Məhkəmə qərarları › İş №2-1(112)-1409/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1409/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1409/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Vahid oğlunun sədrliyi İsmayılova Fidan Səxavət qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin geri qaytarılması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29), açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən əlillik dərəcəsi müddətinin bitdiyi xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarasınız. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən etibarən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sözügedən pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdən dayandırmışdır. İddiaçının bununla bağlı etdiyi müraciətə cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixdə cavab vermiş və məktubda qeyd edilmişdir ki, iddiaçıya verilən pensiya ƏƏSMN Aparatının daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan araşdırma ilə əlaqədar dayandırılmışdır. Buna səbəb kimi göstərilmişdir ki: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüuqularının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır.” Cavab məktubunda daha sonra göstərilmişdir ki, «əmək pensiyası hüququnuzun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından sizə pensiya ödənişi 1 oktyabr 2020-ci il tarixdən dayandırılıb». Göründüyü kimi araşdırmanın başlanılmasından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq nəticə verilməmiş, bu müddət ərzində əlillik dərəcəsinin müddəti bitmişdir (xx.xx.2022-ci il). Bununla belə ötən müddət üçün əmək pensiyasının ödənilməsi həyata keçirilməmiş, iddiaçının konstutsion hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı hesab edir ki, pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən əlillik dərəcəsinin müddətinin bitməsinədək yəni xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləği ona verilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1969-cı il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə Fondun Nizami rayon şöbəsi tərəfindən 2-ci dərəcə əlilliyə görə sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Həmin pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdən Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşın pensiya hüququ ilə bağlı əsaslı şübhələr yarandığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 "ömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Fləmin Nizamnamənin 3.1.18-ei bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və zərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin :əyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının ləsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bundan scnra-Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Beləki, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin müvafiq qurumu tərəfindən aparılan əməliyyataxtarış tədbirləri zamanı Fondun keçmiş Suraxanı rayon şöbəsinin Pensiya sektorunun əməkdaşı X3 ofisindən və mənzilindən maddi sübutlar kimi götürülmüş sənədlər arasında İddiaçı adına olan daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) texniki pasportunun notarial qaydada təsdiq edilən və dövlət reyestrindən çıxarışının surətləri aşkar edilməsi, eyni zamanda cinayət təqibi orqanı tərəfindən İddiaçı barəsində işçi qaydasında ətraflı məlumatın istənilməsi ona təyin edilmiş pensiyanın qanunauyğunluğuna şübhələr yaratdığından pensiya ödənişinin dayandırılması barədə Fonda müvafiq məlumat verilmişdir. Qeyd edilməlidir ki,. Fondun bir sıra struktur orqanlarında çalışmış Pakizə X1 ilə birlikdə 2013-2015-ci illərdə Fondun keçmiş Suraxanı rayon şöbəsinin Pensiya sektorunda işləmiş, onun əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdən xitam veriimişdir. İddiaçı əlilliyi barədə Nazirliyin “Əlillik” altsistemində mövcud olan məlumatların araşdırılması zamanı müəyyən edilmişdir ki, aidiyyəti olmayan müxtəlif tibb müəssisələri tərəfindən tərtib edilmiş və bir-birindən fərqli diaqnozlu göndərişlər (cəmi 4 sayda) “Əlillik” altsisteminə göndərilsə də, ilk 3 (üç) göndəriş üzrə əlillik təyinatından imtina olunmuşdur. O cümlədən, 1. X6 QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissə; Müayinə tarixi xx.xx.2017. Sinir sistemi xəstəlikləri, sinir sisteminin digər pozğunluqları, baş beynin digər zədələnmələri, serebral sist. Diaqnoz: Digər əlamətlərlə müşayiət olunan qrip, virus müəyyən olunmamışdır, keçirilmiş neyroinfeksiyadan sonrakı ensefalopatiya, tez-tez baş verən generalizə olunmuş, qıcolma tutmalar ilə, ağırlaşma, xoşxassəli kəllədaxili hipertenziya, kəllə daxili hipertenziya, ağırlaşma, dəqiqləşdirilməmiş nevrotik pozuntular, qabarıq asteno-nevratik sindrom, yanaşı xəstəliklər, xroniki xolesistit, xroniki hepatoxolesistit, tez-tez kəskinləşmələrlə, yanaşı xəstəliklər, digər ağırlaşmalarla müşayiət olunan dəqiqləşdirilməmiş babasil, kombinə olunmuş babasil, yanaşı xəstəliklər, enteroptoz (bağırsaq sallanması), düz bağırsağın sallanması. 31.01,2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 2. X6 QSC Sosial İnkişaf idarəsi MDX Əhmədli tibbi sanitar hissə; Müayinə tarixi xx.xx.2017. Tənəffüs sistemi xəstəlikləri, qrip və pnevmoniya, digər respirator təzahürlərlə birgə rast gəlinən qrip, virus. Diaqnoz: Digər əlamətlərlə müşayiət olunan qrip, virus müəyyən olunmamışdır, keçirilmiş neyroinfeksiyadan sonrakı ensefalopatiya, tez-tez baş verən generalizə olunmuş, qıcolma tutmalar ilə. xx.xx.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 3. Bakı 12 №-li Şəhər Poliklinikası, Müayinə tarixi xx.xx.2017. Sinir sistemi xəstəlikləri, mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri. Diaqnoz: Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, xoşxassəli kəllədaxili hipertenziya, toksiki ensefalopatiya, üzvi mənşəli emosional labil [astenik] pozuntu, xroniki xolesistit, ürəyin xroniki işemik xəstəliyi, stenokardiyanın digər formaları, İİİ fs. xx.xx.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 4. Bakı 16 №-li Şəhər Poliklinikası, Müayinə tarixi xx.xx.2017. Gözün və gözün əlavə aparatının xəstəlikləri, görmə sinirinin və görmə yollarının xəstəlikləri, görmə sinirinin (2-ci) və görmə yollarının digər xəstəlikləri. Diaqnoz: Görmə sinirinin atrofiyası, OU görmə sinirin hissəvi atrofiyası, binokulyar, ağır görmə pozğunluğu. Meyar: İkinci dərəcə əlillik, hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması. Növbəti qiymətləndirmə tarixi xx.xx.2017-il tarixdə əlilliyi təsdiq edilmişdir. Göründüyü kimi, 2017-ci ilin ilk 6 ayında 3 imtinadan sonra sonuncu gözlə əlaqədar diaqnoz müəyyən edilmiş göndərişə əsasən İddiaçı özünə 2-ci dərəcə əlillik və həmin əlilliyə müvafiq olaraq əmək pensiyasının təyin edilməsinə nail olmuşdur. 2021-ci ilin mart ayında Nazirlik tərəfindən aparılan araşdırma zamanı İddiaçı ünvanına məktub göndərilərək əmək pensiyası hüququ yaradan sənədlərinin Nazirliyə təqdim edilməsi xahiş edilmişdir. Nazirliyə gələn vətəndaş Daxili nəzarət və audit şöbəsinin sabiq əməkdaşına şəxsiyyət vəsiqəsinin, diplomunun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. Qəbulda olarkən P.Məmməovaya Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edərək , gözdən əlilliyinin təkrar qiymətləndirilməsi üçün əyani müayinədən keçməsi, müayinənin nəticəsi barədə rəsmi qərarın Nazirliyə təqdim edilməsindən sonra pensiya ödənişinin bərpası məsələsinə baxılacağı bildirilmişdir. Lakin həmin tarixdən 3 il keçməsinə baxmayaraq gözdən əlil olmasının təsdiq edən və ya əlilliyinin əyani müayinənin nəticələri barədə İddiaçı tərəfindən Nazirliyə hər hansı təsdiqedici rəsmi sənəd təqdim olunmamışdır. Eyni zamanda İddiaçı (FİN xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsinə dair Bakı 16 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilən 0085003AACL5 nömrəli göndərişdə qeyd olunduğu kimi onun həqiqətən də xx.xx.2017- ci il tarixində X4 adına Milli Oftalmologiya Mərkəzində (bundan sonra -Mərkəz) müayinədən keçməsinin və ona təyin olunmuş “görmə sinirinin atrofiyası” diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə tərəfimizdən Mərkəzə xx.xx.2024-cü il tarixli 3-17-4/2-24616/2024 nömrəli sorğu ünvanlanmışdır. Mərkəz sorğumuza xx.xx.2024-cü il tarixli 3-28-24/2-12/2024 (ESDAS 3-17-4/1- 42655/2024) nömrəli cavab məktub ilə İddiaçı dair yalnız Bakı 16 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən tibb kartasından çıxarışın surətini təqdim etmiş və şəxsin Mərkəz tərəfindən sorğuda göstərilən tarixdə və yaxud başqa bir tarixdə müayinəsinə dair heç bir müayinə sənədi təqdim etməmişdir. Mərkəzin İddiaçı müayinə sənədi təqdim etməməsi onun həqiqətəndə müayinə olunmasına şübhələr yaratmış və onun əlillik təyinatına əsas verən “görmə sinirinin atrofiyası” diaqnozu sübuta yetirilməmişdir. İşin hallarından müəyyən edilir ki, İddiaçı Ramiz qızına xx.xx.2017-il tarixdə təyin edilmiş əlillik əsaslı olmamışdır, bu səbəbdən xx.xx.2020-ci il tarixdən əlillik müddətinin başa çatdığı xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin bərpası qanunamüvafiq hesab edilə bilməz. II. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. III. Tədqiq edilən sübutlar və faktiki hallar: Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, İddiaçı əlillik vəziyyəti 16 nömrəli Şəhər Poliklinikasının 0085003AACL5 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik - gözdən əlilliyi olan şəxs səbəbindən 5 il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Bildiririk ki, İddiaçı Fondun keçmiş Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən gözdən əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənişi araşdırma zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün bildiririk ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) keçmiş Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən gözdən əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənişi araşdırma zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin müvafiq qurumu tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı Fondun keçmiş Suraxanı rayon şöbəsinin Pensiya sektorunun əməkdaşı X3 ofisindən və mənzilindən maddi sübutlar kimi götürülmüş sənədlər arasında İddiaçı adına olan daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) texniki pasportunun notarial qaydada təsdiq edilən və dövlət reyestrindən çıxarışının surətləri aşkar edilməsi, eyni zamanda cinayət təqibi orqanı tərəfindən İddiaçı barəsində işçi qaydasında ətraflı məlumatın istənilməsi ona təyin edilmiş pensiyanın qanunauyğunluğuna şübhələr yaratdığından pensiya ödənişinin dayandırılması barədə Fonda müvafiq məlumat verilmişdir. Qeyd edilməlidir ki, Fondun bir sıra struktur orqanlarında çalışmış Pakizə X1 ilə birlikdə 2013-2015-ci illərdə Fondun keçmiş Suraxanı rayon şöbəsinin Pensiya sektorunda işləmiş, onun əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdən xitam verilmişdir. İddiaçı əlilliyi barədə Nazirliyin “Əlillik” altsistemində mövcud olan məlumatların araşdırılması zamanı müəyyən edilmişdir ki, aidiyyəti olmayan müxtəlif tibb müəssisələri tərəfindən tərtib edilmiş və bir-birindən fərqli diaqnozlu göndərişlər (cəmi 4 sayda) “Əlillik” altsisteminə göndərilsə də, ilk 3 (üç) göndəriş üzrə əlillik təyinatından imtina olunmuşdur. O cümlədən, 1. X6 QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissə; Müayinə tarixi xx.xx.2017. Sinir sistemi xəstəlikləri, sinir sisteminin digər pozğunluqları, baş beynin digər zədələnmələri, serebral sist. Diaqnoz: Digər əlamətlərlə müşayiət olunan qrip, virus müəyyən olunmamışdır, keçirilmiş neyroinfeksiyadan sonrakı ensefalopatiya, tez-tez baş verən generalizə olunmuş, qıcolma tutmalar ilə, ağırlaşma, xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya, ağırlaşma, dəqiqləşdirilməmiş nevrotik pozuntular, qabarıq astenonevratik sindrom, yanaşı xəstəliklər, xroniki xolesistit, xroniki hepatoxolesistit, tez-tez kəskinləşmələrlə, yanaşı xəstəliklər, digər ağırlaşmalarla müşayiət olunan dəqiqləşdirilməmiş babasil, kombinə olunmuş babasil, yanaşı xəstəliklər, enteroptoz (bağırsaq sallanması), düz bağırsağın sallanması. xx.xx.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 2. X6 QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissə; Müayinə tarixi xx.xx.2017. Tənəffüs sistemi xəstəlikləri, qrip və pnevmoniya, digər respirator təzahürlərlə birgə rast gəlinən qrip, virus. Diaqnoz: Digər əlamətlərlə müşayiət olunan qrip, virus müəyyən olunmamışdır, keçirilmiş neyroinfeksiyadan sonrakı ensefalopatiya, tez-tez baş verən generalizə olunmuş, qıcolma tutmalar ilə. xx.xx.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 3. Bakı 12 №-li Şəhər Poliklinikası, Müayinə tarixi xx.xx.2017. Sinir sistemi xəstəlikləri, mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri. Diaqnoz: Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, xoşxassəli kəllədaxili hipertenziya, toksiki ensefalopatiya, üzvi mənşəli emosional labil [astenik] pоzuntu, xroniki xolesistit, ürəyin xroniki işemik xəstəliyi,stenokardiyanın digər formaları, İİİ fs. xx.xx.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 4. Bakı 16 №-li Şəhər Poliklinikası, Müayinə tarixi xx.xx.2017. Gözün və gözün əlavə aparatının xəstəlikləri, görmə sinirinin və görmə yollarının xəstəlikləri, görmə sinirinin (2-ci) və görmə yollarının digər xəstəlikləri. Diaqnoz: Görmə sinirinin atrofiyası, OU görmə sinirin hissəvi atrofiyası, binokulyar, ağır görmə pozğunluğu. Meyar: İkinci dərəcə əlillik, hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması. Növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il. xx.xx.2017-il tarixdə əlilliyi təsdiq edilmişdir. Göründüyü kimi, 2017-ci ilin ilk 6 ayında 3 imtinadan sonra sonuncu gözlə əlaqədar diaqnoz müəyyən edilmiş göndərişə əsasən İddiaçı özünə 2-ci dərəcə əlillik və həmin əlilliyə müvafiq olaraq əmək pensiyasının təyin edilməsinə nail olmuşdur. 2021-ci ilin mart ayında Nazirlik tərəfindən aparılan araşdırma zamanı İddiaçı ünvanına məktub göndərilərək əmək pensiyası hüququ yaradan sənədlərinin Nazirliyə təqdim edilməsi xahiş edilmişdir. Nazirliyə gələn vətəndaş Daxili nəzarət və audit şöbəsinin sabiq əməkdaşına şəxsiyyət vəsiqəsinin, diplomunun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. Qəbulda olarkən P.Məmməovaya Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edərək gözdən əlilliyinin təkrar qiymətləndirilməsi üçün əyani müayinədən keçməsi, müayinənin nəticəsi barədə rəsmi qərarın Nazirliyə təqdim edilməsindən sonra pensiya ödənişinin bərpası məsələsinə baxılacağı bildirilmişdir. Lakin həmin tarixdən 4 il keçməsinə baxmayaraq gözdən əlil olmasının təsdiq edən və ya əlilliyinin əyani müayinənin nəticələri barədə İddiaçı tərəfindən Nazirliyə və ya Agentliyə hər hansı təsdiqedici rəsmi sənəd təqdim olunmamışdır. Bildiririk ki, İddiaçı (FİN xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsinə dair Bakı 16 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilən 0085003AACL5 nömrəli göndərişdə qeyd olunduğu kimi onun həqiqətən də xx.xx.2017- ci il tarixində X4 adına Milli Oftalmologiya Mərkəzində (bundan sonra – Mərkəz) müayinədən keçməsinin və ona təyin olunmuş “görmə sinirinin atrofiyası” diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə Mərkəzə xx.xx.2024-cü il tarixli 3-17-4/2- 24616/2024 nömrəli sorğu ünvanlanmışdır. Mərkəz sorğumuza xx.xx.2024-cü il tarixli 3-28- 24/2- 12/2024 (ESDAS 3-17-4/1-42655/2024) nömrəli cavab məktub ilə İddiaçı dair yalnız Bakı 16 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən tibb kartasından çıxarışın surətini təqdim etmiş və şəxsin Mərkəz tərəfindən sorğuda göstərilən tarixdə və yaxud başqa bir tarixdə müayinəsinə dair heç bir müayinə sənədi təqdim etməmişdir. Mərkəzin İddiaçı müayinə sənədi təqdim etməməsi onun həqiqətəndə müayinə olunmasına şübhələr yaratmış və onun əlillik təyinatına əsas verən “görmə sinirinin atrofiyası” diaqnozu sübuta yetirilməmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı dair təqdim edilmiş Bakı 16 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən tibb kartasından çıxarışda qeyd edilən diaqnoz üzrə X5- Sosial Ekspert Komissiyası ilə məsləhətləşmələr aparılmışdır. Nəticədə çıxarışda yazılan diaqnozların əlillik təyinatına əsas verdiyi bildirilmiş olsa da, İddiaçı xx.xx.2017-ci il tarixində X4 adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçməsinə dair sübutlar təqdim edilməmişdir. Bununla əlaqədar əlilliyin əsaslılığına dair yekun qərar qəbul etmək mümkün olmamışdır. xx.xx.2017-ci il tarixli TSEK Müayinəyə əsasən İddiaçı “görmə sinirinin atrofiyası, OU= görmə sinirinin hissəvi atrofiyası, binokulya, ağır görmə pozğunluğu” diaqnozun mətni ilə ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbilə 2.2. ikinci dərəcə əlillik təyin edilmişdir. “X4 adına Milli Oftalmologiya Mərkəzi” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2809 nömrəli Tibbi Rəydə qeyd olunmuşdur ki, İddiaçı aşkar edilmişdir: vis OD=0,07 k/e (yüzdə yeddi) vis OS=0,06 k/e (yüzdə altı). OU ön şöbə normaldır, gsm tış tərəfdən avazıyıb, reflekslər zəifləyib, damarların kalibri 1:3. Dz: OU – görmə sinirinin hissəvi atrofiyası. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, pensiya işinə aid sənədlərdə sizə Fondun Yasamal rayon şöbəsi tərəfindən 14 iyun 2017-ci il tarixindən dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Eyni zamanda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Bununla əlaqədar olaraq, əmək pensiyası hüquqununun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi 1 oktyabr 2020-ci il tarixindən dayandırılıb. IV. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab yerməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki hallan və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi “görmə sinirinin atrofiyası, OU= görmə sinirinin hissəvi atrofiyası, binokulya, ağır görmə pozğunluğu” diaqnozun mətni ilə ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbilə 2.2. ikinci dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda iddaçıya ikinci dərəcəli əllliyinə (dövlət qulluqçusu kimi) görə xx.xx.2017-ci il taridən xx.xx.2022-ci il tarixə kimi əmək pensiyası təyin olunmuşdur və xx.xx.2020-ci il tarixindən tarixinədək iddiaçı həmin pensiyanı almışdır. Lakin iddiaçının əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda və bu barədə müvafiq qərar qəbul edilmədən xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı ona təyin edilmiş pensiya məbləğinin ödənişinin həyata keçirilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması üçün əsas olan hallarla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələbinə uyğunluğunun araşdırılması isə pensiya ödənişinin dayandırılması üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə nəzərə alır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılsa da, cavabdeh tərəfindən bu barədə iddiaçıya heç bir məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, habelə təyin edilmiş əmək pensiyasının dayandırılması barədə hər hansı qərar qəbul edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə riayət edilməklə inzibati icraat aparılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, iddiaçıya pensiya ödənişinin dayandırılması ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının bununla bağlı münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

İddia tələbi təmin edilsin. İddiaçı pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən əlillik dərəcəsi müddətinin bitdiyi xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar