Məhkəmə qərarları › İş №2-1(112)-14082/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14082/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14082/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “bağ sahəsinin mülkiyyət hüququ ilə ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “bağ sahəsinin mülkiyyət hüququ ilə ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bağın İcarəyə verilməsi haqqında 9213 saylı 12 iyun 1998-ci il tarixli müqaviləyə əsasən Bakı şəhər icra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1965-ci il tarixli sərəncamının 1 nömrəli protokolu əsasında X8 Mərdəkan qəsəbəsində 0,17 ha bağ sahəsi 21.0 kv. metr, 1 otaqdan ibarət bina ilə birlikdə icarəyə verilmişdir. Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 2-363/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsindəki bağ evi cavabdeh X9 bölünəcək hissəyə düşməklə, həmin bağ sahəsi iddiaçılar X16, X20, X4 və cavabdeh X17 arasında dörd bərabər hissəyə bölüməsi və hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanılması, qətnamənin icrası Bakı şəhər X11 və İstismarı Birliyinə həvalə edilməsi qət edilmişdir. Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 2-605/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadı ilə Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 2-363/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilmiş "Qətnamənin icrası Bakı şəhər X11 və İstismarı Birliyinə həvalə edilsin" cümləsinə "Qətnamənin icrası Mərdəkan bələdiyyəsinə həvalə edilsin" məzmununda izah verilməsi qərara alınmışdır. Mərdəkan bələdiyyəsi ilə X17 arasında xx.xx.2009-cu il tarixdə torpaq sahəsinin icarəyə verilməsinə dair 110 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında X9 425 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı X23 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsinin vərəsəlik hüququ əsasında ona verilmiş 1/4 hissəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(82)- 2438/2019 saylı qərarı ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1088/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı X23 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(82)-2438/2019 saylı qərarının ləğv olunması, iş üzrə yeni qərar qəbul olunaraq, iddiaçı X13 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsinin vərəsəlik hüququ əsasında ona verilmiş 1/4 hissəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8271/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 saylı bağ sahəsinin 0,17 ha torpaq sahəsinin % hissəsinə dair iddiaçı X1 mərhum əri X10 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 saylı bağ sahəsinin bir hissəsi 0.0425 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X10 adına xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3564/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsinə dair mülkiyyət hüququnun X5 adına qeydiyyata alınmaqla dövlət reyesterindən çıxarışın və torpaq sahəsinə plan və ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 saylı bağ sahəsinin bir hissəsi 0.0425 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktınından görünür ki, torpaq sahəsi faktiki 0.0642 ha-dır. Torpaq sahəsi hər tərəfdən sərhədlənmiş, 3 tərəfi qonşu, bir tərəfi isə yoldur. Torpaq sahəsində bir mərtəbəli kürsülü yaşayış evi və həyət tikintiləri inşa olunub. Torpaq sahəsinin koordinatlarının cədvəli işə əlavə olunmuşdur. X17 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan ünvanlanan 133/25 saylı, 15 mart 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 34 saylı notariat ofisində qanun üzrə vərəsə İddiaçı müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2023-cü ildə vəfat etmiş X2 (d/t xx.xx.1951-ci il, FİN: 4K9Z1NW) mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Bakı şəhəri Mərdəkan Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 110 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 nömrəli bağ ünvanında yerləşən 425 kv.m. torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq X6 məxsus göstərilən əmlaka Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilməsi xahiş olunmuşdur. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “...X12 X15 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Göstərilən torpaq sahəsi bağlar massivinin ərazisidir. Bundan başqa, bələdiyyə qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu təqdim olunmamış, həmçinin təqdim edilmiş yerləşmə cizgisində müvafiq bələdiyyə qərarına istinad edilməmişdir. Eyni zamanda təqdim edilmiş icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti başa çatmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi" haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında' Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsinə dair mülkiyyət hüququnun X9 məxsus olması haqqında arayış verilməsinin öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, X17 atasıdır, həmçinin tək varisidir. Digər vərəsələr öz paylarından onun xeyrinə imtina edir. Buna görə də, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 017 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinə dair hüququn X14 məxsus olması haqqında arayış verilməsinə zərurət yaranmışdır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 017 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə həmin torpaq sahəsinə dair hüququn X14 məxsus olması haqqında arayış verilməsi üçün idarəyə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət edilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətə 35 gündən artıq müddətdə cavab verməməməklə müraciətdən imtina etmişdir. Hesab edirəm ki, müraciətinin imtina edilməsi qanunsuz və əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 585 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə X18 arasında bağlanılmış xx.xx.1998-ci il tarixli 9213 nömrəli müqavilə Bakı Şəhər Ərazi İdarəsinin arxivində mövcuddur. Eyni zamanda bildiririk ki, arxiv qovluğunda aşkar olunan sənədlərə əsasən sözügedən bağ sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olduğu barədə məlumat aşkar olunmuşdur. Belə ki, Əzizbəyov Rayon Məhkəməsinin 2-363/2007 nömrəli xx.xx.2007-ci il tarixli Qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 585 nömrəli bağ sahəsinin X17, X16, X20 və X3 arasında dörd bərabər hissəyə bölünməsi və hər birinin adına ayrıayrılıqda bağ icarə müqaviləsi bağlanılması qət edilmişdir. Qətnamənin İcrası Bakı şəhəri X7 və İstismarı Birliyinə həvalə edilmişdir. Daha sonra Əzizbəyov Rayon Məhkəməsinin 2- 605/2007 nömrəli xx.xx.2007-ci il tarixli Qərardadına əsasən Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd olunmuş “Qətnamənin İcrası Bakı şəhəri X7 və İstismarı Birliyinə həvalə edilsin” cümləsinə “Qətnamənin icrası Mərdəkan Bələdiyyəsinə həvalə edilsin” məzmununda izah verilməsi qərara alınmışdır. Lakin Qərardadın icrası ilə bağlı məlumat arxiv qovluğunda aşkar olunmamışdır Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında protokol qərardadı ilə, hazırki iş üzrə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 2025-ci il 01 dekabr tarixli, 3-21-3-02/2-12569/2025 saylı məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra –DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, bu halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-nin özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bağın İcarəyə verilməsi haqqında 9213 saylı 12 iyun 1998-ci il tarixli müqaviləyə əsasən Bakı şəhər icra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1965-ci il tarixli sərəncamının 1 nömrəli protokolu əsasında X8 Mərdəkan qəsəbəsində 0,17 ha bağ sahəsi 21.0 kv. metr, 1 otaqdan ibarət bina ilə birlikdə icarəyə verilmişdir. Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 2-363/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsindəki bağ evi cavabdeh X9 bölünəcək hissəyə düşməklə, həmin bağ sahəsi iddiaçılar X16, X20, X4 və cavabdeh X17 arasında dörd bərabər hissəyə bölüməsi və hər birinin adma ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanılması, qətnamənin icrası Bakı şəhər X11 və İstismarı Birliyinə həvalə edilməsi qət edilmişdir. Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 2-605/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadı ilə Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 2-363/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilmiş "Qətnamənin icrası Bakı şəhər X11 və İstismarı Birliyinə həvalə edilsin" cümləsinə "Qətnamənin icrası Mərdəkan bələdiyyəsinə həvalə edilsin" məzmununda izah verilməsi qərara alınmışdır. Mərdəkan bələdiyyəsi ilə X17 arasında xx.xx.2009-cu il tarixdə torpaq sahəsinin icarəyə verilməsinə dair 110 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında X9 425 kv.m torpaq sahəsi ayrılmışdır. Sonuncu həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhum atasının adına olan müqaviləni təqdim edir. Cavabdeh həmin müqavilənin olmasını mübahisələndirmir. Sadalanan normaların məzmununa əsasən, mərhum X17 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. İddiaçı da mərhum atasının birinci növbəli vərəsəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir. İmtinaya səbəb o olmuşdur ki, X12 X15 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud deyil. Göstərilən torpaq sahəsi bağlar massivinin ərazisidir. Bələdiyyə qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu təqdim olunmamış, təqdim edilmiş yerləşmə cizgisində müvafiq bələdiyyə qərarına istinad edilməmişdir. İcarə müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti başa çatmışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Həmin Qanunun: - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.-1- maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında göstərilmişdir ki, “(...) Məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 585 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə X18 arasında bağlanmış xx.xx.1998-ci il tarixli 9213 nömrəli müqaviləyə əsasən mübahisəli bağ torpaq sahəsi orada olan tikili ilə birlikdə sonuncunun icarəsinə verilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin bağ sahəsinin bağın ilkin icarəçisinin vərəsələri, o cümlədən hazırki iş üzrə iddiaçı arasında dörd bərabər hissəyə bölünməsi və onların hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanılması qət edilmiş, qətnamə (qətnaməyə izah verilməsi barədə qərardad nəzərə alınmaqla) icra olunmuş, qətnamə ilə adları çəkilən vərəsələr ilə, o cümlədən hazırkı iddiaçının mərhum atası ilə Bakı şəhəri Mərdəkan Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanmışdır. Qeyd edilməlidir həmin qətnamə və onun icra nəticələri əsasında çıxarılmış məhkəmə qərarına əsasən qeyd olunan 0.17 ha ölçüdə 585 nömrəli bağ sahəsində 0,0425 ha hissəsi xx.xx.2021-ci il tarixdə X13, 0.0425 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X10, 0.0425 ha hissəsi xx.xx.2023-cü il tarixdə X21 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Təqdim olunmuş ortofoto görüntü və müayinə aktından da görünür ki, naturada göstərilən torpaq sahəsi 585 saylı bağın ərazisi olmaqla, sahə yuxarıda adlarıçəkilən digər vərəsələrin arasında bölünmüş və qeydiyyata alınmış 585 saylı bağ sahəsindən qalan 1/4 hissədir. Hazırkı halda iddia olunan bağ sahəsi iddiaçının faktiki sahiblik və istifadəsindədir. Beləliklə, iddiaçı iddia etdiyi bağ torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh iddiaçının iddia etdiyi Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 saylı bağ sahəsinin torpaq sahəsinin yaxınlığında yerləşən digər vətəndaşlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüququnu qeydə alaraq, dövlət reyestrindən çıxarış vermişdir. Cavabdeh həmçinin iddiaçının müracitəni təmin etməkdən imtina etməklə iddiaçı ilə eyni faktiki və hüquqi əsasa söykənən başqa torpaq sahələri üzrə fərqli qərar qəbul edərək bərabərlik və etimad prinsipinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İddia tələbində yazılı etirazda qeyd edilən digər dəlili, yəni təqdim olunan cizgidə bələdiyyənin qərarına istinad edilməməsi barədə cavabdehin dəlilini də məhkəmə əsaslı hesab etmir. Belə ki, iddiaçı həmin sənədlərin tərtib edilməsində iştirak etmir və qeyd olunan sənədlərin tərtibatında uyğunsuzluğun və ya qeyri-müəyyyənliyin olması iddiaçının məsuliyyət sferasına aid deyil. Bundan başqa torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən ortofoto görüntüsü, həmçinin torpaq sahəsinin kordinatları cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerli baxışın nəticələrinə dair müayinə aktından və əlavə edilmiş koordinatlardan torpaq sahəsinin yerləşməsi dəqiq müəyyən edilir. Qeyd edilən məsələ müllkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. “...X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Məhkəmə Plenum qərarında ifadə edilmiş hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, təqdim olunan cizgidə bələdiyyə qərarına istinad edilməməsi hüquqi nəticə yaratmır və torpaq sahəsinin ayrılmasına dair qərarın hüquqi qüvvəsinə təsir etmir. Odur ki, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq (ölmüş şəxsə məxsus olması barədə arayış almaq) hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsinə dair mülkiyyət hüququnun X9 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar