Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1406/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3- 3/1120 saylı qərarın ləğv edilməsi və cavabdeh tərəfindən tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəz Filialının xx.xx.2023-cü il tarixli inzibati aktının ləğv edilməsi, pensiyasının azaldılmış hissəsində və pensiyasından 67275,28 manat tutulması hissəsində cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ondan qanunsuz tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır. Belə ki, 1953-cü il təvəllüdlü olmaqla xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixədək dənizdə aşağıdakı müəssisələrdə işləmişdir: xx.xx.1987-ci il tarixli trestin 112 saylı əmri ilə "xxxx" İxtisaslaşdırılmış Quraşdırma-sazlama İdarəsi yaradılmış və xx.xx.1987-ci il tarixli 55/k saylı əmrlə dənizdə 6 saylı sahəyə 6 dərəcəli elektrikqaynaqçısı vəzifəsinə təyin edilmişdir. Həmin idarə xx.xx.1988-ci il tarixdə SSRİ Neft sənayesi Nairliyinin 156 saylı əmrinə müvafiq olaraq "xxxx" İQSİ “Şelfneftqazavtomatika" Mərkəzi adlandırılmışdır. xx.xx.1997-ci il tarixli 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar DNQ İB-nin tərkibinə verilmişdir. xx.xx.2001-ci ildən "xxxx" ASC-yə çevrilmiş və qeydiyyatdan keçmişdir. Əmək kitabçası üzrə xx.xx.1970-ci ildən fasiləsiz olaraq işləmişdir. Pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı 42.391,02 manat olmuşdur. (2004- 2007-ci illər əsas götürülməklə). Pensiyasından hər ay 43,09 manat kəsilməklə cavabdeh tərəfindən artıq ödənilmiş hesab edilən 67.275,28 manat pul vəsaiti geri alınmağa başlayanda ərizə ilə cavabdehə müraciət etmiş, 17 fevral 2023-cü il tarixdə daxil olmuş müraciətinə xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-58500/2023 nömrəli məktubla imtina edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-E-58500/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, “b” bəndinə uyğun olaraq isə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, ona xx.xx.2006-cı il tarixindən (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixdən tez olmayaraq) Fondun Nizami rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sında ümumi peşələr bölməsində (12100000- XXİİİ) Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları (12100000—19906) və rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları (12100000—19905) vəzifələri nəzərdə tutulmuşdur. Fondun Nizami rayon şöbəsinə təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun iddiaçıya dair 9 oktyabr 2007-ci il tarixli 3815-A nömrəli arayışında xx.xx.1992-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi elektrik qaynaqçısı peşəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları və rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilmişdir ki, işlədiyi vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmuşdur. Bu səbəbdən də onun 52 yaşdan deyil, 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixində qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 1 yanvar 2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona 67275,28 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 67275,28 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 43,09 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Məlumat üçün bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixindən etibarən 430,93 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-212373/2023 nömrəli etirazını məhkəməyə təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçıya 01.01 2006-cı il tarixindən (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixdən tez olmayaraq) Fondun Nizami rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sında ümumi peşələr bölməsində (12100000-XXİİİ) Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları (12100000— 19906) və rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları (12100000—19905) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Fondun Nizami rayon şöbəsinə təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun ona dair 9 oktyabr 2007-ci il tarixli 3815-A nömrəli arayışında xx.xx.1992-26.11,2002-ci il tarixləri arasındakı dövr ərzində Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi elektrik qaynaqçısı peşəsi qeyd olunan Siyahı üzrə müəyyən edilmiş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları və rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının işlədiyi vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmuşdur. Bu səbəbdən də onun 52 yaşdan deyil, 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixində qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 1 yanvar 2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən madənin tələbləri nəzərə alınmaqla ona 67.275,28 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 67.275,28 manat pul vəsait cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 43,09 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Məlumat üçün bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixindən etibarən 430,93 manat təşkil edir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1406/2024 nömrəli, xx.xx.2024 tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3/1120 saylı qərarın ləğv edilməsi və cavabdeh tərəfindən tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3/1120 saylı qərarın daha əvvəl iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əsasən iddiaçı cavabdeh tərəfindən onun müraciətinə əsasən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunu aldıqdan sonra məhz həmin imtina məktubu əsasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir ki, həmin məktubdan cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsinə dair məlumatın iddiaçıya təqdim edilmədiyi aşkar edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətlərə əməl edilməklə iddia qaldırılmışdır. İş materiallarında olan sənədlərə əsasən: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun 38 15-A nömrəli, xx.xx.2007-ci il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, verilir İddiaçı 1953-cü il təvəllüdlü ondan ötrü ki, o həqiqətən “Şelflayihətikinti” İB-nin xx.xx.1992-ci il tarixli 16/k saylı əmrinə əsasən ixtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsinin 1 №li Dəniz sahəsinə xx.xx.1992-ci il tarixində 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir. “Şelflayihətikinti” İB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin xx.xx.2002-ci il tarixli 40/k saylı əmrinə əsasən 3 №li Dəniz sahəsində “MakDermott” firmasına keçməyi ilə əlaqədar olaraq xx.xx.2002-ci il tarixindən bağlanmış əmək müqaviləsinə xitam verilib. Arayış arxiv sənədləri əsasında tərtib edilmişdir. X5 xx.xx.1970-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o: xx.xx.1970-ci ildə Azərbaycan SSR EA X2 eksperimental-sınaq bazasına 4-cü dərəcəli elektrik-çilingər qəbul edilib; xx.xx.1971-ci ildə bu bazanın 6 tarifli cədvəli üzrə zərərli əmək şəraiti ilə 4-cü dərəcəli maşinist vəzifəsi ilə motorsuz sektora keçirilib; xx.xx.1972-ci ildə Sovet ordusu sıralarına çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad edilib; xx.xx.1972-xx.xx.1971-ci illərdə 5.11.1974-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib; xx.xx.1974-cü ildə “Qafqaz enerji quraşdırma” tresti nəzdində 48 nömrəli Normativtədqiqat stansiyasında 48 nömrəli NTS stansiyasına qabaqcıl əmək üsulları təlimçisi qəbul edilib; xx.xx.1976-cı ildə 5-ci dərəcəli elektrik qaynaqçı keçirilib; xx.xx.1976-cı ildə tutduğu vəzifədən azad edilib; xx.xx.1976-cı ildə İxtisaslaşdırılmış avtomobillərin təmiri zavodunda Elektrik qazan sahəsinə 3-cü dərəcəli elektrik-qaz qaynaqçısı qəbul edilib; xx.xx.1979-cu ildə 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı verilib; xx.xx.1980-cü ildə 15.10.80-ci il tarixli xx-xx/2150 nömrəli məktuba müvafiq olaraq “Qafqaz enerji quraşdırma” trestinə keçirilib; xx.xx.1980-ci ildə “Qafqaz enerji quraşdırma” tresti İxtisaslaşdırılmış avtomobillərin təmiri zavodundan trestin MQSML beşinci (5) dərəcəli elektrik-qaz qaynaqçısı qəbul edilib; xx.xx.1981-ci ildə MQSML altıncı (5) dərəcəli elektrik-qaz qaynaqçısı verilib; xx.xx.1981-ci ildə “Enerji tikinti” 48 nömrəli NTS keçirilməklə işdən azad edilib; xx.xx.1981-ci ildə “Enerji quraşdırma əmək” 48 nömrəli Normativ-tədqiqat stansiyası “Qafqaz enerji quraşdırma” trestindən keçirilmə ilə 48 nömrəli NTS stansiyasına qabaqcıl əmək üsulları təlimçisi qəbul edilib; xx.xx.1982-ci ildə “Qafqaz enerji quraşdırma” trestinin Tİ keçirilmə ilə əlaqədar tutduğu vəzifədən azad edilib; xx.xx.1982-ci ildə “Qafqaz enerji quraşdırma” trestinin Tİ NTS-48-dən köçürmə yolu ilə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilib; xx.xx.1987-ci ildə Azərbaycan SSR ƏQM 36-cı maddəsinin 5-ci bəndi ilə (Qazavtomatika şelfi İQİİ) işdən azad edilib; xx.xx.1987-ci ildə "xxxx" İxtisaslaşmış quraşdırma istismar idarəsində “Qafqaz enerji quraşdırma” Tİ-dən köçürülmə qaydasında 6 nömrəli sahəyə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir; xx.xx.1988-ci ildə Yeni əmək haqqı şərtlərinin tətbiqi ilə əlaqədar olaraq 5-ci dərəcəli elektrik qaz qaynaqçısı müəyyən edilmişdir; xx.xx.1988-ci ildə SSRİ Qaz Sənayesi Nazirliyinin “qaz avtomatika ittifaqı” ÜİSB-nin "xxxx" trestinin "xxxx" İxtisaslaşmış quraşdırma istismar idarəsinin adı dəyişdirilərək SSRİ Neft Sənayesi Nazirliyi “Şelf Neft-qaz avtomatikası” Neft dəniz yataqlarının araşdırılması və öyrənilməsi üzrə baş idarənin avtomatlaşdırma və idarəetmə vasitələrinin istismarı və texniki xidməti üzrə Mərkəz adlandırılmışdır; xx.xx.1989-cu ildə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı dərəcəsi verilmişdir; xx.xx.1992-ci ildə Azərbaycan Respublikası ƏQM 37-ci maddəsinə müvafiq olaraq (öz xahişi ilə) işdən azad edilmişdir; xx.xx.1992-ci ildə “Şelflayihətikinti” PSTB elektrik və avtomatika avadanlığı quraşdırma və sazlama idarəsində 1 saylı Dəniz shəsinə 6-cı dərəcəli elektrik-qaz qaynaqçısı qəbul edilib; xx.xx.1993-cü ildə “ŞLT” PSTB EAAQSİ-nin yenidən təşkil edilməsi ilə əlaqədar “ŞLT” PSTB İTQİ keçirilmə ilə işdən azad edilmişdir, xx.xx.1993-cü ildə “ŞLT” PSTB İTQİ EAAQSİ-dən keçirilmə qaydasında 6-cı dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilib; xx.xx.2002-ci ildə işdən azad edilib; xx.xx.2002-ci ildə MkDermott X6 takelajçı vəzifəsinə işə qəbul edilib; xx.xx.2003-cü ildə 5-ci dərəcəli takelajçı vəzifəsinə keçirilib; xx.xx.2004-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2004-cü ildə “X4” MMC-yə 5-ci dərəcəli takelajçı vəzifəsinə qəbul edilib, xx.xx.2007-ci ildə işdən azad edilib; xx.xx.2007-ci ildə "xxxx" MMC-yə 5-ci dərəcə ilə qaynaqçı vəzifəsinə qəbul edilib, xx.xx.2009-cu ildə işdən azad edilib. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 1120/2023 nömrəli Qərarı ilə İddiaçı əmək pensiyası 39.1 maddəsinə əsasən tutulmanın məhdudlaşdırılması (inventarizasiyası) səbəbilə yenidən hesablanmışdır. Hazırkı pensiya məbləği 2296 manat 58 qəpik. Yenidən hesablanmış pensiya məbləği 375 manat 70 qəpik olmuşdur. X10 Sistemindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçıya 387.84 manat pensiya ödənilmiş, 43.09 manat pensiya tutulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun xx.xx.2024-cü il tarixli, 14-2-8/2- 58/2024 nömrəli məktubunda bildirilmişdir ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli fərmanına əsasən Dövlət Neft Şirkətinin “Şelflayihətikinti” İstehsalat Birliyinin bazasında yaradılmışdır. Zavodun fəaliyyətinin əsas istiqaməti stasionar dərin dəniz özüllərinin tikintisi, suya salınaraq təyinat yerinə nəql olunması, “dəniz nöqtəsində” quraşdırılması, dayaq özüllərinin bərkidilməsi və istismara buraxılması üzrə işlərin yerinə yetirilməsi kimi müəyyən edilmişdir. SOCAR-ın “Əmlakın icarəyə verilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 196S nömrəli Sərəncamının icra edilməsi ilə əlaqədar olaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun balansında olan bina və qurğular “Əmlakın icarəyə verilməsi haqqında” xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Eyni zamanda istehsal və qeyri-istehsal sahələrində çalışan işçilər də köçürmə yolu ilə həmin müəssisədə işə qəbul edilmişlər. Həmin dövrdən zavodun əsas istehsal sahələri, o cümlədən də iddiaçının işləmiş olduğu istehsal sahəsi üzrə fəaliyyəti tam dayandırıldığından müəssisəmizin ştatında bu səhə ilə bağlı mütəxəssislərdə çalışmır. Zavodun Tikinti Quraşdırma İdarəsi tərəfindən özüllərin gövdələrinin dəniz nöqtəsində quraşdırılması həyata keçirilmiş, elektrik qaynaqçıları tərəfindən modulların daxilində qapalı şəraitdə əl ilə elekrtik qaynaq işləri görülmüşdür, yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaq işləri həyata keçirilmişdir. İdarə 2003-cü ildə ləğv edilmiş, yerində “Üst tikililərin yığılması və quraşdırılması sexi” (11 №-li sex) yaradılmışdır. Lakin, İddiaçı zavodda işlədiyi dövrə dair arxivdə olan mövcud sənədlər əsasında sorğunuzun 3-cü abzasında qoyulan suallara cavab verəcək arayışının verilməsi hazırda imkanımız xaticindədir. Belə ki, sorğuya cavab hazırlanarkən zavodun arxivində iddiaçının əmək müqaviləsi və peşə təlimatı, iş yerinin attestasiyası sənədləri, əmək məzuniyyəti barədə əmrlər aşkar edilmədi. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan fəhlələrə ixtisas dərəcələrinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin X11 üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilən “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının hazırlanması və təsdiq edilməsi hüququ Azərbaycan Respublikasınin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin səlahiyyətinə aid edilib. Buna görə də iddiaçının peşə təlimatını qeyd edən nazirlikdən və ya hazırda Respublikamızda özüllərin dənizdə quraşdırılması işini həyata keçirən müəssisələrdən alınması mümkündür. Yuxarıda qeyd olunan səbəblərdən iddiaçının “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq işləri”, eləcə də “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçısı kimi çalışıb-çalışmaması, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında” qeyd edilmiş işlərin hər hansı birini icra edib-etməməsi barədə izahlı və əsaslı arayışın verilməsi mümkün olmamışdır. Əlavə məlumat olaraq qeyd etmək istərdik ki, zavod üzrə iddiaçının işləmiş olduğu sahə üzrə iş yerlərinin attestasiyası axırıncı dəfə iddiaçı işdən çıxdıqdan 7 il sonra 2009-cu ilin sonuncu rübündə həyata keçirilmişdir. Zavodda fəhlələrin iş yerlərinin attestasiyasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2009-cu il tarixli cədvəldə “Üst tikililərin yığılması və quraşdırılması sexi” (11 №-li sex) üzrə əl ilə qaynaqda elektrik qaynaqçısı və avtomat və yarımavtomat maşınlarda elektrik qaynaqçısının əmək şəraitində müəyyən edilmiş inqridientlərin adları, yol verilən konsentrasiya və nümunələrin götürüldüyü tarixə faktiki göstəricilərin qeydiyyatı aparılmışdır. Nəticədə həmin peşələrdə çalışan işçilərə əmək şəraitinə görə vəzifə (tarif) maaşına 1,12 artım əmsalı müəyyən edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun xx.xx.2010-cu il tarixli, Əmək şəraitinə görə vəzifə (tarif) maaşına artım əmsalı haqqında 325/İ nömrəli Əmrində qeyd edilmişdir ki, 2004-cü ildən başlayaraq Azərbaycan Milli Elimlər Akadameyasının radiasiya Problemləri institutunun X3 Əməyin Mühafizəsi üzrə Mərkəzi laboratoriyası tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodu üzrə aparılmış iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır, xüsusi ilə ağır və xüsusi ilə zərərli peşə və vəzifələr üzrə vəzifə (tarif) maaşına müəyyən edilmiş artım əmsallarına görə ödənişlər xx.xx.2010-cu il tarixindən dayandırılması, xx.xx.2010-cu il tarxindən aşağıda adlan qeyd edilən sex və sahələrdə göstərilən peşələrdə (vəzifə) çalışan işçilərə əmək şəraitinin ağırlığına və zərərliliyinə görə qeyd edilən həcmdə artım əmsalları tətbiq edilməsinə əmr edilmişdir: Metal Konstruksiyaların istehsalı sexi (12 №li sex): - əl ilə qaynaqda elektrik qaynaqçısı – 1,12. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə cavabdehin qərarının və imtinasının dəlillərinə, işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunmasından və ondan tutulan məblğin geri ödənişinin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən ödənişin dayandırılması yenidən hesablama barədə qərar əsasında həyata keçirilmiş, iddiaçıya münasibətdə əmək pensiyasının təyinatı ümumi əsaslarla müəyyən edilmiş və onun əmək pensiyasından tutulmaların aparılmasına başlanılmışdır. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilsə də, iddiaçının həmin illərə dair iş stajının güzəştli olmasını təkzib edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə araşdırması ilə, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun xx.xx.2024-cü il tarixli, 14-2-8/2-58/2024 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli fərmanına əsasən Dövlət Neft Şirkətinin “Şelflayihətikinti” İstehsalat Birliyinin bazasında yaradılmışdır. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun balansında olan bina və qurğular “Əmlakın icarəyə verilməsi haqqında” xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Eyni zamanda istehsal və qeyriistehsal sahələrində çalışan işçilər də köçürmə yolu ilə həmin müəssisədə işə qəbul edilmişlər. Həmin dövrdən zavodun əsas istehsal sahələri, o cümlədən də iddiaçının işləmiş olduğu istehsal sahəsi üzrə fəaliyyəti tam dayandırıldığından müəssisənin ştatında bu səhə ilə bağlı mütəxəssislər də çalışmır. Zavodun Tikinti Quraşdırma İdarəsi tərəfindən özüllərin gövdələrinin dəniz nöqtəsində quraşdırılması həyata keçirilmiş, elektrik qaynaqçıları tərəfindən modulların daxilində qapalı şəraitdə əl ilə elekrtik qaynaq işləri görülmüşdür, yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaq işləri həyata keçirilmişdir. İdarə 2003-cü ildə ləğv edilmiş, yerində “Üst tikililərin yığılması və quraşdırılması sexi” (11 №-li sex) yaradılmışdır. Əlavə məlumat olaraq qeyd edilmişdir ki, zavod üzrə iddiaçının işləmiş olduğu sahə üzrə iş yerlərinin attestasiyası axırıncı dəfə iddiaçı işdən çıxdıqdan 7 il sonra 2009-cu ilin sonuncu rübündə həyata keçirilmişdir. Zavodda fəhlələrin iş yerlərinin attestasiyasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2009-cu il tarixli cədvəldə “Üst tikililərin yığılması və quraşdırılması sexi” (11 №-li sex) üzrə əl ilə qaynaqda elektrik qaynaqçısı və avtomat və yarımavtomat maşınlarda elektrik qaynaqçısının əmək şəraitində müəyyən edilmiş inqridientlərin adları, yol verilən konsentrasiya və nümunələrin götürüldüyü tarixə faktiki göstəricilərin qeydiyyatı aparılmışdır. Nəticədə həmin peşələrdə çalışan işçilərə əmək şəraitinə görə vəzifə (tarif) maaşına 1,12 artım əmsalı müəyyən edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun xx.xx.2010-cu il tarixli, Əmək şəraitinə görə vəzifə (tarif) maaşına artım əmsalı haqqında 325/İ nömrəli Əmrində qeyd edilmişdir ki, 2004-cü ildən başlayaraq Azərbaycan Milli Elimlər Akadameyasının radiasiya Problemləri institutunun X3 Əməyin Mühafizəsi üzrə Mərkəzi laboratoriyası tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodu üzrə aparılmış iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır, xüsusi ilə ağır və xüsusi ilə zərərli peşə və vəzifələr üzrə vəzifə (tarif) maaşına müəyyən edilmiş artım əmsallarına görə ödənişlər xx.xx.2010-cu il tarixindən dayandırılması, xx.xx.2010-cu il tarxindən aşağıda adlan qeyd edilən sex və sahələrdə göstərilən peşələrdə (vəzifə) çalışan işçilərə əmək şəraitinin ağırlığına və zərərliliyinə görə qeyd edilən həcmdə artım əmsalları tətbiq edilməsinə əmr edilmişdir: Metal Konstruksiyaların istehsalı sexi (12 №li sex): - əl ilə qaynaqda elektrik qaynaqçısı – 1,12. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmiş, iddiaçıya təyin edilmiş əmək pensiyası təyinatını qanunsuz hesab etsə də, bunu öz qərarında əsaslandırmamışdır. Formal əsaslardan çıxış edərək yenidən hesablama aparan cavabdeh iddiaçının razılığı və ya məhkəmə qərarı olmadan eyni qərarla artıq ödənilmiş əmək pensiyasının tutulmasını da həyata keçirmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçının cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etməklə formal tələblərə riayət edərək iddiaçının pensiyasından tutma həyata keçirməsi də qanunsuz olmuşdur. Bununla bağlı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər...”. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının tələbinin əsaslılığı işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından öz təsdiqini tapır. Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin qərarı qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-1120/2023 saylı qərarı ləğv edilsin və cavabdeh tərəfindən həmin qərar əsasında iddiaçıdan tutulmuş məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2-1(112)-1406/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1406/2024
09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver