Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-141/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının vəkili Nümayəndə ( Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 17 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində göstərilməklə “çıxarış və texniki sənədlərin verilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli, 276 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən faktiki istifadəsində olan 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə hər kv.m üçün 16.000 manat, ümumi məbləğ 16.000.000 manat ödəmək şərtilə İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə hər kv.m üçün 4 manat 16 qəpik ödəmək şərtilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin ərazidə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə üzrə qeyri-yaşayış sahəsi tikilmişdir. İddiaçı ona məxsus olan, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv.m torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqları ilə qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin 06.10.2017-ci il tarixli məktubunda imtinanın əsası kimi qeyd olunmuşdur ki, poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyri-yaşayış binası barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-757/2018 saylı qərardadı daxil olub, lakin onun qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı idarəyə ünvanladığı ərizəyə əlavə olunan torpağın alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binası ilə bağlı idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyriyaşayış binası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-757/2018 saylı qərardadı daxil olmuşdur, lakin qərardadın qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 10.04.2019-cu il tarixli, **********23 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumastın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 276 nömrəli, 05 avqust 2004-cü il tarixli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” qərarına əsasən, ünvan 1-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən və faktiki istifadəsində olan 1000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə 30.07.2004-cü il tarixli ərizəsinə, bələdiyyənin yerlı büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının 02.08.2004-cü il tarixli rəyinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir (hər kv.m üçün 16.000 AZM, ümumi məbləğ 16 000 000 AZM ödəmək şərtilə). M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində Baksol massivində İddiaçı Bəxtiyar oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin planı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. “Torpaqların alqı-satqısına dair” 04.08.2004-cü il tarixli akta əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı, 30.07.2004-cü ildə M.Ə.Rəsulzadə Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,1 ha torpaq sahəsinin satılması barədə 276 nömrəli, 05.08.2004-cü il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı Bəxtiyar oğlu tərəfindən “Azərnəqliyyatbank” KB bankının **********101 saylı hesabına əvvəlcədən 16 000 000 AZM haqq ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 169 nömrəli, 09 avqust 2006-cı il tarixli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinəm satılması haqqında” qərarına əsasən, ünvan 2-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə 27.06.2006-cı il tarixli ərizəsinə, bələdiyyənin yerlı büdcə və iqtisadiyyat daimi komissiyasının 31.07.2006-cı il tarixli, 05 saylı iclas protokolunun qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. (hər kv.m üçün 4,16 manat ödəmək şərtilə). Torpaqların alqı-satqısına dair 09.08.2006-cı il tarixli akta əsasən, ünvan 2 ünvanında yaşayan İddiaçı, 27.06.2006-cı ildə M.Ə.Rəsulzadə Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,02 ha torpaq sahəsi satılması barədə 169 nömrəli, 09.08.2006-cı il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı Bəxtiyar oğlu tərəfindən “Azərnəqliyyatbank” KB bankının **********101 saylı hesabına əvvəlcədən 832,00 manat haqq ödənilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə əsasən iddiaçının Baksol y/massivi ev 56 ünvanında inşa edəcək “A” və “B” tikililərinin layihələri təsdiq edilmişdir. TV-10002-12-7536 nömrəli tədiyyə bildirişinə əsasən, İddiaçı Bəxtiyar oğlunun Baksol massivində əmlak, torpaq və torpaqdan istifadə olaraq 2012-ci il üçün 153,7 manat vergi borcu hesablanmışdır. 030368 nömrəli, 008786 nömrəli, 101148 nömrəli, 030368 nömrəli, 144314 nömrəli, 101147 nömrəli, 082303 nömrəli, 085700 nömrəli, 236461 nömrəli, 031632 nömrəli, 586764 nömrəli, 725359 nömrəli, 009616 nömrəli, 012631 nömrəli, 591680 nömrəli qəbzlərdən görünür ki, iddiaçı torpaq vergisini Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə ödəmişdir. Cavabdehin iddiaçıya ünvanlandığı 10.04.2019-cu il tarixli, **********23 məktubunda bildirilmişdir ki, poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən təqdim etdiyi alqısatqısına dair aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyriyaşayış binası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-757/2018 saylı qərardadı daxil olmuşdur, lakin onun qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 4 ünvanladığı 21.11.2019-cu il tarixli **********95 nömrəli məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir, bələdiyyə qərarı ilə ayrılan torpaq sahələri 1000,0 kv metr və 200,0 kv m olsa da faktiki sahəsi 1235,8 kv metrdir. Torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin yaxınlığından 500 mm-lik neft kəməri və 150 kV-lıq yüksək gərginlik elektrik xətti keçir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağı olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.05.2017-ci il tarixli, 221 nömrəli Qərarı ilə təsdiqlənmiş Böyükşor gölünün mühafizə zonasında yerləşir. Bundan əlavə olaraq yaxınlığından keçən neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasıdır. “X1” MMC-nin 19 mart 2021-ci il tarixli, 437 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən təqdim olunmuş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı və 09 avqust 2006-cı il tarixli 169 saylı qərarları ilə iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol konfiqurasiyası, faktiki ölçüləri müəyyən edilərək, torpaqların sahələrinin (olçüləri) qeyd olunan qərarlarda göstərilən ölçülərə uyğun olduğu, torpaq sahələrinin “Böyük Şor” gölünün sahilindən xeyli aralıda yerləşməsi və ərazidən keçən 150 kv-luq yüksək gərginlikli elektrik xəttinin 25 metrlik mühafizə zolağına düşmədiyi müəyyən edilir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinn 107,0 kv.metrlik hissəsi və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 200,0 kv.metr torpaq sahəsi ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərinin 50 metrlik mühafizə zolağından kənarda yerləşir. “Böyük Şor” gölünün xəritəsində gölün muhafizə zolağının konkret olaraq hansı məsafəni təşkil etməsi göstərilməmişdir. Lakin, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı müəyyən edilmişdir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahələri ilə “Böyük Şor” gölünün sahilinə ən yaxın məsafə 70 metrdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə, iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərindən 20 metr aralıda yerləşməsi, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəmərindən 5-6 metr məsafədə fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin olması, iddiaçının mülkiyyətinə verilmiş 1200,0 kv.metr torpaq sahələri ilə qonşuluqda, o cümlədən ətrafdakı ərazidə yerləşən bəzi qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 276 nömrəli, 05 avqust 2004-cü il tarixli qərarı əsasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir, bundan başqa Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 169 nömrəli, 09 avqust 2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahələri üzrində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;.. “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli fərmanı imzalanana qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarında göstərilirdi: “5. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir...8. Torpaq sahələrinin alqı-satqısı aşağıdakı qaydada həyata keçirilir:... - Bələdiyyə orqanı ərizəyə 10 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir. - Rayon, şəhər torpaq şöbəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.a) satılacaq torpaq sahəsinin faktiki ölçüsü barədə arayış;b) satılacaq torpaq sahəsinin qayiməsindən (sertifikatından) çıxarış;v) ərazi üzrə adambaşına düşən orta torpaq norması barədə arayış;q) satılması nəzərdə tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından çıxarış. Həmin qaydaların əlavəsi olan “Torpaqların alqı-satqısına dair” Aktın 3-cü bəndində aktın bələdiyyənin nümayəndəsinin, torpaq alanın imzalaması ilə yanaşı rayon, şəhər torpaq şöbəsinin müdiri tərəfindən imzalanması, habelə həmin aktın rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınması da məcburi tələb kimi qanunverici tərəfindən nəzərdə tutulurdu. Lakin Binəqədi rayonu M.Ə.Rəsuzadə bələdiyyəsi tərəfindən torpağın iddiaçıya satılması barədə 04 avqust 2004-cü il tarixli və 09.08.2006-cı il tarixli “Torpağın alqısatqısına dair aktlarının” müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş olsa da həmin dövrdə qanunvericiliyin bu tələbi icra edilməmiş, torpaq şöbəsi tərəfindən iddiaçının istinad etdiyi aktlar imzalanmamışlar və qeydiyyata alınmamışlar. Beləliklə,işin faktiki hallarına əsasən torpaq sahələrinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddiaçı tərəfindən təqdim edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermirlər və bu səbəbdən də torpaq sahələrinin və üzərlərində olan tikililərin mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas deyildirlər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:..15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;.. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi barədə iddia tələbi tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-141/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-141/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver