Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14073/2023 04.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X7rşı “doğum akt qeydinə düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X7rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1989-cu il tarixdə Sədərək rayonu, Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 54 saylı akt qeydində dəyişiklik edərək adının “Mirrahim” kimi qeyd edilməsi vəzifəsinin cavabdeh 6 saylı Bakı Asan Xidmət X14 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1989-cu il tarixdə, Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində, hərbi biletində, nikah haqqında şəhadətnaməsində, orta təhsil haqqında attestatda, ali təhsil haqqında diplomda, pasportda və övladlarının doğum haqqında şəhadətnaməsində adı "Mirrahim" kimi qeyd edilib. Lakin doğum haqqında xx.xx.1989-cu il tarixdə Sədərək rayonu, Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 54 saylı akt qeydində adı "Mirrahib" kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı Asan Xidmət X14 müraciət edərək doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı müraciət etsə də bundan imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş etibarlılıq müddəti xx.xx.2032-ci il tarixədək olan C03255975 nömrəli ümumvətəndaş pasportuna əsasən İddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur, azərbaycanlıdır. İş materiallarına əlavə edilmiş AO1196709 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.2010-cu il tarixdə Bakı şəhər Xətai rayon hərbi komissarlığı tərəfindən hərbi bilet verilmişdir. İş materiallarına əlavə edilmiş orta təhsil haqqında xx.xx.2006-cı il tarixli, 285263 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Xətai rayonu S.Həsənov adına 63 nömrəli məktəbi bitirmişdir. İş materiallarına əlavə edilmiş B186251 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə menecment fakültəsini 2010-cu ildə bitirmişdir. İş materiallarına əlavə edilmiş AZ–T 892010 nömrəli xx.xx.2013-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X19 xx.xx.2013-cü ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 369 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Həmidova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ 636629 nömrəli xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X16r. İş materiallarına əlavə edilmiş AZ-İİİ 932832 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X16r. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 316-5/4-13- 8163/23 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi icra nümayəndəliyində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun adının “Mirrahim” deyil, “Mirrahib” kimi yazıldığı müəyyən edilmişdir. Müraciətinizlə əlaqədar İddiaçı nikahı və 2 (iki) övladının doğumu haqqında akt qeydinin kserosurətini Sizə göndəririk. Həmçinin bildiririk ki, Naxçıvan Muxtar Respublikasının ərazisində tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından İddiaçı doğumu haqqında akt qeydinin əldə edilməsi üçün sonuncu yerin Ədliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda qeyd edirik ki, ’Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən İddiaçı ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -xx.xx.2013-cü il tarixli, 9101 40369 nömrəli nikah haqqında akt qeydindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ilə xx.xx.1988-ci il təvəllüdlü X19 xx.xx.2013-cü ildə nikahlarını bağlamışlar. -xx.xx.2017-ci il tarixli 9101 11702 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X16r. -9101 1 6237 nömrəli xx.xx.2015-ci il tarixli Doğum haqqında akt qeydindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X16r. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 1636 nömrəli məktubu ilə göndərilmiş xx.xx.1989-cu il tarixli, 54 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X3 xx.xx.1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndndə doğulmuşdur. X1, anası X2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X11 iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/7-A-17xx-xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, doğum haqqında xx.xx.1989-cu il tarixdə Sədərək rayon Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 54 saylı akt qeydində adınız “Mirrahib” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-a, əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Bildiririk ki, təqdim etdiyiniz sənədlərdə kifayət qədər əsaslar olmadığından sizin ərizənizin icrası tərəfimizdən mümkün deyildir. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi icra nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının adı “Mirrahim” deyil, “Mirrahib” kimi qeyd edilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatarında iddiaçının adı adı “Mirrahim” kimi göstərilmişdir. Bundan əlavə, C03255975 nömrəli ümumvətəndaş pasportunda, AO1196709 nömrəli Hərbi Bilet, tam orta təhsil haqqında 285263 nömrəli Attestat, B186251 nömrəli Diplomda iddiaçının adı “Mirrahim” kimi göstərilmişdir. Eyni zamanda iddiaçının AZ–T 892010 nömrəli xx.xx.2013-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamə, nikah haqqında akt qeydi, övladları X10 və X6 AZ-İİİ 636629 nömrəli xx.xx.2015-ci il tarixli və AZ-İİİ 932832 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamələri, doğum haqqında akt qeydlərində iddiaçınım adı Mirrahim kimi sənədləşdirilmişdir. Beləliklə, istinad olunan sənədlərdən məlum olur ki, İddiaçı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində onun adı “Mirrahib” kimi yazılsa da, sonradan tərtib edilən bütün sənədlərdə, habelə ona verilən şəxsiyyət vəsiqəsi, atestat, diplom, nikah şəhadətnaməsində adı “Mirrahim” kimi göstərilmişdir. İddiaçı hazırda digər bütün sənədlərdə, o cümlədən İddiaçı şəxsiyyət vəsiqəsində adın “Mirrahib” deyil, “Mirrahim” yazılmasına istinad edərək doğum haqqında akt qeydinə düzəliş edilməsini və adının “Mirrahim” kimi qeyd olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçı ona məxsus müvafiq sənədləri təqdim edərək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqəsində adı “Mirrahim” kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, doğum haqqında akt qeydində adın “Mirrahib” kimi qeyd olunduğunu, habelə tərtib edilən bütün sənədlərdə onun barəsində məlumatların şəxsiyyət vəsiqəsində qeyd olunanlara uyğunluğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı akt qeydindəki məlumatlar digər sənədlərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.1989-cu il tarixli, 54 nömrəli doğum haqqında akt qeydində “Mirrahib” adının “Mirrahim” adına düzəliş edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X13 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-14073/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14073/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver