 0.0255 ha torpaq sahəsi vardır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi (82.0 kv.m) hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin hissədə qonşu tərəfindən əlavə tikinti işləri aparılmışdır.
28. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi (82.0 kv.m) üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
29. Digər tərəfdən məhkəmə nəzərə alır ki, üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə texniki pasportda və çıxarışda müəyyən olunmuş koordinatları arasındakı uyğunsuzluq olduğunu əsaslandıran hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.
30. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 82 kv.m torpaq sahəsi üçüncü şəxsin xüsusi mülkiyyətində olmamaqla texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əhatə olunmur. Odur ki, texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının sürüşdürülməsi iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yaratmayacaqdır. Bu səbəbdən İddiaçı hazırki iddia tələbini qaldırmağa hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
31. Odur ki, iddia mümkün sayılmamalıdır.
32. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
33. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva