Məhkəmə qərarları › İş №2-1(112)-141/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-141/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-141/2022 05.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X17 (hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, Üçüncü şəxs X20 nümayəndəsi, vəkil Nümayəndə (ünvan 3 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçılar X29, X7, X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X33, X34 üçüncü şəxs qismində cəlb olunmaqla) “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı, X16 və X19 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2017-ci il tarixli RX ******* nömrəli çıxarışın X25 aid hissədə etibarsız sayılması, E.G.Cəfərova aid “E” tikilisinin texniki pasportdan çıxarılması və qalan hissədəki tikililərin 0,07286 ha torpaq sahəsi üzərində olmaqla iddiaçıların adına vahid reyestrdən çıxarışın və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X33 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Sonradadan iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair paylı mülkiyyətçilər kimi X16, X19, X38 və X20 adlarına olan qeydiyyatın - X25 aid hissədə ləğv edilməsi, o cümlədən X25 aid “E” tikilisinin aidiyyatı texniki pasportdan çıxarılması və qalan hissədə tikililərin 0,07826 ha torpaq sahəsi üzərində qalması ilə iddiaçıların adına vahid reyestrdən yeni çıxarışın və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İlk İddiaçı əsl iddiaçı X38 ilə əvəz edilmişdir. Sonradan məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2001-ci il tarixli FM seriyalı №004148 saylı qeydiyyat vəsiqəsinə- X21 adının 4-cü payçı kimi qeyd edilməsi, habelə aidiyyatı texniki pasporta “E” tikilisinin əlavə olunması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işin gedişatı zamanı məlum olmuşdur ki, xx.xx.2000-ci il tarixədək ünvan 7 ünvanında 8 otaqdan ibarət 3 payçıya dair mülkiyyət, o cümlədən onlara aid 0,07286 ha həyətyanı torpaq sahəsi olmuş və payçılardan biri olan Nazilə Əliyevaya həmin ünvanda yerləşən “A" tikilisindəki 3 otaq məxsus olmuşdur. Göstərilən tarixdə Nazilə Əliyeva öz payını Vaqif Cəlilova satmış və onun o ünvanda heç bir mülkiyyəti qalmamşdır. Bundan başqa, Nazilə Əliyevayanın həmin ünvanda heç vaxt pasport qeydiyyatı olmamışdır. Bütün bu qeyd olunan xüsusatlara baxmayaraq, Nazilə Əliyeva xx.xx.2001-ci ildə heç bır əsas olmadan, 4-cü payçı kimi ünvan 8 ünvanına verilmiş №004148 saylı Qeydiyyat Vəsiqəsinə qeyri-qanuni daxil olunur və o, yeni ortaya çıxmış “E” tikilisinin sahibi kimi göstərilir və bununla da, tikililərin sayı 11 otağa, həyətyanı torpaq sahəsinin ölçüsü isə 0.10 ha-ya çatdırılır. Hansı ki, “E" tikilisinə aid nə torpaqayırma sənədi, nə texniki passport, nədə kı, yerli icra hakimiyyəti orqanınının sərəncamı olmamışdır. Nəticədə, baş vermiş bu qanunsuzluğu ört-basdır etmək üçün cavabdeh olan reyestr xıdmətı orqanı, xx.xx.2001-ci il tarixdə “E" tikilisini - ünvan 9 ünvanı üzrə texpasporta əlavə edir və buna əsas kimi, sözügedən “E” tikilisinə heç bır aidiyyatı olmayan Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı göstərilir. Bundan başqa, iş materiallarında olan 2 mütəxəssis rəyindən də məlum olur ki. "E” tikilisi xx.xx.2000-ci il tarixli sərəncamda qeyd olunan 0,07286 ha torpaq sahəsindən kənarda yerləşir. Xüsusilə vurğulamaq lazımdır ki, bu rəylərdən biri cavabdehin elə öz strukturuna aid idarə tərəfindən verilmişdir. xx.xx.2000-ci il tarixli sərəncamın “E" tikilisinə aid olmadığını reyestr xidməti özü də xx.xx.2017-ci il tarixli çıxarışı ilə təsdiq edir. Belə ki, həmin çıxarışda digər payçılardan fərqli olaraq “E” tikilisinin payçısının torpaq sahəsi dövlət mülkiyyəti növü kimi qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, İddiaçı, X16 və X19 - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək onların adlarına olan ********** saylı, xx.xx.2017-ci il tarixli çıxarışdan, həmin çıxarışdakı daşınmaz əmlakın ölçülərinə heç bir aidiyyəti olmayan lakin adı paylı mülkiyyətçi kimi ora düşən X20 adının çıxarılmasını xahiş etsələr də, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi özünün xx.xx.2018-ci il tarixli **********76 nömrəli məktubu ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanununun 2.3 və 2.4-cü maddələrinə istinad edərək, “daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilindiyini və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyini...” qeyd etmişdir. Bunu əsas götürən iddiaçılar həmin tarixdə ilk olaraq Sabunçu rayon Məhkəməsinə müraciət etmişlər. Belə ki, İddiaçı Qulam oğlu və qeyriləri cavabdeh X25 qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunaraq, ləğv edilməsi, yeni çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanına dair dövlət reyestrində cavabdeh X20 mülkiyyət hüququ barədə aparılmış əsassız qeydiyyatın etibarsız hesab edilərək ləğv olunması, həmin evə dair cavabdeh X20 adına verilmiş qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilərək ləğv olunması, həmin evə dair iddiaçıların adına verilmiş çıxarışların qismən, yəni ünvan 4-ya X20 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsi, həmin daşınmaz əmlaka iddiaçıların adına yeni çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda bildirilir ki, X33 cavabdeh İddiaçı Qulam oğluna və qeyrilərinə qarşı «ümumi mülkiyyətdə olan torpaq sahəsindən pay bölgüsü» barədə qarşılıqlı iddia verərək, ünvan 4 ünvanında yaşadığı evin həyətyanı sahəsinin mövcud ölçülərdə faktiki vəziyyətə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən texniki pasportlara və bölgü sxeminə əsasən ümumi mülkiyyətdə olan torpaq sahəsindən ona aid olan payın müəyyən olunmasına və ümumi mülkiyyətdə olan torpaq sahəsində X9 yaşadığı evin qarşısında hasarının yaxınlığında qeyri-qanuni olaraq tikmiş olduğu fərdi yaşayış evinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirilir ki, «Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(008)- 404/2019 saylı qətnaməsi ilə ilk iddia təmin olunmamış, qarşılıqlı iddia qismən təmin edilərək, ünvan 4 ünvanında X20 yaşadığı evin («E» tikilisinin) həyətyanı sahəsinin mövcud ölçülərdə faktiki vəziyyətə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən texniki pasportlara və həmin İdarə tərəfindən tərtib edilmiş bölgü sxeminə əsasən ümumi mülkiyyətdə olan torpaq sahəsindən ona aid olan payı müəyyən edilməklə bu barədə müvafiq sənəd (texniki pasport) verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamış, məhkəmə xərci (ekspertiza xərci, dövlət rüsumu) iddiaçı X25 aid edilmişdir. Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya FM № 003882 saylı, xx.xx.2000-cı il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 12 8 otaqdan ibarət olmaqla 3 nəfər - yəni İddiaçı (3 otağın), digər şəxslər X22 (2 otağın) və X35 (3 otağın) mülkiyyətçiləri olmuşdur. Məhkəmə qətnaməsinin ikinci səhifəsinin arxa vərəqəsinin 6-cı abzasında hakim özü də bu faktı müəyyən etdiyini qeyd etmişdir. Daha sonra həmin mülkiyyətçilərdən X22 həmin evin özünə aid digər "A" hissəsindəki 2 otağını iddiaçılar, X12, digər mülkiyyətçi Nazilə Əliyeva isə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya FM № 003882 saylı xx.xx.2000-ci il tarixli Qeydiyyat vəsiqəsinin "A" tikilisindəkı 3 otağını torpaq sahəsi ilə birlikdə xx.xx.2000-ci ildə ünvan 10 ünvanda heç bir payı qalmamışdır. Vaqif isə xx.xx.2003-cü ildə həmin payını iddiaçı X10 satmışdır. Belə ki, 39 "A" saylı evin 1961-ci ildə tərtib edilmiş texniki pasportunda ümumi torpaq sahəsi 569 kv m. göstərilmiş, daha sonra isə 1995-ci ildə dövlət reyestri xidməti tərəfindən həmin texniki pasportda əlavə dəyişiklik edilərək 159,6 kv. metr torpaq sahəsi artırılmış və ümumi torpaq sahəsi 0,07286 ha təşkil etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X21 adına verdiyi xx.xx.2000-ci il tarixli, № 1136 saylı sərəncamla texniki pasporta edilmiş bu dəyişiklik təsdiq edilmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X25 verilmiş xx.xx.2001-ci il tarixli və 2017-ci il tarixli texniki pasportlarda 39 "A" saylı evin torpaq sahəsinin sənədə əsasən ölçülərinin 0.07286 ha olduğu halda, bununla yanaşı faktiki olaraq həmin texniki pasportlarda 305.2 kv m. əlavə torpaq sahəsinin də olması qeyd edilmişdir. Bununla da həmin texniki pasportda 39 "A" saylı evin umumı torpaq sahəsi 0,10338 ha göstərilir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X25 verilmiş 27 03.2001-cı il tarixli və 2017-ci il tarixli texniki pasportlarda göstərilmiş əlavə (özbaşına tikili olan "E” tikilisindəki) 305,2 kv. m. torpaq sahəsi faktiki sahə kimi qeyd edilməklə, həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququ qeydə alınmamışdır. Ona görə ki, "Azərbaycan Respublikası Dövlət reyestri haqqında qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqlarının əldə edilməsim təsdiq edən sənədlər Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-cı il tarixli fərmanında qeyd edilmiş "Siyahı"-nın 2.4-cü bəndinə əsasən "Üzərində mülkiyyət huquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki İnventarlaşdırma orqanları tərəfindən 2001-ci ilin yanvar ayının 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda həmin torpağa və ya daşınmaz əmlaka hüquqlar əldə edilə bilər. Lakin maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin özbaşına tikili olan "E" tikilisinə dair texniki pasport xx.xx.2001-ci il tarixdə tərtib edildiyi üçün Prezidentin fərmanı ona tətbiq edilə bilməmişdir. Bununla da müəyyən edilir ki, həmin torpaq sahəsinin yəni "E" tikilisinin hüquqverıci sənədi olmadığına görə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və X34 tərəfindən saxtakarlığa yol verilərək özbaşına tikili olan "E" tikilisi guya Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X21 adına verdiyi xx.xx.2000-ci il tarixli, № 1136 saylı sərəncamına əsasən 39 "A" saylı evə aid olması göstərilmişdir. Lakin cavabdehə verilmiş texniki pasportlardakı özbaşına "E” tikilisi və onun yerləşdiyi torpaq sahəsi həmin sərəncamda göstərilməmiş və eləcə də "E" tikilisinin ölçüləri həmin sərəncamda göstərilmiş ümumi tikililərə və torpaq sahəsinə qətiyyən uyğun gəlmir. Bundan başqa bildirirlir ki, iddiaçılar birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Nəticədə, verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8326/2019 nömrəli qərardadı qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsinə əsasən, İddiaçı Qulam oğlunun, X7 və X8 cavabdeh X25 qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunaraq, ləğv edilməsi, yeni çıxarışın verilməsi» tələbinə dair ilk, həmçinin X20 cavabdeh İddiaçı Qulam opluna, X10 və X6rşı «ümumi mülkiyyətdə olan torpaq sahəsindən pay bölgüsü» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(008)-404/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, o cümlədən ış üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli. 2(008)- 404/2019 saylı qətnaməsi ləğv edilmiş və mulki ış üzrə icraata xitam verilmişdir . Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X20 nümayəndəsi, vəkil Nümayəndə iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilən: - Azərbaycan Respublikası Bakı şəhər icra İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı 003882 №li Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində 127,3 yaşayış sahəsi, 188,0 ümumi sahədən ibarət 39 “a” saylı fərdi yaşayış evi X30 (üç otaq), digər paylar üzrə X22 (iki otaq), X34 (3 otaq) 30/19340 qeydə alma nömrəsi ilə xx.xx.2000-ci il tarixdə paylı mülkiyyət xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 11 ünvanda yerləşən 0,07286 ha torpaq sahəsində yerləşən **********99-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 12195 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ üzrə ********** Qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə “E” tikilisi üzrə X20, ********** Qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə “B” tikilisi üzrə X30, X19 “A” tikilisindən 2 otaq, ********** Qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə “A” tikilisindən 3 otaq X7 adına paylı mülkiyyət üzə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında **********99-10301 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və - Azərbaycan Respublikası Bakı şəhər icra İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı 003882 №li Qeydiyyat Vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər cavabdehdən tələb edilmişdir. Sorğu əsasında məhkəməyə təqdim edilən: - V.E.Nosenko ilə X34 arasında bağlanan 27 dekabr 1994-cü il tarixli müqavilədən görünür ki, V.E.Nosenko ünvan 11 ünvanda yerləşən 477,30 kv.metr torpaq sahəsində yerləşən 4 otaqdan ibarət evin 1/2 hissəsini 1.500.000 manata X2. -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının “X26 məxsus Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsi, 39 “a” saylı xüsusi mülkə əlavə tikilinin hüquqi qeydiyyata alınması haqqında” 17 aprel 1995-ci il tarixli 438№li Sərəncamından görünür ki, X34 ərizə ilə müraciət edərək xüsusi mülkə əlavə tikilinin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxılaraq, 1954-cüildə tikilən mülkə əlavə tikililərin hüquqi qeydiyyata alınması k r haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Komissiya tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, mülkün əsas hissəsinə “A” tikilisinə bitişik sahəsi 6,5 kv.metr olan əsas hissəsinə “A” tikilisinə bitişik sahəsi 6,5 kv.metr olan mətbəx tikilmişdir. Bundan başqa həyətyanı torpaq sahəsində “B” tikilisindən ibarət üç yaşayış otağının sahəsi 44,4 kv.metr, köməkçi sahəsi 14,4 kv.metr, talvar hissəsi 50,0 kv.metrdən ibarət yaşayış evi tikilmişdir. Torpaq sahəsi 352,0 kv.metrdir. Mülkün xx.xx.1997-ci il tarixdə 03№li kitabının 401-ci səhifəsində qeyd olunmuş qeydiyyat vəsiqəsi və 1993-cü ilin aprel ayında verilmiş texniki pasportu var. Qeyd olunan Sərəncama əsasən Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində yerləşən X26 məxsus 39 “a” saylı evdə əlavə tikililərin hüquqi qeydiyyata alınmaqla, mülkün texniki paportunda dəyişiklik edilməsinə icazə verilməsi müəyyən edilmişdir. -07 sentyabr 1961-ci il tarixli torpaq sahəsinin planı üzrə Texniki İnventarizasiya kartoçkasından görünür ki, X26 məxsus Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsi, 39 “a” saylı tikilinin yerləşdiyi meydançanın sahəsi 729,60 kv.metrolmuşdur. -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının “X15 məxsus Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsi, 39 “a” saylı evin texniki pasportunda dəyişiklik edilməsi haqqında” 22 iyun 2000-ci il tarixli 657№li Sərəncamından görünür ki, X22 ərizə ilə müraciət edərək evinin sənədləşdirilməsi ilə əlaqədar mühəndis tərəfindən aşkar edilmiş əlavə tikililər haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Komissiya tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, mülkün əsas hissəsinə “A” tikilisinə bitişik sahəsi 6,5 kv.metr olan əsas hissəsinə “A” tikilisinə bitişik sahəsi 6,5 kv.metr olan mətbəx tikilmişdir. Bundan başqa həyətyanı torpaq sahəsində “B” tikilisindən ibarət üç yaşayış otağının sahəsi 44,4 kv.metr, köməkçi sahəsi 14,4 kv.metr, talvar hissəsi 50,0 kv.metrdən ibarət yaşayış evi tikilmişdir. Torpaq sahəsi 352,0 kv.metrdir. Mülkün xx.xx.1997-ci il tarixdə 03№li kitabının 401-ci səhifəsində qeyd olunmuş qeydiyyat vəsiqəsi və 1993-cü ilin aprel ayında verilmiş texniki pasportu var. Qeyd olunan Sərəncama əsasən Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində yerləşən X18 məxsus 39 “a” saylı evdə əlavə tikililərin hüquqi qeydiyyata alınmaqla, mülkün texniki paportunda dəyişiklik edilməsinə icazə verilməsi müəyyən edilmişdir. -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının “X26 məxsus Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsi, 39 “a” saylı evin texniki pasportunda dəyişiklik edilməsi haqqında” 31 oktyabr 2000-ci il tarixli 1136№li Sərəncamından görünür ki, X34 ərizə ilə müraciət edərək evinin sənədləşdirilməsi ilə əlaqədar mühəndis tərəfindən aşkar edilmiş əlavə tikililər haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Komissiya tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, evin həyətyanı sahəsi 159,6 kv.metr ölçüdə artırılaraq həmin sahədə 71,2 kv.metr ölçüdə 3 yaşayış otağı, 28,4 kv.metr ölçüdə bağlı eyvan, 4,9 kv.metr ölçüdə dəhliz və 18,5 kv.metr ölçüdə hamam-ayaqyolu-mətbəx tikilmişdir. Torpaq sahəsi 728,6 kv.metrdir. Mülkün 03№li kitabının 402-401-ci səhifəsində qeyd olunmuş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi və 1961-ci ilin sentyabr ayında verilmiş texniki pasport var. Qeyd olunan Sərəncama əsasən Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində yerləşən X26 məxsus 39 “a” saylı evdə əlavə tikililər hüquqi qeydiyyata alınmaqla, mülkün texniki paportunda dəyişiklik edilməsinə icazə verilməsi müəyyən edilmişdir. - X22 ilə X39 arasında bağlanan 04 avqust 2000-ci il tarixli 10404 №li müqavilədən görünür ki, X22 ünvan 11 ünvanda yerləşən 126,2 kv.metr ümumi, 82,9 kv.metr yaşayış sahəsindən ibarət “A” tikilisini və 61,8 kv.metr ümumi, 44,4 kv.metr yaşayış sahəsindən ibarət “B” tikilisini İddiaçı 53.000.000 manata satmışdır. - X34 ilə X36 arasında bağlanan 14 dekabr 2000-ci il tarixli 116415 №li müqavilədən görünür ki, X36 oğlu ünvan 11 ünvanda yerləşən 3 otaqdan ibarət tikilinin “A” hissəsini X27 39.000.000 manata satmışdır. - X36 ilə X16 arasında bağlanan 29 aprel 2003-cü il tarixli 190294 №li müqavilədən görünür ki, X36 ünvan 11 ünvanda yerləşən 3 otaqdan ibarət tikilinin “A” hissəsini X11 57.085.000 manata satmışdır. İddiaçılar ilk öncə inzibati orqana müracət edərək, ********** saylı, xx.xx.2017-ci il tarixli çıxarışda adı paylı mülkiyyətçi kimi qeyd olunan X20 adının çıxarılmasını xahiş etsələr də, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2018-ci il tarixli **********76 nömrəli məktub əsasında ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanununun 2.3 və 2.4-cü maddələrinə istinad edərək, “daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilindiyini və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyini...” qeyd edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda qeyd olunanlara əsasən əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********99-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı Çıxarışına əsasən X20 faktiki istifadəsində olan tikilinin qeyd olunan Çıxarışda göstərilən 0,07286 ha torpaq sahəsinin üzərində yerləşib-yerləşməməsi barədə rəyin məhkəməyə təqdim olunması cavabdehdən xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunan mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********99-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydyyatı haqqında daşmınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışında göstərilən X13 və X14 məxsus "A” İddiaçı məxsus “B” və X25 məxsus “E" tikililərin hansının 0.07286 ha torpaq sahəsinin üzərində yerləşməsi, tikililərin hansının həmin torpaq sahəsindən (0.07286 ha) kənarda yerləşməsi və 0.07286 ha torpaq sahəsindən kənarda yerləşdiyi təqdirdə həmin tikilinin xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilən faktiki sahənin (0.10183 ha) daxilində yerləşib-yerləsməməsi barədə qoyulan suallar mütəxəssis tərəfindən aşağıdakı kimi cavablandırılmışdır: Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: Mübahisələndirilən idiaçıların iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatrları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin elektron bazasında araşdırma aparılmış və ölçülmüş ərazinin koordinatlarını, ərazidə olan tikililərin naturada və elektron bazada yerləşmə mövqeyini və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır.Elekron kadastr baza məlumatlarına əsasən X13 və X14 məxsus “A” İddiaçı məxsus “B” və X25 məxsus “E” tikililəri naturada öllçülmüş 1216 kv.m ərazinin hüdudları daxilində yerləşir, eləcə də xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilən (0.10183ha) sahənin elektron bazada yerləşmə mövqeyi ilə üst-üstə düşür. Lakin müraciətə əlavə edilmiş texniki-pasportun torpaq sahəsi yerləşən səhifələri olan (11.1995 tarixi, 27.03 və düzəliş edilmiş) sxemlərə əsasən texniki pasportda qeyd edilən tikililərin texniki pasportdakı yerləşmə mövqeyi ilə naturada yerləşmələri fərqlidir. Tikililərdən 3-cü şəxs X33 mülkiyyətində və faktiki istifadəsində olan yaşayış evi sualda qeyd edilən ( təqdim edilmiş sərəncamda qeyd edilmiş (0.07286 ha)) sözügedən torpaq sahəsindən (0.07286 ha) kənarda yerləşir (sxem əlavə edilir). 0.07286 ha torpaq sahəsindən kənarda yerləşən X20 mülkiyyətində və faktiki istifadəsində olan yaşayış evi xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilən faktiki sahənin (0.10183 ha) daxilində yerləşir. Məhkəmə araşdırması zamanı həmçinin X34 ilə X36 arasında 4 saylı Notariat Kontorunda bağlanmış 14 dekabr 2000-ci il arixli 116415№li və X34 iləX31 arasında 4 saylı Dövlət Notariat Kontorunda bağlanmış 26 aprel 2001-ci il tarixli 118741 №li alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə 3MA-467 və 4Ə-153 reyestr nömrəli arxiv işləri məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan sorğu əsasında məhkəməyə təqdim olunan: - Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya FM № 004148 saylı, xx.xx.2001-cı il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 12 ünvanda yerləşən 277,6 kv.metr ümumi, 169,3 kv.metr yaşayış sahəsi olan 11 otaqdan ibarət evin 3 otaq “E” hissəsi X28, 3 otaq “A” tikilisi X23, 2 otaq “B” tikilisi İddiaçı Kamal oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının “X26 məxsus Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsi, 39 “a” saylı evin texniki pasportunda dəyişiklik edilməsi haqqında” 31 oktyabr 2000-ci il tarixli 1136№li Sərəncamından görünür ki, X34 ərizə ilə müraciət edərək mühəndis tərəfindən aşkar edilmiş əlavə tikililər haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Komissiya tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, evin həyətyanı sahəsi 159,6 kv.metr ölçüdə artırılaraq həmin sahədə 71,2 kv.metr ölçüdə üç yaşayış otağı, 28,4 kv.metr ölçüdə bağlı eyvan, 4,9 kv.metr ölçüdə dəhliz və 18.5 kv.metr ölçüdə hamam, ayaqyolu, mətbəx tikilmişdir. Torpaq sahəsi 728,6 kv.metrdir. Mülkün xx.xx.1997-ci il tarixdə 03№li kitabının 402-401-ci səhifəsində qeyd olunmuş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi və 1961-ci ilin sentyabr ayında verilmiş texniki pasportu var. Qeyd olunan Sərəncama əsasən Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində yerləşən X26 məxsus 39 “a” saylı evdə əlavə tikililərin hüquqi qeydiyyata alınmaqla, mülkün texniki paportunda dəyişiklik edilməsinə icazə verilməsi qərara alınmışdır. - X34 ilə X31 arasında bağlanan 26 aprel 2001-ci il tarixli 118741 №li müqavilədən görünür ki, X34 ünvan 11 ünvanda yerləşən 3 otaqdan ibarət tikilinin “E” hissəsini X24 80.000.000 manata satmışdır. -aprel 2001-ci il tarixli 1763 №li Arayışın təsdiq edilmiş surətindən görünür ki, arayış ondn ötrü verilmişdir ki, Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsi, 39 “a” saylı evin “E” tikilisi (üç otaq) Bakı şəhəri, Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli kitab 03, səhifə 401 qeydəalma 30/2347, seriya FM № 004148 saylı qeydiyyat vəsiqəsinə əsasən X26 məxsusdur. Özünün göstərilən hissədə pasport qeydiyyatı yoxdur. Ümumiyyətlə həmin hissədə heç kimin pasport qeydiyyatı yoxdur. Beləliklə məhkəmə araşdırması nəticəsində, həmçinin iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, V.E.Nosenko ilə X34 arasında bağlanan 27 dekabr 1994-cü il tarixli müqaviləyə əsasən V.E.Nosenko ünvan 11 ünvanda yerləşən 477,30 kv.metr torpaq sahəsində yerləşən 4 otaqdan ibarət evin 1/2 hissəsini 1.500.000 manata X2. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 17 aprel 1995-ci il tarixli 438№li Sərəncamına əsasən X26 məxsus Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsi, 39 “a” saylı xüsusi mülkə əlavə tikilinin hüquqi qeydiyyata alınması qərara alınmışdır. 07 sentyabr 1961-ci il tarixli torpaq sahəsinin planı üzrə Texniki İnventarizasiya kartoçkasından görünür ki, X26 məxsus Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsi, 39 “a” saylı tikilinin yerləşdiyi meydançanın sahəsi 729,60 kv.metrolmuşdur. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 22 iyun 2000-ci il tarixli 657№li Sərəncamına əsasən Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində yerləşən X18 məxsus 39 “a” saylı evdə əlavə tikililərin hüquqi qeydiyyata alınmaqla, mülkün texniki paportunda dəyişiklik edilməsinə icazə verilməsi müəyyən edilmişdir. X22 ilə X39 arasında bağlanan 04 avqust 2000-ci il tarixli 10404 №li müqaviləyə əsasən X22 ünvan 11 ünvanda yerləşən 126,2 kv.metr ümumi, 82,9 kv.metr yaşayış sahəsindən ibarət “A” tikilisini və 61,8 kv.metr ümumi, 44,4 kv.metr yaşayış sahəsindən ibarət “B” tikilisini İddiaçı 53.000.000 manata satmışdır. X34 ilə X36 arasında bağlanan 14 dekabr 2000-ci il tarixli 116415 №li müqaviləyə əsasən X36 ünvan 11 ünvanda yerləşən 3 otaqdan ibarət tikilinin “A” hissəsini X27 39.000.000 manata satmışdır. X36 ilə X16 arasında bağlanan 29 aprel 2003-cü il tarixli 190294 №li müqaviləyə əsasən X36 ünvan 11 ünvanda yerləşən 3 otaqdan ibarət tikilinin “A” hissəsini X11 57.085.000 manata satmışdır. Azərbaycan Respublikası Bakı şəhər icra İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı 003882 №li Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində 127,3 yaşayış sahəsi, 188,0 ümumi sahədən ibarət 39 “a” saylı fərdi yaşayış evi X30 (üç otaq), digər paylar üzrə X22 (iki otaq), X34 (3 otaq) 30/19340 qeydə alma nömrəsi ilə xx.xx.2000-ci il tarixdə paylı mülkiyyət xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 11 ünvanda yerləşən 0,07286 ha torpaq sahəsində yerləşən **********99-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 12195 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ üzrə ********** Qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə “E” tikilisi üzrə X20, ********** Qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə “B” tikilisi üzrə X30, X19 “A” tikilisindən 2 otaq, ********** Qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə “A” tikilisindən 3 otaq X7 adına paylı mülkiyyət üzə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********99-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı Çıxarışına əsasən X20 faktiki istifadəsində olan tikilinin qeyd olunan Çıxarışda göstərilən 0,07286 ha torpaq sahəsinin üzərində yerləşib-yerləşməməsi araşdırılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunan mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, araşdırma nəticəsində Mübahisələndirilən idiaçıların iddia etdiyi və naturada göstərdiyi əraziyə baxış keçirilmiş naturada koordinatrlar müəyyən edilmiş və müəyyən edilən kordinatlara və elekron kadastr baza məlumatlarına əsasən X13 və X14 məxsus “A”, İddiaçı məxsus “B” və X25 məxsus “E” tikililəri naturada öllçülmüş 1216 kv.m ərazinin hüdudları daxilində yerləşdiyi, eləcə də xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilən (0.10183ha) sahənin elektron bazada yerləşmə mövqeyi ilə üst-üstə düşdüyü, lakin müraciətə əlavə edilmiş texniki-pasportun torpaq sahəsi yerləşən səhifələri olan (11.1995 tarixi, 27.03 və düzəliş edilmiş) sxemlərə əsasən texniki pasportda qeyd edilən tikililərin texniki pasportdakı yerləşmə mövqeyi ilə naturada yerləşmələrinin fərqli olduğu, tikililərdən X20 mülkiyyətindəki və faktiki istifadəsindəki yaşayış evinin yuxarıda adı çəkilən sərəncamda qeyd edilmiş 0.07286 ha torpaq sahəsindən kənarda yerləşdiyi, 0.07286 ha torpaq sahəsindən kənarda yerləşən X20 mülkiyyətində və faktiki istifadəsində olan yaşayış evinin xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilən faktiki sahənin (0.10183 ha) daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X34 Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya FM № 003882 saylı xx.xx.2000-ci il tarixli Qeydiyyat vəsiqəsinin "A" tikilisində ona məxsus 3 otağı torpaq sahəsi ilə birlikdə xx.xx.2000-ci ildə X3 sonra artıq həmin ünvanda heç bir payı qalmamışdır. Halbu ki, 4 saylı Notariat X4 ilə X31 arasında bağlanmış 26 aprel 2001-ci il tarixli 118741 №li alqı-satqı müqaviləsindən müəyyən edilmişdir ki, Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya FM № 004148 saylı, xx.xx.1995-cı il tarixli Qeydiyyat vəsiqəsinə istinadən, ünvan 12 ünvanda yerləşən 277,6 kv.metr ümumi, 169,3 kv.metr yaşayış sahəsi olan 11 otaqdan ibarət evin 3 otaq “E” hissəsi X28, 3 otaq “A” tikilisi X23, 2 otaq “B” tikilisi İddiaçı Kamal oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmış, lakin sonradan X34 Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək, evin həyətyanı sahəsinin 159,6 kv.metr ölçüdə artırılan, həmin sahədə 71,2 kv.metr ölçüdə üç yaşayış otağı, 28,4 kv.metr ölçüdə bağlı eyvan, 4,9 kv.metr ölçüdə dəhliz və 18.5 kv.metr ölçüdə hamam, ayaqyolu, mətbəx tikilən hissəsinin texniki pasporta düzəliş edilməklə əlavə edilməsinə nail olmuş və bunun əsasında qeyd olunan sahələrin hüquqi qeydiyyata alınması üçün zəmin yaratmış və beləliklə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 004148 saylı, xx.xx.2001-cı il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 12 ünvanda yerləşən 277,6 kv.metr ümumi, 169,3 kv.metr yaşayış sahəsi olan 11 otaqdan ibarət evin 3 otaq “E” hissəsi X21, 3 otaq “A” tikilisi X23, 2 otaq “B” tikilisi İddiaçı Kamal oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Bundan sonra X34 ilə X31 arasında bağlanan 26 aprel 2001-ci il tarixli 118741 №li müqaviləyə əsasən sözügedən 3 otaqdan ibarət tikilinin “E” hissəsi X24 80.000.000 manata satılmışdır. Notarius işinə əlavə edilmiş 2001-ci il tarixli 1763 №li Arayışdan o hal da müəyyən edilir ki, X5 qəsəbəsi, İvan Anaşkin küçəsi, 39 “a” saylı evin “E” tikilisində (üç otaq) heçvaxt qeydiyatda olmamışdır. Göründüyü kimi, sözügedən ünvana dair 1961-ci ildə tərtib edilmiş texniki pasportda ümumi torpaq sahəsi 569 kv m. göstərilmiş, daha sonra isə 1995-ci ildə dövlət reyestri xidməti tərəfindən həmin texniki pasporta əlavə dəyişiklik edilərək 159,6 kv. metr torpaq sahəsi də əlavə edilməklə, ümumi torpaq sahəsi 0,07286 ha təşkil etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X21 adına verdiyi xx.xx.2000-ci il tarixli, № 1136 saylı sərəncam əsasında texniki pasporta edilmiş bu dəyişiklik təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X25 verilmiş xx.xx.2001-ci il tarixli və 2017-ci il tarixli texniki pasportlarda 39 "A" saylı evin torpaq sahəsinin sənədə əsasən ölçülərinin 0.07286 ha olduğu halda, bununla yanaşı faktiki olaraq həmin texniki pasportlarda 305.2 kv m. əlavə torpaq sahəsinin də olması qeyd edilmişdir. Beləliklə cavabdehə verilmiş texniki pasportlardakı özbaşına "E” tikilisi və onun yerləşdiyi torpaq sahəsi istinad edilən sərəncamda qeyd olunmamış və eləcə də "E" tikilisinin ölçüləri həmin sərəncamda göstərilmiş ümumi tikililərə və torpaq sahəsinin hər hansı birinə uyğun gəlməmişdir. Beləliklə işin hallarından müəyyən edilir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2001-ci il tarixli FM seriyalı №004148 saylı qeydiyyat vəsiqəsinə - X21 adının 4-cü payçı kimi qeyd edilməsi, habelə aidiyyatı texniki pasporta “E” tikilisinin əlavə olunması ilə bağlı hərəkətlər qanunsuz olmaqla iddiaçıların mənafelərinə zidd olmaqla yanaşı qanunvericiliyin müddəaların zidd olaraq qəbul edilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst- üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan İnzibati İcraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq xidməti vəzifəsinə əsasən X1 mübahisəli sahəyə dair hüquqlarını qeydiyyata almazdan öncə, qeydiyyatın aparılmasına əsas olan ilkin hüquqmüəyyəndeci sənədlərin, hazırkı münasibətlərdə müvafiq icra hakimiyyəti orqanının məlum sərəncamının qanuni əsaslarla qəbul edilib-edilmədiyini araşdıraraq müvafiq inzibati icraat aparmalı olduğu təqdirdə bunu həyata keçirməmiş və beləliklə nəticə etibarilə iddiaçıların müvafiq hüqularının pozulmaı ilə nəticələnən inzibati akt qəbul etmişdir. Başqa sözlə məhkəmə bir daha vurğulayır ki, cavabdeh inzibati orqan hər hansı bir ölçü işləri aparmadan, müvafiq kordinatları müəyyən etmədən, o cümlədən X25 məxsus “E" tikililsinin 0.07286 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etmədən, yalnız Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X21 adına qeydə alındığı xx.xx.2000-ci il tarixli, № 1136 saylı sərəncama istinad etməklə texniki pasporta edilmiş dəyişikliyi təsdiq etmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2001-ci il tarixli FM seriyalı №004148 saylı qeydiyyat vəsiqəsinə - X21 adının 4-cü payçı kimi qeyd edilməsi, habelə aidiyyatı texniki pasporta “E” tikilisinin əlavə olunması ilə bağlı hərəkətlər qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etdiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2001-ci il tarixli FM seriyalı №004148 saylı qeydiyyat vəsiqəsinə - X21 adının 4-cü payçı kimi qeyd edilməsi, habelə aidiyyatı texniki pasporta “E” tikilisinin əlavə olunması ilə bağlı hərəkətlər qanunsuz hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar