Məhkəmə qərarları › İş №2-1(112)-1409/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1409/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1409/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, vəkil),cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, baş məsləhətçi) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə qarşı "cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçı barədə tərtib edilmiş aktın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə qarşı “cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayon Hərbi Komissarlığının iddiaçı barədə komissiya olaraq tərtib etdiyi aktın ləğv edilməsi, iddiaçının veteranlığının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. 1.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildə Ağdaş rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır, xx.xx.1989-cu ildə hərbi xidmətini başa vurub təxris olunmuşdur. Hərbi mükəlləfiyyətli olduğu üçün Qarabağ döyüşləri zamanı xx.xx.1992-ci ildə 08 nömrəli əmrlə xx.xx.1992-ci il tarixdən 3-cü taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlarına daxil edilmiş, əsgəri vəzifəsinin icrasına başlamışdır.Sonradan 1993-cü ildə N №-li hərbi hissəyə keçirilmiş, həmin hərbi hissədə nizam-intizamı pozan fərarilik edən bəzi əsgərlər ştatdan kənarlaşdırılıb axtarış üçün polis və prokurorluğa göndərilmişdir.İddiaçı fərarilik etməmişdir, əks təqdirdə ona xx.xx.2000-ci ildə “Müharibə veteranı” vəsiqəsi verilməzdi. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun onun barəsində heç bir cinayət işinin olmaması barədə xx.xx.2021- ci il tarixli məktubu mövcuddur.İddiaçı nümunəvi əsgər olduğu üçün qısamüddətli məzuniyyətlərə buraxılmış, xx.xx.N-cı ildə əmrlə hərbi xidmətdən təxris olunmuşdur.Tərxis olunan zaman təhkim olunmuş silahı silah anbarına təhvil vermişdir, habelə o, Qubadlı, Zəngilan, Cəbrayıl,Ağdam və Fizuli rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçı və digərləri barəsində komissiya şəklində iddiaçı da daxil olmaqla 27 nəfərin vəsiqələrinin geri alınması,imtiyazlardan istifadə hüququnun dayandırılması barədə akt tərtib edilmişdir. Həmin aktın heç bir əsası yoxdur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 2.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddia tələbinə etirazın məhkəməyə təqdim edilməsi tələb edilsə də cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilməmişdir. II. İddianın növü və mümkünlüyü 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 4.Hazırda iddiaçının iddiası –“cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayon Hərbi Komissarlığının iddiaçı barədə komissiya olaraq tərtib etdiyi aktın ləğv edilməsi” tələbi hissədə mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almış,iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək göstərmişdir ki, cavabdehə təqdim edilmiş sənədlərə əsasən akt qanunidir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İnzibati iş materiallarında olan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-4234 nömrəli məktubuna əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1993-cü ildə N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə və qanuni əsaslarla ehtiyata buraxılması haqqında arxiv sənədlərində məlumat aşkarlanmadığına görə və Bakı şəhəri Yasamal rayon hərbi komissarlığının xx.xx.2010-cu il tarixli aktı ilə iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsi ləğv olunduğuna görə iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsindən imtina edilmişdir; Uçot vərəqinə və hərbi bilet əvəzinə arayışa əsasən iddiaçı xx.xx.1992-ci ildən xx.xx.N-cı ilə qədər N nömrəli hərbi hissədə xidmət etmişdir, xx.xx.N-cı ildə xx.xx.N-cı il tarixli, 26 №li əmrə əsasən tərxis olunmuşdur; N №li hərbi hissənin xx.xx.N-cı il tarixli arayışına əsasən iddiaçı Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Fizuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir; Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 9/2/5675 nömrəli arxiv arayışına və xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş əmrlərə əsasən iddiaçı xx.xx.1992-ci ildən N №li hərbi hissənin 3-cü taborunun şəxsi heyətinin siyahısına daxil edilmişdir, hərbi nizam-intizamı pozub fərarilik etdiyi üçün N №li hərbi hssə komandirinin xx.xx.1993-cü il tarxili, 129№li əmri ilə xx.xx.1993-cü ildən ştatdankənar sayılmaqla, bütün növ təminatlardan azad edilmiş, axtarış üçün prokurorluq və polisə verilmişdir, nümunəvi xidmətinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 363 nömrəli əmrilə xx.xx.1994-cü ildən 5 günlük qısa müddətli məzuniyyətə, xx.xx.1994-cü il tarixli, 394 nömrəi əmrli ilə 5 günlük qısa müddətli məzuniyyətə, xx.xx.1994-cü il tarixli əmrli ilə qısamüddətli məzuniyyətə, xx.xx.1994-cü il tarixli, 481 nömrəli əmrilə 5 günlük qısamüddətli məzuniyyətə buraxılmışdır, N №li hərbi hissə komandirinin fevral N-cı il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçının müharibə veteranı statusu ləğv olunduğu üçün ona təyin olunmuş müharibə veteranlığına görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün verilməsi dayandırılmışdır, ondan xx.xx.2005-xx.xx.2020-ci il tarixdə ödənilmiş vəsaitin dövlət büdcəsinə qaytarılması tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçı haqqında cinayət işinin başlanması və ya xitam verilməsi barədə hər hansı bir material aşkar edilməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktbuna əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş xx.xx.2010-cu il tarixli, 10/2-3266 nömrəli məktubuna istinad edilərək müharibə veteranı statusunun ləğv edilməsi, müharibə veteranı vəsiqəsinin geri alınması, müharibə veteranı statusunun bərpa edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməli olduğu bildirilmişdir; Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin Yasamal rayon Hərbi Komissarlığına ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubuna əsasən iddiaçının noyabr 1992-ci ildə N nömrəli hərbi hissəyə daxil olması və fevral-mart N-cı ildə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli məktubu ilə daxil olmuş pensiya işindəki sənədlərə əsasən iddiaçıya xx.xx.2005-ci ildən müharibə veteranına verilən müavinət, daha sonra Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ödənilmiş və cavabdehin göndərdiyi siyahıya əsasən xx.xx.2020-ci ildən dayandırılmışdır; Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən hərbi nizam-intizamı pozub fərarilik etdiyinə görə 3-cü taborun hərbi qulluqçusu İddiaçı N №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 129 №li əmri ilə ştatdankənar sayılmaqla bütün növ təminatlarından çıxarılaraq axtarış üçün prokurorluq və polisə verilmişdir,N №li hərbi hissə komandirinin may-dekabr 1993-cü il, yanvar-fevral 1994-cü il və fevral N-cı il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti haqqında məlumat aşkar olunmamışdır; Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2010-cu il tarixli aktına əsasən iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması faktı təsdiq olunmayan şəxs kimi “müharibə veteranı vəsiqəsinin geri alınması və nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququnun itirildiyi” müəyyən edilmişdir. IV. Məhkəmənin mövqeyi 8.Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. 9.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”nin 1-ci bölməsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir:.. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bölmənin qeyd hissəsində göstərilir: “Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,şəxslərə şamil olunmur.” 11.İşin faktiki hallarına əsasən iddiaçı hərbi xidmət etdiyi zaman hərbi nizam-intizamı pozub fərarilik etdiyi üçün N №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 129 №li əmri ilə xx.xx.1993-cü ildən ştatdankənar sayılmaqla, bütün növ təminatlardan azad edilmiş, axtarış üçün prokurorluq və polisə verilmişdir, habelə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubuna,N №li hərbi hissə komandirinin maydekabr 1993-cü il, yanvar-fevral 1994-cü il və fevral N-cı il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti haqqında məlumat aşkar olunmamışdır. 12.Cavabdeh qeyd edilən halları nəzərə alaraq iddiaçıya verilmiş müharibə veteranı vəsiqəsinin geri alınması və nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququnun itirilməsinin müəyyən edilməsi barədə akt tərtib etmişdir, belə olan halda məhkəmə hesab edir ki, N №li hərbi hssə komandirinin xx.xx.1993-cü il tarixli, 129 №li əmri hal-hazırda ləğv edilmədiyi üçün cavabdehin iddiaçıya verilmiş müharibə veteranı vəsiqəsinin geri alınması və nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququnun itirilməsinin müəyyən edilməsi ilə bağlı hərəkətlərinin,habelə cavabdehin bu barədə tərtib etdiyi aktın (iddiaçıya aid hissəsinin) qanunsuz olması müəyyən edilmir. 13.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 14.Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir.

17. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə qarşı “cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayon Hərbi Komissarlığının iddiaçı barədə komissiya olaraq tərtib etdiyi aktın ləğv edilməsi barədə” iddiası əsassız olduğundan təmin edilməməlidir. 18.Məhkəmə onu da qeyd edir ki, iddiaçının iddiası iddiaçının veteranlığının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində hazırki iş ürə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla mümkün sayılmamışdır. 19.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə qarşı cavabdehin vəzifəli şəxsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayon Hərbi Komissarlığının iddiaçı barədə komissiya olaraq tərtib etdiyi aktın ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar