Məhkəmə qərarları › İş №2-1(112)-14117/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14117/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14117/2022 26.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiаçı İddiaçı MMC-nin cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1yən etdi: İddiaçı MMC cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AD № 516610 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı MMC-yə mülkiyyət hüququ üzrə məxsus olan "RangeRover" markalı, 10- AB-421 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı qara metallik rəngli avtomobillə bağlı hüquqi qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehə həvalə olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Avtolizinq" MMC xx.xx.2019-cu il tarixli 06/1713/DLİZ saylı alqı-satqı müqaviləsinə əsasən 2013-cü il buraxılışlı, Range Rover minik markalı, ban № SALGA2EF8DA001166 olan **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 almış və nəqliyyat vasitəsinin yeni dövlət qeydiyyat nömrəsi **-AB-*** olmuşdur. Həmin gün alqı-satqı müqaviləsi DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsində qeydə alınmış və avtomobilə AD № 516610 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Daha sonra həmin gün bağlanmış daxili lizinq müqaviləsi ilə avtomobil lizinqə verilmişdir. Lizinq ödənişi tam edilmədiyi üçün avtomobil geri alınmışdır. Avtomobil iddiaçının sərəncamında və istifadəsindədir və 2022-ci ilin iyul ayında alqı-satqı ilə əlaqədar cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh avtomobilin banı üzərində olan nömrənin avtomobilin qeydiyyat şəhadətnaməsində göstərilən ban nömrəsi ilə uyğun gəlmədiyini əsas gətirərək qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, ban nömrəsindəki uyğunsuzluqla əlaqədar müvafiq araşdırma aparılmış və nəticədə 2022-ci il 5 sentyabr tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilir ki, avtomobil oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitələrinin uçotunda deyil. Nəqliyyat vasitəsinin qeydiyyat sənədlərində avtomobilin ban nömrəsi SALGA2EF8DA001166 göstərildiyi halda faktiki olaraq avtomobildə ban nömrəsinin SALGA2EF8DA117855 olması aşkar edilmişdir. Avtomobildə aşkar edilmiş qüsur və uyğunsuzluqlarla əlaqədar iddiaçının əməlində cinayət tərkibi olmadığı müəyyən edilmişdir. Qərarın surətinin qeydiyyat hərəkətlərini aparan BDYPl-nə göndərilməsi qərara alınmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixli 427/A saylı müraciətlə cavabdehə müraciət edilmiş və alqı-satqı ilə əlaqədar avtomobilin təkrar qeydiyyatının aparılması xahiş edilmiş, lakin xx.xx.2022-ci il tarixli 016-134058-1222 saylı cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinada bildirilmişdir ki, "RangeRover" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zavod istehsalı zamanı vurulmuş SALGA2EF8DA001166 ban nömrəsinə müdaxilə edilməsi və ban kod göstəricisinin dəyişdirilməsinin müəyyən olunması, avtomobilin ban nömrəsinin qeydiyyat şəhadətnaməsində olan ban nömrəsi ilə ziddiyyət təşkil etməsi, nəqliyyat vasitəsinin qeydiyyat sənədlərində avtomobilin ban nömrəsi SALGA2EF8DA001166 göstərildiyi halda faktiki olaraq avtomobilin üzərində SALG2EF8DA117855 nömrəsinin olması aşkar edildiyindən xahişinin yerinə yetirilməsi, həmin nəqliyyat vasitəsinin DİN Baş X8 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyata alınması qeyri-mümkün hesab edilir. Odur ki, "RangeRover" markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyatına alınması üçün göstərilənlərə, eləcə də məhkəmədə həmin avtomobil üzərində mülkiyyət hüququnuzun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. xx.xx.2019-cu il tarixdə avtomobilə AD №516610 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verildiyini, ban nömrəsində uyğunsuzluğun ilkin qeydiyyatdan 3 il sonra müəyyən edildiyini, ziddiyyət üzrə iddiaçının əməlində cinayət tərkibinin olduğunun müəyyən edilməməsini, avtomobilin oğurluq və qaçırılmış nəqliyyat vasitələrinin uçotunda olmadığını, avtomobili dəyərinin iddiaçı tərəfindən ödənildiyini və avtomobilin hazırda iddiaçının mülkiyyətində olduğunu nəzərə alaraq, cavabdehin imtinasını əsassız hesab edir və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 564 saylı Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları»na əsasən alqı-satqı üzrə təkrar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehə həvalə edilməli olduğu qənaətindədir. Beləliklə, avtomobilin ban nömrəsində uyğunsuzluğun olması iddiaçıya həmin avtomobili alarkən məlum olmamış və 2019-cu ildə həmin avtomobilə dair qeydiyyat hərəkətləri həyata keçirilmiş və hazırda iddiaçının adına AD seriyalı 516610 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Göründüyü kimi, mübahisəli avtomobil iddiaçının mülkiyyətinə, o cümlədən, sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçının mübahisəli avtomobili vicdanlı əldə etməməsi faktı, həmin avtomobilin mülkiyyətçisi tərəfindən itməsi, ondan oğurlanması və ya iradəsinin ziddinə olaraq başqasının sahibliyindən çıxması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçı qanuni əsasla mübahisəli avtomobilə istifadə və sahiblik hüququnu əldə etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya etirazın tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən sərəncam icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin nümyəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı oldugundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin iddiaçının müraciətinə baxılaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-134058-1222 nömrəli məktubu ilə bildirilmişdir ki, “"xxxx" MMC-yə məxsus "Range Rover" markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkrar dövlət qeydiyyatına alınması ilə bağlı DİN-in Baş X8 idarəsinə ünvanladığınız müraciətə baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, "Range Rover" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zavod istehsalı zamanı vurulmuş SALGA2EF8DA001166 ban nömrəsinə müdaxilə edilməsi və ban kod göstəricisinin dəyişdirilməsinin müəyyən olunması, avtomobilin ban nömrəsinin qeydiyyat şəhadətnaməsində olan ban nömrəsi ilə ziddiyyət təşkil etməsi, nəqliyyat vasitəsinin qeydiyyat sənədlərində avtomobilin ban nömrəsi SALGA2EF8DA001166 göstərildiyi halda faktiki olaraq avtomobilin üzərində SALG2EF8DA117855 nömrəsinin olması aşkar edildiyindən xahişinizin yerinə yetirilməsi, həmin nəqliyyat vasitəsinin DtN Baş X8 idarəsinin Qeydiyyat-imtahan idarəsində qeydiyyata alınması qeyri-mümkün hesab edilir. Odur ki, "Range Rover" markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyatına almması üçün göstərilənlərə, eləcə də məhkəmədə həmin avtomobil üzərində mülkiyyət hüququnuzun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.” - xx.xx.2019-cu il tarixli 06/1713/DLİZ saylı alqı-satqı müqaviləsinə əsasən “Avtolizinq" MMC 2013-cü il buraxılışlı, Range Rover minik markalı, ban № SALGA2EF8DA001166 olan avtomobili X2 almışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəis müavini Arzu Babayevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından bu fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, «Range Rover» minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALGA2EE8DA001166 ban nömrəli, qara metallik rəngli, 2013-cü il buraxılışlı avtomobillə bağlı aparılan araşdırmaya dair qərarın surəti BDYPİ-nə göndərilmişdir. - AD № 516610 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “RangeRover" markalı, 10- AB-421 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı qara metallik rəngli avtomobil xx.xx.2019-cu il tarixdən İddiaçı MMC-yə məxsusdur. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş avtomobilin idxalı zamanı tərtib olunmuş Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamənin gömrük ödənişlərinin hesablanması blankından görünür ki, X4 şassi nömrəsi SALGA2EF8DA001166 olan LAND ROVER RANGE ROVER markalı avtomobili mövcud vəziyyətdə müvafiq gömrük sənədlərinə əsasən prosedurdan keçirməklə ölkəyə idxal etmişdir. - Məhkəmə sorgusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2022-ci il tarixli 016-152592-1222 saylı məktubundan görünür ki, şassi nömrəsi SALGA2EF8DA001166 olan LAND ROVER RANGE ROVER markalı avtomobi BDYPİ-nin X1 Sistemi üzrə axtarışda yoxdur. - Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli 05-15752-1222 saylı məktubu ilə bildirilmişdir ki, “30 may 2022-ci il tarixdə Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək İddiaçı MMC-nin mülkiyyətində olan «Range Rover» minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALGA2EF8DA001166 ban nömrəli, qara metallik rəngli, 2013-cü il buraxılışlı avtomobilin üzərində SALGA2EF8DA117855 nömrəli ban olmasına dair araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma mənə həvalə edilmiş və material üzrə tərəfimdən araşdırma aparılmışdır. «Range Rover» minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi avtomobil 2013-cü il buraxılışlı olmaqla 09 ildir ki, istismar olunur. Araşdırma zamanı müəyyən edilmişdir ki, avtomobilin izlənilən detalı olan ban nömrəsi avtomobilin qeydiyyat şəhadətnaməsində olan ban nömrəsi ilə ziddiyyət təşkil edir. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat sənədlərində avtomobilin ban nömrəsi SALGA2EF8DA001166 göstərildiyi halda faktiki olaraq avtomobildə ban SALGA2EF8DA117855 olması aşkar edilmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi, yəni ban nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki, qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Avtomobillərin qeydiyyata alınması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən həyata keçirilir. Göründüyü kimi «Range Rover» minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobildə ban nömrəsi fərqlidir. Avtomobildə ban nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır.” İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının tələbi iddiaçıya məxsus “olan "RangeRover" markalı, 10- AB-421 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı qara metallik rəngli avtomobillə bağlı hüquqi qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda isə bildirilmişdir ki, “RangeRover" markalı, 10- AB-421 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı qara metallik rəngli avtomobilin sənəd üzrə şassi nömərsilə faktiki ban nömrəsi ziddiyyət təşkil edir. Bu əsaslara görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 2013-cü il buraxılışlı şassi nömrəsi SALGA2EF8DA001166 olan LAND ROVER RANGE ROVER markalı avtomobili mövcud vəziyyətdə müvafiq gömrük sənədlərinə əsasən prosedurdan keçirməklə ölkəyə idxal etmişdir. xx.xx.2019-cu il tarixli 06/1713/DLİZ saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı avtomobili X2 almışdır. AD № 516610 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, avtomobil xx.xx.2019-cu il tarixdən iddiaçıya məxsusdur. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdehin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəis müavini Arzu Babayevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, «Range Rover» minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALGA2EE8DA001166 ban nömrəli, qara metallik rəngli, 2013-cü il buraxılışlı avtomobillə bağlı aparılan araşdırmaya dair toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından bu fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin avtomobilin qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, cavabdehin dəlilləri özünün apardıgı təhqiqatla və avtomobilin BDYPİ-nin X1 Sistemi üzrə axtarışda olmaması ilə təkzib edilmişdir. Odur ki, məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Bu Əsasnamə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra “nəqliyyat vasitələri”) dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra “qeydiyyat”) qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra “nəqliyyat vasitələrinin mülkiyyətçiləri”) onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirməlidirlər. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Həmin Əsasnamənin 1.6-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər:..nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd. Həmin Əsasnamənin 2.9-cu bəndinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: ...qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; ...müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: ...2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır. İşin faktiki hallarına əsasən iddiaçı avtomobili qanuni əsaslarla əldə etmiş - satın almışdır. Avtomobil Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nəzarətindən qanuni şəkildə keçirilərək Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Cavabdehin avtomobilin şassisinin nömrələrinin ziddiyyət təşkil etməsi səbəbindən dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınmasından imtinası barədə hərəkətləri qanuni olmamışdır. Belə ki, bu faktlara BDYPİ-nin Qİİ-dən daxil olmuş materiallar əsasında araşdırma aparılaraq Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin qərarı ilə qiymət verilmiş, iddiaçının əməlində cinayət tərkibi olmadığından barəsində bu fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda, iddiaçıya məxsus avtomobilin dövlət qeydiyyatından keçirilməməsi və dövlət qeydiyyatı üzrə uçota alınmaması üçün heç bir qanuni əsasın mövcud olmadığı müəyyən edilir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən əmlak üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, AD № 516610 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı MMC-yə mülkiyyət hüququ üzrə məxsus olan "RangeRover" markalı, 10- AB-421 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı qara metallik rəngli avtomobillə bağlı hüquqi qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 2,33,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. AD № 516610 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı MMC-yə mülkiyyət hüququ üzrə məxsus olan "RangeRover" markalı, 10- AB-421 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı qara metallik rəngli avtomobillə bağlı hüquqi qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin üzərinə qoyulsun. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2kim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar