Məhkəmə qərarları › İş №2-1(112)-1409/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1409/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1409/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi üçün canlı şəxsin tibbi müayinə edilməsi üsulu ilə yoxlanılaraq onun barəsində komissiya tərəfindən müvafiq qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-1991-ci illərdə SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuşdur. 1994-cü ildə könüllü olaraq hərbi xidmətə daxil olaraq Azərbaycan Respublikası SQ-də hərbi xidmətdə olmuşdur. 2005-ci il tarixinədək Azərbaycan Respublikası SQ-də müxtəlif vəzifələrdə hərbi xidmət keçmişdir. 1994-cü ilin aprel ayının son günlərində N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin onların olduğu səngərdə partlaması nəticəsində hərbi xidmət vəzifələrinin icrası zamanı müxtəlif bədən xəsarətləri almışdır. Bədəninin müxtəlif yerlərində bu gündə çoxsaylı mərmi qəlpələri gəzdirir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrdə hərbi xidmət keçdiyi dövrdə döyüşlərdə düşmənlə təmas xəttində yaralanmış və sağlamlığını itirmişdir. Aldığı hərbi travma və stresslər səbəbindən ağır xəstələnmiş və hərbi xidmətini davam etdirə bilməmişdir. İmkansızlıqdan o, keyfiyyətli müalicələr ala bilməmişdir. Hal-hazırda sağlamlığı pis vəziyyətdədir. Onun barəsində dəfələrlə sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə 3 dəfə təqdim edilsə də bu günədək müsbət qərar qəbul edilməmişdir. Qarabağ döyüşlərində müxtəlif bədən xəsarətləri almağıyla əlaqədar olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətləndirilmələr nəticəsində onun xəstəliyinin səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Zərdab rayonu Həkim Məsləhət Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına (VSEK-ə) 88 nömrəli forma təkrar olaraq 3 dəfə təqdim edilmişdir. Lakin müsbət heç nə əldə edə bilməmişdir. Artıq onun haqqında elektron qaydada göndərilən forma 88-ə 3 dəfə imtina edilmişdir. 3 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində qəbulu həyata keçirən mütəxəssislərin qəbulunda olsa da bir nəticə əldə edə bilməmişdir. Onun müalicəsini və müayinəsini düzgün təşkil edə bilmir. Dəfələrlə müayinələr keçirilsə də heç bir nəticə yoxdur. Artıq 3 dəfə 88 nömrəli forma Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilib. Zərdab rayon Mərkəzi Xəstəxanasının həkim mütəxəssisləri tərəfindən tərtib edilmiş 88 nömrəli formaya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 3 dəfə imtina cavabı verilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. Amma bu ona əlillik dərəcəsinin verilməsinə maneəçilik etmir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-355/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0260003AAFKZ saylı göndərişi əsasında baxılmış və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.0 - Delta amil ilə gedən xroniki virus mənşəli В hepatiti; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, - Xr.hepatitin kəskinləşməsi. Assit, Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu. Pankreatik steatoreya, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, - “Odlu silah mərmi partlayışından sonrakı sol əlin İİ barmağının distal falanqasının ovuc səthində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqsı nahiyəsində bir ədəd, sağ dirsək oynağında bir ədəd, sağ pəncənin alt səthində bir ədəd köhnə çapıq toxumalar, sağ əlin İİ barmağının yumşaq toxumalarının yad cismi (metal qəlpə); Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişi əsasında baxılmış və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.9 - Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnozun mətni: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozu-dekompensassiya mərhələsində. Qaraciyər - hüceyrə çatmamazlığı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ21 - Miokard infarktı => İ21.1 - Miokardın aşağı divarının kəskin transmural infarktı; Diaqnozun mətni: Miokardın aşağı divarının kəskin transmural infarktı. Sol mədəcik çatmamazlığı. Essensial [birincili] hipertenziya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanmasından az vaxt keçib, stasionar müalicə müddəti yetərli deyil, həkim statusu səthi yazılıb. Əvvəlki göndərişdəki diaqnozla indiki diaqnoz tam fərqlidir. İxtisaslaşmış klinikada stasionar müayinə və müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0260003AAFKZ saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.0 - Delta amil ilə gedən xroniki virus mənşəli В hepatiti; Diaqnoz: Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, - Xr.hepatitin kəskinləşməsi. Assit, Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu. Pankreatik steatoreya, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, - “Odlu silah mərmi partlayışından sonrakı sol əlin İİ barmağının distal falanqasının ovuc səthində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqası nahiyəsində bir ədəd, sağ dirsək oynağında bir ədəd, sağ pəncənin alt səthində bir ədəd köhnə çapıq toxumalar, sağ əlin İİ barmağının yumşaq toxumalarının yad cismi (metal qəlpə)”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müsəssisəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.9 - Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnoz: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozudekompensasiya mərhələsində. Qaraciyər - hüceyrə çatmamazlığı, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı göndərişi əsasında həmin tarixdə qiymətləndirilmiş və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ21 - Miokard infarktı => İ21.1 - Miokardın aşağı divarının kəskin transmural infarktı; Diaqnoz: Miokardın aşağı divarının kəskin transmural infarktı. Sol mədəcik çatmamazlığı. Essensial [birincili] hipertenziya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanmasından az vaxt keçib, stasionar müalicə müddəti yetərli deyil, həkim statusu səthi yazılıb. Əvvəlki göndərişdəki diaqnozla indiki diaqnoz tam fərqlidir. İxtisaslaşmış klinikada stasionar müayinə və müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALXW saylı göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX X3 İİİ FS. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma İ25 Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma İ50 Ürək çatmamazlığı, üç İ F.S. Ağırlaşma H90.5 Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, sağ tərəfli neyrosenser ağır eşitmə İİİ-İV dərəcə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7972/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. Məhkəmə icraatının gedişində İddiaçı əyani müayinə olunmuş, əlillik vəziyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Komissiyasında yenidən yoxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********7 saylı əmri ilə yaradılmış 2 nömrəli komissiyanın xx.xx.2022-ci il tarixli, **********1 nömrəli protokoluna əsasən protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 4 nəfərə əlillik dərəcəsi təyin edilsin, 6 nəfər isə DƏƏTE edilsin, 2 nəfər müalicənin davamı etdirmə qərarı 1 nəfər diaqnoz təsdiqini tapmaması qərarı və bu barədə qərar qəbul edilərək əlillik altsisteminə daxil edilməsi qərara alınmışdır. Protokola əlavə edilmiş siyahıda İddiaçı adı DƏƏTE (diaqnoz əlillik əlaməti təyin etmir) edilsin kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7972/2021 nömrəli qərardadına əsasən İddiaçı Agentlikdə nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına xx.xx.2021-ci il tarixli **********1 nömrəli çağırış məktubu göndərilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “X3 İİİ fs. Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ürək çatışmazlığı” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1409/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 tərəfindən verilmiş T 197/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-3. Vətəndaş İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişlərində göstərilən diaqnozlar klinik, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilmişdir. xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişdə qeyd edilən “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X3 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” diaqnozu nəzərə alınmaqla əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərdən əziyyət çəkən xəstələr stent əməliyyatından sonra təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edir və vəziyyəti ilə əlaqədar kardioloqa müraciət edirlər. Beləliklə, iş üzrə cavabdeh sonuncu dəfə iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası gətirərək əlillik dərəcəsinin təyinatından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə əsasın ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın -2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2019cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı tibbi göndərişlərin hər birində fərqli diaqnozlar olmaqla əlavə müalicəyə ehtiyacın olması, göndərişin natamam doldurulması, sonuncu dəfə xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişində isə diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə cavabdehə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə icraatı gedişində İddiaçı xx.xx.2022-ci il tarixdə KTM-də Exo-KQ-ik müayinədən keçmişdir. Radioloq nəticəyə gəlmişdir: PTCA+stent-2021, aorta divarı sklerotik, LV-hipertrofık, LVD-son həddə. Sol mədəcik İ tip diastolik disfunksiyası. LVqlobal sistolik funksiyası aşağı. LVEF-45%. LV-aşağı (bazal orta) akinetik. PH- yox. İVC- NMV-AV-fıbrotik. MR-İ dər. TR-İ dər. Təqdim edilmiş tibbi sənədlər əsasında iddiaçı məhkəmənin aralıq qərardadı ilə X9 Komissiyanın əyani müayinəsinə göndərilmiş, Komissiya təqdim edilən tibbi sənədlər və əyani müayinənin zamanı iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “X3 İİİ fs. Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ürək çatışmazlığı” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmadığı müəyyən olunduğundan, tibbi göndərişdə qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyi qərarını qəbul etmişdir. Məhkəmə icraatında iddiaçı barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 tərəfindən verilmiş T 197/2022 nömrəli ekspert rəyi ilə də iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci il tarixli 0274003AALXW tibbi göndərişdə qoyulmuş “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X3 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” diaqnozun əyani müayinəsində iddiaçıda aşkar edilmiş patomorfoloji dəyişikliklər nəticəsində əlillik dərəcəsinin təyininə əsas vermədiyi nəticəsinə gəlinmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar